Sergey Prokudin Qorski

Sergey Prokudin Qorski (rus. Серге́й Миха́йлович Проку́дин-Го́рский; 18 (30) avqust 186327 sentyabr 1944[1], Paris) — fotoqrafiya sənətinin ən önəmli simalarından biri hesab olunur. Prokudin Qorski 1863-cü ilin 30 avqust tarixində Rusiya imperiyasının Vladimir quberniyasında dünyaya gəlmişdir. Gənclik illərində kimya sahəsində təhsil almağa başlamış və elə bu dövrlərdə də fotoqrafiya sənəti ilə məşğul olmuşdur. Sankt-Peterburq, BerlinParis kimi şəhərlərdə məşhur elm adamları ilə birlikdə fəaliyyət göstərən Prokudin Qorski rəngli fotoqrafiyanın ilkin texniki xüsusiyyətlərini yatarmışdır.[2]

Sergey Prokudin Qorski
rus. Серге́й Миха́йлович Проку́дин-Го́рский
Doğum tarixi
Doğum yeri Vladimir quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri Paris, Fransa
Milliyyəti rus
Təhsili
  • Sankt-Peterburq Dövlət Texnologiya İnstitutu[d]
Fəaliyyəti fotoqraf, kimyaçı, ixtiraçı, naşir, pedaqoq, müəllim, səyyah
prokudin-gorsky.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Produkin Qorski 1863-cü ilin 30 avqust tarixində Rusiya imperiyasının Vladimir quberniyasında zadəgan ailəsində anadan olmuşdur. Ailə üzvləri və Qorskilər nəsli imperiyanın hərb işləri ilə məşğul olurdu.[3] Gənclik illərində Qorski təhsil almaq və özünü daha yaxşı inkişaf etdirmək üçün Sankt-Peterburq şəhərinə üz tutur. O burada Sankt-Peterburq Dövlət Texnologiya Universitetində kimya ixtisası üzrə təhsil almağa başlayır və dərs aldığı müəllimlərin arasında Kimyəvi elementlərin dövri sisteminı kəşf etmiş Dmitri Mendeleyevdə yer alır. Qorski texniki fənlərlə yanaşı musiqi və rəssamlıq sahəsində də maraqlanmağa başlayır.

 
Sergey Prokudin Qorski tərəfindən çəkilmiş Lev Tolstoyun rəngli foto şəkili. (1906)

1890-cı ildə Produkin Qorski Anna Aleksandorvna ilə ailə həyatı qurur. Nikahdan cütlüyün Mixayıl və Dmitri adlarında iki oğlan uşaqları dünyaya gəlir. Özünü yüksək eltidada təsdiq edəndən sonra Qorski Sankt-Peterburq şəhəri yaxınlığında yerləşən Lavrov adına metal əritmə zavodunda direktor vəzifəsinə gətirilir və o, bu vəzifəni oktyabr inqilabına qədər davam etdirir. O, eyni zamanda kübar dairələrdə təmsil olunan şəxslərin fotoqrafiya cəmiyyətlərinə qatılır və fotoqrafiya elminin incəlikləri barədə öyrənməyə başlayır. 1901-ci ildə Sankt-Peterburq şəhərində özünün şəxsi fotoqrafiya sənəti ilə bağlı studiya-laboratoriyasını açır. Qorski 1902-ci ildə Berlin şəhərinə səfər edir. Burada rəngli şəkillərin çəkilməsi və əks etdirilməsi sahəsi üzrə dövrünün tanınmış fotokimyaçısı və alimi Adolf Maythdan 6 həftə dərs alır.[4] Fotoqrafiya fəaliyyətinin ilk illərində çəkdiyi şəkillərin FransaAlmaniyada fotokimya sahəsində fəaliyyət göstərən alimlərə göstərir və onlardan müsbət rəy almağı bacarır. 1906-cı ildə imperiya hüdudlarına qayıdır və elə həmin ildə İRTS jurnalının fotoqrafiya bölümünün baş direktoru təyin olunur. Artıq bu illər Produkin Qorskı Rusiya imperiyası səviyyəsində qəbul edilən və tanınan bir fotoqrafa çevrilmişdi.

Prokudin Qorskinin karyerası boyunca ən çox bəyənilən və diqqət cəlb edən fotosu kimi 1906-cı ildə çəkilmiş Lev Tolstoyun rəngli fotosu göstərilir.[5] Qorski mətbəə sahəsində də fəaliyyət göstərməklə fotoqrafiya sənəti ilə bağlı olan işlərini genişləndirir. Rəngli şəkillərin çəkilməsi sahəsində əldə etdiyi şöhrətdən sonra imperiya ailəsinin üzvlərinin diqqətini cəlb edir və ailədən fotoqrafa onlar üçün işləmək təklif olunur. Produkin Qorskı 1908-ci ildə Mixayıl AlekandroviçMariya Feodorova kimi imperiya üzvlərinə öz işlərini nümayiş etdirir. 1909-cu ildə isı Çar II Nikolay və ailəsi ilə tanış olaraq öz işlərini onlarada göstərir. Şəkillərin rəngli formada hazırlanması Çar II Nikolayın diqqətini cəlb edir və Çar tərəfindən Qorskiyə imperiyanın istənilən ərazisinə gedib orada insan və təbiətlə bağlı olan müxtəlif epizodların çəkilməsinə icazə verilir.

Çar tərəfindən fotoqrafın qarşısına qoyulan əsas məqsədlərdən biri isə Rusiya imperiyasının rəngli foto qalereyasını yaratamaq olur. 10 illik səfərləri nəticəsində Qafqazda daxil olmaqla imperiyanın müxtəlif bölgələrinə ziyarət edən Sergey Prokudin Qorski tərəfindən 10 mindən çox fotoqrafiya nümunəsi yaradılır.[6] Produkin Qorski Oktyabr inqilabına qədər gərgin iş rejimində çalışmışdır və işlədiyi ərazilərdə maraqlı fotoqrafiya nümunələri yaratmağa nail olmuşdur. İmperiyada Çar ailəsinin taxtan salınması və ölkədə yeni rejimin hakimiyyətə gəlməsinin ardından Sergey Qorski 1918-ci ildə imperiyanı tərk etmək məcburiyyətində qalır. Ölkə xaricində keçirdiyi illərdə İngiltərə, Fransaİtaliya kimi ölkələrdə yayımlanan fotoqrafiya jurnalları üçün rəngli foto şəkillərin hazırlanması və yayımlanması işi ilə məşğul olur və bu sahədə yeni elmi araşdırmalar edir. 1922-ci ildə fotoqraf ailəsi ilə birlikdə Paris şəhərinə köçür. Qorski həyatının yerdə qalan bölümünü övladları ilə birlikdə Parisdə açdığı fotoqrafiya studiyasında işləməyə başladı və 1944-cü ildə sürgün həyatını yaşadığı Paris şəhərində vəfat etdi. 27 sentyabr tarixində vəfat edən Qorski Paris şəhərində yerləşən Sainte-Geneviève-des-Bois rus məzarlığında dəfn edilir.

Fotoqrafiya sənəti

redaktə
 
Alleia Hameropsda sərgilənən qırmızı-mavi-yaşıl filtirli ağ-qara foto şəkillər və həmin üç şəklin birləşməsindən yaranmış rəngli foto şəkil.

Sergey Prokudin Qorski kimya, fotokimya və digər texniki sahələrlə məşğul olsa da, birmənalı şəkildə əsas marağı fotoqrafiya sahəsi ilə bağlı idi. Rəngli fotoların çəkilməsi ilə əlaqədar laboratoriyasında araşdırmalar aparan alim bir məsələnini həlli üzərində xüsusi dayanır. Belə ki, Qorski fotoqrafiya aparatı ilə bir-birinin arxası ilə cəld ağ-qara şəkillərin çəkilməsini təmin edir. Hər bir şəkil üçün olan rəng filtirində isə ayrı rəngdən istifadə edir. Belədə əldə etdiyi üç rəngdən hansınını daha parlaq olduğunu müəyyənləşdirir. Bu qeyr-adi təcrübədən əldə edilən şəkillər insan simasının tam əks etdirə bilmirdi. Ancaq qırmızı, yaşıl və mavi filtirli şəkillərdən əldə edilən nəticə daha qənaət-bəxş hesab olunur. Bir şəklin rəngli versiyasını əldə edə bilmək üçün Qorski çox zaman sərf etməli olurdu.

Belə ki, əvvəlcə bir obyektin müxtəlif filtirli ağ-qara foto şəkilləri çəkilir və daha sonra isə uyğun gələn filtirli rənglərin birləşdirilməsi prosesi başlanırdı. Əsasən birləşdirmə zamanı (qırmızı-yaşıl-mavi) üç rəngin filtirindən istifadə edilirdi. Daha sonralar isə fotoqraf tərəfindən çəkilən şəkillərin bir başa rəngli versiyalarının çap edilməsi üsulusda kəşf olunur.

Çar II Nikolay və ailəsi ilə şəxsi tanışlığının olması və işlərinin Çar ailəsi tərəfindən bəyənilməsindən sonra Produkin Qorskiyə imperiyanın istənilən yerinə gedib rəngli foto şəkillərin çəkilməsi icazəsi verilir. 1909–1915-ci illər ərzində imperiyanın müxtəlif ərazilərinə səfərlər edən fotoqraf insanların gündəlik həyatını və qayğılarını çəkməyə başladı. Əsasən kənd həyatı sürən sadə insanların fotolarının çəkilməsinə maraq göstərən fotoqrafın şəkilləri sonralar kübar cəmiyyət tərəfindən ciddi müzakirələrə səbəb oldu. 1918-ci ildə İmperiya daxilində vəziyyətin ağrılaşması və Oktyabr inqilabının yaxınlaşması səbəbindən Avropaya üz tutan Qorski işlərinə İngiltərə, FransaAlmaniya kimi ölkələrdə davam edir. Fotoqrafiya sahəsində inqilabı yenilik hesab olunan rəngli fotoların çap edilməsini elmə gətirən Sergey Prokudin Qorski bu sahənin ən tanınmış simalarından biri olaraq qəbul edilməkdədir.

Qalereya

redaktə

İstinadlar

redaktə
  1. The Fine Art Archive. 2003.
  2. "The Prokudin-Gorskii Photographic Record Recreated: The Empire That Was Russia". 2014-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-05.
  3. "Царский фотограф - http://yarcenter.ru". 2009-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-05.
  4. "Chronology of Events in the Life of S. M. Prokudin-Gorsky". 2014-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-05.
  5. Kington, Miles (2001–09-25). "What's the Russian for: Say Cheese?". London: The Independent. 2001–09-25. Retrieved 2010–05-23
  6. "feb-web.ru - arxiv sənədi". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-05.

Xarici keçidlər

redaktə
  NODES
dada 1
dada 1
Done 1