Verilənlərin uzaqdan ehtiyat kopyası

Verilənlərin uzaqdan ehtiyat kopyası, həmçinin bulud ehtiyat kopyası və ya rezervlənmə xidməti (ing. backup-as-a-service, BaaS) istifadəçilərə kompüter fayllarının ehtiyat kopyasının verilməsi, məlumatların saxlanılması və bərpası üçün sistem təqdim edən xidmət. Onlayn ehtiyat provayderlər son istifadəçilərə (və ya müştərilərə) bu növ xidmət göstərən şirkətlərdir. Bu cür ehtiyat xidmətləri bulud hesablama forması hesab olunur.

Onlayn ehtiyat kopya sistemləri adətən müəyyən bir cədvəl üzrə işləyən müştəri proqram təminatı üçün qurulur. Bəzi sistemlər gündə bir dəfə, adətən gecə vaxtı, yəni kompüterlər istifadə edilmədiyi saatlarda işləyir. Digər yeni bulud ehtiyat kopya xidmətləri, demək olar ki, real vaxt rejimində istifadəçi sistemlərində dəyişiklikləri ələ keçirmək üçün davamlı olaraq fəaliyyət göstərir. Onlayn ehtiyat kopya sistemi adətən verilənləri toplayır, sıxışdırır, şifrələyir və uzaqdan ehtiyat kopya xidməti təminatçısının serverlərinə və ya saytdan kənar avadanlıqlara ötürür.

Üstünlükləri

redaktə

Verilənlərin uzaqdan ehtiyat kopyası ənənəvi ehtiyat üsullarına nisbətən üstünlüklərə malikdir:

  • Uzaqdan ehtiyat kopya üçün istifadəçi müdaxiləsi tələb olunmur. İstifadəçi lentləri dəyişdirməli, CD-ləri etiketləməli və ya digər manual addımlar atmalı deyil.
  • Məlumatların limitsiz saxlanması.
  • Bəzi uzaqdan ehtiyat kopya xidmətləri faylları dəyişdirildikdə onların ehtiyat kopyasını çıxararaq davamlı olaraq işləyir.
  • Uzaqdan ehtiyat kopya xidmətlərinin əksəriyyəti faylların versiyalarının siyahısını saxlayır.
  • Əksər uzaqdan ehtiyat kopya xidmətləri 128–2048 bit şifrələmədən istifadə edərək verilənləri təmin olunmamış keçidlər (məsələn, internet) üzərindən göndərir.
  • Bir neçə uzaqdan ehtiyat kopya xidmətləri yalnız dəyişdirilmiş verilənləri ötürməklə ehtiyat kopyanı azalda bilir.
  • Rəqəmsal verilənlər informasiyanın idarə edilməsi və qorunması.

Mənfi cəhətləri

redaktə

Verilənlərin uzaqdan ehtiyat kopyasının ənənəvi ehtiyat üsulları ilə müqayisədə bəzi çatışmazlıqları var:

  • Mövcud şəbəkə bant genişliyindən asılı olaraq verilənlərin bərpası yavaş ola bilər. Verilənlər saytdan kənarda saxlandığı üçün verilənlər ya internet vasitəsilə, ya da onlayn ehtiyat kopya xidməti təminatçısından göndərilmiş disk vasitəsilə bərpa edilməlidir.
  • Bəzi ehtiyat kopya xidməti təminatçıları saxlanılan verilənlərin məxfi saxlanılacağına zəmanət vermirlər.
  • Mümkündür ki, verilənlərin uzaqdan ehtiyat kopyası xidməti təminatçısı fəaliyyətini dayandıra və ya satın alına bilər ki, bu da birinin verilənlərinin əlçatanlığına və ya xidmətdən istifadəni davam etdirmək üçün qiymətə təsir edə bilər.
  • Şifrələmə parolu itirldiyi halda verilənlərin bərpası mümkün olmur. Bununla belə, idarə olunan xidmətlərlə bu problem olmamalıdır.
  • Yaşayış zonalarına aid genişzolaqlı xidmətlərdə adətən böyük ehtiyat kopyalarını istisna edən aylıq məhdudiyyətlər var. Onlar adətən asimmetrik olurlar. Ehtiyat kopyalarını saxlamaq üçün müntəzəm olaraq istifadə edilən istifadəçidən şəbəkəyə keçid yalnız verilənlər bərpa edildikdə istifadə edilən şəbəkədən istifadəçiyə keçiddən çox yavaşdır.
  • Qiymət baxımından sabit disklərin xammal dəyərinə baxılan zaman verilənlərin uzaqdan ehtiyat kopyası lokal ehtiyat kopyasının GB başına təxminən 1–20 dəfə daha baha başa gəlir.[1]

İdarə olunan və idarə olunmayan

redaktə

Bəzi xidmətlər ümumi təklifin bir hissəsi kimi ekspert ehtiyat idarəetmə xidmətlərini təqdim edir. Bu xidmətlərə adətən aşağıdakılar daxildir:

  • İlkin ehtiyat kopyasını konfiqurasiya etmək üçün dəstək
  • Ehtiyat kopyalarının həqiqətən yaradılmasını təmin etmək üçün müştəri maşınlarında ehtiyat kopya proseslərinin davamlı monitorinqi
  • Hər hansı ehtiyat kopyalarının uğursuz olduğu halda proaktiv xəbərdarlıq
  • Verilənlərin bərpası və bərpasında kömək

İstinadlar

redaktə
  1. Zaborszky, Peter. (16 November 2012) Are online backups worth it? How much are you paying per GB at home? Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine. Best Backups.com. Retrieved on 2013–08-10.

Xarici keçidlər

redaktə
  NODES
HOME 1
Intern 2
mac 1
os 1
server 1