Tanrı quzusu və ya Aqnus Dei (lat. Agnus Dei, yun. Ἀμνὸς τοῦ Θεοῦ) — İsanın simvolik adlarından biri.

Tanrı quzusu. Müəllif: Fransisko de Surbaran. Təq. 1635–1640-cı illər. Prado muzeyi.

Təsviri

redaktə

Bu, Məsihin özünü bir quzu kimi kəsilməyə verməsi ilə bağlıdır. Bu təsvir aqrar mədəniyyətlərdə geniş yayılmış, sürüdə doğulan ilk quzunu tanrılara qurban vermək ayininə gedib çıxır. Quzu üzüyolalıq, müqavimət göstərməmək, məsumluq və təvazökarlıq simvoludur. Məhz bu keyfiyyətlər xristian etik idealını təşkil edirdi. Tanrı quzusu obrazının variantlarından biri də sinəsindən qan axan quzu idi ki, bu da Məsihin əzabını və kəffarə qurbanını simvolikləşdirirdi. Başqa bir bədii versiyada üzərində xaç təsvir edilmiş bir bayraq olan zəfər quzusu idi. Quzunun başına müqəddəslik halosu çəkilmişdi. Qoyunlarla kompozisiyada təsvir olunan quzu müvafiq olaraq Məsihi və onun davamçılarını simvolizə edirdi. İbrahimin oğlu İshaqı qurban verməsi Məsihin qurbanlığının prototipi hesab olunurdu. Beləliklə, İshaq insan övladı üçün canını vermişdi. Ayaqları bağlanmış quzu Milad bayramında çobanların gətirdiyi hədiyyələrdən biridir, həm də İsanın gələcək qurbanını simvollaşdırır.[1]

İstinadlar

redaktə
  1. Телицын, В. Л.; Багдасарян, В. Э.; Орлов, И. Б., redaktorlar АГНУС ДЕИ // Символы, знаки, эмблемы. Энциклопедия (rus). М.: ЛОКИД-ПРЕСС. 2005.

Əlavə ədəbiyyat

redaktə
  • Усков Н. Ф. Agnus Dei // Православная энциклопедия. — М., 2000. — Т. I : "А — Алексий Студит". — С. 263–264. — 752 с. — 40 000 экз. — ISBN 5-89572-006-4.

Xarici keçidlər

redaktə
  NODES
Idea 1
idea 1