Vanitas (lat. vanitas, hərfi mənada — "fanilik, məğrurluq") — ənənəvi olaraq kompozisiya mərkəzinin insanın kəlləsi olduğu Barokko dövrü rəssamlığının alleqorik Natürmort janrı. Belə rəsmlər, natürmortun inkaşafının ilkin mərhələsi olub həyatın çox qısa olduğunu, həzzin faniliyini və ölümün labüdlüyünü xatırlatmaq üçün nəzərdə tutulurdu. Əsasən XVI и XVII əsrlərdə daha çox Flandiriyada və Niderlandiyada geniş vüsət almışdır. Janrı ayrı-ayrı nümunələrinə Fransaİspaniyada da rast gəlinir.

Yakob De Qeyn (1603)

Termin Bibliyadaki (Şablon:Bibliya) Vanitas vanitatum et omnia vanitas ("Faniliyin faniliyi, dedi Ekklesiast, faniliyin faniliyi, — hər şey fanidir!").

Atributları

redaktə
 
Fransiskus Geysbrexts, XVII əsrin 2-ci yarısı.
 
Filipp De Şampan, XVII əsrin 2-ci yarısı.
 
Питер Боель, 1663

Tablolarda rast gəlinən simvollar insan həyatının fani və həzzlərin və nailiyyətlərin keçici olduğunu xatırlatmaq məqsədi güdürdü:

  • Kəllə — Ölümün qacılmaz olduğunu xatırladır. Portretin hər-hansı br insanın yalnız əksi olduğu anologiyası ilə kəllə də həmçinin nə zamnsa diri başın formasıdır. Tamaşaçı onu "əks" kimi qəbul etməlidir, o daha dəqiq insan həyatının fani olduğunu simvolizə edir.
  • Çürük meyvələr — qocalmann rəmzidir. Dəymiş meyvələr məhsuldarlıq, bolluq məcazi mənada zənginlik və rifahi simvolizə edir. Bəzi meyvələrin öz mənası var: günah armud, pomidor, sitrus meyvələri, üzüm, ərik və əlbəttə alma ilə ifadə edilir. Əncir, gavalı, albalı, alma və şaftalı erotik mətnalı məna daşıyır.
  • Güllər (solmuş); QızılgülVeneranın gülü, sevgi və seksin gülü, insana aid hər şey kimi məğrurluğu ifadə edir. Lalə — ölümcül günah olan tənbəlliyin rəmzi tiryəkin hazırlandığı sakitləşdirici vasitə. Dağ laləsi — XVII ci əsrdə Niderlandda kolleksiya obyekti, düşüncəsiz davranışın, məsuliyyətsizlik və Allah tərəfindən verilmiş bəxşişdən ağılsız istifadəni simvolizə edir.
  • taxıl cücərtisi, sarmaşıq və zeytun budağı (az halda) — yenidən törəmə və həyatın dövranı simvolu.
  • Dəniz balıqqulağı, bəzən canlı ilbizlər —
  NODES