Star şər qüvvələrə qarşı

Star şər qüvvələrə qarşı (ing. Star vs. the Forces of Evil) — Daron Nefsi tərəfindən yaradılmış amerikan cizgi serialı. Animasiyası "Disney Television Animation" tərəfindən hazırlanmışdır. Serial 18 yanvar 2015-ci ildən 19 may 2019-cu ilə qədər Disney ChannelDisney XD telekanalında yayımlanmışdır.[3]

Star şər qüvvələrə qarşı
ing. Star vs. the Forces of Evil
Janr fantaziya teleserialı[d]
Rolları səsləndirənlər Eden Şer[1], Qrey Qriffin[d][1]
Studiya Disney XD
Ölkə
Dil ingilis dili[2]
Mövsümlərin sayı 4
Seriyaların sayı 77 (144 seqment)
Seriyanın müddəti 22 dəq.
Telekanal

Disney XD (2015-18)

Disney Channel (2019)
Nümayiş 18 yanvar 2015 – 19 may 2019
IMDb ID2758770
Rəsmi saytı

Məzmun

redaktə

Star Batterflay Myuni adlı bir kainatdan olan sehrli qabiliyyətlərə malik şahzadədir. O, Batterflay Krallığının kraliçası olmağa hazırlaşır. Onun valideynləri adətə sadiq qalaraq ona 14 yaşı tamam olanda sehrli çubuq verməli olur. Lakin kral ailəsinin üzvləri arasında o, ən enerjili və oynaq olması ilə tanınır. Bir gün o səhvən ailə qəsrini yandırdıqdan sonra valideynləri Kral River və Kraliça Mun, Starı Yer kürəsinə təhsil almağa göndərməyin ən yaxşı seçim olduğuna qərar verirlər. Bu sayədə o, krallığa zərər vermədən sehrini güvənli şəraitdə öyrənə bilərdi. Star Los-Ancelesə çatanda Marko Diaz adlı şagird ilə dostlaşır, o, həm də məktəbdəki təhsilini davam etdirərkən onun ailəsi ilə birlikdə yaşayır. Starın sahib olduğu çubuğun böyük gücə malik olduğunu bilən Ludi, daim bədheybətlərin köməyi ilə onun çubuğunu ələ keçirməyə çalışır. Star və Marko həm çubuğu ondan qorumalı, həm də gündəlik məktəb həyatının çətinlikləri ilə məşğul olmalıdırlar.

İstinadlar

redaktə
  1. 1 2 Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  2. fernsehserien.de (alm.).
  3. Disney XD. "'Star vs. The Forces of Evil' Renewed for Second Season by Disney XD Ahead of Series Premiere" (Press-reliz). February 12, 2015. February 12, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 12, 2015 – TV by the Numbers vasitəsilə.
  NODES