Uludağ Milli Parkı

Uludağ milli parkı — 1961-ci ildə Milli park elan edildi. 1961-ci ildə qoruma altına alınan sahə 12 762 hektardır.daha sonra milli park sahəsi 27,300 hektara çatdırılmışdır. Milli parkda nəqliyyat avtomobil yolu, teleferik və oturacaq qaldırıcı ilə həyata keçirilir. Dağın şimal və cənub yamaclarında çox sayda cığır ilə dərələr, təpələr arasında əlaqə mümkündür.

Uludağ Milli Parkı
Yerləşməsi
40°04′19″ şm. e. 29°13′17″ ş. u.HGYO
Ölkə
Uludağ Milli Parkı xəritədə
Uludağ Milli Parkı
Uludağ Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Milli parkın yol və teleferik ilə əldə edilən sahələri ümumi sahəsinin çox kiçik bir hissəsidir. Həmçinin ikinci otellər zonasından Volfram yatağına uzanan yamaclardan sonrakı hissə "Toxunulmaz təbiət sahəsi kimi" qəbul edilir.

1963-cü ildən 1972-ci ilə qədər Uludağ milli parkı Meşə bölgə idarəsi olaraq 1500 metr hündürlükdəki Kirazlıyayladan idarə edilib. Yüksək meşə mühəndisi Orxan Şüşəçi milli parkın qurucu region müdiri olaraq 1972-ci ilə qədər infrastrukturun inkişaf etdirilməsi işlərinə rəhbərlik etmişdir. Bu dövrdə tamamlanan layihələr arasında Kirazlıyayla idarəetmə mərkəzinin inkişaf etdirilməsi, Sarıalan yolunun açılması, Birinci otellər bölgəsinin inkişaf etdirilməsi, Karabelen milli park giriş sahəsinin tənzimlənməsi, onlarca çesmənin tikintisi, Sarıalan düşərgə sahəsinin inşası və Çobanqaya düşərgə sahələrinin düzəldilməsidir. Orxan Şüşəçi milli park ərazisində verdiyi ən mühüm töhfələrdən biri də o dövrdə park idarə mərkəzi və təbiət tarixi muzeyi olaraq 1900 metr otellər bölgəsində keçirilən idarəetmə mərkəzi olmuşdur. O dövr də Etibankın işləndiyi Volfram mədəninə elektrik enerjisinin çəkililməsi, mədən yolunun park standardlarına uyğun olaraq açılması, xizək sahələrinin düzəldilib inkişaf etdirilməsi və Yeşiltarladakı bir çox sahəsinin inkişaf etdirilməsi və düşərgə sahələrində yol işarələri və lövhələrin müəyyən bir milli park standartına uyğun təşkil edilməsi də diqqətəlayiq iş hesab edilir. 1972-ci ildə ərazinin idarə etmə sistemi Milli park meşə Əməliyyat idarəsi halına gətirilmişdir.

Nazirlər Kabineti 13 Fevral 2006-cı ildə verdiyi qərarla, ümumilikdə 1.600 ha sahə Milli park sahəsi xaricinə çıxarıb. Bu qərar ilə Mədəniyyət və Turizm Nazirliyi Uludağ milli parkının böyük bir təbiət möcüzəsi olan hissəsini müdafiəsiz qoyub.

İstinadlar

redaktə
  1. 1 2 GEOnet Names Server. 2018.

Mənbə

redaktə


  NODES
mac 2
server 1