Stokholm sindromu

Stokholm sindromu (ing. Stockholm Syndrome) — populyar psixologiyaya aid termin olaraq insan oğurluğu və ya zorakılıq tətbiqi və ya belə zorakılıq tətbiqi hadisəsi zamanı qurbanla aqressor arasında yaranan birtərəfli və ya qarşılıqlı simpatiyanı[1], müdafiə-təhtəlşüur xarakterli travmatik əlaqəni[2] təsvir edir.

Güclü şokun təsiri altında girovlar onları girov götürən şəxslərə təəssübkeşlik etməyə, onların hərəkətlərinə bəraət qazandırmağa və son nəticədə özlərini onlarla eyniləşdirməyə başlayırlar, onların ideyalarını qəbul edirlər və özlərinin "ümumi" məqsəd naminə qurban verilmələrini zəruri hesab edirlər.

Dominant xarakterli ailə-məişət münasibətləri zamanı məişət xarakterli Stokholm sindromu yarana bilər.

Stokholm sindromu xüsusi ədəbiyyatda "Girovun eyniləşdirmə sindromu" (ing. Hostage Identification Syndrome), "Sağlam fikir sindromu" (ing. Common Sense Syndrome)[3] , "Stokholm amili" (ing. Stockholm Factor), "Girovun yaşama uğrunda mübarizəsi sindromu" (ing. Hostage Survival Syndrome)[4] və sair sinonimlərə malikdir.

Anlayışın tarixi

redaktə
 
Kreditbankenin Stokholmda yerləşən binası

23 avqust 1973-cü ildə həbsxanadan qaçmış Yan Erik Ulsson Stokholmda yerləşən "Sveriges Kreditbank"ə gələrək onu qarət etməyə başladı, bir polisi yaraladı və üç nəfəri qadın olmaqla (Brigitta Lundblad, Kristin Enmark, Elizabet Oldqren) bankın dörd əməkdaşını girov götürdü. Qarətçinin tələbi ilə onun kamera yoldaşı Klark Ulofsson da polis tərəfindən banka gətirildi.

Avqustun 26-da polislər tavanda deşik açaraq Ulofssonun və girovların şəklini çəkdilər. Lakin Ulsson hazırlıq işlərinin getdiyini hiss edərək atəş açmağa başladı və bildirdi ki, qaz hücumu olarsa, o girovları öldürəcəkdir.

Avqustun 28-də polis qaz tətbiq etməklə hücuma başladı. Yarım saatdan sonra cinayətkarlar təslim oldular, girovlar isə xilas edildi.

Keçmiş girovlar bildirirdilər ki, onlar cinayətkarlardan deyil, polisdən qorxurdular. Çünki qarətçilər onlarla yaxşı davranırdılar. Bəzi məlumatlara görə, onlar öz hesabına Ulsson və Ulofsona vəkil də tutmuşdular.

Məhkəmə prosesi zamanı Ulofsson sübut etdi ki, o Ulssona kömək etmirdi və əksinə, girovları xilas etməyə çalışırdı. O bəraət qazanıb azadlığa çıxdı və azadlıqda olarkən Kristin Enmarkla ailəvi dost oldu. Ulsson isə 10 il həbs cəzası aldı.

Hesab edilir ki, "Stokholm sindromu" anlayışını qeyd edilən hadisəni təhlil edən kriminalist Nils Beyerot (Nils Bejerot) təklif etmişdir. Amerikalı psixiatr Frank Oçberq 1978-ci ildə Stokholm sindromunu ciddi tədqiq etmiş ilk mütəxəssis sayılır və o belə qərara gəlmişdi ki, girovların azad edilməsi ilə bağlı əməliyyat hazırlanarkən girov götürülən şəxsin davranışı mütləq nəzərə alınmalıdır[5].

Stokholm sindromunun formalaşdığı hallar

redaktə

Stokholm sindromu aşağıdakı hallarda baş verə bilər:

  • Siyasi xarakterli terror aktları (girov götürmə);
  • Hərbi əməliyyatlar (məsələn, əsir götürülmə);
  • Düşərgə və həbsxanalarda azadlıqdan məhrumetmə;
  • Məhkəmə prosedurlarının həyata keçirilməsi;
  • Siyasi qrupların və dini sektaların daxilində şəxsiyyətlərarası avtoritar münasibətlərin inkişaf etməsi;
  • Milli adətlərin həyata keçirilməsi (məsələn, qız qaçırma);
  • İnsanların qul kimi işlədilməsi, şantaj və ya pul alınması üçün oğurlanması;
  • Ailədaxili, məişət və ya seksual zorakılıq zamanı.

Tədqiqatçılar güman edirlər ki, Stokholm sindromu əslində psixoloji paradoks, pozuntu və ya sindrom deyil və əslində insanın psixikaya travma yetirən hadisəyə normal reaksiyasıdır[3][4]. Stokholm sindromu ruhi xəstəliklərin təsnifatının beynəlxalq sistemlərinin heç birinə daxil edilməyib[6].

Tədqiqatlar onu göstərir ki, Stokholm sindromuna nadir hallarda rast gəlinir. FTB-nun məlumatlarına görə, binada girov götürülmə ilə bağlı 1200-ə yaxın halın ancaq 8%-də Stokholm sindromuna rast gəlinib[7]. Lakin, başqa bir tədqiqatda deyilir ki, 4700 cinayət hadisəsinin təhlili zamanı qurbanların 27%-də bu və ya digər şəkildə Stokholm sindromuna rast gəlinirdi[8].

Lima sindromu

redaktə

Stokholm sindromuna əks situasiya, yəni girov götürənlərdə qurbana qarşı simpatiya yarandığı üçün qurbanın azad edilməsi "Lima sindromu" adlanır və bu anlayış 1996-cı ilin dekabrında Limada "Tupak Amaru Şakur adına inqilabi hərəkat" qruplaşması tərəfindən törədilən hadisələrlə bağlı yaranıb[9].

Maraqlı faktlar

redaktə
  • Hələ 1936-cı ildə Stokholm sindromunun əsasında duran psixoloji müdafiə mexanizmini ilk dəfə Anna Freyd təsvir etmişdi və o dövrdə bu mexanizmi "özünü aqressorla eyniləşdirmə" adlandırmışdılar[5].
  • Stokholm sindromuna əks situasiya, yəni girov götürənlərdə qurbana qarşı simpatiya yarandığı üçün qurbanın azad edilməsi "Lima sindromu" adlanır və bu anlayış 1996-cı ilin dekabrında Limada "Tupak Amaru Şakur adına inqilabi hərəkat" qruplaşması tərəfindən törədilən hadisələrlə bağlı yaranıb[9].
  • Danışıqlar aparılması ilə məşğul olan ekspertlərdən biri Adam Dolnik hesab edir ki, girov götürülmə ilə bağlı cinayət baş verdikdə polislə cinayətkarlar arasında danışıqlar aparan şəxs istənilən üsullarla Stokholm sindromunun formalaşmasına dəstək verməlidir. Çünki bu halda, girov götürülən şəxsin cinayətkar tərəfindən öldürülməmə ehtimalı yüksəlir[1].
  • Stokholm sindromuna Lavrenyevin "Qırx birinci", Jerar DepardyePyer Rişarın çəkildiyi "Qaçanlar" və Brüs Uillisin "Məğlubedilməz" filmlərində (sonuncu filmdə o səhvən "Helsinki sindromu" adlandırılır) rast gəlmək olar.
  • "Muse" qrupunun "Absolution" albomunda "Stockholm Syndrome" adlı mahnı var[10].
  • Milyonlarla Şimali Koreyalının vəfat edən Kim Çen İr üçün ağlamağını "Dövlət səviyyəsində Stokholm sindromu" adlandırmışdılar[kim?][11].
  • Mark Tvenin "Haklberi Finnin macəraları" romanında Tomun banda qurmaq təklifi ilə bağlı epizodda Stokholm sindromunun mexanizmini təsvir edən epizod var[12]:
  • Artur Heylinin "Axşam xəbərləri" kitabında girovluqda olmuş Cessika Stoun öz qaynatasına və oğluna Stokholm sindromu haqqında danışır.

— …Bura bax, biz qadınları da öldürəcəyik?

— Ben Rocers, mən kəmsavad olsaydım susardım. Qadınları öldürmək! Kitablarda bu barədə heç nə yazılmayıbsa, bu nəyə lazımdır? Onları mağaraya gətirirsən, onlarla mümkün qədər nəzakətlə davranırsan və onlar da yavaş-yavaş sənə vurulurlar və evə qayıtmaq istəmirlər.

İstinadlar

redaktə
  1. 1 2 "На переговоры идет сильный". 2012-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-23.
  2. "Стокгольмский синдром: История, причины, ориентация". 2007-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-23.
  3. 1 2 Factors Influencing the Development of the Hostage Identification Syndrome [ölü keçid]
  4. 1 2 The Stockholm Syndrome Revisited. Arxivləşdirilib 2011-10-17 at the Wayback Machine Arthur Slatkin. The Police Chief Magazine, Vol. LXXV, No.12, December 2008.
  5. 1 2 "С.Асямов. Стокгольмский синдром: история появления и содержание термина". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-23.
  6. ‘Stockholm syndrome’: psychiatric diagnosis or urban myth?. Arxivləşdirilib 2018-02-28 at the Wayback Machine M. Namnyak, N. Tufton, R. Szekely, M. Toal, S. Worboys, E. L. Sampson — Acta Psychiatrica Scandinavica, Volume 117, Issue 1, pages 4–11, January 2008.
  7. Arxivlənmiş surət, 2022-07-25 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-04-23.
  8. FBI Law Enforcement Bulletin, № 7, 2007
  9. "10 странных психических феноменов". 2018-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-23.
  10. "Muse – Stockholm Syndrome". 2022-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-23.
  11. Arxivlənmiş surət, 2021-07-21 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-04-23.
  12. = Страшная клятва нашей шайки http://www.e-reading.ws/chapter.php/125860/45/Tven_-_Priklyucheniya_Toma_Soiiera._Priklyucheniya_Gekl%27berri_Finna.html = Страшная клятва нашей шайки (#bad_url) (#bare_url_missing_title)[ölü keçid].

Ədəbiyyat

redaktə

Xarici keçidlər

redaktə
  NODES