Una çayı (Sava)

Una çayı (xorv. Una) — XorvatiyaBosniya və Herseqovina ərazisindən axan çay. Una çayı Sava çayınım sağ qolunu təşkil edir. Uzunluğu 212 km, orta su sərfiyyatı 202 m³/s-dir.

Una
xorv. Una
Ölkələr
Mənsəbi Sava çayı, Dunay çayı, Qara dəniz
 • Yüksəkliyi 202 m
Uzunluğu 212 km
Su sərfi 202 m³/s
Su hövzəsi Qara dəniz
Hövzəsinin sahəsi 9368 km²
Una çayı (Sava) (Bosniya və Herseqovina)
mənbəyi
mənsəbi
Una Bosniya və Herseqovinaın fiziki xəritəsində
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Una çayı öz başlanğını Xorvatiyadan, Strajbenis dağlarının şimal-şərq hissəsindən götürür (Dinar öndağlığı). Mənsəb Knin şəhərindən şimalda qərarlaşır. Buradan çay şimala doğru istiqamətlənir. Bosniya və Herseqovina ərazisinə keçdikdən sonra Bixaç şəhər rayonu ərazindən isə şimal-şərqə istiqamətlənir. Bosanski-Novi şəhərindən yuxarıda Bosniya və Herseqovina və Xorvatiya sərhədindən keçir. Buradan Una çayı sərhəd çayına çevrilir. Savu çayı Yasenovas şəhəri yaxınlığında Dunay çayına tökülür. Qara dəniz hövzəsinə aiddir. Una çayıSavaDunay çayıQara dəniz

Una çayı

Yuxarı axarlarda axar dağ çayı xüsusiyyəti daşıyır. Yatağı ensiz və dərindir. İti axara sahibdir. Axarı boyunca çoxlu sayda astana vardır. Orta və aşağı axarlarda zəif axara sahib olur. Burada sahilləri alçaq, suyu isə bulanıqdır. Yazda suyunun sıviyyəsii artır. Payızda isə yağışlar bol sululuğa səbəb olur. Aşağı axarlarda kiçik gəmilərin hərəkəti mümkündür.

Sahilləri boyunca yerləşən şəhərlər: Martın-Brod, Bixaç, Bosanska-Krupa, Bosanski-Novi, Kozarska-Dubisa (Bosniya və Herseqovina); Dvor, Xrvatska-Dubisa, (Xorvatiya).

İri qolları — Unas, Sana çayı, Klopot və Kruşnisa.

Una çayının vadisi təbii çeşidlərlə zəngindir. Onun sahillərində yerləşən ərazilərdə 170 növ bitkiyə rast gəlmək mümkündür. Campanula unensis növü regionun endemik bitkisidir. Suyunda isə 28 növ balıq yaşayır. Bunlar arasında Dunay lasosunu belə göstərmək mümkündür.

Mənbə

redaktə
  NODES