Tezis termini aşağıdakı mənalarda istifadə oluna bilər:

  • Tezis — məntiqdə həqiqiliyi (doğruluğu) doğru olub-olmadığı əsaslandırılmalı, sübut olunmalı olan müddəa, fikir; Məsələn, tezis irəli sürmək, öz tezisini müdafiə etmək;
  • Tezis — məruzə, mühazirə, məlumat və s.-nin adətən yazılı surətdə, təfsilatsız ifadə olunan əsas fikirlərinin qısa xülasəsi; Məsələn, tezis yazmaq, mühazirənin tezisləri;
  • Tezis — Hegelin idealist fəlsəfəsində: dialektik inkişafın əsas pilləsi, triadanın (tezis, antitezis, sintez) ilk anı;
  • Tezis — elmi əsərin, məqalənin və s.-nin əsas müddəaları;
  • Tezis — məruzənin, mühazirənin, əsərin məğzinin və ya ətraflı məzmununun qısa ifadə edilməsi.

Ədəbiyyat

redaktə
  • R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.


  NODES
Idea 1
idea 1