Sosial-demokratiya

mərkəz sol siyasi ideologiya

Sosial-demokratiya — reformist və tədrici metodları ilə birlikdə demokratik toplumçuluğu qurmağı hədəfləyən siyasi ideologiyadır.[1] Digər bir təsvir olaraq sosial-demokratiya bəşəri dəyərlərlə əlaqəli olaraq vətəndaşların fərqi və ictimai ehtiyaclarını təmin etməyi hədəfləyən dövlət və ya bu yöndəki siyasi cərəyan və kapitalist iqtisadiyyat içində ortaqlaşaraq uyğunlaşma şəraiti olaraq da təsvir edilməkdədir. QərbiŞimali Avropada XX əsrin ikinci yarısından sonra nəzərə çarpan formada görülməyə başlayan ictimai modellər və iqtisadi siyasətlərin nəzərdə tutulduğu model daha çox bu formadadır.[2][3] Bur başqa təsvir formasına görə sosial-demokratiya kapitalizmin səbəb olduğu bərabərsizlik və ədalətsizlikləri demokratik sistem içində qəbul edilə bilən səviyyəyə salmağı məqsəd kimi qəbul edən siyasi ideologiyadır.

II İnternasionalda ortaya çıxan yenidən formalaşdırmaçılar və inqilabçı sosialistlər arasındakı bölünmənin ardından sosial-demokratlar kapitalizmin irəliləmə müddəti içində sosialist iqtisadiyyata dönüşdürülməsini müdafiə etdilər.[4][5]

Sosial-demokratiya düşüncəsi tək qabul edilə bilən hökumət formasının hüququn üstünlüyü altındakı nümayəndəli demokratiya olduğunu irəli sürməkdədir.[6] Demokratik qərar alma mexanizmasını genişlədərək siyasi demokratiyanın fövqünə istidadi demokratiyaya qədər, iş gücü ilə işçilərin və digər iqtisadi pay sahiblərinin yetərli miqdarda birlikdə qərar alma haqqlarını irəlilətməyi məqsəd kimi qəbul edər.[6] Kapitalizmin səbəb olduğu sosial bərabərsizlik, yoxsulluq və müxtəlif qruplrın haqsız davranışlarına qarşı çıxarkən digər yandan tamamilə planlı bazar iqtisadiyyatına ya da tamamilə nəzarətsiz bazar iqtisadiyyatına qarşı çıxır.[7]

Sosial-demokratiya sentikalist işçi hərəkatı ilə yaxın bir əlaqədədir və iş gücü ilə işləyən işçilər və sahibkar arasında toplu görüşmə üsulunu dəstəkləyir. Sosial-demokratik partiyaların böyük çoxluğu Sosialist İnternasionalı ilə yaxın əlaqədədir.[1] Sosialit İnternasionalın qavramına görə sosial-demokratiyanın təməlləri budur:[8]

  • Bərabərlik
  • Azadlıq
  • Həmrəylik

Sosial-demokratiya anlayışı XIX əsrin II yarısınan bu yana işçi siniflərin irəli sürdüyü sosial və siyasi mübarizələr ilə hakim siniflərin getdikləri güzəştlər sonunda gəlinən uzlaşmanın bəhrəsidir. Bu müddətdə klassik liberal demokratiyanın təməllərini yaradan dəyərlər sistemi (kapitalizm, siyasi demokratiya, çoxulçuluq və s.) qorunmuş, amma sosial ədalət, sosial dövlət, sosial haqqlar kimi yeni dəyərlərlə zənginləşmişdir.

Sosial-demokratiya hərəkatı əvvəllər Vladimir Lenin kimi inqilabçı sosialistləri də əhatə edirdi. Daha sonra inqilabçı münasibət daga güclü çıxdı və sosial-demokratiya proletar inqilaba qarşı bir ideologiya halına gəldi. Sosial-demokratiyanın bu inqilabçı münasibətinin ən mühüm təmsilçisi Eduard Bernşteyndir.

Sosial-demokratiya anlayışının dövlətə sosial mükəlləfiyyətlər yükləyib, yaşayışa xalq kütlələri xeyrinə müxadilə etmə imkanları təmin etməsi siniflər arası fərqlilik və gərginliklərə yumşaldıcı rol oynamış, həmçinin kapitalizmi və qərb tipli demokratiyaları aşmağı məqsəd kimi qəbul edən inqilabçı axımlara da qarşı olmuşdur. Bu yöndən qavram və anlayış olaraq sosial-demokratiya sosial-demokratik axım və hərəkatların XX əsrdəki fəlsəfə və programları ilə eynilik təşkil edər.

Sosial-demokratiya həm beynəlxalq inqilabçı sosializmdən və Marks-Engels doktrinindən, həm də Ferdinand Lasallenin reformist sosializmlərindən təsirlənərək XIX əsrdə ortaya çıxmışdır.

Tədrici bəşəri və reformist münasibəti müdafiə edən Frank Podmore tərəfindən 1884-cü ildə qurulan Fabian dərnəyi sosial-demokratiyada Marksdan kənar təməl bir təsirlənmə oldu. Fabiançı münasibətin Eduard Bernşteynin revizyonist fikirlərindən ciddi bir şəkildə təsirləndiyi bildirilməlidir.

Bernşteyn, Marks və Engels tərəfindən inkişaf etdirilən təməl doktrinlərin çoxunu xətalı və vaxtı keçmiş olaraq dəyərləndirərək, rədd etdi. Bernşteyn klassik Marksizm və ortodoks Marksizmin "sosialist inqilabın lazımlılığı" və "sinfi mübarizə" tezislərinə qarşı çıxaraq sosializmə təmsili demokratiya ilə və sinfə baxılmadan bəşəri bir müddət ərzində çatıla bilinəcəyini bildirdi. İctimai investisiya, kooperativli şəriklik və özəl cəhdlərin birlikdə varlığından yaranan qarışıq iqtisadiyyat modelinin özəl girişimlərin kooperativ ortaq işə dönüşməsindən əvvəl uzun bir prosesin keçməsi lazım olacağını irəli sürdü.

1930-cu illərdə, xüsusilə də Karlo Rosellinin təsiri ilə liberal sosializmə yönələrək Marksizmdən ayrıldı. Bu eyni zamanda faşizmə qarşı liberal və sosial demokratlardan ibarət ittifaqı yaratdı. Bu baxışların qarışıqlığında Bernşteynin, Marksin liberal düşmənliyini bütünü ilə rədd edərək sosializmi ortaq qəbul etmiş liberalizm olaraq tanımlaması təsirli oldu.

II Dünya müharibəsindən sonrakı dövrdə Avropada sosial-demokratların çoxu Marksizm ilə olan ideologiyalarını tərk etdi və bunun yerinə tərəflərini kapitalizmi sosializmə dönüşdürəcək toplumsal siyasi reformu vurğulamağa doğru dəyişdirdilər.

Sosial-demokratlara görə liberalizm olaraq tərif edilən və sosial-demokratiya forması olmadığı müəyyən edilən Üçüncü Yol 1990-cı illərdə ortaya çıxdı

Sosial-demokratiyadan ayrılma olaraq qəbul edilən digər bir axım Bazar Sosializmi adlandırıldı.

İstinadlar

redaktə
  1. 1 2 Busky, Donald F. (2000), Democratic Socialism: A Global Survey, Westport, Connecticut, USA: Greenwood Publishing Group, Inc.,, ss. 8, "The Frankfurt Declaration of the Socialist International, which almost all social democratic parties are members of, declares the goal of the development of democratic socialism"
  2. Sejersted and Adams and Daly, Francis and Madeleine and Richard (2011). The Age of Social Democracy: Norway and Sweden in the Twentieth Century. Princeton University Press.
  3. Foundations of social democracy, 2004. Friedrich-Ebert-Stiftung, p. 8, November 2009.
  4. social democracy. Encyclopædia Britannica. Retrieved: 25 November 2012.
  5. Michael Newman. Socialism: A Very Short Introduction. Cornwall, England, UK: Oxford University Press, 2005
  6. 1 2 Thomas Meyer. The Theory of Social Democracy. Cambridge, England, UK: Polity Press, 2007. p. 91.
  7. Front Cover Ira C. Colby, Catherine N. Dulmus, Karen M. Sowers. Connecting Social Welfare Policy to Fields of Practice. John Wiley & Sons, 2012. p. 29.
  8. Martin Upchurch, Graham John Taylor, Andy Mathers. The crisis of social democratic trade unionism in Western Europe: the search for alternatives. Surrey, England, UK; Burlington, Vermont, USA: Ashgate Publishing, 2009. p. 51.
  NODES
Intern 1
OOP 2
os 48
todo 1