UEFA Avro 1968
Futbol üzrə 3-cü Avropa çempionatı — final turniri 1968-ci il 5-10 iyun tarixində İtaliyada keçirilən futbol yarışı.
UEFA Avro 1968 | |
---|---|
42°29′55″ şm. e. 12°30′04″ ş. u.HGYO | |
Yarış məlumatları | |
Ev sahibi | İtaliya |
Tarix | 5-10 iyun 1968 |
Başlama tarixi | 5 iyun 1968 |
Bitmə tarixi | 10 iyun 1968 |
Komanda sayı | 4 |
Stadion sayı |
Stadio Olimpiko San-Paolo Stadio Kommunale (Roma Neapol Florensiya ev sahibi şəhərdə) |
Yekun nəticəsi | |
Çempion | İtaliya |
İkinci | Yuqoslaviya |
Üçüncü yer | İngiltərə |
Dördüncü yer | SSRİ |
Yarış statistikası | |
Oyun sayı | 5 |
Qol sayı | 7 (matç başına: 1.4) |
Tamaşaçı sayı | 260916 (matç başına: 52183) |
Mükafat sahibləri | |
Bombardir(lər) | Draqan Caiç (2 qol) |
← 1964 1972 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu turnirdə "Avropa Kuboku" adından imtina edib, "Avropa çempionatı" adına keçilməsi qərara alınmışdır. Çünki UEFA bu turnirdə Olimpiya sisteminin qarışıq sistemlə əvəzlənməsini məqsədəuyğun hesab etmişdir.
Yeni qaydalara görə milli yığmalar əvvəlcə 8 qrupda mübarizə aparır, bu qruplardakı komandalar öz aralarında evdə və səfərdə olmaqla iki görüş keçirirdilər. Sonra, yəni 1/4, 1/2 və finalda əvvəlki kimi "uduzan çıxır" sistemi dövrəyə girirdi. Qruplar formalaşdırılarkın ilk dəfə bu turnirdə "səpələmə" prinsipi tətbiq olunmuşdur. Səkkiz güclü millinin hər biri bir qrupun başında durmuşdur. Turnirdə ümumilikdə 31 komanda iştirak etmişdir.
SSRİ və İtaliya milliləri arasında keçirilən yarımfinal oyunu 0:0 hesablı bərabərliklə nəticələnmişdir. Qalibi püşkatma (dəmir pul atmaq) müəyyənləşdirmişdir. Püşkatma zamanı bəxt SSRİ millisinin kapitanı Albert Şesternyovdan üz döndərmişdir. Belə yüksək səviyyəli futbol turnirində bu cür püşkatma birinci və sonuncu dəfə olmuşdur.
İştirakçılar
redaktəŞəhərlər və stadionlar
redaktəNeapol | Florensiya | Roma | |||
---|---|---|---|---|---|
San-Paolo | Stadio Kommunale | Stadio Olimpiko | |||
40°49′40″ şm. e. 14°11′34″ ş. u.HGYO | 43°46′51″ şm. e. 11°16′58″ ş. u.HGYO | 41°56′01″ şm. e. 12°27′17″ ş. u.HGYO | |||
Tutumu: 72 800 | Tutumu: 47 000 | Tutumu: 86 500 | |||
Seçmə mərhələsi oyunları
redaktəSeçmə mərhələsinin oyunları iki mərhələli keçirilmişdir: qrup mərhələsi (1966-cu ildən 1968-ci ilədək davam etmişdir) və 1/4 final oyunları (1968-ci ildə keçirilmişdir). Yeddi qrupda 4, bir qrupda isə 3 komanda mübarizə aparmışdır. Komandalar biri-biriləri ilə iki oyun (evdə və səfərdə olmaqla) oynamışlar. Yalnız qrup qalibləri təsnifatın sonrakı mərhələsinə adlaya bilmişlər.
1/4 final iştirakçıları da öz aralarında iki oyun keçirmişlər (evdə və səfərdə olmaqla). Cütlüklərin qalibləri turnirin final mərhələsinə vəsiqə qazanmışlar.
Komandaların heyətləri
redaktəFinal turniri
redaktəYarımfinal | Final | ||||||
5 iyun. Neapol | |||||||
İtaliya (püşkə görə) | 0 | ||||||
SSRİ | 0 | ||||||
8 iyun. Roma (yenidən oynama 10 iyun) | |||||||
İtaliya | 2 (1) | ||||||
Yuqoslaviya | 0 (1) | ||||||
Üçüncü yer uğrunda oyun | |||||||
5 iyun. Florensiya | 8 iyun. Roma | ||||||
Yuqoslaviya | 1 | İngiltərə | 2 | ||||
İngiltərə | 0 | SSRİ | 0 |
1/2 final
redaktə5 iyun 1968 18:00 |
|
Sadio San-Paolo, Neapol Tamaşaçı: 68 582 Hakim: Kurt Çençer |
|||
Heyətlər: İtaliya: Dzoff, Burnyiç, Fakketti, Ferrini, Berçellino, Kastano, Domengini, Yuliano, Matssola, Rivera, Prati SSRİ: Pşeniçnikov, İstomin, Şesternyov, Kapliçnı, Afonin, Lenev, Loqofet, Malofeyev, Banişevski, Bışovets, Yevryujixin |
* İtaliya püşk (dəmir pul atmaq) sayəsində finala çıxmışdır.
5 iyun 1968 21:15 |
|
Stadio Kommunale, Florensiya Tamaşaçı: 21 834 Hakim: Xose Mariya Ortis de Mendibil |
||||||
Heyətlər: Yuqoslaviya: İ.Panteliç, Fazlaqiç, Paunoviç, Holtser, Damyanoviç, Pavloviç, Triviç, Osim, Petkoviç, Musemiç, Caiç İngiltərə: Benks, Lebon, Vilson, Mülleri, Nyuton, Mur, Boll, Hanter, B.Çarlton, Hant, Piters |
3-cü yer uğrunda oyun
redaktə8 iyun 1968 18:45 |
|
Stadio Olimpiko, Roma Tamaşaçı: 68 817 Hakim: İştvan Jolt |
||||||
Heyətlər: İngiltərə: Benks, T.Rayt, Vilson, Staylz, Lebon, Mur, Hanter, B.Çarlton, Hant, Herst, Piters SSRİ: Pşeniçnikov, İstomin, Şesternyov, Kapliçnı, Afonin, Lenev, Loqofet, Malofeyev, Banişevski, Bışovets, Yevryujixin |
Final
redaktə8 iyun 1968 21:15 |
|
Stadio Olimpiko, Roma Tamaşaçı: 68 817 Hakim: Qotfrid Dinst |
||||||
Heyətlər: İtaliya: Dzoff, Burnyiç, Quarneri, Kastano, Fakketti, Ferrini, Yuliano, Lodetti, Domengini, Anastazi, Prati Yuqoslaviya: İ.Panteliç, Fazlagiç, Paunoviç, Holtser, Damyanoviç, Pavloviç, Triviç, Açimoviç, Petkoviç, Musemiç, Caiç |
Finalın yenidən oynanılması
redaktə10 iyun 1968 21:15 |
|
Stadio Olimpiko, Roma Tamaşaçı: 55 000 Hakim: Xose Mariya Ortis de Mendibil |
||||||
Heyətlər: İtaliya: Dzoff, Burnyiç, Quarneri, Salvadore, Fakketti, De Sisti, Rozato, Matssola, Domengini, Anastazi, Riva Yuqoslaviya: İ.Panteliç, Fazlagiç, Paunoviç, Holtser, Damyanoviç, Pavloviç, Triviç, Açimoviç, Xoşiç, Musemiç, Caiç |
1968 Avropa çempionu |
---|
İtaliya Birinci titul |
Bombardirlər
redaktə2 top
1 top
Simvolik yığma komanda
redaktə- Q Dino Dzoff
- M Mirsad Fazlagiç
- M Caçinto Fakketti
- M Albert Şesternyov
- M Bobbi Mur
- Ym İvitsa Osim
- Ym Sandro Matssola
- Ym Ancelo Domengini
- H Ceff Hörst
- H Luici Riva
- H Draqan Caiç
Mənbə: UEFA[1]
İstinadlar
redaktə- ↑ "1968: Simvolik yığma komanda". 2016-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-31.