Skagerrak
Skagerrak — Skandinaviya yarımadasının Norveç sahilləri və Yutlandiya yarımadasının arasında yerləşən boğaz. Kattegat boğazı ilə birlikdə Şimal dənizini Baltik dənizi ilə birləşdirir. Uzunluğu 240 km, eni 8090 km. Norveç çökəkliyində dərinliyi 700 metrə çatır.
Skagerrak | |
---|---|
dan. Skagerrak, norv. Skagerrak, isv. Skagerrak | |
Ümumi məlumatlar | |
Eni | 80-90 km |
Uzunluğu | 240 km |
Ən böyük dərinliyi | 700 m |
Yerləşməsi | |
57°50′50″ şm. e. 9°04′23″ ş. u.HGYO | |
Ölkələr | |
Ayırır | Skandinaviya yarımadası ilə Yutlandiyanı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Boğaz suyunun duzluluğu 30‰. Flora və faunası zəngin sayılır, və onların 2000 dəniz növü vardır.
Skaggerak hər iki dünya müharibəsi zamanı Almaniya üçün strateji əhəmiyyətli mövqeyi idi. Birinci dünya müharibəsi zamanı ən iri dəniz döyüşlərdən biri Yutland döyüşü burada baş verib. Boğazda nəzarəti əlinə keçirtmək üçün, İkinci dünya müharibəsi zamanı Almaniya Norveçə və Danimarkaya hücumu etmişdi.
Adı
redaktəHəm Skagerrak, həm Kattegat holland məşəli sözlərdi: holland dilindən Skagerrak təxminən Skagen kanalı kimi tərcümə olunur. Boğazı Skagen şəhəri əhatə edir, bu şəhər Danimarkanın şimall qurtaracağında yerləşir. Sözün "rak" hissəsi "düz su yolu" deməkdi.[1][2] Bu söz hissəsinin əsas mənəbəyi proto-hind-avropa dilindən götürülüb. Rak həm müasir isveç dilində, həm norveç dilində "düz" (səmt mənasında) deməkdi. Bu sözün müasir danimarka dilində olan ‘rak’ (yəni qara və ya tör-töküntü) sözlə əlaqəsi olduğuna heç bir sübüt yoxdu.