Sinan Şamil Sam
Sinan Şamil Sam (23 iyun 1974, Hamburq, Almaniya Federativ Respublikası – 30 oktyabr 2015[1], İstanbul) — Almaniya azərbaycanlılarından olan ağır çəkili peşəkar boksçu. Əsli Türkiyənin Qars şəhərindəndir.
Sinan Şamil Sam | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 23 iyun 1974 |
Doğum yeri | |
Vəfat tarixi | 30 oktyabr 2015[1] (41 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Sirroz |
Dəfn yeri |
|
Təhsili | |
İdman növü | boks |
Həyatı
redaktəƏsli Cənubi Azərbaycandan Amasyanın Penbek kəndinə, oradan da 1926-cı ildə Qarsın Akyaka Şahnalar kəndində yerleşən Oruc Samın nəvəsi idi.[2]
Sinan Şamil Sam 1974-cü ildə Almaniyanın Frankfurt şəhərində anadan olub.[3] Həvəskar boks üzrə doqquzqat Türkiyə çempionu olub. 1992-ci ildə dünya çempionu adını qazanıb. 1999-cu ildə böyüklər arasında da dünya çempionu olmağı bacarıb.[3] 15 aprel 2000-ci ildə peşəkar boksa başlayıb. 12 oktyabr 2002-ci ildə polşalı Przemyslaw Saletı məğlub edərək Avropa çempionu olub. "Boğazın buğası" ləqəbi ilə tanınıb.[3]
Keçirdiyi 35 döyüşün 31-də qalib gəlib.[3] Bu qələbələrin 16-nı nokautla qazanıb. Qızıl kəməri iki döyüşdə qorumağı bacarıb.[3]
O, uzun müddətdir qara ciyər çatışmazlığından əziyyət çəkirdi. Sam ilk dəfə 2010-cu ildə müalicə olunub. Amma bu Noyabrın əvvəllərində o, eyni diaqnozla xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, qaraciyər xəstəliyindən əziyyət çəkən Sinan Şamil Samı xilas etmək mümkün olmayıb.
İstinadlar
redaktə- ↑ 1 2 http://www.haberturk.com/spor/diger/haber/1146470-boksor-sinan-samil-sam-hayatini-kaybetti.
- ↑ "Aslen Azerbaycan Türk'ü olan Sinan Şamil Sam son yolculuğuna uğurlandı". www.igdirim76.com. 31 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 November 2015.
- ↑ 1 2 3 4 5 "Boks üzrə dünya çempionu Şamil Sam vəfat edib". www.mediainfo.az. İstifadə tarixi: 7 November 2015.[ölü keçid]
Xarici keçidlər
redaktə- Sinan Şamil Sam Xəbərləri və Şəkilləri Arxivləşdirilib 2009-08-15 at the Wayback Machine
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |