Tristan və İzolda

sevgi dastanı və ya romantik faciə janrlı dastan

Tristan və İzolda - sevgi dastanı və ya romantik faciə janrlı dastan. XII əsrdən bəri bir çox mənbələrdə, fərqli versiyalarda təqdim olunur. Dastan Korniş sərkərdəsi Tristan[1]İrlandiya şahzadəsi İzoldanın[2] sevgisindən bəhs edən bir faciədir. Bəzi mənbələrdə bu faciəni "zina eşq" də adlandırırlar. XII əsrdən bəri hekayənin təfərrüatları və detalları hər müəllifə görə dəyişsə də ümumi məzmun, indiyə qədər olduğu kimi qalır.

"Tristan və İzolda" Herbert Ceyms Draper

Personajların əfsanəsi

redaktə

Tristanın xarakteri və hekayəsi müəllifdən müəlifə dəyişir. Hətta qəhrəmanın adı belə müxtlif dillərdə, müxtəlif formalarda təqdim olunur. Bunanla belə, ən əsas ad; "Tristan" olaraq qəbul olunur. Tristanın əfsanəsi iki əsas mənbədən qaynaqlanır. Birinci mənbə XII əsrin ikinci yarısında yaşamış iki fransız yazar, Tomas BritaniyalıBeruol Normandiyalının (və ya Bretonlu) romanlarından qaynaqlanır. İkinci mənbə isə Tomas və Beroulun əsərlərindən ciddi şəkildə fərqli yazılmış Pros Tristandan qaynaqlanır.

İstinadlar

redaktə
  1. Bəzi mənbələrdə: Tristram
  2. Bəzi mənbələrdə: İsolde, Yseult, İseult
  NODES