Suriya İnsan Haqları Monitorinq mərkəzi

Suriya İnsan Haqları Monitorinq mərkəzi (ərəb. المرصد السوري لحقوق الإنسان‎, ing. Syrian Observatory for Human Rights; SOHR) — 2006-cı ilin may ayında qurulan, Suriyada insan haqları pozuntularını sənədləşdirmək məqsədi daşıyan Birləşmiş Krallıq mərkəzli məlumat ofisi. 2011-ci ildən bu yana Suriya Vətəndaş Müharibəsinə diqqət yetirir.[1][2] Müharibənin başlanğıcından bəri qarşıdurmada hər tərəfdən gündəlik ölüm sayı və Suriyadakı hava hücumlarında ölən mülki vətəndaşlar haqqında böyük xəbər agentlikləri tez-tez sitat gətirirlər.[3] Suriya İnsan Haqları Monitorinq mərkəzi "müxalifət tərəfdarı" və Əsəd əleyhdarı olaraq xarakterizə edilir.[4][5]

Suriya İnsan Haqları Monitorinq mərkəzi
SOHR
ərəb. المرصد السوري لحقوق الإنسان
Loqonun şəkli
Növü Qeyri-kommersiya təşkilatı
Fəaliyyəti İnsan hüquqları aktivizmi
Yaranma tarixi 1 may 2006
Rəsmi dili Ərəb, ingilis
Mərkəzi
Yarandığı yer Koventri, Birləşmiş Krallıq
Qurucusu Üsamə Süleyman
Rəsmi veb-sayt

Tarixçə

redaktə

Suriya İnsan Haqları Monitorinq mərkəzi təşkilatçısı haqqında çox şey məlum deyil. Üsamə Süleyman 1971-ci ildə Suriyada anadan olmuşdur. Uşaqlığını sahilyanı Baniyas qəsəbəsində keçirmişdir.[6] Gəncliyindən şiələrə verilən üstünlüklərdən qəzəblənərək Əsəd rejiminə qarşı gizli müxalifətə qoşulmuşdur. Daha sonralar istifadə etdiyi Rami Abdulrəhman təxəllüsünü seçmişdir.[3] 2000-ci ildə bir neçə Əsəd rejiminə qarşı çıxan fəalların həbs olunmasından sonra Üsamə Süleyman Suriyadan qaçaraq İngiltərədə siyasi sığınacaq ala bildi. Koventridə həyat yoldaşı Etab Rekamea və qızı Amani ilə yaşayır. İki geyim mağazasına sahibdir, eyni zamanda bəzi ölkələrdən və təşkilatlardan siyasi fəaliyyət üçün kömək alır. "Suriya İnsan Haqları Rəsədxanası" layihəsi 2006-cı ilin may ayında başda Üsəma Süleyman olmaqla Suriyada qalan fəalların dəstəyi ilə başladıldı.[7]

Dəqiqlik

redaktə

Londonda yerləşən Amnesty International təşkilatının ingilis tədqiqatçısı Neyl Sammonds, "Ümumiyyətlə, mülki şəxslərin qətlləri ilə bağlı çox dəqiq və aydın məlumatlar verir.[4][5][8][9] Şübhəsiz ki, verdiyi ətraflı statistikalarla digər təşkilatlardan daha güvənilirdir.[6]

Mərkəzin məlumatları BMTAmnesty International kimi müxtəlif insan hüquqları təşkilatları tərəfindən hesabatların tərtib edilməsində istifadə olunur. ABŞ Dövlət Departamenti də hesabatlarında Suriya Monitorinq Mərkəzinin hesablamalarından istifadə edir.[8][9][10]

İstinadlar

redaktə
  1. "26 civilians killed in Syria on Friday: Observatory". The Asian Age. 18 fevral 2012. 2012-06-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2012.
  2. "Syrian Observatory for Human Rights". Syriahr.com. 2014-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2012.
  3. 1 2 Abbas, Mohammed; Golovnina, Maria (editing). "Coventry – an unlikely home to prominent Syria activist". Reuters. 8 dekabr 2011. 2012-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2012.
  4. 1 2 "Report: Almost 6,000 Dead in Syria During Geneva Talks". TIME Magazine. 17 fevral 2014. 2016-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.
  5. 1 2 "Syrian civil war: Jabhat al-Nusra's massacre of Druze villagers shows they're just as nasty as Isis". Independent. 13 iyun 2015. 2015-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.
  6. 1 2 "A Very Busy Man Behind the Syrian Civil War's Casualty Count". New York Times. 9 aprel 2013. 4 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2013.
  7. Reuters. "Syrian Forces Take Last Rebel Stronghold on Lebanese Border". 16 mart 2014. 2015-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02 – Haaretz vasitəsilə.
  8. 1 2 "Syrian opposition group accuses rebel unit of torture". Reuters. 9 aprel 2013. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.
  9. 1 2 "Syrian rebels 'killed in army ambush near Damascus'". BBC. 7 avqust 2013. 2022-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.
  10. "ISIL fights Syrian rebels near Aleppo as army prepares assault". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.

Xarici keçidlər

redaktə
  NODES
INTERN 2