Sistem administratoru

Sistem administratoru (System administrator, администратор системы) - çoxistifadəçi hesablama sisteminin, rabitə sisteminin, yaxud onların hər ikisinin idarə olunması və istifadəsinə cavabdeh olan şəxs. Sistem inzibatçısı istifadəçilərə kimlik nömrələri (identifikatorlar) və parollar vermək, onların əlçatanlıq səviyyələrini qurmaq və yaddaş həcmini bölüşdürmək kimi səlahiyyətləri yerinə yetirir, eləcə də başqa məsələlərə, məsələn, sistemə icazəsiz qoşulmaların və virusların düşməsinin qarşısını almağa məsuliyyət daşıyır. İnformasiya sisteminin inzibatçısı ilə sistem inzibatçısı arasında fərq ondan ibarətdir ki, ikincisi şirkətlərə məxsus böyük sistemlərlə işləyir, birincisi isə, adətən, hətta bir ev çərçivəsində kiçik sistemi idarə edir.

Ədəbiyyat

redaktə
  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 833s.
  NODES
os 1