Silsiləvarilik — (ərəb. ‎تسلسل) Lüğəvi baxımdan “tamın parçalarını silsiləvari şəkildə bir-birinə əlavə etmək, arası kəsilmədən ard-arda davam etmək” mənalarına gəlir.

Məzmunu

redaktə

Kəlam alimlərinin Allahın varlığını sübut etmək məqsədilə irəli sürdüyü “hüdus” və ya İslam filosoflarının istinad etdikləri “imkan” dəlilinə görə, hadis (əzəli olmayan, sonradan olan) və mümkün varlıqların meydana gəlməsi üçün qədim (əzəli) və vacib (zəruri) bir illətin (səbəbin) mövcudluğunu qəbul etmək lazımdır. Əks təqdirdə, təsəlsülün, yəni sonsuz səbəb-nəticə münasibətini qəbul etmək zərurəti yaranır. Bunun mümkün olmadığını qəbul edən İslam alimləri təsəlsül düşüncəsini tənqid etmişlər.[1]

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. "İzahlı Dini Terminlər Lüğəti, Həmmüəllif, Bakı, Nurlar nəşriyyat-poliqrafiya mərkəzi, 2020, 320 səh. (ISBN 978-9952-8370-9-4)," (PDF). 2022-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-09-21.

Xarici keçidlər

redaktə
  NODES