Sloveniya (sloven. Slovenija) və ya rəsmi adı ilə Sloveniya Respublikası (sloven. Republika Slovenija) – Şərqi Avropada dövlət. Sloveniya Balkan yarımadasının Alp dağlarına yaxın hissəsində yerləşir. Qərbdə İtaliya, şimalda Avstriya, şimal-şərqdə Macarıstan, cənub və şərqdə isə Xorvatiya ilə həmsərhəddir. Sloveniyanın həmçinin cənub-qərbdə Adriatik dənizinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Lyublyana şəhəri, ümumi sahəsi 20,273 kvadrat kilometr, dövlət dili sloven dilidir.

Sloveniya
Republika Slovenija
Bayraq Gerb
Bayraq Gerb
I feel SLOVEnia
Himn: "Zdravljica" (azərb. Tost‎)
Tarixi
 • Aİ-yə qəbul 2004
Rəsmi dilləri
Paytaxt Lyüblyana
İdarəetmə forması Respublika
Prezident Nataşa Pirts Musar [ 23.XII.2022 ]
Baş nazir Robert Golob [ 1.VI.2022 ]
Sahəsi
 • Ümumi 20273 km²
Əhalisi
 • Əhali 2 040 min nəfər (148-ci)
 • Siyahıyaalma (31.III.2002) 1 964 036 nəf.
 • Sıxlıq 100 nəf./km²
 • Ümumi 61.748.586.535 $[2], 62.117.768.015 $[2]
ÜDM (AQP)
 • Ümumi 60,5 milyard dollar  (103-cü)
 • Adambaşına 29 400 dollar  (56-cı)
İİİ (2013) 0.892
Valyuta avro
İnternet domeni .si
ISO kodu SI
BOK kodu SLO
Telefon kodu +386
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Sloveniya

Sloveniya inzibati cəhətdən 212 bələdiyyəni birləşdirən 12 regiondan ibarətdir. Ölkə 25 iyun 1991-ci ildə keçmiş Yuqoslaviyadan müstəqilliyini əldə etmişdir. Sloveniya 29 mart 2004-cü ildə NATO-ya, 1 may 2004-cü ildə isə Avropa İttifaqına üzv olmuşdur. Dinamik inkişaf edən iqtisadiyyata malik sənaye ölkəsidir.

Demoqrafiya

redaktə

2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən Sloveniyanın əhalisi 1.964.036 nəfərdir.[4] Hal-hazirda əhalinin təxmini sayı — 2,059,114 nəfərdir (2014-cü il). Ölkənin etnik tərkibinə görə 83,06% slovenlər təşkil edir, ikinci etnik qrup isə 1,98 % serblərdir .[5] Sloveniya əhalisinin 91% ölkənin rəsmi dili olan sloven dilində danışırlar. Əhalinin 58% katolikdir, müsəlmanlar isə burada ölkənin 2,4% təşkil edirlər.[6] Sloveniyanın ən böyük şəhəri paytaxt statusunu daşıyan Lyüblyana şəhəridir.

Coğrafiya

redaktə

Slovenyanın böyük hissəsini Slovenya Alpları ilə qablı olub şərqində Macarıstan düzənliklərinin uzadılmaları yer alır. Ölkənin ən yüksək zirvəsi — Triqlav dağıdır ( 2 864 m). Slovenyanın ən əhəmiyyətli axar suları Avstriya Alplarından gələn Sova və Dravadır. Ölkənin orta hissəsi və şərqindəki düzənliklər bu axar sular tərəfindən sulanır.

Şəhərləri

redaktə
  • Lyübliana
  • Maribor
  • Celje

Adriatik dənizi sahilindəki dar bir lentdə Aralıq dənizi İqlimi görülər. İç seqmentlərdə isə iqlim Yer iqlimdir. Xüsusilə şimaldakı dağlıq sahələrdə qışlar çox soyuq və qar yağmurlu keçər. İstilik və yağmur şərtlərinin uyğun olması səbəbi ilə ölkə torpaqlarının %57'si meşələrlə örtülüdür.

İqtisadiyyatı

redaktə

Slovenyanın ən əhəmiyyətli yeraltı qaynaqları Linyit, Dəmir, Sink və Civədir. Sənaye çox inkişaf etmişdir. Mebel, dəmir-Polad, Kağız, Tekstil və Kimya başlıca sənaye mənbəələridir. Ölkənin dənizə açılan tək qapısı Qopar şəhərinin limanıdır. Sloveyanın xarici ticarətində ən əhəmiyyətli yeri Almaniya, Xorvatiya, İtaliya, Fransa və Avstriya-dır.

Ərazisinin 38,9 faizi kənd təsərrüfatına yararlı torpaqlardır, onun 29,9 faizi əkin altındadır. Kənd təsərrüfatının əsas sahəsi ətlik-südlük heyvandarlıqdan ibarətdir. Becərilən sahələrin 40 faizi qarğıdalı bitkisi altındadır. ÜDM istehsalı 58,6 milyard ABŞ dolları təşkil edir, hər nəfərə 29,3 ABŞ dolları düşür. Kənd təsərrüfatı dünya kənd təsərrüfatının 0,39 faizini təşkil edir. Kənd təsərrüfatında 1,0 milyard ABŞ dolları məhsul istehsal edilir, əhalinin hər nəfərinə 493 ABŞ dolları düşür.2012-ci ildə ölkədə 14,76 milyard kWt-saat elektrik enerji istehsal olundu.

Bayramları

redaktə

Sloveniya Respublikasında "Dövlət bayrmaları və bayram günləri haqqında" qanunla aşağıdakı bayram və bayram günləri nəzərdə tutulur:

  • 1 və 2 yanvar — Yeni il
  • 8 fevral — Preşern günü, Sloveniya Mədəniyyət bayramı
  • 1 və 2 aprel — Pasxanın bazar və bazar ertəsi (2018-ci ilə görə)
  • 27 aprel — İşğala qarşı üsyan günü
  • 1 və 2 may — Əmək günü
  • 25 İyun — Sloveniya Milli günü
  • 31 oktyabr — İslahat günü
  • 1 Noyabr — Anma günü
  • 25 dekabr — Milad
  • 26 dekabr — Müstəqillik günü

İstinadlar

redaktə
  1. 11 // Constitution of Slovenia.
  2. 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
  3. http://chartsbin.com/view/edr.
  4. "Statistical Office of the Republic of Slovenia – Census 2002 (According to final data of the 2002 Census, the population of Slovenia was 1,964,036.)". 2016-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-30.
  5. "Statistical Office of the Republic of Slovenia – Census 2002 : Population by ethnic affiliation, Slovenia, Census 1953, 1961, 1971, 1981, 1991 and 2002 1)". 2011-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-30.
  6. "Statistical Office of the Republic of Slovenia – Census 2002 : Population by religion and ethnic affiliation, Slovenia, 2002 Census". 2017-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-30.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə


  NODES
Done 1
eth 2
see 2