Tyge Ottesen Brahe (14 dekabr 1546[1][2][…]24 oktyabr 1601[3][2][…], Praqa, Bohemiya, Müqəddəs Roma imperiyası[4][5]) — Danimarkalı kimyagər, astronom və münəccim.

Tixo Brahe
Tygo Ottesen Brahe
Doğum tarixi
Doğum yeri Knudstrup qəsri, Skone, Danimarka
Vəfat tarixi (54 yaşında)
Vəfat yeri Praqa, Müqəddəs Roma imperiyası
Vəfat səbəbi Böyrək çatışmamazlığı
Dəfn yeri
Vətəndaşlığı Danimarkalı
Həyat yoldaşı Kirstian Barbara Jorgensdatter
Uşağı 8
Atası Otte Brahe
Anası Biate Bille
Milliyyəti Danimarkalı
Təhsili Özəl
Fəaliyyəti Astronom, Kimyagər, Münəccim
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Praqada İohan Kepler və Tixo Brahenin heykəli
Tycho Brahenin kainat nəzəriyyəsi
Cross staff

Zadəgan ailəsində dünyaya gələn Tixonun atasının qalası var idi və çox nüfuzlu biri idi. Dünyaya gəlməsindən əvvəl atası onu əmisi Jorgenə verəcəyini demişdi amma, dünyaya gələndən sonra tası bu fikrindən daşınır. Danimarka donanmasında zabit olan əmisi Tixonu qaçırdır.

Universitet illəri və astronomiya ilə ilk tanışlıq

redaktə

Tixonun həyatı 21 avqust 1560-cı ildə dəyişdir. O Kopenhagen universitetində olarkən günəş tutulmasının şahidi olur və bu onda böyük maraq oyadır. Əmisi onu Danimarkada önəmli siyasi xadim etmək fikridə olduğu üçün 1562-ci il fevralda onu Leypsiq (Leipzig. Germany) Universitetində hüquq oxumağa göndərdi. Səhərlər hüquq oxuyan Tixo gecələri astronomiya ilə məşğul olur, müşahidələr aparırdı.

Leypsiq Universitetində Tixo ilk müşahidələrinin qeydlərini aparmağa başladı. 1563-cü ildə ən parlaq planetlərdən olan Yupiter və Saturnun qovuşması baş verdi və Tixo bu müşahidəsində KopernikPtolomeyin cədvəllərində olan xətaları aşkarladı. 16 yaşında olan Tixo düzgün müşahidələri və planetlərin gerçək mövqelərini təxmin etməyi qarşısına məqsəd qoydu.

1564-cü il apreldə Tixo cross staff adlanan yeni alət aldı və alət o qədər böyük idi ki, nəzarətçisi Anders Vedelin görməməsi mümkün deyildi. Amma Tixo artıq astronomiyanı həyatının işi olaraq görürdü və ailəsindən gizlətməyi düşünmürdü.

Əmisindən qalan mirasın problemləri

redaktə

1565-ci ilin yazında əmisi Jorgendən qalan mirası almaq üçün Tixo Danimarkaya getməli olur. İsveç ilə başlayan müharibəyə gedən Jorgen, Danimarka donanmasının admiral təyin olundu. Danimarka kralı 2-ci Fredrich atı ilə bərabər Slotsholmen-ə gedən Højbro körpüsündən suya düşərkən onu xilas etmək üçün suya atılan Jorgen xəstələnir və 21 iyun 1565-ci ildə sətəlcəmdən dünyasını dəyişdi. Bununla da Tixonun mirası alması üçün lazım olan sənədlər aksik qalır və mirası ala bilmir. Məhkəmə mirası xalası İngerə verir və o öləndə miras Brahe ailəsinin fərdləri arasında bölünəcəkdi.

Burun əhvalatı

redaktə

Tixo 19 yaşında Almaniyaya qayıdır, hüquq oxumağı dayandırır və Rostoch Universitestinə gedir. Tixo Brahe tez tez problemlərə qarışan bir insan idi. Universitetdə oxuyan Danimarkalı tələbə ilə aralarında mübahisə başlayır. Tixo yeyib-içən olduğuna görə çox güman o sırada sərxoş olub və deyilənə görə mübahisə hansının daha yaxşı riyaziyyatçı olması üzərinə başlayıb. Mübahisə duelə qədər gedib çıxır. Qılınc ilə döyüşdə Tixo burnun bir hissəsini itirir və alnında da yara izi qalır. Danimarkaya qayıdan Tixo gümüşdən özünə pretez burun düzəldir və ömrünün axırına qədər burnunda metal ilə yaşamağa məcbur olur.

Astronomiya alətləri

redaktə

Almaniya və İsveçrə turu üçün Danimarkadan ayrılarkən Tixonun 21 yaşı var idi. 1569-cu ildə Auqsburqa gəlir və 14 ay həssaslığı yüksək astronomiya alətləri düzəltməyə başlayır. Atası Otte Brahenin xəstə olduğunu öyrəndikdən sonra Tixo Danimarkaya qayıdır və atası 1571-ci ildə dünyasını dəyişir. 23 yaşlı Tixoya böyük miras qalır.

Müşahidələri

redaktə

1609-cu ildə Galileo Galilei ilk dəfə teleskopla göy üzündə müşahidələr apardı. Amma Tixo bunu görə bilmədi. O bütün müşahidələrini astronomiya alətləri ilə çılpaq göz ilə aparırdı. Ölçüləri yay dəqiqəsinə qədər xətasız hesablamaq istəyinə tam nail olmasa da, işlərinin çoxunda buna nail olmuşdur və digər astronomlardan 5 qat daha düzgün idi. Danimarkaya qayıdan sonra o Herridsvaddu monastrında işləməyə başladı.

1572-ci il 11 noyabrda Tixo çox önəmli kəşflərindən birini etdi. Cassiopeia ulduz qrupunun içində Veneradan daha parlaq bir ulduz gördü. Astronomların çoxu bu ulduzu gördü amma Tixo onun haqqında heniş kitab yazdı. De Nova Stella Anni 1572 yəni 1572-ci İlin Yeni Ulduzu kitabını nəşr etdi. Bir il sonra Tixonun yeni ulduzu artıq solmağa başladı. Latın sözü olan nova hələ də anidən parıldayan ulduzlara deyilir və o ulduzun bir supernova olduğu məlumdur.

Bu kəşfin diğər önəmli tərəfi isə Aristotelin nəzəriyyəsinin çökməsi üçün başqa bir sübut idi. Aristotelin sözlərinə görə Aydan sonra görünən hər şey dəyişməz və mükəmməldir. B. E. Ə. 134-cü ildə Hipparx yeni bir ulduz gördüyünü deyərək Aristotelin nəzəriyyəsini yalanlamışdır.

Tixonun adası

redaktə

Bundan sonra Tixo məşhurlaşdı və kral 2-ci Friedrichin dəvəti ilə Kopenhagen Universitetində astronomiya dərsi deməyə başladı. 1 il sorna dərsləri dayandırsa da kral Tixoya müşahidələrini davam etdirməsi üçün Danimarkaya məxsus, 7.5 km2 sahəsi olan Hveen adasını hədiyyə etdi. O vaxta qədər Hveen adası birbaşa krala tabe olsa da, Tixonun adaya Feodal Lordu təyin edilməsindən sonra bu dəyişdi. Tixo adada yaşayan 50 ailənin daha çox məhsul becərmələrini tələb edir, əkinçiliyə nəzarət edir, yeni qəsrinin inşası üçün kəndliləri işlədirdi. Vergiləri də artırandan sonra kəndilər Tixonu şikayət etdilər və məhkəmə onun vergi almaq hüququnu müəyyən etdi, nəticədə lord və kəndilərin qarşılıqlı öhdəliklərini əks etdirən müqavilə imzalandı.

Tixo Hveen adasında Urinaborg və Stjernborg adında iki rəsədxana inşa etdirdi. İkinci rəsədxana – Stjernborgu (Star Castle) inşa etməkdə məqsədi adanın çox küləkli olması idivə rəsədxana yeraltında yerləşirdi. Daha sonra 1984-cü ildə nəşriyyat, 1592-ci ildə kağız istehsalı sexi düzəltdirdi. Tələbəsi Johannes Keplerin planetlərin elliptik orbitləri qanununu hazırlamasına kömək etdi. 777 ulduzun yerini hesabladı və kataloq hazırladı.

Kainat nəzəriyyəsi

redaktə

Tixo Kopernikin nəzəriyyəsini qəbul etmirdi. Ona görə Kopernikin nəzəriyyəsi həm fiziki qanunlara həm də dini kitaba görə yanlış idi. Dinə görə Yer hər şeyin mərkəzindədir və hərəkətsiz olmalıdır. Amma Batlamyus sisteminin də xətalı olduğunu anlayırdı. Buna görə o 1577-ci ildə bu iki sistemi içində birləşdirən yer mərkəzdi kainat nəzəriyyəsini irəli sürdü. Onun nəzəriyyəsinə əsasən Yer kainatın məzkəzində idi, Günəş Yerin, planetlər də Günəşin ətrafında dövr edirdi.

Adadan ayrılmaq

redaktə

1588-ci ildə Danimarka kralı 2-ci Fredrich dünyasını dəyişdi və yerinə oğlu 4-cü Christian gəldi. Yeni kral ilə aralarında yaranan problemlərə görə ada Tixodan alındı və ona ayrılmış fond kəsildi. Adadan ayrılan Tixo 1597-ci ildə Kopenhagenə getdi. 1599-cu ildə isə Habsburg sülaləsindən 2-ci Rudolfun dəvəti ilə Roma İmperatorluğunun riyaziyyatçısı olmaq üçün Pragaya getdi. Ona verilən Benatky qalasında yaşayan Tixo müşahidələrinə davam edirdi. 1600-cü ildə tələbəsi Kepler onunla işləmək üçün Pragaya gəldi.

Ailəsi

redaktə

Tixo 25 yaşında zadəgan olmayan bir qadın seçdi ki, bu da o dövr üçün sosial cinayət sayılırdı. Seçdiyi qadın Lutheran keşişinin qızı Kirsten Hansen idi. Onların ailə qurmaları qanuna zidd olsa da, 3 il birlikdə yaşasalar evlənmələrinə icazə veriləcəkdi. Onlar 3 il yaşadılar və ailə həyatı qurdular. 8 uşaqlarından 6-sı yeniyetmə yaşına qədər yaşadı. Onların bu qaydailə evlənməsinin nəticəsi olaraq uşaqları aristokrat imtiyazlarına sahib olmamalı, sadə vətəndaş olaraq yaşamalıdırlar. Tixonun mülklərini və silahlarını miras ala bilməyəcəklər. Adadan qovulandan sonra Roma İmperatoru 2-ci Rudolfun yanına gedəndən sonra orda Tixonun uşaqları aristokrat olaraq qəbul edilir.

Xasiyyəti

redaktə

Tixo laqeyd, səbrsiz, eqoist, çox vaxt da qəddar insan kimi tanınırdı, buna baxmayaraq ağıllı və çalışqan idi. Məktublarının birində evində şimal maralı saxladığını və ziyafətlərin birində çoxlu pivə içərək pilləkənlərdən yıxılaraq öldüyünü bildirir. O adada bir cırtdan(dwarf) da saxlayırdı və cırtdanların gələcəyi görürdüyünə inanırdı. İsyan edən kəndlilərə nəzarət etməyin yollarını Jeppe adlı cırtdandan soruşardı. Dovşanlardan və yaşlı qadınlardan da qorxduğu deyilir.

Ölümü

redaktə
 
Brahe və tələbəsi Keplerin heykəli

1601-ci ildə kralın iştrak etdiyi ziyafətdə bol içki içənTixo kraldan əvvəl stoldan qalxmağı hörmətsizlik qəbul edərək uzun müddət tualetə gedə bilmir, sidik kisəsi partlayır. Böyrək iltibahı nəticəsində 24 okytabr 1601-ci ildə Pragada rəhmətə gedir. Həkimlər onun böyrək daşından öldüyünü dedilər.

Amma 1901-ci ildə məzarı açılır və qalıntıları ekspertiza müayinəsindən keçir. Ekspertlər böyrəkdə daşları tapılmır və ölüm səbəbi sidik kisəsinin partlamasından sonra qana yayılan karbamidin(CO(NH₂)₂) çoxluğu göstərilir.

Xarici keçidlər

redaktə
  1. Bibliothèque nationale de France Tycho Brahe // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  3. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. Deutsche Nationalbibliothek Record #118514237 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. Çex Milli Hakimiyyət Məlumat bazası.
  NODES