Verner Maqnus Maksimilian Frayher fon Braun (alm. Wernher Magnus Maximilian Freiherr von Braun‎; 23 mart 1912[1][2][…]16 iyun 1977[1][2][…], Aleksandriya[d], Virciniya) — alman-amerika raket mütəxəssisi, kosmik uçuşların pioneri, ilk ballistik raketin yaradıcısı, ABŞSSRİ-nin kosmik yarışında Sergey Korolyovun əsas rəqibi.

Verner fon Braun
alm. Wernher von Braun
Doğum tarixi 23 mart 1912(1912-03-23)[1][2][…]
Vəfat tarixi 16 iyun 1977(1977-06-16)[1][2][…] (65 yaşında)
Vəfat yeri
Vəfat səbəbi mədəaltı vəzin xərçəngi, qaraciyər xərçəngi
Milliyyəti alman
Təhsili
Fəaliyyəti fizik, yazıçı-dokumentalist[d], ixtiraçı, hərbi qulluqçu
Elmi dərəcəsi
  • fizika üzrə fəlsəfə doktoru[d] (1934)
Partiyası
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ABŞ-də amerikan kosmik proqramının banisi hesab olunur.

Həyatı

redaktə

O, 23 mart 1912-ci ildə Almaniyanın Virsitç dairəsinin Posen provinsiyasında (indiki Virzisk, Polşa) anadan olmuşdur. Fau-2 adlı raketin hazırlanmasında alman faşistləri ilə əməkdaşlığına görə onun şəxsiyyəti mütəxəssislər tərəfindən mübahisəli sayılır.

Uşaqlığı, təhsili, və fəaliyyəti

redaktə

Verner von Braun Posendə Maqnus von Braun və onun həyat yoldaşı Emminin ikinci ovladı kimi dünyaya gəlmişdir. Onun ana babası Prussiya dövlətinin mülkiyyətçisi və dövlətin zadəganlar evinin üzvü olmuşdur. Böyük qardaşı Ziqismund fon Braun alman diplomatı idi. Birinci dünya müharibəsi qurtardıqdan sonra Braunlar ailəsi Şlezienə köçürlər. Hələ uşaq vaxtlarında Braun musiqi və təbiət elmləri ilə maraqlanır. Anasının verdiyi telskopdan sonra onun astronomiya elminə marağı daha da güclənir. 13 yaşında Braun öz ilk sınağını aparır. Berlində yerləşən bir parkda ("Tiergarten") düzəltdiyi ilk raketini sınaqdan çıxarır. Deyilənlərə görə Herman Obertin "Planetlər fəzası üçün raketlər" kitabını oxuyandan sonra, onda mövcud olan utopiyalara son qoyulur. Bu texniki biliklərə istinad edən kitabı başa düşmək üçün o malik olduğu zəif riyazi biliyini daha da zənginləşdirməyə cəhd göstərir. Göstərdiyi yüksək hazırlığının nəticəsində Braun 17 yaşında Herman-Litç məktəbində buraxılış imtahanını vaxtından əvvəl verir (1930). O, artıq 1929-cu ildən üzvü olduğu "Kosmosa uçuş" cəmiyyətində maye ilə işləyən raket mühərrikləri üzərində çalışırdı. 1930-cu ildən o, Berlin Ali Texniki Məktəbində və Sürixdə ali təhsil alır.

 
Fau-2 raketinin quruluşu

1932-ci ildə Berlində təhsilini başa vurduqdan sonra Braun mühəndis mexanik dərəcəsini alır və dərhal Valter Dornbergerin təkidi ilə dövlətin "Raket proqramı"nda fəaliyyətə başlayır. Öz sınaqlarını o Berlindən 30 km aralıda yerləşmiş Kummersdorf-Gut-da aparırdı. 1934-cü ildə Fridrix-Vilhem Universitetində (Berlin) "Mayeli raketlərdə konstruktiv, nəzəri və eksperimental tədqiqatlar" mövzulu elmi işini müdafiə edərək doktor elmi dərəcəsini alır. Həmin ildə Braun tərəfindən layihələşdirilmiş "Aggregat 2", şimalda Boxum (Almaniya) adasından buraxılmış raket 2200 m hündürlüyü fəth edir. 1937-1945-ci illərdə Braun Usedom adasında yerləşdirilmiş "Peenemünde sınaq-tədqiqat mərkəzi"nin texniki direktoru vəzifəsində çalışır. Burada o, başqa işləri ilə bərabər böyük maye yanacaq tutumuna malik Agreggat 4 (qısa olaraq "A4") reketinin layihələndirilməsi işlərinə rəhbərlik edir. Sonralar bu raketə "Vergeltung 2" (azərb. "Qisasalma") adı verilərək seriya şəklində istehsal olunur. V2 raketi 14 hündürlüyə və 13,5 t ağırlığa malik idi. Raket dörd əsas hissədən ibarət idi:

  • -Üzərində raket mühərriki, borular və idarəedici qanadlar bərkidilmiş segment,
  • -Maye yanacaq dolu iki çəndən ibarət issə,
  • -İdarəetmə sisteminin birləşdiyi cihaz daşıyıcısı,
  • -Uc hissədə bərkidilimiş, ayrıla bilən mərmi.

Burada yanacaq kimi akloqol və oksigendən istifadə olunurdu. Raket buraxıldıqdan 60s sonra o, təx. 5500 km/saat sürətini əldə edirdi. 300 km məsafəni qət etmək üçün raketə təx. 5 dəqiqə vaxt lazım olduğundan onu göydə vurmaq çox çətin idi. Patlayıcı mərmi kimi raketin uc hissəsində 1000 kq ağırlığında Amatol qarışığı yerləşdirilirdi. Uçuş zamanı raketin uc hissə sürtünmə nəticəsində qızdığından patlayıcı maddə kimi alovlanma temperaturu 200 °C-dən yüksək olan maddə götürmək lazım idi.

V2-nin əvvəlki seriyalardan fərqi ondan ibarət idi ki, burada böyük təkan gücünə malik raket mühərriki horoskopik sistemlə tənzim olunurdu. Belə idarəetmə raketin stabil uçuşunu təmin edirdi. V2 sınaq zamanı, uçuşun sonunda 22–36 km arasındakı hündürlükdə 7 dəfə səs sürətini keçir. Havada raket kiçik qanadların və sükanın köməyi ilə idarə olunurdu. 1942-ci ildə yeni raket prototipi ilk dəfə olaraq 80 km hündürlüyü, 1945-ci ildə isə 200 km uzaqlıqda məsafəni qət edir. Bununla kosmosa çixmiş ilk raket düzəldilmiş olur. Yeni düzəldilmiş raket mühərrikinə inteqrasiya olunmuş xüsusi turbo nasoslar böyük miqdarda yanacağı qısa zamanda yanacaq kamerasına vura bilirdi.

V2 raketini hazırlayan zavodlar bütün AlmaniyaAvstriya ərazilərinə dağıdılmışdır.

Müharibədən sonrakı illər

redaktə
 
Vernher fon Braun Amerika əsgərlərinə təslim olduqdan sonra, 2 may 1945

Müharibə dövründə 3000-dən çox Fau-2 raketi düzəldilib tətbiq olunur. Bunların 1/3-i İngiltərəyə atılır, yerdə qalanları isə boş atəş idi. İngiltərəyə atılan raketlərin ümumi gücü az olsa da, onun böyük psixoloji təsiri var idi. Çünki bu raketlərın qarşısını ala biləcək bir şey yox idi. 1945-ci il aprelin 11-də ABŞ hərbçiləri Bayherode istehsal fabrikini tuturlar. 100 A4 raketi Amerikaya aparılır və orada gələcək raket proqramının əsasını qoyur.

 
Mariya fon Braun

Müharibə başa çatdıqdan sonra Sovet ordusundan qaçaraq Braun və general Dornberger Amerika əsgərləri tərəfinə keçirlər. 2 may 1945-ci il tarixdə Braun öz elmi işçiləri ilə birlikdə Oberyoxda yerləşən "İngeburg" hotelində Amerika əsgərlərinə təslim olur. Rusların əlinə isə Fau-2 raket layihəsi üzrə çalışan başqa bir neçə mütəxəssis keçir. Qalmış raketlər tamamilə dağıdılsa da, onlar bir çox cizgiləri yenidən bərpa edə bilirlər. Bunlar Rusiyada raket texologiyasının inkişafında önəmli rol oynayırlar.

ABŞa köçən Braun Huntsville-də (Alabama ştatı) yüz nəfər elmi işçidən ibarət qrupa rəhbərlik edir. Bu ərəfədə Almaniyadan gəlmiş mütəxəssislərin "Naçi" keçmişinə sadəcə olaraq göz yumulmuşdur. 1947-ci ildə Braun Landshuta (Almaniya) gələrək öz gohumu Maria von Quistorp ilə evlənir. 1948-ci il dekabrın 9-da onların qızı İris Kareen dünyaya gəlir. 1949-cu ildə Braun öz ailəsi ilə birlikdə rəsmi şəkildə Amerikaya köçür.

NASA-da fəaliyyəti

redaktə
 
Braun Saturn raketinin önündə

Braun Amerikaya köçdükdən sonra dövlət raket proqramının texniki məsləhətçisi olur. 1950-ci ildən o Amerika ordusu üçün "Redstone" adlı qısa məsafəli atomar raketin hazırlanmasına rəhbərlik edir. Kosmosa insanın uçması haqqında fikirlərini o ilk dəfə olaraq 12 Oktyabr 1952-ci ildə Nyorkda təşkil olunmuş "Kosmosa uçuş üzrə ilk simposium"da soyləyir. 1952-54-cü illərdə o alimlərlə birgə bir çox elmi məqalələr çap etdirir. Bununla cəmiyyətdə ilk dəfə olaraq kosmosa insan uçuşu haqqında təsəvvür yaradılır. 1955-ci ildə Braum amerika vətəndaşlığını alır. 1959-cu ildən Braun NASA-ya (ingl. National Aeronautics and Space Administration) keçir. 1960-cı ildə Braun "Marshall Kosmik Uçüşlar Mərkəzi"nin direktoru seçilir və 1970-ci ilə qədər bu vəzifədə çalışır. Bu mərkəzdə Merkuri, GeminiApollo proqramları işlənib həyata keçirilir. O, 27 oktyabr 1967-ci ildə buraxılmış Saturn. V daşıyıcı raketinin birinci pilləsinin hazırlanmasına rəhbərlik edir.

Onun ən böyük uğuru 1969-cu ildə aya insanın uçuşunun təşkili və həyata keçirilməsi idi. 1970-72-ci illərdə Braun NASA-da direktor müavini vəzifəsinə keçir və müxtəlif layihələrə rəhbərlik edir. Dövlət tərəfindən onun işlərinə ayrılan maliyyənin azaldılmasından qəmgin olan Braun 1972-ci ildə NASA-nı tərk edir və FAİRCHİLD adlı bir kosmik konsernində viçeprezident kimi çalışır. 1976-cı ildən pensiyaya çıxan Braun bir il sonra, 16 iyun 1977-ci ildə xərçəng xəstəliyindən Aleksandriyada (Virciniya) vəfat edir.

Prof.Dr. Vernher fon Braun aşağıdakı ali məktəblərin fəxri doktoru seçilmişdir:

  • Alabama Universiteti,
  • Tennesse (Çaattanuqa) Universiteti,
  • Pittsburq Universiteti
  • Saint Luis Universiteti,
  • Berlin Texniki Universiteti(1963),
  • Kansius Kolleci, Buffalo,
  • Klark Universiteti (Worcester, Mass.),
  • Adelfi Kolleci, Nyork,
  • Pennsylvaniya Hərbi Kolleci, Filadelfiya

Seçilmiş əsərləri

redaktə

* Von Braun, W.Konstruktive, theoretische und experimentelle Beiträge zu dem Problem der Flüssigkeitsrakete. Dissertation. Berlin, 1934

  • Das Marsprojekt. Studie einer interplanetarischen Expedition. Frankfurt am Main 1952
  • Across the Space Frontier (dt. Station im Weltraum, 1953; dann unter Die Eroberung des Weltraums, 1958)
  • Von Braun, W., Willy Ley, Fred L. Whipple: Conquest of the Moon (dt. Die Eroberung des Mondes, 1954)
  • Von Braun, W., Willy Ley: The Exploration of Mars (dt. Die Erforschung des Mars, 1957)
  • Von Braun, W., Willy Ley et al.: Start in den Weltraum. Ein Buch über Raketen, Satelliten u. Raumfahrzeuge, 1958
  • Von Braun, W.First Men to the Moon (dt. Erste Fahrt zum Mond, 1961)
  • Von Braun, W.Griff nach den Sternen. Sinn und Möglichkeiten der Weltraumfahrt. München 1962
  • Von Braun, W.Space Frontier (dt. Bemannte Raumfahrt, 1968)
  • Von Braun, W.,Frederick I. Ordway: The Rockets' Red Glare (dt. Raketen. Vom Feuerpfeil zum Raumtransporter, 1979)

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Wernher von Braun // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Garza A. D. L. How Historians Are Reckoning With the Former Nazi Who Launched America's Space Program (ing.). // Time / N. Gibbs NYC: Time Inc., 2019. ed. size: 3376226 ISSN 0040-781X; 2169-1665
  NODES
mac 7
os 24
web 2