Təyin yolufarmakologiyatoksikologiyada dərmanın, mayenin, zəhərin və ya digər maddənin orqanizmə daxil olması üsuludur.[1]

Maye dərman formasının ağızdan təyini

Dərmanların orqanizmə yeridilmə yollarının vahid təsnifatı olmasa da, əsasən, yerli (lokal) və sistem xarakterli olmaqla iki qrupa bölünür.

Yerli təyin yolları

redaktə

Dərman maddələrinin orqanizmə yerli təyini yollarına aşağıdakılar aiddir:

  • Epidermal (dəriüstü, perkutan)
  • İntrakutan (dəriiçi, dəridaxili)
  • Konyuktiva üzərinə
  • İntranazal (burundaxili)
  • İntrabukkal (ağıziçi, yanaqdaxili)
  • İntratekal (subaraxnoidal)
  • İntravaginal
  • İntrarektal
  • İntraplevral
  • İntraperitoneal
  • İntrakardial
  • İntrauterin (uşaqlığın divarına — miometriuma inyeksiya)
  • İntraartikulyar (oynaqiçi).

Epidermal yol

redaktə

Epidermal yolla dərman maddələri məhlul, suspenziya, məlhəm, krem və s. formada, əsasən, dəri xəstəliklərinin müalicəsi məqsədilə təyin olunur.

İntrakutan yol

redaktə

Dərman maddələri dəri içinə, adətən, müxtəlif allergik və ya bakterioloji sınaqların aparılması məqsədilə təyin olunur. Bu yolla, həmçinin, yerli anestetiklər də təyin oluna bilər.

Konyuktiva üzərinə

redaktə

Konyuktiva üzərinə oftalmologiya təcrübəsində istifadə olunan dərman maddələri (oftalmik preparatlar) təyin olunur.

İntranazal yol

redaktə

İntranazal yolla, əsasən, yerli təsir almaq məqsədilə iltihabəleyhinə, antibakterial, vazokonstriktiv təsirli maddələr, yerli anestetiklər təyin olunur.

İntrabukkal yol

redaktə

Bukkal yolla dərman maddələri, əsasən, ağızın selikli qişası və diş ətinin müxtəlif mənşəli xəstəliklərinin müalicəsində təyin olunur.

Sistem təyin yolları

redaktə

Dərman maddələrinin orqanizmə sistem təyini yollarına aşağıdakılar aiddir:

  • Enteral
  • Parenteral
  • Transdermal
  • İnhalyasyon.

Enteral yol

redaktə

Enteral yolla dərman maddələri həzm kanalına təyin olunur. Bu məqsədlə dərman maddələri orqanizmə ağızdan (oral, per os), sublinqual (dilaltı), bukkal və rektal yolla yeridilir.

Parenteral yol

redaktə
 
Dərmanın parenteral yolla tətbiqinin 4 forması üçün iynənin müvafiq daxiletmə bucaqları: əzələdaxili, dərialtı, venadaxili və dəridaxili inyeksiya.

Dərmanların parenteral qəbul yollarına dərialtı, əzələiçi, venadaxili inyeksiya və infuziyalar, arteriyadaxili və sümük iliyinə (döş sümüyünə) olan inyeksiyalar aid edilir.

Transdermal yol

redaktə

Transdermal yolla dərinin üstünə qoyulduqda oradan orqanizmə sorula bilən dərman maddələri təyin olunur.

İnhalyasyon yol

redaktə

İnhalyasyon qəbulda dərman maddələri orqanizmə inhalyasiya şəklində (tənəffüs havası ilə) təyin olunur.

İstinadlar

redaktə
  1. "Route of administration". medical-dictionary.thefreedictionary.com. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-17.

Ədəbiyyat siyahısı

redaktə
  1. Musa Qəniyev. "Farmokologiya (dərslik)", (2 cilddə, I hissə). "TƏBİB" Nəşriyyatı, X nəşr. Bakı, 2019. S. 78–88.
  2. Vəli Əsmətov, Musa Qəniyev, Gülnarə Qasımova. "Farmakologiya (Tibb Universiteti tələbələri üçün dərs vəsaiti)". I Nəşr. Bakı, 2023. S. 7–16.
  NODES
admin 1