Stilpon (yun. Στίλπων, təxminən m. ö. 360280) — qədim yunan filosofu, Meqara məktəbinin təmsilçisi. Onun barəsində Diogenes Laertius xəbər vermişdir[1].

Stilpon
q.yun. Στίλπων ὁ Μεγαρεύs
Doğum tarixi e.ə. 359
Doğum yeri
Vəfat tarixi e.ə. 279
Elm sahəsi fəlsəfə
Tanınmış yetirmələri Zenon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Həyatı və fəlsəfəsi

redaktə

Stilpon fəlsəfi polemikanın (mübahisənin) ustalarından biri idi, həm də siyasətlə də məşğul olurdu. Misir hökmdarı Ptolemeus Soter ona yaxşı münasibət bəsləmiş, ölkəsinə dəvət edərək ona çoxlu pul təklif etmişdir. Ancaq, Stilpon hər şeydən imtina etmiş və o pulun isə çox az hissəni götürmüşdür.

Meqarada savaş zamanı Stilponun evi qarət olunmuşdur. Makedoiya kralı Antiqonun oğlu Demetriusa bu xəbər çatdıqda o Stilpona təklif etdi ki, zərərin qarşılanması üçün qarət olunmuş əmlakının siyahısını gətirsin. Kralın məqsədi ondan ibarət idi ki, ona itirilmişləri geri qaytarsın. Ancaq, Stilpon isə krala dedi ki, ona heç bir zərər dəyməmişdir. Çünki, onun malı, mülkü oğurlansa da, əxlaqı və ağlının ondan alınmamasını qeyd edərək, əsl zənginliyin də məhz bu olduğunu bildirmişdir.

Stilpon həm də tanrılara və dinə qarşı şübhəçi mövqedə dururdu. O demişdir ki, memar Fidiusun hazırladığı Afinanın heykəli onun yaratdığı incəsənət incisidir. Deməli o, tanrı ola bilməz[2]. Bu iddiaya görə onu mühakimə edib sürgün etmişdirlər.

Stilpon ümumi anlayışların var olub-olmaması haqqında düşünən ilk filosoflardan biri olmuşdur. Onun fikrincə “insan” sözünü deyən heç nə demir, onun bu ifadəsinin mənası yoxdur[3]. Çünki “insan” deyilən söz ümumi bir şeydir; nə bu, nə də o adama aid deyildir. Yuxarıda qeyd edildiyi kimi, ümumi anlayışların var olub-olmaması problemi sonralar formalaşan ortaəsr fəlsəfəsinin ən maraq doğuran mövzularından birinə çevrilmişdir.

Mənbə

redaktə
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 111-112. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.

Ədəbiyyat

redaktə
  • Cicero, Marcus Tullius (1878), The treatises of M.T. Cicero: On the nature of the gods; On divination; On fate; On the republic; On the laws; and On standing for the consulship, translated by Yonge, Charles Duke, London: G. Bell, p. 268.
  • Hegel (1805), "The Philosophy of the Socratics", Lectures on the History of Philosophy.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, 100-103.
  2. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 101.
  3. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 102.
  NODES