Tovuz quşu (lat. Pavo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. Monotipik növdür, yəni yarımnövlərə ayrılmır. İnsanlar tərəfindən əhliləşdirilib. 2 növü var: Adi tovuz quşu (Pavo cristatus) və Yava tovuz quşu (Pavo muticus).

Tovuz quşu
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Dəstəüstü:
Fəsiləüstü:
Fəsilə:
Cins:
Tovuz quşu
Beynəlxalq elmi adı

Asiyada, xüsusən Şri-LankaSumatra adalarında yayılmışdır. Normal inkişaf etmiş fərdin bədəninin uzunluğu 1,00-1,25 m, quyruğu 40-45 sm-ə qədərdir. "Gözcük"lərlə bəzənmiş lələklərlə örtülü quyruqüstlüyü (quyruqdan fərqlidir) 120-130 sm-ə çatır. Dekorativ quş kimi saxlanılır.

Qısa məlumat

redaktə

Bədəninin uzunluğu 100—125 sm, quyruğunun uzunluğu 40—50 sm-ə, kütləsi 4—4,25-30 kq-a çatır. Baş, boyun və döşün bir hissəsi göy, bədənin aşağı hissəsi qara rəngdədir.ur və onlarda qu Dişiləri bir qədər kiçik olyruqüstlüyündəki lələklər olmur.Və dekorativ quş kimi az istifadə olunur.

Çoxalması

redaktə

Tovuz quşları poliqam olub, bir qrupda 3-5 erkəklə yaşayır. Cinsi yetkinlik 2-3 yaşlarından başlayır. Apreldən sentyabr ayına kimi cütləşmə baş verir. Dişi yerə 4-10 yumurta qoyur, ildə 3 dəfə yumurtaqoyma baş verir. Kürt yatma müddəti 28 gündür.

Yayılması

redaktə

Banqladeş, Nepal, Pakistan, Hindistan, Şri-Lanka, eləcə də İranda dəniz səviyyəsindən 2000 m hündürlükdə geniş yayılmışdır. Meşəlik ərazilərdə, əkin sahələrində və kəndlərin yaxınlığında yaşayır.

Təsərrüfat əhəmiyyəti

redaktə

Qədim dövrlərdən etibarən tovuz quşunun lələkləri balıqçılıq mövzusu idi.[mənbə göstərin] Orta əsr cangavərləri dəbilgə və şapqaları bəzəmək üçün, qızlar isə bəzək əşyaları düzəltmək üçün tovuz quşunun lələklərindən istifadə edirdilər. XX əsrin əvvəllərində parkları bəzəmək üçün tovuz quşunu bəzən nadir hallarda saxlayırdılar, elə hesab edilirdi ki, onların xoşagəlməz səsləri və bağlarda yaratdığı zərərlər onun görünüşündəki zövgə uygun gəlmirdi. İndiki vaxtda bəzən dekorativ quş kimi saxlanılır.lələklərini bəzək kimi istifadə edirlər.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
  NODES
Idea 1
idea 1