Tac arteriyalar və ya sağ və sol tac arteriyalar (lat. arteriae coronariae dextra et sinistra) — aorta soğanağından şaxələnən və ürəyi qanla təchiz edən (qidalandıran) damarlardır.

Tac arteriyalar
İnsan aortasının diaqramı
(Ön proyeksiya)
Arteriya diaqramı
Şəkil
Şəkil
sağ və sol tac arteriyalar
Şəkil2
Şəkil2
Tac arteriyaları və onlardan çıxan şaxələr
Latınca 'arteriae coronariae dextra et sinistra'
Başlanır Aorta soğanağı
Şaxələri arteria coronaria dextra:
arxa mədəcikarası şaxə – ramus interventricularis posterior
arteria coronaria sinistra:
dolanan şaxə – ramus circumflexus
ön mədəcikarası şaxə – ramus interventricularis anterior

Sağ tac arteriya

redaktə

Sağ tac arteriya (lat. arteria coronaria dextra) aortanın sağ cibindən başlayaraq sağ qulaqcıq seyvanı vəağciyər kötüyü arası ilə və ürəyin tac sırımı ilə onun sağ kənarına çatır və burada arxa səthinə keşərək (lat. ramus interventricularis posterior (rami descendens posterior BNA)) – mədəciklərarası şaxə adı ilə arxa boylama şırım ilə ürəyin zirvəsinə çatır. Bu damar arterial konusa, sağ qulaqcığa və mədəciklərə məxsus şaxələr verir.

Sol tac arteriya

redaktə

Sol tac arteriya (lat. arteria coronaria sinistra) aortanın sol cibindən başlayıb ağciyər kötüyünün arxa və sol tərəfilə qabağa doğru gedir və sol qulaqcıq seyvanı ilə ağciyər kötüyünün arasında xaricə çıxır və burada iki şaxəyə ayrılır.

a) Ramus circumflexus – dolanan şaxə tac şırımla bayır tərəfə gedib ürəyin sol kənarından arxa səthinə keçır və orada cağ tac arteriyanın dal mədəcikarası şaxəsinə çatır.

b) Ramus interventricularis anterior (ramus descendens anterior BNA) – ön mədəcikarası şaxə ürəyin ön boylama şırımı ilə aşağı doğru gedir və zirvəsində sağ tac arteriyanın dal mədəcikarası şaxəsilə anastomozlaşır. Sol tac arteriya aortanı, ağciyər kötüyünü, sol qulaqcığı, mədəcikləri və onların arasında olan arakəsməni qidalandırmaq üçün şaxəciklər verir. Ürəyin yuxarıda göstərilən damarları yol uzunu qıvrım olur və bu hal, ürəyin diastola və sistola zamanında onları gərginlikdən və sıxılmaqdan mühafizə edir.

Mənbələr

redaktə

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
  NODES
os 4