Vikipediya:Bilirsinizmi bölməsi/dekabr, 2011-ci il

1 - 4 dekabr 2011-ci il

redaktə
 
Klassik sual işarəsi
  • Çətirdən ilk dəfə təxminən 3400 il əvvəl Mesapotamiyada rütbənin və fərqliliyin rəmzi kimi istifadə olunub. Bu çətirlər mesapotamiyalıları yağışdan deyil, parlaq günəşdən qoruyurdu.
  • Şahzadə Mustafa Sultan Süleyman Qanunidən sonra hakimiyyətə qəlməyə ən real namizəd olsa da, Xürrəm Sultanın fitnəsi nəticəsində 1553-cü ildə Erağlı ovasında yerləşən kiçik su hövzəsində boğdurularaq öldürülmüşdür.
  • Avropada ən qədim universitet Salernoda XI əsrin birinci yarısında yaradılmış tibb universiteti sayılır.
  • Dünyada adında "Qvineya" sözü olan 5 dövlət var - Qvineya, Qvineya-Bisau, Ekvatorial Qvineya, Papua-Yeni QvineyaYeni Qvineya Ərazisi.
  • İlk kağız bizim eradan əvvəl II əsrdə Çində düzəldilib.
  • Sual işarəsinin yazılışı latın hərfləri olan qo-dan yaranıb (quaestio — cavabı axtarmaq). Əvvəlcə q o üzərində yazılırdı, sonradan indiki , ? halına salınıb.
  • Ərəb ölkələrində adlar çox mürəkkəb olur. Şəxsi ad və soyaddan başqa onun adında "ibn" (atasının adı) birləşməsi ilə bir çox babalarının adı və eyni zamanda döğulduğu yer adı göstərilir.

5 - 7 dekabr 2011-ci il

redaktə
 
XX əsrin ortalarında istifadə olunan telefon

8 - 11 dekabr 2011-ci il

redaktə
 
İqlu evləri
  • Moskva metropolitenində 185 stansiya vardır.
  • Yod ilk dəfə Kurtua tərəfindən dəniz yosunlarının külündə tapılmış, 1815-ci ildə Gey-Lyussak tərəfindən kimyəvi element kimi qəbul edilmişdir.
  • Hal-hazırda yeganə rəsmi imperator Yaponiya imperatorudur. Ancaq onun adı daha çox simvolik xarakter daşıyır.
  • XX əsrin ortalarında Altayda yerli türkdilli xalqların Pazırıq (Basırıq) dediyi yerdə qazıntı aparan rus arxeoloqları qədim kurqandan qədimi bir xalça tapırlar. Saqa (skit) boylarına məxsus sənət əsəri salamat qalmış və rəngini itirməmişdi. Xalça 2500 il öncə Qarabağda toxunmuş Bərdə (saqa-oğuz) xalısı idi.
  • Avropa Birliyi yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər birliyin ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir.
  • Şimal qütbündə yaşayan yerli xalqlar buzdan iqlu adlanan evlər quraşdırırlar.

12 - 14 dekabr 2011-ci il

redaktə
 
Günəş sistemi
  • Dünyada coğrafi vəziyyətinə görə dünya okeanına birbaşa çıxışı olmayan 44 ölkə vardır.
  • 1900-cu ildə dünyada olan 4192 avtomobildən 1688-i buxarla, 1575-i elektriklə, 929-u isə benzinlə hərəkətə gəlirdi.
  • Nauru dünyada ən kiçik müstəqil respublika, ən kiçik ada dövləti, Avropadan kənar ən kiçik dövlət və rəsmi paytaxtı olmayan yeganə dövlətdir.
  • 1930-cu ildən 2006-cı ilədək Pluton Günəş sistemində doqquzuncu planet kimi qəbul edilirdi. Ancaq XX əsr sonlarında və XXI əsr əvvəllərində Günəş sistemndə plutonsayağı xeyli səma cismi kəşf edildi. Onlardan Erida, Plutondan 27 % böyükdür. 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı özünün XXVI assambleyasında ilk dəfə olaraq "planet" tərifini verdi. Pluton bu tərifə düşmədiyindən o planet kateqoriyasından kənarda qaldı.
  • Türkiyədə 1930-cu ilə qədər cəmi 2 universitet, İstanbul Texniki Universitetiİstanbul Universitetinin mövcud olduğu halda, bu günkü Türkiyədə onların sayı 157-dir.

15 - 18 dekabr 2011-ci il

redaktə
 
"Qu Gölü" baletinin Bakı afişası (2011)
  • ABŞ ştatlarının qanunverici orqanlarının və ya qubernatorlarının qərarı ilə ştatların simvolları olan mahnılar seçilir. Bəzi ştatların rəsmi mahnıları yoxdur (Nyu-Cersi), bəzilərinin isə bir neçə mahnı simvolu vardır (ArkanzasArizona).
  • Pyotr Çaykovskinin məşhur "Qu gölü" baleti onun sağlığında uğur qazana bilməmiş, ancaq ölümündən sonra librettosunda və quruluşinda müəyyən dəyişikliklərdən sonra dünya şöhrəti qazanmışdır.
  • Apple 10 dekabr 2011-ci ildə Nyu-Yorkun Mərkəzi vağzalında özünün ən böyük firma mağazasını açıb. Sahəsi 2,1 min kvadrat metr olan mağaza şirkətin əvvəlki mağaza sahəsi rekordunu 0,6 min kv.m. təzələyib. İlk müştəri mağazanın açılşında birinci olmaq üçün bir sutka növbədə durub.
  • Dünyada ən bahalı dərman Alexion Pharmaceutical şirkətinin istehsalı olan Soliris preparatıdır. Bu dərmanla illik müalicə kursu 409,5 min ABŞ dollarına başa gəlir.
  • Dünyada hesablamalara görə 6700, bəzi hesablamalara görə isə 4500 növ suda-quruda yaşayanlar sinfinə daxil olan canlılar, amfibiyalar yaşayır.

19 - 21 dekabr 2011-ci il

redaktə
 
İnklrin kipusi
  • Tək 2007-ci ildə bütün dünyada sığorta şirkətləri tərəfindən 4,1 trilyon ABŞ dolları həcmində sığorta ödənişi toplanıb.
  • Belə bir hipoteza var ki, inklərin istifadə etdikləri ip düyünləri, kipu, əslində yazı nümunələridir.
  • Azərbaycanda 1991-ci ildən bəri keçirilən "ilin futbolçusu" titulunun müəyyənləşməsində 14 nəfər qalib olub. Onlardan iki nəfər Samir Ələkbərov (1991, 1992,1993) və Rəşad Sadıqov (2004, 2005, 2010) hərəsi ki dəfə qalib elan ediliblər .
  • İdman oyunlarında topun və ya şaybanın rəqibin qapısından keçirilməsi zamanı heablanan qol ingilis dilndə ing. goal məqsəd deməkdir.
  • ABŞ-ın Kaliforniya ştatı müstəqil dövlət olsaydı, dünyanın iqtisadi inkişafına görə ilk beşliyində yer alardı.
  • İnsanlar fillərin skeletlərinə rast gələ bilmirlər. Sonra aydınlaşdırıldı ki, fil ölümünün yaxınlaşdığını hiss edərək özünü çaya və ya batağlığa atır.

22 - 25 dekabr 2011-ci il

redaktə
 
HB sadə karandaşları
  • Müasir cəmiyyət ilk növbədə fizika elmində edilən kəşflərin praktiki tətbiqi nəticəsində meydana gəlib. Elektromaqnetizmin öyrənilməsi telefonların, termodinamikanın öyrənilməsi avtomobillərin, elektronikanın inkişafı kompüterlərin metdana gəlməsinə səbəb olub.
  • Materiklərin cənub hissəsi bir qanun olaraq nazik olub, oxvarı şəkildədir. Onların şimal hissəsi isə çox genişdir. Deməli, materiklər bir növ üçbucaq şəklindədir. Hətta Antarktida belə armudvarı şəklə malikdir.
  • Müasir dövrə qədər astrologiya ilə astronomiya tez tez qarışdırılırdı. Onlar tarixən paralel inkişaf etmişlər.
  • Karandaşların ilk variantı XIII əsrdə hazırlanıb. Qrafitin taxtanın arasına qoyulmasını fransız kimyagəri Nikola Konte təklif edib.
  • Jamanak Türkiyədə ən uzun müddət yayımlanan qəzetdir. 103 ildir ki, fasiləsiz olaraq fəaliyyət göstərən qəzet, indiyə qədər cəmi 5 dəfə çap edilməmişdir.

26 - 28 dekabr 2011-ci il

redaktə
 
İkinci dünya müharibəsindən sonra parçalanmış Almaniya

29 dekabr 2011 - 1 yanvar 2012-ci il

redaktə
 
Paralimpiya oyunlarının emblemi
  • 6 milyon insanın ölümü ilə nəticələnən Holokost soyqırımının əsas təşkilatçılarından olan Adolf Hitler, ölümündən bir gün əvvəl yəhudi Eva Braun ilə evlənmişdir.
  • Almaniya bayrağında rənglərin qara, qırmızısarı rənglərdə sıralanması 1813-cü ildə Napoleona qarşı müharibədə gənclərdən təşkil olunmuş Freikorps (azad korpus) birliyi adı ilə bağlıdır. Maddi imkansızlıq səbəbindən Freikorps birliyinin əsgləri qara rəngdə uniforma geyinirdilər. Uniformanın düymələri isə sarı rəngdə və düymələrin altında qalan parçanın da qırmızı olması bugün mövcud olan Almaniya bayrağının yaranmasına səbəb olmuşdur.
  • Ali təhsildə Boloniya prosesinin üç əsas məqsədi vardır: çeviklik, beynəlxalq rəqabətə davamlılıq və məşğulluq imkanının artırılması.
  • I Paralimpiya oyunları 1960-cı ildə Romada, XVII Yay Olimpiya oyunlarından sonra keçirilmişdir.
  • ABŞ-ın ilk katolik prezidenti Con Ficerald Kennedi olmuşdur.
  NODES