Viadúk (fr. viaduc; lat. via — yol, və duco — aparıram, sözlərindən əmələ gəlib) — yolun çuxur, dağ dərəsi ilə kəsişməsində daş, dəmir-beton və ya metaldan tikilmiş körpü tipli nəqliyyat qurğusudu.[1][2]

Qlenfinnan viaduku, Şotlandiya

Viaduklar, bir qayda olaraq, əhəmiyyətli uzunluğa və yüksək dirək elementlərinə malik olurlar; onlar torpaq tökümünün iqtisadi və ya texniki cəhətdən məqsədəuyğunlu olmadığı yerlərdə tikilir. Estakadadan fərqli olaraq, viaduka müxtəlif hündürlü dayaqlar və müxtəlif uzunluqlu gözlər xasdı.[1] Vacib nəqliyyat kommunikasiyaları üzərində viadukların tikintisi Qədim Roma dövründən tətbiq edilir.[1]

İstinadlar

redaktə
  1. 1 2 3 Советская военная энциклопедия. Moskva: Военное издательство МО СССР. 1979.
  2. Yusupov, E. S. Словарь терминов архитектуры. Sankt Peterburq: Фонд «Ленинградская галерея». 1994. ISBN 5-85825-004-1.
  NODES
os 1