Striptiz klub və ya Striptiz klublar — ilk növbədə striptizçilərin ifa etdiyi striptiz olmaqla müxtəlif erotik rəqslərin olduğu və yalnız böyüklərə xidmət göstərən xüsusi məkanlardırlar. Bu yerlər adətən gecə klubu və ya bar konsepsiyası formasında olurlar. Amerika tipli striptiz klubları ilk dəfə Şimali Amerikada İkinci Dünya müharibəsindən sonra yaranmışdır. 1940-cı illərin sonunda Asiyaya və 1950-ci illərdə isə Avropaya yayılmışdır.[1]

Almaniyanın Münhen şəhərində striptiz klub.

2005-ci ildəki statistik məlumatlara görə qlobal striptiz klubu sənayesinin gəlirlərinin 75 milyard ABŞ dollarına çatdığı təxmin edilir.[2]

İstinadlar

redaktə
  1. "Strip Clubs Industry in the US - Market Research Report". IBIS World. 14 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2020.
  2. Boles, J.; Garbin, A. P. "The Strip Club and the Customer-Stripper Patterns of Interaction". Sociology and Social Research. 58. 1974: 136–144.
  NODES