UEFA Avro 2020
UEFA 2020 Avropa çempionatı və ya qısaca UEFA Avro 2020 (həmçinin UEFA Avro 2021) – Avropanın ali futbol qurumu olan Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) tərəfindən təşkil ediləcək sayca 16-cı turnirdir.[1] Turnirin qalibi finalda İngiltərəni məğlub edən İtaliya oldu.
UEFA Avro 2020 | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi şəhər |
Amsterdam – Niderland Bakı – Azərbaycan Budapeşt – Macarıstan Buxarest – Rumıniya Kopenhagen – Danimarka Qlazqo – Şotlandiya London – İngiltərə Münhen – Almaniya Roma – İtaliya Sankt-Peterburq – Rusiya Sevilya – İspaniya |
Tarix | 11 iyun — 11 iyul 2021 |
Başlama tarixi | 11 iyun 2021 |
Bitmə tarixi | 11 iyul 2021 |
Komanda sayı | 24 |
Stadion sayı | 11 (11 ev sahibi şəhərdə) |
Yekun nəticəsi | |
Çempion | İtaliya (2-ci titul) |
İkinci | İngiltərə |
Yarış statistikası | |
Oyun sayı | 50 |
Qol sayı | 140 (matç başına: 2.8) |
Tamaşaçı sayı | 1032105 (matç başına: 20642) |
Mükafat sahibləri | |
Bombardir(lər) |
5 qol: Kriştiano Ronaldo Patrik Şik |
Ən yaxşı oyunçu | Canluici Donnarumma |
Ən yaxşı gənc oyunçu | Pedri |
← 2016 2024 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Turnirin 2020-ci il 12 iyun-13 iyul tarixində keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyasına görə 1 il təxirə salındı.
UEFA-nın 17 mart 2020-ci il tarixində keçirilmiş iclasında UEFA prezidenti Aleksandr Çeferinin verdiyi qərara əsasən, turnir 11 iyun 2021-ci il tarixində start götürüldü.
Turnir 11 UEFA-ya üzv ölkənin 11 müxtəlif şəhərində 11 iyundan 11 iyula qədər keçirildi. Avropa Çempionatları tarixində ilk dəfə bu turnirdə video köməkçi hakim (VAR) texnologiyasından istifadə edildi.[2]
Turnir əvvəlki illərdən fərqli olaraq bir və ya iki ölkədə yox, 12 ölkədə keçirilmişdir. Bu barədə ilk məlumatı, "UEFA"nın keçmiş prezidenti Mişel Platini 2013-cü ildə məlumat vermişdi.[3] Oyunların keçiriləcəyi bütün stadionlar nəhəng tutuma malikdir. Londonda yerləşən Uembli stadionu 1996-cı ildəki çempionatdan sonra ikinci dəfə yarımfinal və final oyunlarına ev sahibliyi etdi. Turnirin açılış matçı Roma Olimpiya Stadionunda İtaliya və Türkiyə milliləri arasında keçirildi və İtaliyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşdı.
Məkanların seçim prosesi
redaktəBir çox ölkələr Avro 2020-ni keçirməkdə maraqları olduğunu bildirdiyi ərəfələrdə[4][5][6] UEFA prezidenti Mişel Platini 30 iyun 2012-ci ildə – Avro 2012 finalından bir gün öncə mətbuat konfransında önəmli bir təklifini irəli sürmüşdü. Belə ki, o turniri yalnız bir ölkədə keçirmək yerinə, qitənin 12–13 şəhərində keçirilə biləcəyini demişdi.[7] Həmin vaxt, UEFA buna oxşar bir sistemi 17 yaşlılar arasında Avropa Çempionatının elit raundunda tətbiq edirdi.
Format qərarı
redaktə6 dekabr 2012-ci ildə çempionatın 60 illiyi ilə əlaqədar olaraq UEFA turnirin müxtəlif ölkə və şəhərlərdə keçiriləcəyini bildirir.[8][9] Avropada bu qərar birmənalı qarşılanmır və çoxlu tənqid ilə qarşılanır. Tənqidçilərin çoxu bu qərarın həmin vaxt Avropada olan iqtisadi böhranla əlaqələndirir. Mişel Platini isə, jurnalistlərlə göruşdə turnirin ev sahibliyi üçün təkcə Türkiyənin ciddi bir təklif verdiyini qeyd edir.[10]
Təklif edilən məkanlar
redaktəÖlkə | Şəhər | Yer | Tutumu |
---|---|---|---|
Azərbaycan | Bakı | Bakı Olimpiya Stadionu | 68700 |
Belarus | Minsk | Dinamo stadionu | 34000 (39000-ə qədər artırılmalı idi) |
Belçika | Brüssel | Yeni Milli Stadion fikirləşilirdi | 50000 (potensial olaraq 62000) |
Bolqarıstan | Sofiya | Vasil Levski Stadionu | 43000 (50000-ə qədər artırılmalı idi) |
Danimarka | Kopenhagen | Parken stadionu | 38065 |
İngiltərə | London | Uembli stadionu | 90000 |
Almaniya | Münhen | Allianz Arena | 75000 |
Macarıstan | Budapeşt | Puşkaş Arena | 67215 |
İrlandiya | Dublin | Aviva stadionu | 51700 |
İsrail | Yerusəlim | Teddi stadionu | 34000 (53000-ə qədər artırılmalı idi) |
İtaliya | Roma | Olimpiya Stadionu | 72698 |
Makedoniya | Skopye | Toşe Proeski stadionu | 33460 |
Hollandiya | Amsterdam | Yohan Kroyf Arena | 54990 (56000-ə qədər artırılacaq) |
Rumıniya | Buxarest | Buxarest Milli Arenası | 55600 |
Rusiya | Sankt-Peterburq | Yeni Zenit Stadionu | 69500 |
Şotlandiya | Qlazqo | Hempden Park | 52063 |
İspaniya | Bilbao | San Mames stadionu | 53332 |
İsveç | Solna, Stokholm | Frends Arena | 50000 |
Uels | Kardiff | Millennium Stadionu | 74500 |
Seçilən stadionlar
redaktəLondon | Münhen | Roma | Bakı |
---|---|---|---|
Uembli stadionu | Allianz Arena | Roma Olimpiya Stadionu | Olimpiya Stadionu |
Tutum: 90000 | Tutum: 75000 | Tutum: 72698 | Tutum: 68700 |
Sankt-Peterburq | Budapeşt | ||
Yeni Zenit Stadionu | Puşkaş Arena | ||
Tutum: 68134 | Tutum: 67889 | ||
Buxarest | Amsterdam | ||
Buxarest Milli Arenası | Yohan Kroyf Arena | ||
Tutum: 55600 | Tutum: 54990 | ||
Sevilya | Qlazqo | Kopenhagen | |
La Kartuja stadionu | Hempden Park | Parken stadionu | |
Tutum: 60000 | Tutum: 52063 | Tutum: 38065 | |
London istisna olmaqla digər bütün şəhərlər üç qrup mərhələsi və bir 1/8 və ya 1/4 Final matçına ev sahibliyi etdi. Oyunların bölüşülməsi aşağıdakı kimidir:
- Qrup mərhələsi, 1/8 Final, yarı final və final matçı: London (İngiltərə)
- Qrup mərhələsi və 1/4 Final: Münhen (Almaniya), Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya)
- Qrup mərhələsi və 1/8 Final: Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Niderland), Sankt-Peterburq (Rusiya), Sevilya (İspaniya), Budapeşt (Macarıstan), Qlazqo (Şotlandiya)
Şəhərlərin hansı qrupların matçlarına ev sahibliyi edəcəyi 7 dekabr 2017-ci ildə müəyyənləşir. Həm iştirakçı həm də ev sahibi olan komandalar ən azı 2 oyunu öz ölkəsində oynayır:
- A qrupu: Roma (İtaliya) və Bakı (Azərbaycan)
- B qrupu: Sankt-Peterburq (Rusiya) və Kopenhagen (Danimarka)
- C qrupu: Amsterdam (Niderland) və Buxarest (Rumıniya)
- D qrupu: London (İngiltərə) və Qlazqo (Şotlandiya)
- E qrupu: Sankt-Peterburq (Rusiya) , Sevilya (İspaniya)
- F qrupu: Münhen (Almaniya) və Budapeşt (Macarıstan)
Kvalifikasiya
redaktəTurnirin final mərhələsində heç bir komanda birbaşa oynamaq hüququ qazanmır. 55 milli komandanın hamısı təsnifat mərhələsində Avro 2020-də oynamaq üçün mübarizə aparırdı.
Turnirin seçmə mərhələsinin püşkü 2 dekabr 2018-ci ildə Dublin Konqres Mərkəzində atılır.[11]
Təsnifat mərhələsinin oyunları 2018 FİFA Dünya Kubokundan sonra – sentyabr ayında başlayacağı planlaşdırılsada, seçmə mərhələ oyunları 2019-cu ilin martında başlayır. Turnirin seçim formatı 2016-cı ildəkindən azacıq fərqlənirdi. Ənənəvi olaraq 55 komandadan 24-ü final mərhələsində iştirak haqqı qazanacaqdı, lakin ötən seçmə mərhələlərdən fərqli olaraq onların 20-si buradan qatıla bilərdi. Yerdə qalan 4 yerin sahibi sonradan müəyyənləşəcəkdi. Kosovonun 2016-cı ilin mayında üzvlüyü UEFA-da qəbul edildikdən sonra seçmə mərhələnin formatı daha da dəqiqləşir. Belə ki, UEFA Millətlər Liqasının bitməsindən sonra, 10 qrupun olduğu və hər qrupdan ilk iki komandanın turnirin final mərhələsində oynama imkanı qazanacağı dəqiqləşir. Seçmə mərhələnin matçları 2019-cu ilin mart, iyun, sentyabr, oktyabr və noyabr aylarında oynanılır.[12]
UEFA Milli komandalara, UEFA Millətlər Liqası vasitəsilə də turnirdə iştirak etmə şansı verir. Belə ki, hər diviziyadan seçmə mərhələdən turnirə qatıla bilməyən bir milli komanda bu şansdan yararlana bilər. Əvvəlcə diviziyanın özündə play-off matçları oynanılmalıdır. Diviziyaların daxilindəki 4 qrupun liderləri öz aralarında oynayaraq qalibi müəyyənləşdirməlidirlər. Bu oyunların 2020-ci ilin martında oynanılması planlaşdırlırdı. Oyunlar 2 yarımfinal və final matçından ibarətdir.[13]
İştirakçı Komandalar
redaktəHal-hazırda iştirakı dəqiqləşən 20 komandanın 17-si Avro 2016-da da iştirak etmişdi. Onların arasında Belçika və İtaliya milliləri seçmə mərhələdə bütün matçlarını qələbə ilə başa vuraraq fərqlənirlər.[14][15] Son Avropa çempionu Portuqaliya və son dünya çempionu Fransa milliləri də iştirakçılar arasındadır. Finlandiya və Şimali Makedoniya milliləri tarixində ilk dəfə Avropa Çempionatında iştirak edəcək.[16] Köhnə çempionlardan yalnız Yunanıstan millisi turnirdə iştirak edə bilməyəcək. Onlar ardıcıl 2-ci dəfədir ki Avropa Çempionatında iştirak etməyəcəklər.[17]
Turnirə ev sahibliyi edəcək 12 ölkədən doqquzunun milli komandası turnirdə iştirak hüququ əldə edir.
Komanda[upper-alpha 1] | Necə vəsiqə qazandı? | Rəsmiləşməsi | İştirak etdikləri illər[upper-alpha 2] |
---|---|---|---|
Belçika | I qrupu birincisi | 10 oktyabr 2019 | 5 (1972, 1980, 1984, 2000, 2016) |
İtaliya | J qrupu birincisi | 12 oktyabr 2019 | 9 (1968, 1980, 1988, 1996, 2000, 2004, 2008, 2012, 2016) |
Rusiya[upper-alpha 3] | I qrupu ikincisi | 13 oktyabr 2019 | 11 (1960, 1964, 1968, 1972, 1988, 1992, 1996, 2004, 2008, 2012, 2016) |
Polşa | G qrupu birincisi | 13 oktyabr 2019 | 3 (2008, 2012, 2016) |
Ukrayna | B qrupu birincisi | 14 oktyabr 2019 | 2 (2012, 2016) |
İspaniya | F qrupu birincisi | 15 oktyabr 2019 | 10 (1964, 1980, 1984, 1988, 1996, 2000, 2004, 2008, 2012, 2016) |
Fransa | H qrupu birincisi | 14 noyabr 2019 | 9 (1960, 1984, 1992, 1996, 2000, 2004, 2008, 2012, 2016) |
Türkiyə | H qrupu ikincisi | 14 noyabr 2019 | 4 (1996, 2000, 2008, 2016) |
İngiltərə | A qrupu birincisi | 14 noyabr 2019 | 9 (1968, 1980, 1988, 1992, 1996, 2000, 2004, 2012, 2016) |
Çexiya[upper-alpha 4] | A qrupu ikincisi | 14 noyabr 2019 | 9 (1960, 1976, 1980, 1996, 2000, 2004, 2008, 2012, 2016) |
Finlandiya | J qrupu ikincisi | 15 noyabr 2019 | 0 (debüt) |
İsveç | F qrupu ikincisi | 15 noyabr 2019 | 6 (1992, 2000, 2004, 2008, 2012, 2016) |
Xorvatiya | E qrupu birincisi | 16 noyabr 2019 | 5 (1996, 2004, 2008, 2012, 2016) |
Avstriya | G qrupu ikincisi | 16 noyabr 2019 | 2 (2008, 2016) |
Niderland | C qrupu ikincisi | 16 noyabr 2019 | 9 (1976, 1980, 1988, 1992, 1996, 2000, 2004, 2008, 2012) |
Almaniya | C qrupu birincisi | 16 noyabr 2019 | 12 (1972, 1976, 1980, 1984, 1988, 1992, 1996, 2000, 2004, 2008, 2012, 2016) |
Portuqaliya | B qrupu ikincisi | 17 noyabr 2019 | 7 (1984, 1996, 2000, 2004, 2008, 2012, 2016) |
İsveçrə | D qrupu birincisi | 18 noyabr 2019 | 4 (1996, 2004, 2008, 2016) |
Danimarka | D qrupu ikincisi | 18 noyabr 2019 | 8 (1964, 1984, 1988, 1992, 1996, 2000, 2004, 2012) |
Uels | E qrupu ikincisi | 19 noyabr 2019 | 1 (2016) |
Macarıstan | Pley Off qalibləri | 12 oyabr 2020 | 3 (1964, 1972, 2016) |
Slovakiya | 1 (2016) | ||
Şotlandiya | 2 (1992, 1996) | ||
Şimali Makedoniya | debüt |
- ↑ Maili hərflərlə yazılan komandaların aid olduğu ölkələr həm də turnirə ev sahibliyi edəcək
- ↑ Qalın hərflərlə yazılan illərdə komanda çempion olub. Maili hərflərlə yazılan illərdə isə komanda turnirə ev sahibliyi edib.
- ↑ 1960-cı ildən 1988-ci ilə kimi Rusiya millisi SSRİ, 1992-ci ildə isə MDB adı altında turnirdə iştirak edib.
- ↑ 1960-1980-ci illər arası Çexiya millisi Çexoslovakiya adı ilə çempionatda oynayıb.
Koronavirus pandemiyası və tarixin dəyişdirilməsi
redaktə2019-cu ilin dekabr ayından Çindən başlayaraq yayılan CoVID-19 virusunun Avropada yayılması futboldan da yan keçmədi. Mart ayından başlayaraq Avropa ölkələrinin daxili futbol çempionatlarının, o cümlədən Çempionlar Liqası və Avropa Liqasını oyunlarının təxirə salınması UEFA Avro 2020-nin də təxirə salınmasını gündəmə gətirdi. Bu məqsədlə 17 mart 2020-ci ildə UEFA-nın iclası keçirildi. Pandemiyanın yayılmasının qarşısının alınması və ölkə çempionatlarının yekunlaşdırılmasına şərait yaratmaq üçün çempionat 2021-ci ilə qədər təxirə salındı. Çempionatdan əlavə, çempionatın martda keçirilməsi nəzərdə tutulan pley-off matçları da qeyri-müəyyən müddətə qədər təxirə salındı.
Turnirin Formatı
redaktəTurnirin final hissəsində Avropanın 24 milli komandası iştirak edir. Bu komandalar hər birində dörd komanda olmaqla altı qrupa bölünür.
"Pley-off"a (1/8 final) qruplarda birinci və ikinci yeri tutmuş komandalar, eləcə də öz qruplarında üçüncü yeri tutanlar sırasından dörd ən yaxşı komanda yüksəlir. Bu mərhələdən başlayaraq məğlub olan komandalar turniri tərk edir.
Final turnirinin oyun qrafiki
redaktəQrup mərhələsi
redaktəÇərşənbə axşamı, 22 iyun
D qrupu: Çex Respublikası — İngiltərə (23:00, London), D qrupu: Xorvatiya — Şotlandiya (23:00, Qlazqo)
Çərşənbə, 23 iyun
E qrupu: Slovakiya — İspaniya (20:00, Bilbao), E qrupu: İsveç — Polşa (20:00, Dublin), F qrupu: Almaniya — Macarıstan (23:00, Münhen), F qrupu: Portuqaliya — Fransa (23:00, Budapeşt)
Qeyd: Hər qrupda ilk iki yeri tutan komanda və üçüncü yeri tutanlar arasında dörd ən yüksək göstəricisi olan komanda növbəti mərhələyə keçir. Oyunların başlama saatları Bakı vaxtı ilə göstərilib İstirahət günləri: 24 və 25 iyun
1/8 final mərhələsi
redaktəŞənbə, 26 iyun
1: A qrupunun 2-cisi — B qrupunun 2-cisi (20:00, Amsterdam)
2: A qrupunun 1-cisi — C qrupunun 2-cisi (23:00, London)
Bazar günü, iyun 27
3: C qrupunun 1-cisi — D/E/F qrupunun 3-cüsü (20:00, Budapeşt)
4: B qrupunun 1-cisi — A/D/E/F qrupunun 3-cüsü (23:00, Bilbao)
Bazar ertəsi, 28 iyun
5: D qrupunun 2-cisi — E qrupunun 2-cisi (20:00, Kopenhagen)
6: F qrupunun 1-cisi — A/B/C qrupunun 3-cüsü (23:00, Buxarest)
Çərşənbə axşamı, 29 iyun
7: D qrupunun 1-cisi — F qrupunun 2-cisi (20:00, Dublin)
8: E qrupunun 1-cisi — A/B/C/D qrupunun 3-cüsü (23:00, Qlazqo)
İstirahət günləri: 30 iyun və 1 iyul
1/4 final mərhələsi
redaktəCümə günü, 2 iyul
1-ci 1/4 final: 6-cı cütün qalibi — 5-ci cütün qalibi (20:00, Sankt Peterburq)
2-ci 1/4 final: 4-cü cütün qalibi — 2-ci cütün qalibi (23:00, Münhen)
Şənbə, 3 iyul
3-cü 1/4 final: 3-cü cütün qalibi — 1-ci cütün qalibi (20:00, Bakı)
4-cü 1/4 final: 8-ci cütün qalibi — 7-ci cütün qalibi (23:00, Roma)
İstirahət günləri: 4 və 5 iyul
Yarımfinal mərhələsi
redaktəÇərşənbə axşamı, 6 iyul
1-ci yarımfinal: 2-ci 1/4 finalın qalibi — 1-ci 1/4 finalın qalibi (23:00, London)
Çərşənbə, 7 iyul
2-ci yarımfinal: 4-cü 1/4 finalın qalibi — 3-cü 1/4 finalın qalibi (23:00, London)
İstirahət günləri: 8, 9, 10 iyul
Final
redaktəBazar günü, 11 iyul
1-ci yarımfinalın qalibi — 2-ci yarımfinalın qalibi (23:00, London)[18]
Hakimlər
redaktə21 aprel 2021-ci ildə UEFA turnirdə iştirak edəcək 19 hakim briqadasını elan edir[19]. Onların sırasına UEFA ilə KONMEBOL arasında hakimlərin mübadiləsi proqramı çərçivəsində Avropa çempionatında iştirak etmək üçün Argentinanı təmsil edən hakim Fernando Rapallini və onun köməkçiləridə daxil ediilir[20].
Hakim briqadaları
redaktəÖlkə | Baş hakim | Hakim köməkçiləri |
---|---|---|
Almaniya | Felix Brych | Mark Borsch Stefan Lupp |
Türkiyə | Cüneyt Çakır | Bahattin Duran Tarık Ongun |
İspaniya | Carlos del Cerro Grande | Juan Carlos Yuste Jiménez Roberto Alonso Fernández |
İveç | Andreas Ekberg | Mehmet Culum Stefan Hallberg |
İsrail | Orel Grinfeld | Roy Hassan Idan Yarkoni |
Rumıniya | Ovidiu Hațegan | Sebastian Gheorghe Radu Ghinguleac |
Rusiya | Sergey Karasev | Igor Demeshko Maksim Gavrilin |
Rumıniya | István Kovács | Vasile Marinescu Ovidiu Artene |
Niderland | Björn Kuipers | Sander van Roekel Erwin Zeinstra |
Niderland | Danny Makkelie | Hessel Steegstra Jan de Vries |
İspaniya | Antonio Mateu Lahoz | Pau Cebrián Devís Roberto Díaz Pérez del Palomar |
İngiltərə | Michael Oliver | Stuart Burt Simon Bennett |
İtaliya | Daniele Orsato | Alessandro Giallatini Fabiano Preti |
Argentina | Fernando Rapallini | Juan Pablo Belatti Diego Bonfá |
Almaniya | Daniel Siebert | Jan Seidel Rafael Foltyn |
Portuqaliya | Artur Soares Dias | Rui Tavares Paulo Soares |
İngiltərə | Anthony Taylor | Gary Beswick Adam Nunn |
Fransa | Clément Turpin | Nicolas Danos Cyril Gringore |
Sloveniya | Slavko Vinčić | Tomaž Klančnik Andraž Kovačič |
VAR hakimləri
redaktəÖlkə | Video Köməkçi hakimlər | Ofsayd VAR hakimləri |
---|---|---|
İngiltərə | Stuart Attwell Chris Kavanagh | Lee Betts |
Fransa | Jérôme Brisard François Letexier | Benjamin Pagès |
Almaniya | Bastian Dankert Christian Dingert Marco Fritz | Christian Gittelmann |
İtaliya | Marco Di Bello Massimiliano Irrati Paolo Valeri | Filippo Meli |
Niderland | Kevin Blom Pol van Boekel | |
Polşa | Paweł Gil | |
Portuqaliya | João Pinheiro | |
İspaniya | Alejandro Hernández Hernández Juan Martínez Munuera José María Sánchez Martínez | Íñigo Prieto López de Cerain |
Dəstək hakimləri
redaktəÖlkə | Dörduncu hakim | Ehtiyat köməkçi hakim |
---|---|---|
Bolqarıstan | Georgi Kabakov | Martin Margaritov |
Fransa | Stéphanie Frappart | Mikaël Berchebru |
İtaliya | Davide Massa | Stefano Alassio |
Polşa | Bartosz Frankowski | Marcin Boniek |
Serbiya | Srđan Jovanović | Uroš Stojković |
İsveçrə | Sandro Schärer | Stéphane De Almeida |
Qrup mərhələsi
redaktəA qrupu
redaktəƏsas məqalə UEFA Avro 2020 A qrupu
№ | Komanda | O | Q | H | U | QT | QF | Xal | Təsnifat | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | İtaliya (H) | 3 | 3 | 0 | 0 | 7 | 0 | +7 | 9 | Birbaşa Pley-offa vəsiqə qazanır |
2 | Uels | 3 | 1 | 1 | 1 | 3 | 2 | +1 | 4 | |
3 | İsveçrə | 3 | 1 | 1 | 1 | 4 | 5 | −1 | 4 | Pley-offa vəsiqə qazana bilər |
4 | Türkiyə | 3 | 0 | 0 | 3 | 1 | 8 | −7 | 0 |
11 iyun 2021 21:00 |
|
Olimpiko, Roma Tamaşaçı: 12916 Hakim: Daniel Makkieli (Niderland) |
16 iyun 2021 18:00 (20:00 UTC+4) |
|
Olimpiya Stadionu, Bakı Tamaşaçı: 8782 Hakim: Kleman Türlen (Fransa) |
16 iyun 2021 18:00 |
|
Olimpiya Stadionu, Bakı Tamaşaçı: 19 762 Hakim: Artur Soares Dias Portuqaliya |
16 iyun 2021 21:00 |
|
Olimpiko, Roma Tamaşaçı: 12 445 Hakim: Sergey Karasev Rusiya |
20 iyun 2021 18:00 (20:00 UTC+4) |
|
Olimpiya Stadionu, Bakı Tamaşaçı: 17 138 Hakim: Slavko Vinçiç Sloveniya |
20 iyun 2021 18:00 |
|
Olimpiko, Roma Tamaşaçı: 11 541 Hakim: Ovidlu Hategan Rumıniya |
B qrupu
redaktəƏsas məqalə UEFA Avro 2020 B qrupu
№ | Komanda | O | Q | H | U | QT | QF | Xal | Təsnifat | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Belçika | 3 | 3 | 0 | 0 | 7 | 1 | +6 | 9 | Birbaşa Pley-offa vəsiqə qazanır |
2 | Danimarka (H) | 3 | 1 | 0 | 2 | 5 | 4 | +1 | 3 | |
3 | Finlandiya | 3 | 1 | 0 | 2 | 1 | 3 | −2 | 3 | Pley-offa vəsiqə qazana bilər |
4 | Rusiya (H) | 3 | 1 | 0 | 2 | 2 | 7 | −5 | 3 |
12 iyun 2021(18:00) |
|
Parken Stadionu, Kopenhagen Tamaşaçı: 15200 Hakim: Entoni Teylor İngiltərə |
12 iyun 2021(21:00 UTC+3) |
|
Yeni Zenit Stadionu, Sankt-Peterburq Tamaşaçı: 26264 Hakim: Antonio Laos İspaniya |
16 iyun 2021(15:00 UTC+3) |
|
Yeni Zenit Stadionu, Sankt-Peterburq Tamaşaçı: 24540 Hakim: Daniel Makkielli Niderland |
17 iyun 2021(18:00) |
|
Parken Stadionu, Kopenhagen Tamaşaçı: 23 395 Hakim: Bjorn Kuipers Niderland |
21 iyun 2021(21:00) |
|
Parken Stadionu, Kopenhagen Tamaşaçı: 23 644 Hakim: Klement Trupin Fransa |
21 iyun 2021(21:00 UTC+3) |
|
Yeni Zenit Stadionu, Sankt-Peterburq Tamaşaçı: 18 545 Hakim: Feliks Briç Almaniya |
C qrupu
redaktəƏsas məqalə UEFA Avro 2020 C qrupu
№ | Komanda | O | Q | H | U | QT | QF | Xal | Təsnifat | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Niderland (H) | 3 | 3 | 0 | 0 | 8 | 2 | +6 | 9 | Birbaşa Pley-offa vəsiqə qazanır |
2 | Avstriya | 3 | 2 | 0 | 1 | 4 | 3 | +1 | 6 | |
3 | Ukrayna | 3 | 1 | 0 | 2 | 4 | 5 | −1 | 3 | Pley-offa vəsiqə qazana bilər |
4 | Şimali Makedoniya | 3 | 0 | 0 | 3 | 2 | 8 | −6 | 0 |
13 iyun 2021(18:00) |
|
Arena Nationala, Buxarest Tamaşaçı: 9082[21] Hakim: Andreas Ekberg, İsveç |
13 iyun 2021 | 21:00
|
Yohan Kroyf Arena, Amsterdam Tamaşaçı: 15376 [22] Hakim: Feliks Briç (Almaniya) |
17 iyun 2021(16:00 UTC+3) | 15:00
|
Arena Nationala, Buxarest Tamaşaçı: 10 001 Hakim: Fernando Rapallini Argentina |
17 iyun 2021 | 21:00
|
Yohan Kroyf Arena, Amsterdam Tamaşaçı: 15 243 Hakim: Orel Grinfeld İsrail |
21 iyun 2021 | 18:00
|
Yohan Kroyf Arena, Amsterdam Tamaşaçı: 15 227 Hakim: İstvan Kovaca Rumıniya |
21 iyun 2021(19:00 UTC+3) | 18:00
|
Arena Nationala, Buxarest Tamaşaçı: 10 472 Hakim: Cüneyt Çakır Türkiyə |
D qrupu
redaktəƏsas məqalə UEFA Avro 2020 D qrupu
№ | Komanda | O | Q | H | U | QT | QF | Xal | Təsnifat | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | İngiltərə (H) | 3 | 2 | 1 | 0 | 2 | 0 | +2 | 7 | Birbaşa Pley-offa vəsiqə qazanır |
2 | Xorvatiya | 3 | 1 | 1 | 1 | 4 | 3 | +1 | 4 | |
3 | Çexiya | 3 | 1 | 1 | 1 | 3 | 2 | +1 | 4 | Pley-offa vəsiqə qazana bilər |
4 | Şotlandiya (H) | 3 | 0 | 1 | 2 | 1 | 5 | −4 | 1 |
13 iyun 2021(14:00 UTC+1) | 15:00
|
Uembli stadionu, London Tamaşaçı: 18,497[23] Hakim: Daniel Orsato (İtaliya) |
14 iyun 2021(14:00 UTC+1) | 15:00
|
Hampden Park, Qlazqo Tamaşaçı: 9842 [24] Hakim: Daniel Siebert (Almaniya) |
18 iyun 2021(17:00 UTC+1) | 18:00
|
Hampden Park, Qlazqo Tamaşaçı: 5 607[25] Hakim: Karlos del Cerro Grande İspaniya |
18 iyun 2021(20:00 UTC+1) | 21:00
|
Uembli stadionu, London Tamaşaçı: 20 306[26] Hakim: Antonio Mateu Lahoz İspaniya |
22 iyun 2021(20:00 UTC+1) | 21:00
|
Hampden Park, Qlazqo Tamaşaçı: 9 896[27] Hakim: Fernando Rappallini Argentina |
22 iyun 2021(20:00 UTC+1) | 21:00
|
Uembli stadionu, London Tamaşaçı: 19 104[28] Hakim: Artur Soares Diaz Portuqaliya |
E qrupu
redaktəƏsas məqalə UEFA Avro 2020 E qrupu
№ | Komanda | O | Q | H | U | QT | QF | Xal | Təsnifat | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | İsveç | 3 | 2 | 1 | 0 | 4 | 2 | +2 | 7 | BirbaşaPley-offa vəsiqə qazanır |
2 | İspaniya (H) | 3 | 1 | 2 | 0 | 6 | 1 | +5 | 5 | |
3 | Slovakiya | 3 | 1 | 0 | 2 | 2 | 7 | −5 | 3 | Pley-offa vəsiqə qazana bilər |
4 | Polşa | 3 | 0 | 1 | 2 | 4 | 6 | −2 | 1 |
14 iyun 2021(19:00 UTC+3) | 18:00
|
Yeni Zenit Stadionu, Sankt-Peterburq Tamaşaçı: 12862[29] Hakim: Ovidiu Hațegan (Rumıniya) |
14 iyun 2021 | 21:00
|
La Cartuja, Sevilya |
18 iyun 2021(16:00 UTC+3) | 15:00
|
Yeni Zenit Stadionu, Sankt-Peterburq Tamaşaçı: 11 525[30] Hakim: Daniel Siebert Almaniya |
19 iyun 2021 | 21:00
|
La Cartuja, Sevilya Tamaşaçı: 11 732[31] Hakim: Daniele Orsato |
23 iyun 2021 | 18:00
|
La Cartuja, Sevilya Tamaşaçı: 11 204[32] Hakim: Björen Kyupers Niderland |
23 iyun 2021(19:00 UTC+3) | 18:00
|
Yeni Zenit Stadionu, Sankt Peterburq Tamaşaçı: 14 252[33] Hakim: Maykl Oliver İngiltərə |
F qrupu
redaktəƏsas məqalə UEFA Avro 2020 F qrupu
№ | Komanda | O | Q | H | U | QT | QF | Xal | Təsnifat | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Fransa | 3 | 1 | 2 | 0 | 4 | 3 | +1 | 5 | Birbaşa Pley-offa vəsiqə qazanır |
2 | Almaniya (H) | 3 | 1 | 1 | 1 | 6 | 5 | +1 | 4 | |
3 | Portuqaliya | 3 | 1 | 1 | 1 | 7 | 6 | +1 | 4 | Pley-offa vəsiqə qazana bilər |
4 | Macarıstan (H) | 3 | 0 | 2 | 1 | 3 | 6 | −3 | 2 |
15 iyun 2021 | 18:00
|
Puşkaş Arena, Budapeşt Tamaşaçı: 55 562[34] Hakim: Cüneyt Çakır (Türkiyə) |
15 iyun 2021 | 21:00
|
Allianz Arena, Münhen Tamaşaçı: 13 000[35] Hakim: Karlos del Kerro Grande (İspaniya) |
19 iyun 2021 | 15:00
|
Puşkaş Arena, Budapeşt Tamaşaçı: 55 998[36] Hakim: Maykl Oliver İngiltərə |
19 iyun 2021 | 18:00
|
Allianz Arena, Münhen Tamaşaçı: 12 926 [37] Hakim: Entoni Teylor İngiltərə |
23 iyun 2021 | 21:00
|
Puşkaş Arena, Budapeşt Tamaşaçı: 54 886[38] Hakim: Antonio Mateu Latoz İspaniya |
23 iyun 2021 | 21:00
|
Allianz Arena, Münhen Tamaşaçı: 12 413[39] Hakim: Sergey Karasev Rusiya |
Üçuncu yerlərin nəticəsi
redaktə№ | Qr | Komanda | O | Q | H | U | QT | QF | Xal | Təsnifat | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | F | Portuqaliya | 3 | 1 | 1 | 1 | 7 | 6 | +1 | 4 | Pley offa vəsiqə qazanır |
2 | D | Çexiya | 3 | 1 | 1 | 1 | 3 | 2 | +1 | 4 | |
3 | A | İsveçrə | 3 | 1 | 1 | 1 | 4 | 5 | −1 | 4 | |
4 | C | Ukrayna | 3 | 1 | 0 | 2 | 4 | 5 | −1 | 3 | |
5 | B | Finlandiya | 3 | 1 | 0 | 2 | 1 | 3 | −2 | 3 | |
6 | E | Slovakiya | 3 | 1 | 0 | 2 | 2 | 7 | −5 | 3 |
Təsnifat qaydaları: 1) Xal; 2) Qol fərqi; 3) Qol sayı; 4) Qələbə; 5) Feyr Pley xalları; 6) Seçmə mərhələdəki xallar
Pley-off mərhələsi
redaktə1/8 final oyunları | 1/4 final oyunları | Yarımfinal oyunları | Final | |||||||||||
27 iyun 2021 — Sevilya | ||||||||||||||
Belçika | 1 | |||||||||||||
2 iyul 2021 — Münhen | ||||||||||||||
Portuqaliya | 0 | |||||||||||||
Belçika | 1 | |||||||||||||
26 iyun 2021 — London | ||||||||||||||
İtaliya | 2 | |||||||||||||
İtaliya | 2 | |||||||||||||
6 iyul 2021 — London | ||||||||||||||
Avstriya | 1 | |||||||||||||
İtaliya | 1 (4) | |||||||||||||
28 iyun 2021 — Buxarest | ||||||||||||||
İspaniya | 1 (3) | |||||||||||||
Fransa | 3 (4) | |||||||||||||
2 iyul 2021 — Sankt-Peterburq | ||||||||||||||
İsveçrə | 3 (5) | |||||||||||||
İsveçrə | 1 (1) | |||||||||||||
28 iyun 2021 — Qlazqo | ||||||||||||||
İspaniya | 1 (3) | |||||||||||||
Xorvatiya | 3 | |||||||||||||
11 iyul 2021 — London | ||||||||||||||
İspaniya | 5 | |||||||||||||
İtaliya | 1 (3) | |||||||||||||
29 iyun 2021 — Qlazqo | ||||||||||||||
İngiltərə | 1 (2) | |||||||||||||
İsveç | 1 | |||||||||||||
3 iyul 2021 — Roma | ||||||||||||||
Ukrayna | 2 | |||||||||||||
Ukrayna | 0 | |||||||||||||
29 iyun 2021 — London | ||||||||||||||
İngiltərə | 4 | |||||||||||||
İngiltərə | 2 | |||||||||||||
7 iyul 2021 — London | ||||||||||||||
Almaniya | 0 | |||||||||||||
İngiltərə | 1 (1) | |||||||||||||
27 iyun 2021 — Budapeşt | ||||||||||||||
Danimarka | 1 | |||||||||||||
Niderland | 0 | |||||||||||||
3 iyul 2021 — Bakı | ||||||||||||||
Çexiya | 2 | |||||||||||||
Çexiya | 1 | |||||||||||||
26 iyun 2021 — Amsterdam | ||||||||||||||
Danimarka | 2 | |||||||||||||
Uels | 0 | |||||||||||||
Danimarka | 4 | |||||||||||||
1/4 final oyunları
redaktəStatistika
redaktəMarketinq
redaktəMükafat fondu
redaktəTurnirin mükafat fondu, 2018-ci ilin fevral ayında təsdiqlənib. Hər bir komanda iştiraka görə 3.25 milyon avro mükafat almalıdır. Digər mükafatlar, oyun nəticələri və mərhələ keçməyə görə verilən mükafatlar ilə birlikdə bir komandanın ən çox qazana biləcəyi mükafat 34 milyon avrodur[40].
Mərhələ | Mükafat | Komanda sayı |
---|---|---|
Final mərhələsi | 9.25 milyon avro | 24 |
Qrup mərhələsi | Qələbə üçun 1.5 milyon avro Bərabərlik üçun 750 min avro | 24 |
8/1 final | €2m | 16 |
4/1 final | €3.25m | 8 |
Yarımfinal | €5m | 4 |
İkinci yer | €7m | 1 |
Qalib | €10m | 1 |
Sponsorlar
redaktə- Alipay[41]
- Booking Holdings[42]
- CocaCola[43]
- FedEx[44]
- Qazprom[45]
- Heineken[46]
- Hisense[47]
- QatarAirways[48]
- Takeaway.com[49]
- TikTok[50]
- Vivo Mobile[51]
- Volkswagen[52]
Bilet
redaktəSimvol və Atributlar
redaktəRekordlar və maraqlı faktlar
redaktəMilli komandalar
redaktə- Avro 2020 ən çox avtoqolun qeydə alındığı Avropa çempionatıdır. Belə ki, indiyədək oyunçular 10 dəfə topu öz qapılarına göndəriblər ki, bu da XXI əsrdə keçirilən çempionatlardakı avtoqol sayından çoxdur.
- Danimarka millisi qrup mərhələsinin ilk 2 turunda məğlub olsa da, son turda Rusiyaya (4:1) qalib gəlib. Beləliklə, komanda 3 xalla növbəti mərhələyə adlayıb. Bununla da Danimarka yığması Avropa çempionatları tarixində ilk iki turda məğlub olub, daha sonra 1/8 finala vəsiqə qazanan ilk komanda olub[53]. Danimarka millisi, həmçinin, Avropa çempionatları tarixində ardıcıl 2 oyunda 4 qol vuran ilk komanda olmuşdur (Rusiya ilə 4:1, Uels ilə 4:0)[54].
- İspaniya millisi, İsveç millisi ilə baş tutan qarşılaşmada 75 faiz topa sahib olub. Bu isə Avropa çempionatları tarixində rekord hesab edilir[55]
Oyunçular
redaktə- Avropa çempionatları tarixində ilk dəfə açılış oyununda hesab avtoqolla açılıb. Belə ki, Merih Demiral İtaliya millisi ilə görüşdə topu öz qapısına göndərib.
- Avropa çempionatının finalında İngiltərə millisinin futbolçusu Lyuk Şounun 1-ci dəqiqə 57-ci saniyədə vurduğu qol Avropa çempionatları tarixinin ən erkən qolu kimi tarixə düşüb[56]
- Polşa-Slovakiya oyununda, Polşa milli komandasının qapıçısı Voyçex Şesni Avropa çempionatları tarixində ilk qapıçı avtoqolunun müəllifi olur[57].
- Avro-2020-nin qrup mərhələsinin 2-ci turunda İspaniya ilə Polşa oyununda meydana daxil olan Polşa millisinin futbolçusu Katsper Kozlovski, turnir tarixində meydana çıxmış ən gənc oyunçu olur. 17 yaş 246 günlüyündə olan yarımmüdafiəçi Avropa çempionatları tarixində ən gənc oyunçu olub[58][59].
İstinadlar
redaktə- ↑ "Regulations of the UEFA European Football Championship 2018–20" (PDF). UEFA.com. Union of European Football Associations. 9 mart 2018. 2018-03-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 13 mart 2018.
- ↑ "VAR to be introduced in 2019/20 UEFA Champions League". UEFA.com. Union of European Football Associations. 27 sentyabr 2018. 2019-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2018.
- ↑ Samuel, Martin. "Martin Samuel meets Michel Platini – read the FULL transcript from Sportsmail's exclusive interview with UEFA's president". Daily Mail. 24 may 2013. 2 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2013.
- ↑ "TFF Başkanı'ndan Açıklama" [TFF Prezidenti Açıqlaması]. Türkiyə Futbol Federasiyası. 17 aprel 2012. 2018-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-27.
- ↑ "Scotland and Wales FAs may look to Ireland to aid Euro 2020 bid". RTÉ Sport. RTÉ. 15 may 2012. 17 June 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2020.
- ↑ "Haalt België Euro 2020 of WK -20 binnen?" [Can Belgium host Euro 2020 or the U-20 World Cup]. belgiumsoccer.be (Niderlandca). 12 aprel 2010. 10 sentyabr 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar 2012.
- ↑ "Michel Platini says Euro 2020 could be spread across continent". BBC Sport. British Broadcasting Corporation. 30 iyun 2012. 2016-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2012.
- ↑ "A EURO for Europe". UEFA.com. Union of European Football Associations. 6 dekabr 2012. 2019-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-27.
- ↑ "European Championship: Uefa to hold 2020 finals across continent". BBC Sport. 6 dekabr 2012. 2014-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2012.
- ↑ "Michel Platini's Euro 2020 roadshow may be coming to a city near you". The Guardian. 6 dekabr 2012. 2018-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2012.
- ↑ "Dublin to stage European Qualifiers draw on 2 December 2018". UEFA.com. 28 sentyabr 2017. 3 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2020.
- ↑ "UEFA Nations League: all you need to know". UEFA.com. 27 March 2014. 3 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2020.
- ↑ "UEFA Nations League format and schedule confirmed". UEFA. 4 dekabr 2014. 2019-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-28.
- ↑ "Italy 9–1 Armenia: Roberto Mancini's side end qualifying on a high". BBC Sport. 18 noyabr 2019. 2021-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2019.
- ↑ "Belgium 6–1 Cyprus: Roberto Martinez's side end qualifying with perfect record". BBC Sport. 19 noyabr 2019. 2021-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2019.
- ↑ "Finland qualify for Euro 2020 and first major tournament". BBC Sport. 15 noyabr 2019. 2021-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2019.
- ↑ Kaperonis, Sarantos. "How close were Greece to Euro 2020?". AGONAsport. 27 noyabr 2019. 2021-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2019.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2021-02-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-06-12.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2021-04-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-06-11.
- ↑ "Arxivlənmiş surət". 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-11.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2021-06-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-06-13.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2021-06-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-06-13.
- ↑ "Full Time Summary – England v Croatia" (PDF). UEFA.com. Union of European Football Associations. 13 June 2021. 16 June 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 13 June 2021.
- ↑ "Full Time Summary – Scotland v Czech Republic" (PDF). UEFA.com. Union of European Football Associations. 14 June 2021. 16 June 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 June 2021.
- ↑ "Full Time Summary – Croatia v Czech Republic" (PDF). UEFA.com. Union of European Football Associations. 18 June 2021. 19 June 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 June 2021.
- ↑ "Full Time Summary – England v Scotland" (PDF). UEFA.com. Union of European Football Associations. 18 June 2021. 14 June 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 June 2021.
- ↑ "Full Time Summary – Croatia v Scotland" (PDF). UEFA.com. Union of European Football Associations. 22 June 2021. 22 June 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22 June 2021.
- ↑ "Full Time Summary – Czech Republic v England" (PDF). UEFA.com. Union of European Football Associations. 22 June 2021. 22 June 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22 June 2021.
- ↑ "Full Time Summary – Poland v Slovakia" (PDF). UEFA.com. Union of European Football Associations. 14 June 2021. 16 June 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 June 2021.
- ↑ "Full Time Summary – Sweden v Slovakia" (PDF). UEFA.com. Union of European Football Associations. 18 June 2021. 24 June 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 June 2021.
- ↑ "Full Time Summary – Spain v Poland" (PDF). UEFA.com. Union of European Football Associations. 19 June 2021. 11 March 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 June 2021.
- ↑ "Full Time Summary – Slovakia v Spain" (PDF). UEFA.com. Union of European Football Associations. 23 June 2021. 14 June 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 June 2021.
- ↑ "Full Time Summary – Sweden v Poland" (PDF). UEFA.com. Union of European Football Associations. 23 June 2021. 14 June 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 June 2021.
- ↑ "Full Time Summary – Hungary v Portugal" (PDF). UEFA.com. Union of European Football Associations. 15 June 2021. 16 June 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 June 2021.
- ↑ "Full Time Summary – France v Germany" (PDF). UEFA.com. Union of European Football Associations. 15 June 2021. 16 June 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 June 2021.
- ↑ "Full Time Summary – Hungary v France" (PDF). UEFA.com. Union of European Football Associations. 19 June 2021. 14 June 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 June 2021.
- ↑ "Full Time Summary – Portugal v Germany" (PDF). UEFA.com. Union of European Football Associations. 19 June 2021. 21 June 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 June 2021.
- ↑ "Full Time Summary – Portugal v France" (PDF). UEFA.com. Union of European Football Associations. 23 June 2021. 14 June 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 June 2021.
- ↑ "Full Time Summary – Germany v Hungary" (PDF). UEFA.com. Union of European Football Associations. 23 June 2021. 24 June 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 June 2021.
- ↑ "Arxivlənmiş surət". 2022-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-13.
- ↑ "Arxivlənmiş surət". 2018-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-13.
- ↑ "Arxivlənmiş surət". 2017-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-13.
- ↑ "Arxivlənmiş surət". 2019-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-13.
- ↑ https://web.archive.org/web/20190805194513/http://www.sportspromedia.com/news/euro-2020-fedex-uefa-sponsorship
- ↑ "Arxivlənmiş surət". 2021-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-13.
- ↑ "Arxivlənmiş surət". 2019-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-13.
- ↑ https://web.archive.org/web/20190423184321/http://www.techplugged.com/hisense-aims-higher-with-global-sponsorship-of-uefa-euro-2020/
- ↑ "Arxivlənmiş surət". 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-13.
- ↑ "Arxivlənmiş surət". 2019-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-13.
- ↑ "Arxivlənmiş surət". 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-13.
- ↑ "Arxivlənmiş surət". 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-13.
- ↑ "Arxivlənmiş surət". 2017-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-13.
- ↑ "Arxivlənmiş surət". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-22.
- ↑ https://offsideplus.az/turnirl%C9%99r/avro-2020/43526[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-22.
- ↑ https://offsideplus.az/turnirl%C9%99r/avro-2020/44066-finalda-qol-vurdu,-avropa-%C3%A7empionat%C4%B1n%C4%B1n-tarixin%C9%99-ke%C3%A7di[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-22.
- ↑ "Arxivlənmiş surət". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-22.
- ↑ "Arxivlənmiş surət". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-22.