Vikipediya:Kənd meydanı/Arxiv/Aprel/2024

Sual

Salam, dostlar. Bir sualım olacaq. Əlavə etdiyin fayllara görə istifadəçi siyahısına haradan baxmaq olar? Bilən var? Grenzsoldat 15:16, 1 aprel 2024 (UTC)

https://az.wikipedia.org/wiki/X%C3%BCsusi:FaylSiyah%C4%B1s%C4%B1/Vusal1981 bu linki deyirsiz? Araz Yaquboglu (müzakirə) 16:27, 1 aprel 2024 (UTC)
Aha. Amma istifadəçilər üzrə. Misal üçün Vusal1981 - 500 fayl, Araz Yaquboglu - 250 fayl və s. Təftiş üçün lazımdır. Grenzsoldat 18:33, 1 aprel 2024 (UTC)
O zaman https://az.wikipedia.org/wiki/X%C3%BCsusi:FaylSiyah%C4%B1s%C4%B1?limit=500&user=Vusal1981 belə olacaq. Araz Yaquboglu (müzakirə) 04:31, 3 aprel 2024 (UTC)
@Araz Yaquboglu istifadəçi ümumi cədvəl formasını istəyir. Moses :) 05:10, 3 aprel 2024 (UTC)
Elə bir siyahı olsa yaxşı olar. Hörmətlə, Gadirmüzakirə 00:45, 10 aprel 2024 (UTC)

VP:SNF-nin avtomatlaşdırılması

 
Nümunə

Salam, artıq "Twinkle" vasitəsilə Vikipediya:Silinməyə namizəd fayllara avtomatik müzakirə əlavə etmək mümkündür. "Twinkle" istifadəçinin müzakirə səhifəsinə mesajı/səhifəyə sil şablonunun yerləşdirilməsini/silinmə müzakirəsinin alt səhifəsinin yaradılmasını/müzakirənin əsas səhifəyə əlavəsini avtomatik edir. Yəni eynilə SNS-dəki kimi. Köhnə "SNS" punktunun hazırda adı dəyişdirilərək "SN" (silinmə namizəd) edilib və orada indi iki ayrı bölmə var : "SNS və SNF". Uğurlar... Turkmen müzakirə 10:53, 8 aprel 2024 (UTC)

ümumiyyətlə SNF artıq bir şey idi məncə. amma xeyirli olsun. Atakhanli (müzakirə) 11:04, 8 aprel 2024 (UTC)
Olsun. Xeyirli-uğurlu olsun deyək. Hörmətlə, Gadirmüzakirə 19:34, 8 aprel 2024 (UTC)
Salam. Twinkle-da pəncərə açıldıqda birinci silinməyə namizdə fayllar seçilir, elə etmək olarmı ki, standart səhifələr olsun, fayllar yox. Çünki daha çox səhifə üçün istifadə olunur.— Bikar müzakirə 17:37, 9 aprel 2024 (UTC)
@Bikar, orada əslində standart olaraq sonuncu hansı istifadə edilirsə o qalır və yanlışlıqla məqaləni SNF namizədi edirsinizsə gadget sizə avtomatik aşağıda xəbərdarlıq edir. Default olaraq seçim haqqında isə, baxaram görüm alınırmı. Turkmen müzakirə 18:54, 9 aprel 2024 (UTC)

"Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun İdarə Heyəti

Hər kəsə salam. Bütün aktiv istifadəçilərin diqqətini yenidən bu mövzuya cəmləşdirmək istəyirəm. Düşünürəm ki, qaydalarda müəyyən dəyişikliklər edib, İdarə Heyətini seçməyin vaxtıdır. Hörmətlə, — Patriot (müzakirə) 09:27, 8 aprel 2024 (UTC)

olmasının yaxşı yanı var. amma bir şeyi nəzərə alaq ki, vikidə nə baş versə hər şeyin cavabdehi, məsul şəxsi bu insanlar olacaq cəmiyyət içində. yəni, artıq izah da edə bilməzsən ki, bəs mənim heç bir günahım, ümumiyyətlə xəbərim yoxdur. ya ensiklopedik əhəmiyyət belə, məqaləni bərpaya namizəd göstərmək elə. artıq günah keçisi olursan bir növ. adicə mən nömrəm mümkün qədər çalışıram ki, gizli qalsın. çünki ifrata varacaq qədər narahat edirlər. xoş niyyətindən istifadə edirlər. bir şeydən sonra sənlə əmrlə, sanki borcun varıymış kimi danışırlar, elə münasibət görürsən bu da sənə xoş gəlmir təbii olaraq. ortalama hər həftə 1 zəng gəlir. çox əlaqəsiz şeyin belə günahın rahatca səndə görə bilirlər. mail də yazırlar. düzdür, çalışıram dəstək olum insanlara, bu özümə də xoş gəlir. amma bir də baxırsan ki, söhbətin ab-havası dəyişir. səhər 8-də, bəlkə inanmayacaqsız gecə 1-də, 2-də belə yazan olur mənə maildən yox, vatsapdan. səhər zəng edib yuxulu halda məndən məsləhətli proqramlaşdırma kursu soruşan olube təsəvvür edirsiz?)) bildiyin bunlar hamısı vikipediya ilə birbaşa bağlı olmaya da bilir, bilirlər ki, vikipediyaçısan, deyirlər sən vikipediyaçısan bəlkə buna da dəstək olarsan məntiqi olur. bəlkə inanmayacaqsız elə dünən mənə gələn maili olduğu kimi copy edirəm sizə:
- Salam qardash sizden google mapsdan basiniz cixir?
Siz mene bir defe wikipediada komek etmishdiz , zehmet olmasa geri donus ederdiz, sagholun
- Salam. Bəli. Hansı məqalədə kömək etmişdim?)
- (Şəhid məqaləsi olub, adını açıqlayıb. Problemini izah edib. Problem şəhid ilə bağlı deyildi, sadəcə xəritədə qaldığı yerə kimsə söyüşlər filan yazır. Onu sildirmək istəyirdi. Nəysə, dəstək oldum. Sadəcə belə yəni)
yəni, qısaca demək istədiyim o ki, hər şeyə hazır olmaq lazımdır. İdarə heyətinə seçilənlərin mənzərəsini xəyal etmək çətin deyil)) Atakhanli (müzakirə) 10:44, 8 aprel 2024 (UTC)
Atakhanlinın qeyd etdiyi fikirlərə qatılıram. Düzdür, bütün yük "İdarə heyəti"nin üzərində olacaq. Ancaq trvikiyə baxdıqda onların bu sahədə necə inkişaf etdiyini görmək olar. Moses :) 11:04, 8 aprel 2024 (UTC)
@Atakhanli və @Moses inkişaf naminə qatlanmalıyıq. Namizədlərin qeydiyyatı başlayanda onların bunu nəzərə alaraq qeydiyyatdan keçəcəklərinə inanıram. Patriot (müzakirə) 11:12, 8 aprel 2024 (UTC)
bu, əslində gerçəkləşsə özünü kənarda vikipediya üzrə elmlər doktoru, vikipediya qurucusu, vikipediya üzrə ekspert kimi tanıdanlara, təqdim edənlərə də müəyyən zərbə vurar. yaxşıdır :) Atakhanli (müzakirə) 11:17, 8 aprel 2024 (UTC)
@Atakhanli, 🤫 qurucu nəydi day 🤣 Hörmətlə, Gadirmüzakirə 19:41, 8 aprel 2024 (UTC)
Vallah düz deyir, edirlər. Bu məsələ bilirsiz nəyə oxşadı? 13 yaşlı uşaq "Instagram"da şifrə yeniləyə basıb yeni şifrə əlavə edəndən sonra məhlədə özünü haker adlandırmasına :D Moses :) 19:45, 8 aprel 2024 (UTC)
Yəni onu bildik. Həqiqətən buna da inanan var? Eksperti falan anladıq nəysə da. Elədirsə, biz də özümüzə əməkdar vikipediyaçılar deyirik bu gündən sonra :D Hörmətlə, Gadirmüzakirə 20:02, 8 aprel 2024 (UTC)
Əməkdar vikipediyaçı medalımı tələb edirəm :D Moses :) 20:05, 8 aprel 2024 (UTC)
Buyur, bəy. 🥇👏🤝 Təbriklər! Hörmətlə, Gadirmüzakirə 20:18, 8 aprel 2024 (UTC)
@Gadir@Moses vikipediyada imza qoya bilməyənlər, vikipediyada yeniliklərə imza atır :) Atakhanli (müzakirə) 20:02, 8 aprel 2024 (UTC)
@Atakhanli bu sözü yadınızda saxlayın, bir gün simvolik olacaq, sloqan kimi)) Moses :) 20:06, 8 aprel 2024 (UTC)
Elə onlar da simvolik kimi bir şeydirlər də)) Hörmətlə, Gadirmüzakirə 20:18, 8 aprel 2024 (UTC)
Eh... Dəhşət... İmza bir yana, sabah-birigün hər 3 redaktə edən olan qalxıb deyəcək ki, mən vikipediyanın babasıyam ya da professional vikipediyaçı. Bu da xəbər olmasa yaxşıdı :D Hörmətlə, Gadirmüzakirə 20:17, 8 aprel 2024 (UTC)
ŞOK! ŞOK! ŞOK! vikipediyaçılar özlərini vikipediyanın babası elan etdi 😂 Artıq buna da inanıram edəcəklərinə. Moses :) 20:40, 8 aprel 2024 (UTC)
Gedişat onu göstərir. Nə isə elan edəcəklər axırda :) Hörmətlə, Gadirmüzakirə 20:45, 8 aprel 2024 (UTC)
  •   Şərh: Patriot Kor çoxdan həllini gözləyən məsələlərdən biridir. Mütləq həll olmalıdır. — Tarixi Nadir (müzakirə) 10:48, 8 aprel 2024 (UTC)
    Mən də belə düşünürəm ki, bu çoxdan həll edilməli məsələdir. Artıq bununla ikinci dəfədir bu mövzuya diqqət çəkmək istəyirəm. Bir dəfə tamamilə nəticəsiz qaldı. Ümid edirəm bu dəfə bir nəticəyə vararıq. Patriot (müzakirə) 11:14, 8 aprel 2024 (UTC)
    Belə bir idarə heyətinin seçilməsi məncə xüsusi nələrəsə səbəb olmayacaq. Tutaq ki, 1 sədr, 4 əlavə üzv seçildi, sonra nə olacaq ? Yəni Azviki kimi lokal və ya kiçik bir vikidə bu nəyi dəyişdirə bilər ki ? Mənə çox mənasız bir xüsusiyyət kimi elə gəlir. İstifadəçi ola bilər ki, iştirak etdiyi yerli-xarici təbirlərlə, təşkilati işlərlələ orada təmsil olunan və ya olunacaq həmkarldan 10 dəfə çox iş görmüş olsun. Baskervill 12:05, 8 aprel 2024 (UTC)
    Hörmətli @Baskervill nəyi necə dəyişdirə bilər mən bir az açıqlama gətirim:
    1. İdarə Heyəti istifadəçi qrupunun fəaliyyətinə nəzarəti təmin edə bilər ki, hesab edirəm bunu qaydalar arasına əlavə edəcəyik.
    2. İstifadəçi qrupunun strateji istiqamətini və uzunmüddətli hədəflərini müəyyən edə bilər. İstifadəçi qrupun missiyasını inkişaf etdirmək üçün planlar və təşəbbüslər hazırlaya bilərlər. Məlumdur ki, bizim istifadəçi qrupumuz olsa da gələcəyə dair planlama ya da bu kimi təşəbbüslər yoxdur.
    3. İstifadəçi qrupunun üzvlərini həm də AzVikinin maraqlarını doğru düzgün təmsil etmiş bir neçə nəfər şəxs olar. İcmanın fikirlərini ictimaiyyət qarşısında müdafiə edə bilərlər. Gündə bir nəfərin TV-yə müsahibə verib "mən Vikipediyanın əsas təmsilçisiyəm", "mən olmasam AzViki olmazdı" deməsinə az da olsa mane ola bilərik.
    4. İstifadəçi qrupunun fəaliyyətini dəstəkləmək üçün maliyyə resursları da daxil olmaqla digər resursların səmərəli şəkildə bölüşdürülməsinə cavabdeh ola bilərlər. Burada da bir boşluq olduğunu hər kəsin bildiyinə əminəm.
    5. Lazım gələndə dövlət və icma yaxud mətbuat və icma ilə əlaqəni asanlaşdırmağa, əməkdaşlığa, ünsiyyətə ciddi kömək edə bilərlər. Hesab edirəm ki, bunu da etmək mümkündür.
    6. Hesabat: Yəqin ki, Türkdilli İstifadəçi qrupunda olan şəxslər bilirlər. Hətda bu barədə Mehman xəbərdarlıq edib ki, bu ilki WMF hesabatını təqdim etməsəniz, CEE iştirakınızı itirə bilərsiniz. İdarə Heyətinə bu barədə böyük məsuliyyətlər yükləmək olar ki, onlar da hesabatları vaxtında təmin edə bilərlər. Beləcə bu hesabatı hazırlamaq bir şəxsin üzərinə yox konkret İdarə Heyətinin üzərinə düşər.
    Bütövlükdə, Azərbaycan Vikimediyaçıları istifadəçi qrupu üçün səriştəli və çoxşaxəli işlər görə bilərlər deyə düşünürəm. Əlbətdə elə istifadəçilər ola bilər ki, siz deyən kimi idarə heyətindən daha çox iş görsün. Buna bir etirazım yoxdur haqqlısız. Biz də çalışarıq ki, növbəti seçimlərdə həmin istifadəçi də yer alsın və heyətin dəyərli üzvü olsun. Hörmətlə, Patriot (müzakirə) 16:07, 8 aprel 2024 (UTC)
    Patriot Kor ilə hər tərəfli razıyam. Moses :) 17:05, 8 aprel 2024 (UTC)

Ümüd edirəm ki vikipediyamız üçün faydalı bir yenilik olacaq— namikilisu 17:13, 8 aprel 2024 (UTC)

Atakhanli, Baskervill siz biraz yanlış anlamısız deyəsən mövzunu. Bu idarə heyəti istifadəçi qrupun fəaliyyətini idarə edəcək. Patriot Kor ətraflı izah üçün təşəkkür edirəm. Açdığınız başlığa cavab olaraq deyim ki, yaxın bir iki ay içərisində son qaydaların qəbulunu daha sonra isə "SecurePoll"səsvermə sistemindən istifadə edib üzvləri seçməyi düşünürük. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 17:58, 8 aprel 2024 (UTC)

Ramazan bayramı

Salam hər kəsi Müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm. Vusalsuvarov1996 (müzakirə) 16:56, 9 aprel 2024 (UTC)

Aleykuma salam. Məndə təbriklərə qoşuluram. Sizinlə bahəm. Q🅾⚓Ç🅾Ⓜ🅰Q 19:27, 9 aprel 2024 (UTC)
Ramazan bayramında sizi və ailelerinizi ürəkdən təbrik edirəm, Azvikipediyanın hamımızın töhfəsi ilə inkişaf etsini arzu edirəm 🙏 - Aylanabi (müzakirə) 07:52, 10 aprel 2024 (UTC)
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Salam 2019-cu ildə Azərbaycanca Vikipediyanın Naviqasiya (Alətlər altbaşlığında) panelindəki "Fayl yüklə" bölməsinin Vikianbara yönləndirməsi üçün qərar qəbul etmişdik. Həmin zaman fayl yükləmək naviqasiya panelindən hər kəsə rahat olduğu və hər kəsə açıq olduğu üçün, mövcud olan yüksək trafik demək olar ki, nəzarəti itirməyimizə səbəb olmuşdu və buna görə də bölməni Vikianbara yönləndirmişdik. Hazırda isə demək olar ki, icma olaraq fayllarla bağlı tam nəzarəti ələ almışıq və dağılmış sistemi təmizləyib hər şeyi sıfırdan qururuq. Təklif edirəm, keçidi əvvəlki vəziyyətinə qaytaraq. Çünki, həm artıq hər kəs yükləmə edə bilmir, həm də digər praktikalardakı kimi lokal səhifəyə yönlənmə bərpa olunsun. Həmçinin bölmənin aşağısında Vikianbara yüklə adlı bölmə də yaratmaq olar.— Turkmen müzakirə 20:36, 16 aprel 2024 (UTC)

Məncə "Fayl yüklə" bölməsini birbaşa Vikipediya:Yükləmə müraciətlərinə yönləndirmək lazımdı. — Bikar müzakirə 20:45, 16 aprel 2024 (UTC)
@Bikar, o bölmənin həmin səhifə ilə əlaqəsi yoxdur axı. MediaViki:Badaccess-groups vasitəsilə istifadəçilər müvafiq səhifəyə (VP:YMM) yönləndirilib. Turkmen müzakirə 20:49, 16 aprel 2024 (UTC)
Olarmı ki, bu səhifədə bir daha aydın açıqlama verək? Vikidən kənar adam gəlib, bu faylı mənim üçün yükləyin yox, mənə yükləyici hüququ verin deyəcək — Bikar müzakirə 20:53, 16 aprel 2024 (UTC)
@Bikar, Nemoralisin təklifi ilə sizin dediyiniz məsələ də həll yolunu tapacaq. Həm də, əgər yükləmələri normaldırsa, niyə də verilməsin? Pisdirsə alınacaq zatən və yenə YMM-dən kömək almalı olacaq. Turkmen müzakirə 08:31, 18 aprel 2024 (UTC)
Mən heç bir redaktəsi olmayan yeni hesabları nəzərdə tutmuşdum.— Bikar müzakirə 08:36, 18 aprel 2024 (UTC)
@Bikar, onlar zatən əvvəl də bunu edə bilmirdilər. Fayl yükləmək üçün əvvəlki qaydalara görə avtotəsdiqlənmiş olmaq lazım idi və bunun üçün də redaktə etmək mütləqdir. Turkmen müzakirə 08:38, 18 aprel 2024 (UTC)
Yenə izah eliyə bilmədim. Tutaq mənim vikidən xəbərim yoxdu, gəldim hesab açdım. Hansısa məqaləyə şəkil yükləməyə, basdım fayl yükləni, yazıldı ki, inzibatçılar və yükləyicilər fayl yüklüyə bilər. Mən də birbaşa keçdim İstifadəçi hüquqları üçün müraciət səhifəsinə(ya inzibatçılara müraciətə), yazdım ki, mənə yükləyici hüququ verin, fayl yükləmək istəyirəm. Demək olar hər fayl yükləmək istəyəni ordan tutub Yükləmə müraciətləri yönləndirməli olacıq. — Bikar müzakirə 08:54, 18 aprel 2024 (UTC)
@Bikar, olsun, bu xırda birşeydir. İndi də eynisi olur. Hüququ bilməyən yeni istifadəçi həmin hüququ istəyir. Biz də ya vermirik və təcrübə istəyirik. Normaldır yəni. Turkmen müzakirə 09:05, 18 aprel 2024 (UTC)
Envikidə Yükləmə sehrbazı var. Onu yaratsaq daha rahat olar, həm lisenziyanı təyin etmək asan olar, həm də hüququ olmayanları yönəltmək Nemoralis (müzakirə) 22:05, 16 aprel 2024 (UTC)
@Nemoralis, yaxşı fikirdi. Turkmen müzakirə 04:56, 17 aprel 2024 (UTC)

  Lehinə: samral müzakirə 19:24, 17 aprel 2024 (UTC)
  Lehinə: yeni istifadəçilərin işini çox asanlaşdıracaq. Qadcet kimi parametrləri özü təklif edir. Həmçinin daxilində Vikianbara və daxili yükləməyə keçidlər verir. Səhifəni yaxında hazır edəcəm.— Turkmen müzakirə 06:13, 18 aprel 2024 (UTC)
  Lehinə:Tarixi Nadir (müzakirə) 08:41, 18 aprel 2024 (UTC)
  Lehinə:Bikar müzakirə 09:33, 18 aprel 2024 (UTC)
  Əleyhinə: İstifadəçilərin işini rahatlaşdırmaq yerinə daha da mürəkkəbləşdirirsiz. Niyə tərcümə olunmamış səhifəyə yönləndirmə verib "Fayl yüklə" keçidini silmisiz. Albom və film afişaları commonsa yox lokal vikiyə yüklənməlidi. Bu gün bir afişa yükləmək üçün iki saat eşələndim sonda bir nəticə almadan səhifəni tərk eləməli oldum. Çox məsuliyyətsiz yanaşmadı. Əvvəlki yükləmə alətinin geri qaytarılmasını tələb edirəm. Hörmətlə,— sefer azeri 09:49, 21 aprel 2024 (UTC)
@Sefer azeri, Xüsusi:Yüklə səhifəsindən yükləyə bilərsiniz. Burdakı sehrbazı Turkmen tərcümə edir, mən isə Commonsdakını edirəm. Nemoralis (müzakirə) 10:53, 21 aprel 2024 (UTC)
Ortada heç bir məsuliyyətisiz yanaşma yoxdur. Biz sistemi təkmilləşdirməyə çalışırıq. Fayllar düzgün lisenziya və ədalətli istifadəyə uyğun şəkildə yüklənsin deyə. Neçə illərdi ki, bu məsələyə laqeyd yanaşmışıq deyə minlərlə fayl problemlidir, kim necə istəyib fayl yükləyib. Lokala fayl yükləmək üçün səhifə hələ də aktivdir. Kosmik Ozan utora! 14:21, 21 aprel 2024 (UTC)

Sehrbaz bizim dilə tam tərcümə olunmayıb. Tam tərcümə olunduqdan sonra tətbiq edilməsinə razıyam, yoxsa bu cür olması başqa istifadəçilər üçün narahatlıq yaradacaq.— Kosmik Ozan utora! 10:01, 21 aprel 2024 (UTC)

@Nemoralis icazə xətası yazır.— sefer azeri 10:57, 21 aprel 2024 (UTC)
Yükləyici hüququnuz olmalıdır, bəli. Sizə verdim bu hüququ. Nemoralis (müzakirə) 11:00, 21 aprel 2024 (UTC)
@Sefer azeri, belə sərt tribuna çıxışlarını anlaya bilmirəm. Heçnə silinməyib, heçnə yönləndirilməyib. O bölmə çoxdan Commons-a yönləndirilib (2019). Sizin isə sadəcə lokal "yükləmə" üçün hüququnuz olmalıdır. Bunu da VP:İHM ilə istəmək çətin deyil. Turkmen müzakirə 14:00, 21 aprel 2024 (UTC)
@White Demon, tərcümə 1-2 günə bitir. Əgər narazılıq varsa əlimi vurmayım ona. Sizi nəzərdə tutmuram, amma burada hamı hər şeydən narazıdır. Sanki, biz burada mükəmməl sistemi məhv edirik. Hansı ki, ümumiyyətlə 20 ildir fəaliyyət göstərən az-vikidə fayllarla bağlı sistem yoxdur. Yeniliklər isə biraz səbr tələb edir, nizam-intizam prosesi hər yerdə ilk başda çətin olur Turkmen müzakirə 14:10, 21 aprel 2024 (UTC)
Mənim sistemlə bağlı narazılığım yoxdur, sadəcə deyirəm ki, tərcümə bitəndən sonra interfeysə qoyulsa gözəl olar, rahat olsun Kosmik Ozan utora! 14:18, 21 aprel 2024 (UTC)

 Y yükləmə sehrbazı tam tərcümə edildikdən sonra yönləndiriləcək.— Turkmen müzakirə 05:51, 23 aprel 2024 (UTC)

Vikilüğət

Salam həmkarlar. Vikidatada niyə səhifələri Vikilüğətlə əlaqələndirmək olmur. Araz Yaquboglu (müzakirə) 08:44, 22 aprel 2024 (UTC)

Bəy, vikidən lüğətə şablonla keçid verən dəqiqləşdirmə səhifələrini etmək istəyirsiz? Hörmətlə, Gadirmüzakirə 08:51, 22 aprel 2024 (UTC)
Gadir bəy, xeyir onu demirəm. Məsələn, tr vikilüğətində Caiz adlı səhifə var. Hətta 2-3 dildə var. Amma azvikidəkini onlara bağlamaq olmur. Araz Yaquboglu (müzakirə) 09:06, 22 aprel 2024 (UTC)
@Araz Yaquboglu, AzVikilüğətdəki "caiz" boşdur axı. Bu arada, "caiz" elə "mübah" səhifəsinə yönləndirilməlidir. Hörmətlə, Gadirmüzakirə 09:19, 22 aprel 2024 (UTC)
@Araz Yaquboglu, Vikilüğətdə keçid verməyə ehtiyac yoxdur. Əgər səhifə mövcuddursa və yanlış adlandırılmayıbsa sayt özü keçid verir. Turkmen müzakirə 09:26, 22 aprel 2024 (UTC)
O zaman birləşdirin. Araz Yaquboglu (müzakirə) 09:56, 22 aprel 2024 (UTC)
@Araz Yaquboglu, vikilüğətdəki səhifə hazırdır. Vikipediyada isə bu adda iki oxşar (mübah/caiz) səhifə var. Türklər caizdən mübaha yönləndirmə veriblər. Onların birləşdirilməsi üçün SNS-ə müraciət edə bilərsiniz. Turkmen müzakirə 10:54, 22 aprel 2024 (UTC)
@Araz Yaquboglu, ümumiyyətlə, Vikidata Vikilüğətə keçidlərin əlavəsinə icazə vermir. Vikilüğət layihlərindəki keçidlər avtomatik birləşdirilir. Bu isə Vikidatanın texniki dəstəyi ilə olmur. Mən Vikilüğətdə səhifəni yaradıb oradakı lüğətlər arası keçidi verdim. Buradakı səhifələr (mübah/caiz) isə dediyim kimi müzakirə edilib birləşdirilməli və vikilüğət şablonu ilə bağlanmalıdır ({{Vikilüğət|caiz}} şəklində). Turkmen müzakirə 10:59, 22 aprel 2024 (UTC)
Aydındır. Təşəkkür edirəm. Araz Yaquboglu (müzakirə) 11:26, 22 aprel 2024 (UTC)

Vikipediya:Ədalətli istifadə meyarları

Salam, bu qayda az-vikidə mövcud olmayıb. En-viki və ru-viki kimi böyük layihələrdəki müvafiq səhifələrə baxdım. Lakin ən yaxşı izahlı forması tr-vikidə verilmişdi, oradan tərcümə etdim. Əslində Vikimedia fondunun siyasətinə söykənən standart qaydalardı və birbaşa səsverməyə verilə də bilər, yəni dəyişiləsi, çıxarılası birşeyi yoxdur. Amma yenə də, hər ehtimal müzakirə edək, ola bilər əlavə fikirlər olsun. Turkmen müzakirə 07:24, 22 aprel 2024 (UTC)

@Turkmen, Vaqif Mustafazadənin səhifəsində mövcud olan əsəri (səs yazısı) ilə bağlı nə düşünürsüz? Hörmətlə, Gadirmüzakirə 07:35, 22 aprel 2024 (UTC)
@Gadir, necə yəni nə düşünürəm? Turkmen müzakirə 07:46, 22 aprel 2024 (UTC)
Yəni ədalətli istifadəyə uyğundurmu? Hörmətlə, Gadirmüzakirə 07:47, 22 aprel 2024 (UTC)
Bu arada, əsas qayda olan Vikipediya:Ədalətli istifadə hazır deyil. Hörmətlə, Gadirmüzakirə 07:36, 22 aprel 2024 (UTC)
@Gadir, haradan bilirsiniz əsas qayda odur? Turkmen müzakirə 07:46, 22 aprel 2024 (UTC)
Adına görə elə düşünürəm. Onun da hazır olması yaxşı olardı hesab edirəm. Problem yaratmazdı gələcəkdə. Hörmətlə, Gadirmüzakirə 07:48, 22 aprel 2024 (UTC)
@Gadir, adında elə düşündürəcək nə var anlamadım. Əsas olan bu qaydadır. Bütün yükləmələr bununla tənzimlənir. Turkmen müzakirə 07:51, 22 aprel 2024 (UTC)
Yəni bunun olub onun olmamasın heç bir əks təsiri olmayacaq? Hörmətlə, Gadirmüzakirə 07:55, 22 aprel 2024 (UTC)
@Gadir, əgər olacağını düşünürsünüzsə, zəhmət olmasa səsvermə başlayanda əleyhinə səs verin. Turkmen müzakirə 08:03, 22 aprel 2024 (UTC)
Təşəkkürlər. Nəzər yetirəcəm hər ikisinə. Ona görə fikirlərimi qeyd edəcəm. Hörmətlə, Gadirmüzakirə 08:06, 22 aprel 2024 (UTC)
7-ci bənddə deyilir ki, fayl ən az bir səhifədə istifadə olunmalıdı. Ədalətli istifadə onsuz da tək səhifəyə şamil deyil ki, bildiyim qədərilə. Hörmətlə, Gadirmüzakirə 08:27, 22 aprel 2024 (UTC)
@Gadir, haradan bilirsiniz? Maraqlı gəldi. Turkmen müzakirə 08:36, 22 aprel 2024 (UTC)
Bəy, yəni misal, albom üzlüyü albomun məqaləsində olur və sənətçinin də məqaləsində diskoqrafiya bölməsində o fayl olmur. Eləcə də, ölən şəxsin öz məqaləsində olur, amma tarixlərlə bağlı səhifələrdə olmur. Yəni hansı hallarda bu mümkündür? Orada qeyd edilməyib bu barədə. @White Demon, daha təcrübəlidir, fikrimcə, bu mövzuda. Hörmətlə, Gadirmüzakirə 08:39, 22 aprel 2024 (UTC)
@Gadir, yəni məsələn ölən bir aktyorun ədalətli istifadə edilən fotosunu təkcə öz məqaləsində istifadə etmək olar. Lakin "Vəfat etmiş azərbaycanlı aktyorlar məqaləsi"ndə yox. Turkmen müzakirə 09:35, 22 aprel 2024 (UTC)
9-u da başa düşmədim. Dəqiqləşdirmələrdə fayl olur ki? Hörmətlə, Gadirmüzakirə 08:30, 22 aprel 2024 (UTC)
@Gadir, niyə olmur? Turkmen müzakirə 08:38, 22 aprel 2024 (UTC)
Açığı, o qədər dəqiqləşdirmə səhifələri işləmişəm və heç görməmişəm. Bir-iki dənə qeyd edin, mümkündürsə. Həmçinin o səhifələrdə mahiyyəti nədir, onu da başa düşmürəm, qeyd də edilməyib. Hörmətlə, Gadirmüzakirə 08:40, 22 aprel 2024 (UTC)
@Araz Yaquboglu bəyi demirəm hələ. Araz bəy, siz görmüsünüz? Hörmətlə, Gadirmüzakirə 08:46, 22 aprel 2024 (UTC)
Dəqiqləşdirmə səhifələrində yox, amma, ad və ya soyad səhifələrində görmüşəm. Araz Yaquboglu (müzakirə) 08:52, 22 aprel 2024 (UTC)
@Gadir, bəs bu nədir? Turkmen müzakirə 09:03, 22 aprel 2024 (UTC)
Düzdü, AzVikidə olmasa da, bu və bu kimi hallarda, başadüşüləndir. Amma, o fayllar Commonsdadır axı yenə də. Hörmətlə, Gadirmüzakirə 09:09, 22 aprel 2024 (UTC)
@Gadir, əsas olan nədir? "Fayl" işlənir demək. Araşdırmadan fikir bildirmək doğru deyil. Turkmen müzakirə 09:32, 22 aprel 2024 (UTC)
@Gadir, siz ən yaxşısı Vikimedia Fonduna yazın, istəmədiyiniz punktları dəyişdirsinlər. Baxıram ki, narazısınız qaydalarından. Turkmen müzakirə 08:56, 22 aprel 2024 (UTC)
Xeyr. Sadəcə ətraflı məlumat verilməyib. Hörmətlə, Gadirmüzakirə 08:59, 22 aprel 2024 (UTC)
@Gadir, mən yazaram istəsəniz. Deyərəm ki, ətraflı məlumat versinlər. Turkmen müzakirə 09:04, 22 aprel 2024 (UTC)
Bu üslubunuzu başa düşə bilmədim. Müzakirə açmısınız, müzakirə edirik. Hörmətlə, Gadirmüzakirə 09:10, 22 aprel 2024 (UTC)
@Gadir, "mən elə bilirəm ki" ilə müzakirə olmur. Dəqiq araşdırmadan nəyisə yazmaq, görüntü xatirinə müzakirə aparmaqdan fərqli deyil. Turkmen müzakirə 09:14, 22 aprel 2024 (UTC)
Ola bilər məlumatım az olsun, yazıb aydınlaşdırmaq istəyim. Olmaz ki? Görüntü xatirinə deyil yəni ki. Həmişə nəsə qatmağa ya da öyrənməyə çalışmışam. Tamam fərqli şeylərdi. Hörmətlə, Gadirmüzakirə 09:17, 22 aprel 2024 (UTC)
Yəni sizin də məlumatınız azdırsa və ya dəqiq bilmirsinizsə, mövzuda daha çox bilgisi olan istifadəçilər də cavab verə bilər. Cavab verməyə məcbur deyilsiniz. Yəni sadəcə tərcümə etməklə bitmir iş. Hörmətlə, Gadirmüzakirə 09:22, 22 aprel 2024 (UTC)
@Gadir, dəqiqləşdirmə səhifəsində faylın olub, olmadığını bilmək üçün araşdırmaq lazımdır. O, bilər deyə kimisə teq edib məşğul etmək yox. Vikimedia Fondunun qaydaları dəyişdirilmir, dəyişdirilməsi üçün özləri ilə danışmaq lazımdır. Turkmen müzakirə 09:24, 22 aprel 2024 (UTC)

Qaranlıq ekran rejimi

Hər kəsə salam. Envikidə gözümə bir məqam sataşdı. Envikinin yuxarı səhifəsində dark mode deyilən bir xüsusiyyət mövcuddur. Məqalələri qaranlıq rejimdə oxumağa imkan verir. Maraqlıdır ki, həmin bölməni Azvikidə tətbiq edilməsi mümkündürmü ? Ətraflı olaraq buradan tanış ola bilərsiniz. @Toghrul R, @Eldarado, @White Demon, @Gadir, @Solavirum, @Nemoralis bu barədə bir məlumatınız varmı ? Baskervill 05:56, 21 aprel 2024 (UTC)

Mən bilən mobil cihazlarda bu zatən mümkün olmalıdı. Hörmətlə, Gadirmüzakirə 06:01, 21 aprel 2024 (UTC)
@Gadir mütləq əksəriyyəti laptop və ya PC-dən istifadə edir.. Baskervill 06:03, 21 aprel 2024 (UTC)
Salam Baskervill, bizdə zatən var. Nizamlamalar - Qacetlər - ən sonda Gecə modu var. Ordan aktiv edə bilərsiz. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:06, 21 aprel 2024 (UTC)
Maraqlı imiş. Təşəkkürlər. Hörmətlə, Gadirmüzakirə 06:08, 21 aprel 2024 (UTC)
@Eldarado bunu bilmirdim, təşəkkür edirəm. Gecə modu sözü yadıma Azvikinin unudulmaz frazalarından olan gecə bürokratı 😀 ifadəsini saldı. Təşəkkür edirəm. Baskervill 07:02, 21 aprel 2024 (UTC)
Qadcet kimi gətiriblər. Amma xoşuma gəlmir. Kosmik Ozan utora! 10:02, 21 aprel 2024 (UTC)
İstifadəçilər tərəfindən hazırlanmış qadcet mövcuddur. Fond built-in funksiyanın üzərində işləyir. Nemoralis (müzakirə) 10:55, 21 aprel 2024 (UTC)
yadımdadır, o qadceti mən azvikiyə gətirmişdim axı. ayarlardan seçəndə yuxarıya da düşür. gecə modu deyə Atakhanli (müzakirə) 14:15, 21 aprel 2024 (UTC)

Redaktə Bərpası funksiyası artıq aktivdir

 
Redaktə bərpa olunanda çıxan bildiriş. Azərbaycanca layihələrdə bu cümlələr azərbaycan dilindədir.

Salam hərkəsə. Azərbaycanca Vikipediya daxil olmaqla bir çox vikilərdə Redaktə Bərpası funksiyası artıq aktivdir. Funksiyanın mahiyyəti bəlkə də çoxlarımızın işinə yarayacaq. Belə ki, əgər səhvən brauzeri və ya kompüteri bağlasanız və həmin anda da vikidə yadda saxlanmamış redaktələriniz olsa bu funksiya sayəsində artıq onlar itməyəcək.

Aktivləşdirmək üçün nizamlamalarda Redaktə bölməsinə daxil olun və "Redaktə Bərpası funksiyasını aktivləşdirin" xanasını seçərək yadda saxlaya klikləyin. Bundan sonra səhvən bağladığınız səhifəyə qayıtdıqda bu xəbərdarlığı alacaqsınız. Əlavə olaraq Xüsusi:EditRecovery səhifəsindən də baxa bilərsiniz.

Qeyd: Bu funksiya vizual redaktorda işləmir, sadəcə vikimətn redaktorunda işləyir. Nemoralis (müzakirə) 19:08, 9 aprel 2024 (UTC)

Təşəkkürlər. Yararlı funksiyadır. Patriot (müzakirə) 10:21, 10 aprel 2024 (UTC)
Şəxsən mənə çox lazım olacaq bir funksiyadır. Baskervill 00:42, 13 aprel 2024 (UTC)
Əladı. Məndə bəzən problemlər olurdu və əməyim həba olurdu. Təşəkkürlər... Hörmətlə, Gadirmüzakirə 00:57, 13 aprel 2024 (UTC)
Təşəkkürlər. Aktivləşdirdim.— Nicat49   müzakirə 16:24, 13 aprel 2024 (UTC)
Çox gözəl funksiyadır. Əziyyəti olanlara minnətdaram. Rəcəb Yaxşı (müzakirə) 05:04, 16 aprel 2024 (UTC)
Əla, təşəkkürlər. Araz Yaquboglu (müzakirə) 10:29, 17 aprel 2024 (UTC)

Yerli olmayan əsərlərin adlandırılması ilə bağlı

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Salam, dostlar. Bir müddət öncə artıq film məqalələrindən və digər əsərlərdən, incəsənət işlərindən lüzumsuz dəqiqləşdirmələrin yığışdırılması prosesinə başlanıldı. Sırada tətbiq olunası vacib bir iş daha var. Düzdü, hələ o iş tam yekunlaşmamış olsa da, işlər icra olunur gedir və bu da bir az vaxt alan işdir, amma zatən tələsmirik, hamısı qaydasına qoyulur və vaxtla da bitəcək. Düşünürəm ki, bu da çox vacib məsələdir və bu məsələdə də artıq adekvat addım atmaq lazımdır. Bütün xarici ekran işlərinin tərcümə edilərək azərbaycancaya "uyğunlaşdırılıb" adlandırıldıqları səhifələri əgər mənbə yoxdursa və film elə xarici adı ilə (istər orijinal adı, istərsə də beynəlxalq adı) tanınırsa, elə onu da qeyd edək. Çox vikilər elə edir elə. Və biz də bundan sonra da bu səhvə yol verməyək. Mənbəsiz tərcümə etmək, başlıq qoymaq orijinal tədqiqatdır elə. Hərfi tərcümələr də eləcə. Tərcüməni mənbə olan vaxt müzakirə etmək olar. Vikipediya mənbələrə əsaslanaraq yazılır. Nə vaxtsa yayımlanar, mənbələr olar, o vaxtda müzakirə edib dəyişərik. Bundan əlavə, yayımlanan işlərə belə, sırf bir kanal elə yayımlayıb deyə o formada adlandırmaq doğru deyil, məncə. Daha çox necə tanındığına, varsa mənbələrə baxmalıyıq ki, həmin mənbələr bu işlərə necə müraciət edir. Yəni qısacası, hansı daha ağır basırsa, orijinal yaxud beynəlxalq adımı, yoxsa TV verdiyi admı. Axı bunu fərqli TV-lər fərqli adlarla da verə bilər, onda nə olacaq? Güman ki, bu tətbiq olunmağa başladıqdan sonra müəyyən məqalələr barədə müzakirə səhifələrində dəqiqləşdirmələr üçün müzakirələr aparmaq lazım gələcək. Əgər ehtiyac olarsa, buna aid xüsusi səhifə də yaradarıq. Bir mövzuda da fikirləriniz maraqlıdır. Deyəlim ki, bir işə azərbaycanca müraciət edən mənbələr yoxdur, amma izləyicilərin, kütlənin həmin işə müraciət etdiyi adlandırma forması var, yenə də bu da bizə əsas vermir ki, məqaləni durub o formada adlandıraq. Bu halda sadəcə yönləndirmə vermək kifayətdir, fikrimcə. Mənbə olsa bu məlumatı məqalədə qeyd də etmək olar. Və ya mənbə yoxdursa, hamıya bilinən faktı mənbəsiz də əlavə etmək problem deyil. Bu məsələni ekran işləri üzrə açsam da, eyni hal digər tərəfdən, rəsm əsərləri, roman, kitab, məqalə, tezis, tədqiqat və s. üçün də keçərlidir. Yəni nəticəni onlar üçün də keçərli sayın. Mahnı və albomlar, jurnal, qəzet və s. zatən olduğu kimi qeyd olunur deyə onlarda bu barədə problem yoxdur. Amma bu adlarda da tranliterasiya olunur, o barədə nə düşünürsünüz? Hörmətlə, Gadirmüzakirə 23:23, 14 aprel 2024 (UTC)


Kifayət qədər məntiqli və əsaslı səbəblər təqdim etmişəm və düşünürəm ki, konsensus olarsa, tətbiqində problem də olmayacaq. Oxuduqdan sonra fikirlərinizi "lehinə" yaxud "əleyhinə" (təbii ki, əks arqumentlər də gətirərək) bölməsində bildirin lütfən. Müzakirə bölməsi şərhləriniz üçün açıqdır. Hörmətlə, Gadirmüzakirə 23:28, 14 aprel 2024 (UTC)

Lehinə

  1.   Lehinə: təklifi verən kimi. Hörmətlə, Gadirmüzakirə 23:28, 14 aprel 2024 (UTC)
  2.   Lehinə:elonizm 20:12, 15 aprel 2024 (UTC)

Əleyhinə

  1.   Əleyhinə: Qeyd etdiyiniz məsələləri çözmək üçün istiqamətləndirmə səhifələrini işlətmək olar. Tərcümə tədqiqat deyil. — Мурад 97 (müzakirə) 20:58, 15 aprel 2024 (UTC)
  2.   Əleyhinə: Bu, orijinal tədqiqat deyil. Hər bir vikidə, məsələn, Azərbaycan filmlərinin adları avtomatik olaraq tərcümə edilir mənbə olmadan. --► Hörmətlə: SolaVirum 10:11, 17 aprel 2024 (UTC)

Müzakirə

Bura nümunə olaraq bir neçə ekran işini qeyd edəcəyəm. Misal üçün, Squid Game barədə "Kalmar oyunu" olaraq axtarış etsəniz (hərfi tərcüməsi olsa belə) kifayət qədər mənbələrlə qarşılaşacaqsınız, orijinal adı ilə də nəticələr kifayət qədər çoxdur, az dilli mənbələrdən söhbət gedir təbii ki. Amma Prison Break üçün "Həbsxanadan qaçış" olaraq heç bir mənbə çıxmır, əlaqəsiz şeylər çıxır, axtardığınız sözlərlə bağlı xəbərlər və s. Breaking Bad serialını İTV "Bədbəxt" kimi yayımlasa da, bu barədə də öz saytı xaric düz-əməlli mənbələr yoxdur. Məsələn, Fast & Furious barədə bilirik ki, yayımlanıb da, mənbələr də var, hamı da bu adla bilir və istinad edir. Halbuki hərfi tərcüməyə qalsa, heç mənası "Forsaj" deyil. Olmalı idi: "Sürətli və qəzəbli". Fikir vermişəm, sənət əsərlərində və kitablarda da bu adlandırmalara, problemə çox rast gəlinir. Lokal adı yoxdur, götürülüb tərcümə edilib. Bu arada, bu tətbiq olunsa, envikidə belə bir qayda var, növbəti addım kimi onu tərcümə edəcəyəm. Çox yaxşı qaydadır, əsərlərin necə adlandırılmasını stil kitabçası ilə nizamlayır. Bununla da yuxarıda da qeyd edilən bütün bu problemlər öz əksini tapacaq. Təəssüf ki, yayımlanmadığı və mənbə olmadığı üçün bir çox əsər üçün ad problemi yaranır, amma bu bizə orijinal tədqiqata yol verməyə imkan verməməlidir. Digər dillərdə də tərcümə etmirlər, yoxdursa, orijinal formada qeyd edirlər əksər halda. Sadəcə Vikidə tərcümələrə yol verilib deyə Google Panelində də götürüb hamısını azərbaycanca yazıblar və orijinal, beynəlxalq adlarını da yazanda həmin o tərcümə olunmuş versiyalarla rastlaşırıq, amma yad gəlir o adlar bizə. Hörmətlə, Gadirmüzakirə 00:34, 15 aprel 2024 (UTC)

@Gadir, bu, çox geniş və qarışıq mövzudur. Söhbət sadəcə film və serial adlarından getmir. Rəsm əsərləri də buna daxildir. Amma belə də bir şey var: əgər biz filmlərin adlarını tərcümə etməyi orijinal tədqiqat hesab ediriksə, onda şəxslərin və yerlərin adlarını transliterasiya etməyi də orijinal tədqiqat hesab etməliyik, çünki bizdə əksər dil üçün rəsmi tranliterasiya qaydalarımız yoxdu. Belə olan halda belə çıxır ki, onda şəxs adlarını da olduğu kimi yazmalıyıq. Yəni mən bu barədə tez-bazar qərar verilməsinə yaxşı baxmıram. Yaxşı-yaxşı düşünmək lazımdır bu barədə. Çünki filmlər, kitablar haqqında alacağımız qərar domino effektinə səbəb olacaq. Kosmik Ozan utora! 00:51, 15 aprel 2024 (UTC)
Bəli, qeyd etmişəm onları da, rəsm əsərləri və kitabları. Əslində yenə də bir şəxs barədə yazı olmasa da, başqa bir yazıda o adı tranliterasiya edilmiş formada görürük və bilmirəm, yəqin, bəlkə də bu bizə əsas verir. Bir də ki, tranliterasiyanı dilimiz tələb edir, mənbələr də olanda götürüb o formada yazırlar, xarici dildə yox. Yerlər deyəndə nəyi nəzərdə tutursunuz? Obyektlər və yaşayış məntəqələri? Əslində bu müzakirəyə adlar aid edilməsə də, ikinci məsələdə qeyd etdiyimi nəzərdə tutursunuzsa, o da əlavə oluna bilər. Yəni yaşayış yerləri əksər halda olur, kiçikləri (məsələn, kənd) olmaya bilir olmayanda da. Amma məsələn, saraylar və heykəllər, çox araşdırmamışam, amma yəqin ki, onlarda da olanı da var, olmayanı da. Bilirsiniz nə təklif edirəm. Sırf bu müzakirə film, serial, kitab, rəsm əsəri və oxşar digərləri kimi əsərlərlə bağlıdır deyə müzakirənin yekununda bu mövzuları adlandırma məsələsində müzakirə olunması üçün KM kimi ümumi müzakirə səhifəsi açaq, necə ki, bu, transliterasiya üçün var. Yəni hər dəfə problemləri orada həll edək, adlandırmalar barədə orada müzakirə edək. Ümumi bir səhifəmiz olar, onu orada, bunu burada danışmarıq. Əslində ilk cümlənizdə haqlılıq payınız var. Sadəcə mən məntiqli və əsaslı səbəbləri də qeyd edərək icmadan konsensus gözləyirdim, yəni açığı, sadəcə müzakirə tərzində bir başlıq olsa idi, çox da maraq olmayacaqdı deyə düşünürəm. Hörmətlə, Gadirmüzakirə 01:05, 15 aprel 2024 (UTC)
Əgər filmin lisenziyası alınıb fərqli adda yayımlanıbsa o zaman həmin adla, yəni Azərbaycanca adı ilə qeyd etmək olar. Lakin lisenziya alınmadan filmin adının dəyişdirilməsi mənim fikrimcə, birbaşa olaraq düzgün deyil. O ki, qaldı yer və şəxs adlarına onlar tərcüm edilmir, transliterasiya edilir. Lakin əsər, film və s. adları birbaşa tərcümə edilir, yerli mənbələr olmasa belə. Onların transliterasiya olması əlbəttə ki, absurddur. Bu səbəbdən orijjinal dildə saxlanmasını, tərcüməli mənbələrin olduğu adları isə tərcümə edilmiş formada (yanında orijinal adı olmaqla) qeyd edilməsinin məqbul olduğunu düşünürəm. — elonizm 16:20, 15 aprel 2024 (UTC)
Zatən əsər adları (film, proqram, serial, tablo və s.) kursivlə veriləcək, qeyd etdiyim qaydaya əsasən. Bu halda orijinal xarici adları da, yerli adları da varsa, kursivlə vurğulanacaq. Hörmətlə, Gadirmüzakirə 16:23, 15 aprel 2024 (UTC)

Mən White Demon ilə razılaşıram, hər bir əsər növü ilə bağlı (film, rəsm, serial, tvşou) ayrıca qayda qəbul olunmalıdır. Ayrılıqda müzakirə olunmalıdı, ayrı qayda qəbul olunmalıdır. Hamısını bir başlıq altına yığmaq normal nəticə verməyəcək.— Bikar müzakirə 16:05, 15 aprel 2024 (UTC)

Bir şeyi də qeyd edim ki, bizdə tranliterasiya edəndən sonra çox vaxt normal adı silirlər, bu, qalmalıdır, silinməməlidir. Hörmətlə, Gadirmüzakirə 16:07, 15 aprel 2024 (UTC)
@Мурад 97, necə tədqiqat deyil? Məsələn, siz başqa cür tərcümə edirsiniz, mən başqa cür, indi hansını yazaq? O bir qırağa, heç bizim tərcümələrin mənbəsiz falan dəstəklənmədən yazılması birbaşa tədqiqatdır. Çünki o nəticəyə siz gəlmisiniz. Hörmətlə, Gadirmüzakirə 21:02, 15 aprel 2024 (UTC)
Gadir, təklif etdiyiniz prinsipi qəbul etsək, Vikipediyada (məsələn) mənim fəaliyyətimin təxm. 80%-i VP:OT-dır. İstifadəçi səhifəmdə "vikitərcüməçi" şablonu tapa bilərsiniz və bu yerli/yeni bir xüsusiyyət deyil. Vikipediya üçün tərcümə həmişə normal idi və VP:OT olaraq sayılmır. Elə buna görə Vikipediyanın tərcümə üçün xüsusi alətləriqaydaları mövcuddur. Və hər Viki-də bu qaydalar fərqli ola bilər. Bizdə qəbul olunan qaydalar, Azərbaycan dilində ümumiyyətlə mövcud olan normaları əks etdirir və burda VP:OT-ya zidd olan bir şey yoxdur. — Мурад 97 (müzakirə) 21:17, 15 aprel 2024 (UTC)
Tərcümə normaldır, amma bunun mövzumuza aidiyyəti yoxdur axı. Ümumiyyətlə, söhbət ondan getmir. Digər vikiləri nümunə çəkirsiniz, amma qeyd etmirsiniz ki, digər vikilərdə tərcümə etmirlər, əksəri mənbə yoxdursa, elə serial yaxud filmin həmin öz adını da yazır. Ona qalsa, Azərbaycanın bir sıra yaşayış obyektləri ingilis dilində və bəzi digər dillərdə də orijinalındakı kimi "ə" hərfi də qeyd edilməklə tərcüməsiz verilib, bəzi məqalələrdə də çevrilib. Baxır nəyi tərcümə edirsən, nəyi yox. Göstərdiyiniz qayda deyil, təlimatdır + mətn daxili tərcümədir, diqqət etsəz. O şablon da məzmun tərcümə edənlər üçündür, başlıq, ad yox. Hörmətlə, Gadirmüzakirə 21:25, 15 aprel 2024 (UTC)
Qısaca belə deyim də, mənbələrdə heç olmasa az da işlənən bir adı yoxdursa, axı mən durub niyə görə, hansı əsasla özümdən ad uydurmalıyam? Bəli, məhz uydurmaq. Çünki mövcud deyil elə bir şey. Mənbə yoxdursa, o da uydurmadır. Oxucu necə təxmin eləsin ki, mən necə tərcümə etmişəm. Yəni bilmədiyi bir şeyi necə axtarsın və axtaranda da heç başa düşməyəcək. Hörmətlə, Gadirmüzakirə 21:27, 15 aprel 2024 (UTC)
Hər şeyi tərcümə ediriksə, o zaman mahnıları, qəzetləri, jurnalları və albomları da tərcümə edək? Hörmətlə, Gadirmüzakirə 21:42, 15 aprel 2024 (UTC)
Digər vikiləri ona görə qeyd edirəm ki, onların öz dillərinə uyğun qaydaları var, bizdə isə öz dilimizə. Məsələn, bizim dilimizdə qəzetlərin adlarını tərcümə etmək normal deyil: [1]; filmlərin adlarını tərcümə etmək isə normaldır: [2] (bəli, bu ancaq iki nümunədir, amma hamımız bilirik ki, normalda belədir). Verdiyim keçidlər isə (təlimat ya qayda olsa, fərqi yox əslində, bu həmin nümunələrin mənasını dəyişmir), onu göstərir ki, Vikipediya üçün tərcümə normal bir şeydir və VP:OT sayılmır. Qısaca, tərcümə uydurma deyil. — Мурад 97 (müzakirə) 21:51, 15 aprel 2024 (UTC)
O qeyd etdiyiniz tərcümə yox, transliterasiyadır. Həm də ki, bu mənbələr özü-özlüyündə məqalənin adının azərbaycanca olması üçün əsas verir. Mən deyirəm ki, məzmun tərcüməsi normaldır, başlıq tərcüməsi isə həqiqətən deyil. O ada istinad edən mənbələrin olması şərtdir, yoxdursa, nə vaxt olanda qoyarıq və o zamana kimi süni şəkildə və mübahisəli tərcümələrə də gərək yoxdur. Hörmətlə, Gadirmüzakirə 22:02, 15 aprel 2024 (UTC)
Transliterasiya tərcümənin bir növüdür. Yazırsınız ki, "məzmun tərcüməsi normaldır, başlıq tərcüməsi isə həqiqətən deyil". Amma, bunu necə əsaslandırırsınız, görmürəm. Məsələn, mənə yazdığınız birinci ismarıcınızdakı bu dəlilə baxaq: "necə tədqiqat deyil? Məsələn, siz başqa cür tərcümə edirsiniz, mən başqa cür, indi hansını yazaq". Bu başlıq tərcüməsinə qarşı dəlil deyil, ümuniyyətlə tərcümələrə qarşı dəlildir. — Мурад 97 (müzakirə) 22:16, 15 aprel 2024 (UTC)
Orada söhbət başlıqdan gedir. Çünki məzmunda bir cümləni fərqli formalarda müəyyən şəkildə yazmaq olur, orada informasiya veririk və oxucu elə də yazsaq bizi başa düşəcək, belə də, çünki bir şey başa salırıq, informasiya veririk. Burada isə 2, 3, 4, hətta 5 başlıq fikirləşirik alternativ kimi, və bunlardan birini mənbəsiz şəkildə ad təyin edirik. Oxucu deməyəcək ki, bunu hardan almısınız? Məqalə adlandırmaları ilə bağlı qaydalar var və orada qeyd olunur ki, məqalə adları mənbələrə əsasən təyin edilməlidir və necə ki, edilir də. Bu mövzuda da elə olmalıdır, niyə görə bu, istisna olmalıdır? Tərcümə yox, elə orijinal versiya yazılmalıdır. Əksər halda elə xarici versiyaya istinad olunur, sabit bir tərcümə olmayanda. Elə yerli saytlar özü də xarici adlara istinad edirlər. Hörmətlə, Gadirmüzakirə 22:21, 15 aprel 2024 (UTC)
İstifadəçi axtarışda yazacaq beynəlxalq adını və istiqamətləndirmə vasitəsi ilə lazım olan səhifəyə keçə bilər. Yəni, məncə burda istifadəçilərə narahatlıq yarada bilən problem istiqamətləndirmə səhifələrin azlığıdır, məqalə adları deyil. — Мурад 97 (müzakirə) 08:18, 16 aprel 2024 (UTC)
Məqalənin başlığını tərcümə etməklə mətni tərcümə etmək eyni şey deyil. Məqalənin içərisində "I am from Baku" cümləsini necə tərcümə etməyinin oxucu üçün heç bir fərqi yoxdu, əsas odu ki, məna düzgün olsun. Amma başlıq başqa məsələdir, oxucu elə biləcək ki, bu, filmin bizim dildəki rəsmi adıdır. Halbuki özümüzdən uydurmuşuq. Kosmik Ozan utora! 10:53, 16 aprel 2024 (UTC)
Tərcümə ümumiyyətlə uydurma deyil. Heç yerdə. — Мурад 97 (müzakirə) 11:14, 16 aprel 2024 (UTC)
Başlıq uydurma ola bilər. Məsələn, "12 Angry Men" filmini sən həm "12 əsəbi adam" kimi də yaza bilərsən, "12 qəzəbli adam" kimi də. Məna eynidir, indi hansı doğrudur, hansı deyil? Buna necə qərar veriləcək? Rəsmi ad mövcud deyilsə. Kosmik Ozan utora! 11:30, 16 aprel 2024 (UTC)
Əgər problem həqiqətən də bundadır, bunun üçün Vikipediyada işlənilən başqa bir tərcümə vasitəsi var. Google-da dırnaq işarəni istifadə edərək bu iki variantı axtarırsınız. Biri 9 mənbədə, başqası isə 227 min mənbədə işlənilib. Vəssalam, ikinci variant daha çox istifadə edilir, demək onu işlətmək lazımdır. VP:OT iddiaları haqqında yuxarıda yazmışam artıq. Öz sualıma isə cavab görmədim. Bəlkə həmin sualı başqa cür soruşmalıyam: Əgər bir yerdə tərcümə OT-dır, başqa yerdə onu niyə OT saymırsınız? — Мурад 97 (müzakirə) 09:49, 17 aprel 2024 (UTC)
Görürsünüz nəticələrlə müqayisə edirsiniz. Bəs nəticələr çıxmayanda necə olacaq? Hörmətlə, Gadirmüzakirə 09:52, 17 aprel 2024 (UTC)
Mən "12 Angry Man"-i nümunə kimi vermişəm və o, çox məşhur filmdir. On minlərlə film var dünyada. Bəs quql nəticələrini müqayisə edə bilməcəyimiz filmlərdə vəziyyət necə olsun? Tutalım, "Time" adlı film var, onu "Vaxt" və ya "Zaman" adlandırmağı necə müəyyən edəcəyik? Kosmik Ozan utora! 09:54, 17 aprel 2024 (UTC)
Məsələn, bu filmi "Sonuncu hava maqı" kimi etmisiz, amma nəyə əsasən etmisiz, bilinmir. Quqlda da tutarlı bir nəticə yoxdur. Mənə qalsa, "Sonuncu hava bükücüsü" daha düzgün variantdır. Kosmik Ozan utora! 10:02, 17 aprel 2024 (UTC)
Gadir sualınıza cavab son şərhimdə var.
White Demon bu nümunə başqa məsələdir, ona görə ki, həmin serial müəyyən franşızın adını daşıyır. Həmin franşız adı isə Azərbaycan dilinə Günəş TV/ARB Günəş kanalında rəsmən bu formada tərcümə olunub. Yəni onun tərcüməsi nə sizə, nə də mənə qalır. O, artıq çoxdan rəsmən tərcümə olunub. Bundan başqa, həmin franşızın və serialın iki orijinal adı var (ikisi də rəsmidir), ona görə dünyanın fərqli yerlərində adı bu cür fərqlənir. "Taym" kimi az tanınan filmlər isə həm "Zaman", həm də "Vaxt" kimi tərcümə oluna bilər, əsas ki, istiqamətləndirmələri olsun. Sualı gələcək zamanda niyə verirsiniz, başa düşmürəm. Sanki, ömür boyu belə olmayıb. — Мурад 97 (müzakirə) 13:36, 17 aprel 2024 (UTC)
"Sanki ömür belə olmayıb" o demək deyil ki, bir problemi həmişə görməzdən gəlməliyik. Bizdə hər filmin, hər kitabın, hər serialın rəsmi adı yoxdur. Fakt odur ki, biz hazırda filmlərin 80%-inin adını özümüzdən "uydurmuşuq". Biz nə televiziya kanalıyıq, nə kitab nəşriyyatıyıq, ya da hansısa başqa yayımcı təşkilat. Filmlərə, kitablara, seriallara "rəsmi adı", title-ni biz seçə bilmərik. Biz adi vikipediyaçılarıq. Bizim rəsmi adı olmayan bir serial, bir film üçün "rəsmi ad" seçmə ixtiyarımız yoxdur. Həmin iş kinoteatrlara, nəşriyyatlara və s. aiddir. Bu, məsələnin əsas və birinci tərəfidir. İkinci tərəfi isə rəsmi ad olmadığı müddətcə hər hansı film, serial, kitab və s. üçün ad seçsək, heç bir halda həmin ad 100% dəqiq olmayacaq. Çünki sən bir ifadəni, hətta bəzən bir sözü müxtəlif formalarda tərcümə edə bilərsən. Məqalənin isə ancaq bir adı ola bilər. AzViki tarixində belə şeylər üstündə mübahisələr belə düşür. Məsələn, bir nümunə, bu filmin Naringilər və ya Mandarinlər adlandırılması barədə dava düşmüşdü. Niyə görə sizcə? Çünki filmin bizim dildə rəsmi adı yoxdur (ya da həmin müzakirə gedən zaman rəsmi ad məlum deyildi).
Qısaca yenə deyim ki, hansısa xarici bir əsərin, film olsun, serial olsun, fərqi yoxdur, rəsmi adı adı yoxdursa, ona bir "rəsmi ad uydurmaq" orijinal tədqiqat hesab edirəm. Biz özümüzdən adı tərcümə edəndə ona "rəsmi ad uydurmuş" oluruq. Mən düşünmürəm ki, bu məsələni indi həll etmək, üstünə düşmək düzgündür. Amma problemi həll etməyin yolu ən birinci onu anlamaqdan, varlığını başa düşməkdən keçir. Kosmik Ozan utora! 14:02, 17 aprel 2024 (UTC)
Heç kim rəsmi ad uydurmur. Söhbət tərcümədən gedir. Tərcümə uydurma deyil. Bəli, 100% doğru olmaya bilər. Olmamalıdır. Tərcümənin mənası 100% "doğru" olmaq deyil, xarici dili bilməyən oxucuya orijinalın mənasını çatdırmaqdır. Azərbaycanca Vikipediyanın oxuyucusu xarici adları bilmək məcbur olmamalıdır. "Sanki ömür boyu belə olmayıb" konkret olaraq ona görə yazdım ki, siz sualınızı gələcək zamanda vermisiniz. Söhbət isə gələcəkdən getmir, Vikipediyada illər boyu mövcud olan normadan gedir və bunu vurğulamaq vacib hesab edirəm. Göstərdiyiniz nümunə isə çox maraqlıdır, məncə. Çünki elə bu nümunənizdən görürük ki, faktiki olaraq, problem olmayan yerdə problem uydururuq. Həmin məqalənin müzakirə səhifəsində cəmi 5 şərh var, ikisi də sizə aiddir. Gəlin, buna praktiki baxımdan yanaşaq. Siz buna dava deyirsiniz? Başqa Vikilərdə yüzlərlə şərh boylu müzakirələr baş verir, və onlara görə normalda xırda qayda dəyişməsi bilə olmur. Siz isə xırda bir söhbətə görə illər ərzində işləyən normanı dəyişmək təklif edirsiniz. — Мурад 97 (müzakirə) 13:36, 20 aprel 2024 (UTC)
Dəqiq olmayan bir şeyi o zaman başlıq olaraq da qoya bilmərik. Nəzərə alsaq ki, viki mənbələrə əsaslanıb yazılır, deməli ola bilməz. AzViki adına danışırıqsa, bəli, həmişə belə olub. Lakin yanlışı gec də olsa, düzəldmək əvladır. Amma ilk öncə qəbullanmaq lazımdır. Amma məsələn, türk dilində və digər bir çox təkmil viki dillərdə belə deyil. Ad yoxdursa, orijinal (yaxud beynəlxalq) adı verirlər elə. Day durub istədikləri kimi, hərə bir cür tərcümə etmirlər, mübahisəli məqam da yaranmır. Təsəvvür edin ki, mənbə yoxdur və yerli/xarici mənbəli xarici ad qalıb bir qıraqda və biz durub öz versiyalarımızı müzakirə edirik ki, hansını bəyənirsən, hansı olsun, o, olsun, yoxsa bu. Onda hansı ad olacaq? Bunu səsvermə ilə təyin edəcəyik o vaxt? Girişdə mənasını verib mənasını çatdırın da, kim nə deyir ki bu təklifinizə :) Məlumat tərcümə etməklə ad tərcümə etmək birdir bəyəm? Çox uyğunsuz müqayisədir, burada söhbət ondan getmir axı. Biri məzmundur, o biri uydurma, heç bir əsası olmayan bir hansısa ad. Məzmunu doğru tərcümə etsən 100% olmasa da, doğru tərcümə etmək mümkündür, dediyiniz kimi, oxucuya məlumatı çatdıra biləcəksən. Uydurma ad isə doğru hesab edilə bilməz, heç nə çatdıra bilməz, hələ-hələ məqalə başlığı isə tamam yanlışdır. Hörmətlə, Gadirmüzakirə 14:29, 20 aprel 2024 (UTC)
İzah etməyə çalışdığım fikri çatdıra bilmirəm. Söhbət başlıqdan gedir və mən deyirəm ki, başlıqda ancaq rəsmi ad olmalıdır, başqa ad yox. Bu, ancaq oxucunu çaşdırmaqdır. Ortada rəsmi bir ad yoxdur, amma özümüzdən bir ad uydurub başlığa qoyuruq, oxucu da elə bilir ki, rəsmi addır. Mandarinlər məqaləsinə gəldikdə isə niyə görə ancaq müzakirə səhifəsinə baxdız ki? Həmin məqalənin adı üstündə Kənd meydanında, məqalənin müəllifi və adı dəyişmək istəyən istifadəçilərin müzakirə səhifələrində dava düşmüşdü, uzun müzakirələr getmişdi, hətta məqalə müəllifi Baskervill bunun üstündə bloklanmışdı. Sizə isə sadəcə müzakirə səhifəsinə baxıb deyirsiz ki, ortada heç nə olmayıb. "Vikipediyada illər boyu mövcud olan normadan gedir" məsələsinə toxunmağınız yenə absurddur. Bir şey səhvdirsə, o normanı dəyişmək lazımdır. Əvvəllər bütün filmlərin adlandırılması zamanı "(film, 1999)" bir "normamız" var idi, yığışdırdıq onu. Niyə? Çünki absurd idi, dəqiqləşdirmə ancaq ehtiyac olanda qoyulmalıdır. Biz demədik ki, "bu, normadır, yığışdıra bilmərik". Biz burada nəyisə norma olub olmamasından danışmırıq, nəyin doğru olub olmadığından danışırıq. Kosmik Ozan utora! 15:27, 20 aprel 2024 (UTC)
İzahatlarınızla ona görə razı deyiləm ki, ikiniz də tərcümənin OT/uydurma olduğunu iddia edirsiniz. Bu isə sadəcə doğru deyil, vəssalam. Yəni təklifinizin əsasında səhv var. Bundan artıq, həmin gələcək zamanda verdiyiniz sualnan problemi yenə vurğulamaq istərdim, çünki bunu nəzərə almaq çox vacibdir. Söhbət sadəcə gələcəkdən yox, AzVikidə illərdir mövcud olan MİNLƏRLƏ məqalələrin adlarını dəyişməkdən gedir. Qeyd etdiyiniz problemlər (ayrı məqalələrin ad dəyişməsi, ayrı istifadəçilərin bloklanması) bir çox Vikilərdə müxtəlif səbəblərə görə baş verir. Və onlar bu dərəcədə fundamental dəyişiklərin üçün ciddi səbəb deyil. — Мурад 97 (müzakirə) 13:23, 25 aprel 2024 (UTC)
Bəs romana əsaslanan eyniadlı işlərdə, roman nəşr edilibsə, onun adını ona qoymaq olar? Xırdalıqlar çoxdur. Məsələn, bir şəxsin adını tranliterasiya edirsən dəstəkləyən mənbələrlə, o adda bir iş çıxır ekrana, onun da mənbəsi yox (amma çox vaxtı olur mənbəsi, transliterasiya olunmuş adı ilə), deməyim o ki, mənbəsi olmayanda onu da mənbələrin də dəstəklədiyi adla eyni adlandırmaq olar? Hörmətlə, Gadirmüzakirə 02:22, 17 aprel 2024 (UTC)
Girişdə xarici adın yanında mötərizədə azərbaycanca yazıb tərcümə edin də. Buna bir şey deyən yoxdur, amma məqalə adı o şəkildə qətiyyən olmamalıdır. Bu, həm vikini milliləşdirmək, həm də orijinal tədqiqatdır birbaşa. Hörmətlə, Gadirmüzakirə 02:18, 17 aprel 2024 (UTC)
  • Təklif edirəm ki, birinci film və serialları müzakirə edək, sonra digər əsərləri. Mənbələrlə əlaqəli mövzu olduğu üçün, film və rəsm əsərlərini eyni başlıq daxilində müzakirə etmək doğru deyil. Şübhəsiz, bu iki anlayışın mənbələrdəki əhatə həcmi arasında çox fərq var. Müzakirədən sonra müvafiq qaydada dəyişiklik etmək olar. Bu arada mən Məqalə adları qaydasını işləmişdim, amma sonra çox sayda müəmmalı məqam olduğunu görüb səsverməyə təqdim etmədim. Bəzi məqamları zaman-zaman dəqiqləşdirsək, ümumi qaydanı yaxşı vəziyyətdə işləyərəm. — Sura Shukurlu (müzakirə) 20:08, 16 aprel 2024 (UTC)

 N - nəticəsiz.— Turkmen müzakirə 07:15, 1 may 2024 (UTC)

Qayda səsverməsi

Salam burada qayda ilə bağlı müzakirə davam edir, baş çəkə bilərsiniz. Turkmen müzakirə 10:49, 1 may 2024 (UTC)

Qayda səsverməsi - 2

Salam burada qayda ilə bağlı müzakirə davam edir, baş çəkə bilərsiniz. Müddəti 25 gün qoymuşam, müzakirə edib qəbul etmək üçün düşünürəm ki, kifayət qədər yaxşı müddətdir. Turkmen müzakirə 12:08, 3 may 2024 (UTC)

Prinsiplərin mühafizəsi ilə bağlı

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Salam, icma. Bu barədə bilmək istərdim ki, icma qərarı varmı? Nemoralisdən soruşanda bunu göstərib demişdi ki, "belə bir şey var, amma bilmirəm bundan əvvəl tətbiq olunmağa başlayıb ya sonra". Qısacası ümumi konsensus yoxdursa, mühafizələr çıxarılmalıdır. Ən təkmil viki saydığımız ingilis dilində belə, avtotəsdiqlənmiş istifadəçilərə açıq şəkildə mühafizə olunur, türk dilində isə hamıya açıq. Və hansı ki, o vikilərdə vandalizm təhlükəsi daha çoxdur bizdən. İstifadəçilər texniki düzəlişlər edə bilir və qrammatik və digər səhvləri düzəldə bilirlər asanlıqla. Bizdə isə mühafizədədir deyə səhv tapanda hər dəfə yazmalı olursan inzibatçılara ki, düzəliş edilsin. Yəni özün edə biləcəkkən belə etməli olursan məcbur. Nəticədə iş uzanır. Yəni nə zərurət var? Həm də vandalizm çox da olmayacaq digər vikilərə müqayisə ilə və patrullar onsuz da digər səhifələr kimi, o səhifələri də izləyəcəklər. Şəxsən mən çox müraciət etmişəm bu istiqamətdə. Bundan sonra özümüz qarşılaşanda düzəldək. Və mən müəyyən qaydalar var ki ağlımda, onları işləməyi düşünürəm, yəni tərcümə, texniki və qrammatik səhvlər də edə bilərəm, onları sonradan baxdıqca düzəldə biləcəm, əgər bu təklif qəbul olunsa. Əks halda, gərək hər dəfə bir nöqtəyə görə yazım ki, "bunu düzəld" özümə də xoş olmur davamlı bunu etmək, amma dediyim kimi, məcbursan buna. Təcrübəli istifadəçilər isə ora nəsə silib əlavə etməzlər təbii ki. Bunu bilirlər. Qısacası, qərar yoxdursa (varsa qeyd edilsin, indiki əsaslı arqumentlərlə konsensus əldə etsək dəyişdirək), təklif edirəm ki, avtotəsdiqlənmiş istifadəçilərə yaxud hamıya açıq və ya təcrübəli istifadəçilər üçün açıq edək bu səhifələri ən azından. Bu arada, envikidə tətbiq olunan kritik şablonların mühafizə edildiyi səhifələrdə redaktə üçün müvafiq sistem var və orada dəyişiklik tələb edirsən şablonda və ona da baxırlar. Onun tətbiqi də Nemoralis dediyinə görə, köhnə sistem imiş, operatoru aktiv deyilmiş və bunlara görə də mümkün deyilmiş idxalı, sürüm kontrolu kimi. Aşağıda fikirlərinizi bildirin lütfən. Hörmətlə, Gadirmüzakirə 04:39, 17 aprel 2024 (UTC)

Bütün istifadəçilər üçün açıq olsun

Bu seçim qəbul olunarsa, IP ünvanları da daxil, yeni qeydiyyatdan keçmiş bütün istifadəçilər, mütləq hər hansısa bir istifadəçi qrupunda olmamaq şərtilə, qısacası, hamı məzmunda redaktə edə biləcək.

Minimum avtotəsdiqlənmiş istifadəçilər üçün açıq olsun

Bu seçim qəbul olunarsa, qeydiyyatdan keçmiş, ən az 10 redaktəsi olan və qeydiyyat tarixindən ən az 4 gün keçmiş avtotəsdiqlənmiş istifadəçi qrupuna daxil istifadəçilər məzmunda redaktə edə biləcək.

Minimum təcrübəli istifadəçilər üçün açıq olsun

Bu seçim qəbul olunarsa, qeydiyyatdan keçmiş, 30 gün ərzində azı 500 redaktə etmiş təcrübəli istifadəçi qrupuna daxil istifadəçilər məzmunda redaktə edə biləcək.

  1.   Lehinə: dəfələrlə təsdiqlənmiş qaydalarda ya orfoqrafik səhv, ya artıq adı dəyişdirilmiş qaydaya keçid, ya da mövcud olan qaydaya keçidin olmaması, ya qısayol olmamasını müşahidə etmişəm. Bəzən bununla bağlı inzibatçılara müraciət etmişəm, bəzən adam ərinir. Bəzən inzibatçılar edir, bəzən etmir və s. Xülasə təklifi çox yerində hesab edir və bu bölmədəki şərtlər altında dəstəkləyirəm.-samral müzakirə 19:27, 17 aprel 2024 (UTC)
  2.   Lehinə: Xüsusi dəyişiklik süzgəci yaradıb qaydalarda dəyişiklik edən redaktələri sonradan yoxlamaq üçün etiketləmək də olar. Nemoralis (müzakirə) 20:17, 17 aprel 2024 (UTC)
  3.   Lehinə: qeyd edilmiş arqumentlərlə razıyam Toghrul R (m) 06:20, 18 aprel 2024 (UTC)
  4.   Lehinə: mütərəqqi təklifdir — Tarixi Nadir (müzakirə) 08:40, 18 aprel 2024 (UTC)
  5.   Lehinə: razıyam Atakhanli (müzakirə) 10:04, 18 aprel 2024 (UTC)
  6.   Lehinə: Moses :) 05:53, 19 aprel 2024 (UTC)
  7.   Lehinə: Dəstəkləyirəm.— namikilisu 06:01, 20 aprel 2024 (UTC)

Müzakirə

Toghrul R, Nemoralis, elə etmək olarmı ki, "təcrübəli istifadəçi" istifadəçi qrupuna daxil olmayan istifadəçilər də redaktə etmək istəyəndə bildiriş çıxsın və onları həmin səhifənin müzakirə səhifəsinə yönləndirsin qeyd etmələri üçün. Hörmətlə, Gadirmüzakirə 22:10, 18 aprel 2024 (UTC)

@Gadir yaxşı fikirdir, amma indiyədək elə bir funksiyanın tətbiq edildiyini görməmişəm. Yoxlayaram Toghrul R (m) 07:17, 20 aprel 2024 (UTC)
Alınmasa, bunun üçün müvafiq bir səhifə yaradıb ora da yönləndirə bilərik. Təəssüf ki, azviki müraciət və müzakirə səhifələri baxımından çox-çox geridədir hazırda. Hörmətlə, Gadirmüzakirə 08:21, 20 aprel 2024 (UTC)
en:WP:EDNO Nemoralis (müzakirə) 13:02, 20 aprel 2024 (UTC)
Olar. Bu, işə yaraya bilər. Hörmətlə, Gadirmüzakirə 13:04, 20 aprel 2024 (UTC)
Hər hansı müzakirənin bu formada yarımbaşlıqlara bölünməklə aparılması doğru deyil. Faktiki səsverməyə çevrilib. Eminn (müzakirə) 18:36, 20 aprel 2024 (UTC)
Niyə görə? Arqumentlər qeyd olunub, təklif verilib və müvafiq olaraq səsvermə başladılıb. Belə daha asan, rahat konsensus və nəticə əldə edilir. Problem görmürəm. Sadəcə müzakirə lazım olanda sadəcə müzakirə açılıb elə qərar qəbul edilər. Müzakirə bölümü də var və fikirlər ora qeyd edilə bilər. Hörmətlə, Gadirmüzakirə 02:13, 21 aprel 2024 (UTC)
Adicə, bir sıra vacib qərarlar səsvermə əsasında qəbul olunur... Bura isə konkret arqumentlərimi təqdim etmişəm və sadəcə icmanın təsdiqini gözləyir. Hörmətlə, Gadirmüzakirə 04:30, 21 aprel 2024 (UTC)

  Qəbul edildiTurkmen müzakirə 11:07, 29 aprel 2024 (UTC)

Nemoralis, {{BLP editintro}} kimi şablon yaradıb, dəqiqləşdirmə səhifələrində də olduğu kimi, tətbiq edə bilərik? Necə fikirdir? (Sizin bəhs etdiyiniz.) Amma elə edə bilərik təcrübəli istifadəçi statusu olanlara görünməsin? Mümkündür? Hörmətlə, Gadirmüzakirə 11:38, 29 aprel 2024 (UTC)

@Gadir, baxaram. Siz redaktə etməyi yoxlaya bilərsiniz? Dəyişiklik süzgəcini qoşmuşam, görək teq əlavə edir? Nemoralis (müzakirə) 07:20, 1 may 2024 (UTC)
@Nemoralis, salam. Bəli, çalışır. Bu, sadəcə qeyri-inzibatçılar üçün keçərlidir, düzdü? Hörmətlə, Gadirmüzakirə 09:10, 1 may 2024 (UTC)
Hamı üçün. İnzibatçılarda nə üçün olmasın ki? Nemoralis (müzakirə) 09:12, 1 may 2024 (UTC)
Əla. Hörmətlə, Gadirmüzakirə 09:15, 1 may 2024 (UTC)

ABŞ-də inzibati vahid

Salam. 2015-də eyniadlı başlıq açılır Kənd meydanında və bir nəticəyə gəlinmir. İndi isə qarışıqlıq yaranıb kateqoriya adlarında. Bəziləri qraflıq, bəziləri dairə adlandırılıb. Səhifələr də həmçinin. Məsələn, Havay (dairə) intervikisi isə "Hawaii county". Yenə Leyk qraflığının intervikisi "Lake county".

İlk özüm baxanda dedim ki, hər halda "qraflıq" və "dairə" ayrı-ayrı inzibati vahiddir. Yaxşı, onda niyə eyni kateqoriyadadır? Qraflıq üçün ayrıca kateqoriya açılmayıb?

Düzdür, deyəsən bir nəfər açmaq istəyib:). Amma sonra Qraflıq (ABŞ) səhifəsini intervikiləri müqayisə edəndə eyni inzibati vahid olduğu qənaətinə gəldim. İndi kateqoriya adları və səhifə adlarını vahid bir adla adlandırmaq lazımdır ki, qarışıqlıq olmasın. "County" sözü bizə "qraflıq" kimi tərcümə olunur. Belə olduqda kateqoriyaların adlarını dəyişməli olacağıq. Ya da siz hansı sözü təklif edirsiniz? Hatselate (müzakirə) 11:47, 13 aprel 2024 (UTC)

Qraflıq yaxşıdır. "Dairə" rusların "okruq" sözünün tərcüməsidir. Kosmik Ozan utora! 12:19, 13 aprel 2024 (UTC)
@Hatselate o kateqoriyanı Şablon:ABŞ qraflığı yaradır. Əgər məni deyirsizsə mən məcburiyyətdən yaratmış və adının da doğru olmadığı haqda kateqoriyaya şablon yerləşdirmişəm. Araz Yaquboglu (müzakirə) 13:34, 13 aprel 2024 (UTC)
Salam, ümumiyyətlə, mən kateqoriyani kimin yaratdığını bilmirdim. Şablonun yaratdığını da, həmçinin. Sadəcə kateqoriya adı ingilis sözləri və Azərbaycan dilindəki sözlərin qarışığından ibarət idi və ":)" ona vurğu idi Hatselate (müzakirə) 19:25, 13 aprel 2024 (UTC)
Türkdilli (Türkiyə türkçəsi) Vikipediyada county gedir. Nə fikirləşirsiniz, bəlkə Az-Vikidə kaunti olsun? Ümumiyyətlə Azərbaycan dilində rəsmi qəbul olunmuş adlanma var? Zohrab javad (müzakirə) 08:43, 15 aprel 2024 (UTC)
Yoxdur, deyəsən. Tapa bilməmişdim. Düşünürəm ki, tərcümə olsa, yaxşı olar Hatselate (müzakirə) 09:39, 16 aprel 2024 (UTC)

Şəxs şablonlarında təhsili bölməsində məktəblərin qeyd olunması

salam icma. Araz bəylə fikir ayrılığı yaşadığımız üçün icmanın fikrini öyrənmək qərarına gəldim. belə ki, mənə görə, şəxs şablonlarında şəxsin oxuduğu məktəb əgər xüsusi önəmli məktəb deyilsə (yəni misal üçün Ali Hərbi Məktəb) onu şablonda qeyd etmək lazım deyil. mən hər yerdə, bütün vikilərdə də belə görmüşəm. mənə görə də, məntiqli olanı budur. Araz bəy bir neçə dəfə redaktəmi geri qaytarıb. əgər oxuduğu məktəb minlərlə sıradan məktəblərdən biridirsə onun üçün niyə ayrıca vikidata yaradıb şablonuna da əlavə edirik ki? Universitet olsa hə. Və ya Kollec. yoxsa adi məktəbdə buna nə ehtiyac var? bu hansı təcrübədə var? məqalənin içində verildi fsoda. əgər 1 məqalədə icazə verilirsə, deməli digər bütün məqalələrdə bu edilə bilər. hamı öz məktəbinin vikidatasın yaradıb əlavə etsin. belə çıxır ki, onda o birilər də getdiyi kursları filan vikidatasın yaradıb qeyd etsin. rəsm kursu, nağara kursu, abituriyent kursu filan. elə kurslar var məktəbdən daha məşhurdu. elə deyil? əgər sırf təhsildir deyə şablonda təhsil bölməsində qeyd olunmalıdırsa, vallah mən hazırlıqda məktəbdən daha çox öyrənmişəm. onda öz hazırlıq müəllimlərimin də adın qeyd edim. nə düşünürsüz? Atakhanli (müzakirə) 10:32, 15 aprel 2024 (UTC)

Müzakirəni açarkən bir az detalları ilə yazsaz daha yaxşı olardı. Belə ki, siz şəxsin vikidatasından məktəbin adını çıxarıb sonra da vikidatada sns edirsiz. Şəxsin məqaləsindən silirsizsə sns niyə edirsiz? Bəyəm bu məktəb (Sankt-Peterburq şəhər 193 nömrəli orta məktəb) önəmli məktəbdir ki, onu heç silmir, saxlayırlar. Belə yüzlərlə məktəb haqqında vikidata var. — Araz Yaquboglu (müzakirə) 10:41, 15 aprel 2024 (UTC)
Həmin məktəb qeyd olunmamalıdır deyə çıxarmışam və xüsusi önəmə malik olmadığı üçün SNS-yə vermişəm. qeyd etdiyiniz məktəb də bəli önəmli məktəbdir, hansı ki, Vladimir Putinin də oxuduğu məktəbdir. müqayisə belə oluna bilməz. necə ki, bizdə də 6 nömrəli məktəb-lisey var. hansı ki, önəmlidir. yoxsa dediyim kimi, 10 minlərlə məktəbdən biri deyil. Atakhanli (müzakirə) 10:45, 15 aprel 2024 (UTC)
O önəmli məktəb haqqında nə əcəb heç bir vikidə məqalə yoxdur? Araz Yaquboglu (müzakirə) 10:48, 15 aprel 2024 (UTC)
məsələ budur? açdığım mövzu budur? siz bilmirsiniz ki, həmin o məktəb hansısa parametrdə qeyd olunubsa deməli vikidatası olmalıdır, silinməməlidir. həmin o məktəb də Rusiya Prezidenti Vladimi Putinin vikidatasında qeyd olunub. Atakhanli (müzakirə) 10:51, 15 aprel 2024 (UTC)
Bu məktəb hansı parametrdə qeyd olunub? Heç bir. — Araz Yaquboglu (müzakirə) 10:53, 15 aprel 2024 (UTC)
Bəs mən də o məqalədə istifadə etmişəm deyə deməli vikidatası olmalıdır. Özünüz dediyinizi özünüz inkar edirsiz. Araz Yaquboglu (müzakirə) 10:55, 15 aprel 2024 (UTC)
xahiş edirəm kibar başa düşün, elə bilirdim gedib hansısa yerdən milyonlarla vikidatadan birin çıxarıb gətirəcəksiniz ki, burda var, burda yoxdur. gedib İndoneziya məktəbin tapmısız. SNS olunub saxlanılıb? indi biri yaradıbda. mən də indi 30-40 məktəb yaradım. bu səbəbdir? + açdığım mövzu bu deyil axı. Vikidata parametri silinməlidir ya qalmalıdır, onu Vikidatanın SNS-sində bildirin zəhmət olmasa. burada mövzu tam başqadır. + O boyda ölkənin prezidenti ilə adi adam birdir? Adicə elə öz nümunə göstərdiyiniz Rusiya məktəbinə baxın. sadəcə Vladimir Putininin məqaləsində istifadə olunub. necə ki, biz də öz prezidentimizdə belə etmişik. 6 nömrəli məktəb. indi deyirsiniz ki, milyonlarla əhaləsi olan Rusiyada bu məktəbdə oxuyan heç bir vikipediyada məqaləsi olan adam yoxdur? var, sadəcə qeyd olunmur. niyə? çünki vacib deyil, lazım deyil. Atakhanli (müzakirə) 11:02, 15 aprel 2024 (UTC)
Bəs SNS niyə edirsiz. Orada sənə yazdıqları kimi, reklamdır? Məktəbdir da, Şəxs və ya şirkət deyil ki? Araz Yaquboglu (müzakirə) 11:54, 15 aprel 2024 (UTC)
fikrimi orada bildirmişəm. vikidata Google Maps deyilki. vikidatada olacaq qədər ən azından əhəmiyyəti olmalıdır bir şeyin. məqaləsi olmasa belə Atakhanli (müzakirə) 11:56, 15 aprel 2024 (UTC)
Əhəmiyyətlidir da. Çünki vikipediyada məqaləsi olan şəxs o məktəbi bitirib. Hansısa boş yerə, keçidi olmayan bir məktəb haqqında vikidata açmamışam ki, onun da müzakirəsi aparam. Keçidi olmasa, hə, siz deyəndi. Daha heç nə də yazmayacam. Məndən bu qədər. Boş yerə vaxtımı alırsız. Araz Yaquboglu (müzakirə) 12:10, 15 aprel 2024 (UTC)
Şəxs şablonundakı o parametr səhvdir. Orijinalı "alma mater" yazılıb, bu da sırf ali təhsili əhatə edir, orta və ibtidai təhsili yox. --► Hörmətlə: SolaVirum 12:23, 15 aprel 2024 (UTC)
amma mənə nə çatmır, Atakhanli, məktəbi niyə SNS edirsiniz? Vikidatada ensiklopediya məqalələri haqqında elementlər belə var, Toghrul R bilər. Ciddi deyirəm, silməyə dəhşət həvəslisiniz. Bu, konstruktiv fəaliyyət deyil. --► Hörmətlə: SolaVirum 12:25, 15 aprel 2024 (UTC)
nəyin var, nəyin var olmadığını bilirəm. SNS niyə edilir? Layihə üçün əhəmiyyətli hesab etmədiyin üçün. o məktəb də adi məktəblərdən biridir. vikidata üçün önəmli olmadığı üçün namizəd göstərdim sadəcə. yəni, müzakirəyə təqdim etdim. vikidata Google Maps deyil ki, hər nöqtə barədə məlumat olsun. Oranın da öz önəmli-önəmli olmayan şeyləri olur. fəaliyyətimdən narazısınızsa həmin layihənin inzibatçılarına müraciət edin Atakhanli (müzakirə) 12:34, 15 aprel 2024 (UTC)
Atakhanli, mənim müraciət etməyimə ehtiyac yoxdur, orada sizə irad bildiriblər onsuz da. Sözsüz ki, vikidatanı burada müzakirə etmək mənasızdır. Hər halda, destruktiv fəaliyyət göstərdiyinizi qeyd etməliyəm. --► Hörmətlə: SolaVirum 13:22, 15 aprel 2024 (UTC)
SNS-dir. SNS-də fərqli fikir niyə irad olsunki?)) 😅 tamam. bəli, burada açılan mövzu fərqlidir deyə ora aid olan fikirləri ora yazmaq yaxşıdır 👍 Atakhanli (müzakirə) 13:36, 15 aprel 2024 (UTC)
Məlumunuz olsun ki, səhifə silinmədi, saxlanıldı. Araz Yaquboglu (müzakirə) 13:44, 28 aprel 2024 (UTC)
Şablonu deyə bilmərəm, amma məlumat üçün deyim ki, Vikidatada yaşayış məntəqələri və hətta məqaləsi belə olmayan obyektlər (məktəblər, bəzi şirkətlər kimi) üçün səhifələrin olması normal haldır. Hörmətlə, Gadirmüzakirə 13:49, 28 aprel 2024 (UTC)
Şablonu gərək özümüz müzakirə edib bir qərar verək. Hörmətlə, Gadirmüzakirə 13:50, 28 aprel 2024 (UTC)
məktəbin vikidatadan silinməməsinin nə əlaqəsi var?) Buradakı başlıq ayrıdır axı Atakhanli (müzakirə) 14:29, 28 aprel 2024 (UTC)
Qeyd etdiyim kimi, məlumat üçün qeyd etdim. Mənə də maraqlıdır, hansısa PR üçün mövzu deyil ki, niyə onları SNS etmisiniz? Hörmətlə, Gadirmüzakirə 14:30, 28 aprel 2024 (UTC)
@Gadir yuxarıda qeyd etmişdim axı, adi məktəbin (lisey belə deyil) vikidata üçün ensiklopedik olmadığını düşündüyüm üçün SNS-yə təqdim etdim ki, müzakirədəki fikirlərə baxım Atakhanli (müzakirə) 14:32, 28 aprel 2024 (UTC)
Vikidata ensiklopediya deyil ki, orada ensiklopediklik anlayışı olsun. Orada adi bir elmi məqalə üçün belə vikidata elementləri var, hansı ki, vikipediyada ensiklopedik deyil. Ensiklopediklik anlayışı vikipediyaya aiddir, çünki vikipediya onlayn ensiklopediyadır, vikidata isə deyil. Vikidatada notability, yəni əhəmiyyətlilik anlayışı var. Kosmik Ozan utora! 17:12, 28 aprel 2024 (UTC)
Əhəmiyyətlilik anlayışı orada da var. Nisbətən təftiş və nəzarət çətin və vaxtaparan olsa da, elə bir şey yoxdur ki, nəyə gəldi səhifə aç və silməsinlər. Hörmətlə, Gadirmüzakirə 17:25, 28 aprel 2024 (UTC)
İbtidai məktəbi infoboksda qeyd etməyə ehtiyac yoxdur, liseydir, əhəmiyyətli məktəbdir, onlar qeyd oluna bilər. Kosmik Ozan utora! 12:44, 15 aprel 2024 (UTC)
@White Demon Fikrinə qatılıram. Redivy (müzakirə) 21:35, 15 aprel 2024 (UTC)
Salam, bəylər. Əslində kim haqlı, kim haqsız deyə bilməyəcəm, çünki konkret bu barədə qaydamız olmalıdır ki, nəyi daxil etmək olar infoboksa, nəyi yox. O da olmadığına görə heç bir fikir bildirə bilmirəm. Hörmətlə, Gadirmüzakirə 04:12, 16 aprel 2024 (UTC)
  Şərh:@Atakhanli dediklərində doğruluq var. Şablonda qeyd olunmalı deyil - Hidirsuban (müzakirə) 10:47, 16 aprel 2024 (UTC)
  • Məktəblər əlbəttə qeyd olunmamalıdır və heç vaxt da qeyd olunmayıb. Digər dillərdə də belə təcrübə yoxdur. Bütün dil bölmələrinin praktikasında ancaq universitet və kolleclərin qeyd olunması var. — Sura Shukurlu (müzakirə) 11:40, 27 aprel 2024 (UTC)
    Şablonu deyə bilmərəm, amma kateqoriya faydalı ola bilər. Lakin bu vaxtda hər məktəb üçün ayrıca və kütləvi kateqoriyalar açılacaq. Hörmətlə, Gadirmüzakirə 11:54, 28 aprel 2024 (UTC)

Sonuncu dəfə təşkil edilən Berlin Konfransı

Bu il Almaniyanın paytaxtı Berlin şəhərində sonuncu Wikimedia Summit 2024 təşkil edilməkdədir. Konfrans artıq başa çatıb. Mənə maraqlıdır ki, icmanı sözügedən tədbirdə kimsə təmsil edibmi ? Azərbaycanlı vikimediaçıların iştirak etdiyi tədbirlər səhifəsini güncəl tutmaq adına bu məlumat mənə lazımdır. Kimdəsə bir bilgi varsa lütfən paylaşsın. İştirakçıların siyahısına baxanda türk, erməni və gürcücə vikidən vikipediyaçıların iştirak etdiyini gördüm və ümüd edirəm ki, Azvikidən də kimsə və ya kimlərsə gedib. İcmanın 7 dəfə Berlində təşkil edilmiş konfransda təmsil edilməsi bu ehtimalı müəyyən qədər gücləndirməkdədir. @Toghrul R, @Eldarado, @White Demon, @Gadir, @A.Aida88, @Solavirum, @Nemoralis bu barədə bir məlumatınız varmı ?— Baskervill 06:55, 23 aprel 2024 (UTC)

@A.Aida88 xanım gedəcəkdi bildiyim qədərilə. Dəqiq bilmirəm. Nemoralis (müzakirə) 06:59, 23 aprel 2024 (UTC)
@A.Aida88 konfransa gedə bildinizmi ? Baskervill 07:00, 23 aprel 2024 (UTC)
@Baskervill salam. Bu il iştirak hüququ tam fərqli formatda verilib, bir növ müsahibələr əsasında müəyyənləşdirilib. Azvikidən heç kim iştirak etməyib Toghrul R (m) 07:02, 23 aprel 2024 (UTC)
@Toghrul R kvota söhbətini ləğv ediblər ? Təəssüf ki, müsahibəyə qatılan və ya qatılıb keçə bilən heç kim olmayıb. Baskervill 07:06, 23 aprel 2024 (UTC)
@Baskervill o da var idi, üstəlik müsahibə tipli bir görüş də oldu. Tanıdığım təcrübəli vikimediaçılardan keçməyənlər var idi Toghrul R (m) 07:09, 23 aprel 2024 (UTC)
@Toghrul R təşəkkür edirəm məlumatlar üçün. Polşada təşkil ediləcək Vikimaniyanın vaxtı yaxınlaşır. Həmin Vikimaniyada iştirak üçün nəzərdə tutulan təqaüdlərin qalibləri nə zaman açıqlanacaq ? Bir məlumatınız varmı bu barədə. Baskervill 07:14, 23 aprel 2024 (UTC)
Səhv etmirəmsə o siyahıda da AzVikidən heç kəs yoxdur. Yəni təqaüd qalibləri siyahısında. Yalnız öz hesabına gedənlər üçün İyun ayında qeydiyyat başlanacaq. Patriot (müzakirə) 07:21, 23 aprel 2024 (UTC)
@Baskervill təəssüf ki, bu il Azərbaycandan heç kəs Vikimaniya təqaüdü qazana bilməyib. Orta Asiyadan isə Qazaxıstandan cəmi bir nəfərə təqaüd ayrılıb. Toghrul R (m) 07:23, 23 aprel 2024 (UTC)
@Toghrul R sadəcə olaraq böyük təəssüf... Hər il haralarsa gedirdik, indi heç kim seçilmir. Vikimedia Fondunun Azviki kimi ortabab bir icmadan 1 nəfəri belə seçməməsini yumuşaq formada ifadə etsək qərəz olaraq görürəm. Bəlkə də, kimsə seçilib, ancaq bunu açıqlamır. Siz əminsiz ki, heç kim seçilməyib ? Baskervill 07:27, 23 aprel 2024 (UTC)
Mən əlaqəm olanlardan soruşmuşam, hamıya rədd cavabı gəlib. Vikimaniyadan çox Hakathona qəbul olmamağıma pis olmuşam :( Nemoralis (müzakirə) 07:31, 23 aprel 2024 (UTC)
@Baskervill salam. Təəssüf ki, AzVikidən heç kəs iştirak hüququ qazanmamışdı. Sadəcə mən online iştirak etdim. Yəqin ki, qısa zamanda bu siyahıda online iştirakçıların adları qeyd olunacaq. Patriot (müzakirə) 07:10, 23 aprel 2024 (UTC)
@Patriot Kor online iştirakınız üçün təşəkkürlər. Təəssüf ki, inkişaf dövrünü yaşayan, 200 min məqalə həddinə çatan Azvikini əhəmiyyətlilik baxımından Vikimedia Fondunun sayca üçüncü dərəcəli konfrasında icma fiziki olaraq təmsil olunmayıb. Baskervill 07:16, 23 aprel 2024 (UTC)
@Baskervill qiymətləndirdiyiniz üçün təşəkkürlər. Təqaüd proqramına da baş vurmuşdum amma seçilməmişdim. Tamamilə haqqlısınız. Çox geridəyik. Məsələ burasındadır ki, bu il heç CEE-də qatıla bilməyəcəyik deyəsən. Çünki hesabatlar təqdim olunmadığına dair bildiriş gəlmişdi. Ona görə mən İdarə heyəti mövzusunu bir daha açmışdım. Amma yenə nəticəsiz qaldı. Patriot (müzakirə) 07:19, 23 aprel 2024 (UTC)
@Patriot Kor ciddisiz ? Tbilisdə təşkil edilən tədbirin hesabatları təqdim edilməyib ? Bu konkret olaraq kiminsə səhlənkarlığıdır yoxsa necə ? Yəni ki, kimlər bunu təqdim etməli imiş ki, etməyiblər. Baskervill 07:25, 23 aprel 2024 (UTC)
@Patriot Kor, hesabatı @Wertuose göndərib bildiyim qədərilə. Nemoralis (müzakirə) 07:29, 23 aprel 2024 (UTC)
@Eldarado hesabatın təqdim edilməməsi ilə bağlı bir məlumatınız varmı ? Baskervill 07:32, 23 aprel 2024 (UTC)
@Nemoralis məlumatsızam. Amma göndərilibsə çox gözəl. Patriot (müzakirə) 08:12, 23 aprel 2024 (UTC)
İdarə heyəti ilə tam razıyam Sizinlə. Nəzərdən keçirilməlidir A.Aida88 (müzakirə) 12:14, 24 aprel 2024 (UTC)
Salam, report çoxdan verilib. Onsuz hələ bu ayın 30-a kimi idi deadline. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 21:57, 24 aprel 2024 (UTC)

A new look for talk pages, for everyone

Hello

Sorry to use English, please help by translating this message, and share the news with your community.

 
The new look for talk pages (screenshot of French Wikipedia).

Your wiki is part of a test that started last year. We changed the design of talk pages for half of users at 15 wikis and tested how they reacted to it.

  • We changed how the talk page's main title, adding a space after “Talk:”, and all section titles look, now using Sans-serif.
  • The buttons for replying, subscribing, and starting a new topic appear in a bolder typeface, instead of looking like a regular link.
  • For Vector 2022 users, the table of contents shows the number of comments within a topic.
  • We added meta-information at the top of the talk page (link and date for the latest comment).

During the test, we measured if users were more successful adding messages on talk pages, in particular new users. We observed that new users, using the new design, are more successful on posting constructive comments at talk pages. The report is available, in English.

The test will end soon. We will deploy the new look to your wikis as the default look for talk pages. This deployment will start on Monday April 29. The deployment is only for Desktop view, as Mobile users already have this new design by default.

If you prefer to keep the old look, you can do it in your preferences, by unchecking the "Müzakirə fəaliyyətini göstər" option. (Please note that the "add new topic" button on talk pages won't be affected by this preference.)

If you have any question regarding this deployment, or other improvements made on talk pages, please let me know. ~~~~ Trizek (WMF) (müzakirə) 14:49, 24 aprel 2024 (UTC)

Qəşəng interfeysdir. Trvikidə görmüşdüm və xeyli də xoşuma gəlmişdi. Hörmətlə, Gadirmüzakirə 14:53, 24 aprel 2024 (UTC)
Rahat müzakirələr (CD) qadcetində bunlar onsuz da var idi. Nemoralis (müzakirə) 20:50, 24 aprel 2024 (UTC)
Now it is a default feature, compatible with all wikis. :) Trizek (WMF) (müzakirə) 08:01, 25 aprel 2024 (UTC)
Bu artıq tətbiq olundu ki. Hörmətlə, Gadirmüzakirə 20:47, 29 aprel 2024 (UTC)

AzVikidə olan faylın EnVikidə istifadə olunması

Salam, bu faylı enwikidəki məqalədə istifadə etsəm, müəlliflik hüququnu pozmuş olaram? Aredoros87 (müzakirə) 22:55, 24 aprel 2024 (UTC)

Bildiyim qədərilə müəlliflik hüququ ilə qorunan səs materiallarının 20-25 saniyəlik hissəsinin istifadəsinə icazə verilir. Kosmik Ozan utora! 11:19, 25 aprel 2024 (UTC)
Amma bizdəki məqalədə çox istifadə olunub, bir fayl əvəzinə 4-5 sayl yüklənib, bu da ədalətli istifadə deyil. Kosmik Ozan utora! 11:20, 25 aprel 2024 (UTC)

Universal Davranış Kodeksi Koordinasiya Komitəsinə seçkilər

Universal Davranış Kodeksi Koordinasiya Komitəsinə seçkilər başlayıb. Azərbaycandilli istifadəçilərdən sadəcə @Patriot Kor namizəd olub. Seçkidə iştirak etməzdən əvvəl namizədlərin analizi üçün bubu səhifələrə baxa bilərsiniz. Nemoralis (müzakirə) 12:10, 25 aprel 2024 (UTC)

uğurlar. @Patriot Kor Atakhanli (müzakirə) 14:30, 28 aprel 2024 (UTC)

Vote now to select members of the first U4C

You can find this message translated into additional languages on Meta-wiki. Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin

Dear all,

I am writing to you to let you know the voting period for the Universal Code of Conduct Coordinating Committee (U4C) is open now through May 9, 2024. Read the information on the voting page on Meta-wiki to learn more about voting and voter eligibility.

The Universal Code of Conduct Coordinating Committee (U4C) is a global group dedicated to providing an equitable and consistent implementation of the UCoC. Community members were invited to submit their applications for the U4C. For more information and the responsibilities of the U4C, please review the U4C Charter.

Please share this message with members of your community so they can participate as well.

On behalf of the UCoC project team,

RamzyM (WMF) 20:20, 25 aprel 2024 (UTC)

Vikipediyanın gələcəyi ilə bağlı dərin narahatlıq

Salam. Mən təkcə bu gün 10-a yaxın istifadəçinin fəaliyyətini təftiş etmiş və maşın tərcüməsi vasitəsi ilə kütləvi şəkildə məqalələr yaratdıqlarını aşkarlamışam. Bu istifadəçilərin hamısı AMEA-nın əməkdaşlarıdır. Maşın tərcüməsi deyərkən nəzərdə tutduğum məqalələr heç də kiçik qüsurlu tərcümələr deyil: söhbət digər dil versiyalarından tərcümə proqramları ilə tərcümə olunmuş mətnin birbaşa olaraq, heç bir düzəliş edilmədən (və ya sadəcə texniki düzəlişlər edilərək) azvikidəki məqaləyə yapışdırılmasından gedir. Bəzi məqalələrdəki problemləri görmək üçün mətni oxuyub məzmunun mənasını anlamağa belə ehtiyac yoxdur, yəni bəzi istifadəçilər məqaləni vizual olaraq belə səliqəyə salmağa çalışmayıb. Əsas problem də odur ki, bu fəaliyyət ilə məşğul olanlar belə məqalələri kütləvi formada yaradırlar. Həmçinin istifadəçilər bu fəaliyyətlə təəssüf ki, uzun müddətdir məşğul olublar və qarşısı alınmayıb. İstifadəçilərə xəbərdarlıq etdikdə də fəaliyyətlərinə düzəliş etmək yerinə açıq-aşkar ortada olan faktı inkar edir, xəbərdarlığa məhəl qoymur və fəaliyyətlərinə olduğu kimi davam edirlər. Heç kimin haqqı çatmır ki, vikini bu hala salsın. Mən bütün inzibatçıları bu barədə sərt tədbir görməyə çağırıram. Sura Shukurlu (müzakirə) 17:34, 28 aprel 2024 (UTC)

Dəstəkləyirəm. Hörmətlə, Gadirmüzakirə 17:44, 28 aprel 2024 (UTC)
@Sura Shukurlu, məqalələr patrul rejimindən əvvəl yaradılanlardı? — Bikar müzakirə 18:01, 28 aprel 2024 (UTC)
Patrul sistemi xeyli vaxtdır var, sonradan yaradılanlar da olar. Bu sistem özü çox mənasızdır, baxılmayanda bir müddət sonra redaktələr avtomatik patrullanır, yəqin səhifələr də elə olar. Hörmətlə, Gadirmüzakirə 18:08, 28 aprel 2024 (UTC)
Heçnədən yaxşıdı — Bikar müzakirə 18:18, 28 aprel 2024 (UTC)
@Bikar, xeyr, söhbət hələ də davam edən fəaliyyətdən gedir. Son bir neçə gündə belə, bu formada məqalələr yaradanlar olub. Köhnə olsa idi ən azından məqalələr barədə tədbir görülərdi. Burada isə söhbət bu istifadəçilərin fəaliyyəti ilə bağlı tədbir görülməsindən gedir. Mənim dəfələrlə xəbərdarlıq etdiyim olub, məhəl qoyulmayıb. Sura Shukurlu (müzakirə) 18:13, 28 aprel 2024 (UTC)
Bəs bu məqalələr necə patrullanmış olur axı. Mən dəfələrlə müdaxilə etmişəm, inzibatçılar tədbir görmədikdən sonra mənim nəsə yazmağımın mənası yoxdu. — Bikar müzakirə 18:18, 28 aprel 2024 (UTC)
Avtopatrul hüququna görə :) Sura Shukurlu (müzakirə) 18:35, 28 aprel 2024 (UTC)
belə baxıram, bütün avtopatrullar yenidən nəzərdən keçirilməlidir. həmin istifadəçiləri isə minimum 3 ay olmaqla bloklamağa başlamaq lazımdır Atakhanli (müzakirə) 18:40, 28 aprel 2024 (UTC)
Bu fəaliyyətlə məşğul olanlar neçə illik istifadəçilərdir. Hansı ki, bu fəaliyyətlərinə görə onlara mükafatlar da verilib. Baxıram ki, əvvəllər maşın tərcüməsi etməyən, faydalı məqalələr yaradan, mənim də fəaliyyətindən razı qaldığım AMEA əməkdaşları da bir müddət sonra maşın tərcüməsindən istifadə etməyə başlayıb. Bu, məni məyus etdi. Belə baxıram ki, artıq dəb düşüb. Mən bunu onunla bağlayıram ki, bu istifadəçilərlə bağlı əvvəldən heç bir ciddi tədbir görülməyib və bu da onlarda rahatlıq yaradıb, nəticədə AMEA əməkdaşları arasında bu fəaliyyət normal bir fəaliyyət növünə çevrilib. Ümumiyyətlə çox normal bir şeyə çevrilib bu fəaliyyət azvikidə, sanki, elə belə də olmalıdır və məqalələr elə bu cür yaradılmalıdır. Bizim köhnə inzibatçımız belə maşın tərcüməsi ilə onlarla məqalə yaradıb, hansı ki, bu məqalələrin çoxunda cümlələrdəki məna uyuşmazlığı, tərcümə səhvləri açıq-aşkar gözlə görünür. Bu fəaliyyətlə məşğul olan, hal-hazırda adını açıqlamadığım nə qədər istifadəçi var ki, vikicəmiyyətdə tanınan və etibar edilən istifadəçilərdir və bəziləri hətta vikipediya redaktorluğu üçün təlim verirlər. Sura Shukurlu (müzakirə) 19:10, 28 aprel 2024 (UTC)
@Sura Shukurlu Bizim köhnə inzibatçımız belə maşın tərcüməsi ilə onlarla məqalə yaradıb, deyəndə tam olaraq kimi nəzərdə tutursuz ? Məni ? Əgər mənəmsə hansı məqalələrdən gedir söhbət ? Maraqlıdır. Bir də, fikir verdim ki, 3-4 yerdə bu istifafəçi, bu istifadəçi deyirsiz. Söhbət hansı AMEA əməkdaşlarından gedir ? Çünkü orada maşın tərcüməsi ilə məqalə yaratmayan kifayət qədər həmkarlarda mövcuddur. Bütün camianı zərbə altına qoymaq qəyiyyən doğru deyil. Baskervill 08:51, 1 may 2024 (UTC)
@Baskervill, İstifadəçi müzakirəsi:Qolcomaq Nemoralis (müzakirə) 08:55, 1 may 2024 (UTC)
@Nemoralis bu kritik rəyiniz üçün təşəkkür edirəm. Bir anlıq söhbətin məndən getdiyini düşündüm. O zaman sizdən də soruşum. Yuxarıda sadalanan problemlərə səbəb olan istifadəçilər kimlərdir ? Niyə müzakirələr onların adları çəkilmədən aparılır ? Bu istifadəçilər, şəxslər, onlar deyilir. Bunun spesfik bir səbəbmi varmı ? Həqiqətən bilmək istəyirəm ki, kimdir onlar. Baskervill 08:58, 1 may 2024 (UTC)
Məqalələrdə Page Curation sisteminin tətbiq olunmasına "effektiv olmayacaq" yazanlar indi məqalələrlə bağlı narahatlıqlarını bildirirlər. Deyəsən fikriniz dəyişib. Nemoralis (müzakirə) 18:49, 28 aprel 2024 (UTC)
5+ illik təcrübəli istifadəçilərimiz toplu maşın tərcüməsi yaradırsa, bu sistem nə edəcəkki? hamısında da avtopatrul və daha yuxarıları var. ip-dən gələn redaktələr filan deyilki Atakhanli (müzakirə) 19:23, 28 aprel 2024 (UTC)
Həmin istifadəçidən alaq avtopatrulu, qoy məqalələri düşsün qaralamaya. Sonra baxaq yaradacaq bir də elə məqalə? Nemoralis (müzakirə) 19:30, 28 aprel 2024 (UTC)
Maşın tərcüməsi ilə başlayan biri olaraq beləcə səhvlər edirəm amma bilərək yox bilməyərək və fikrimcə buna aid maarifləndirici video və sosial şəbəkə dəstəyi lazımdır ki, qısa da olsa həvəsi olan insanlar baxıb öyrənsinlər.
Çünki misal mən bəzi qaydaları oxusam belə başa düşmüşdüm praktiki @Sura Shukurlu @Nemoralis @Atakhanli ilə müzakirələr və suallar nəticəsində öyrəndim.
Ümumi bu mövzulardan əlavə TR-vikidə olan patrul incələnməsi sistemi olsa və aktiv patrul işləri görməyənlərdən bu status alınsa məncə hərşey qaydasında və rahat gedəcək. Redivy (müzakirə) 19:32, 28 aprel 2024 (UTC)
Maşın tərcüməsi ilə bağlı nə video?)) İngilis dili dərsləri olsun?) Atakhanli (müzakirə) 19:35, 28 aprel 2024 (UTC)
@Redivy, trvikidəki sistem tətbiq oluna bilməz, kodun operatoru aktiv deyil, idarə edəni yoxdur. O sistemdə olanlar layihələr də köhnədən tətbiq edilənlərdir, gərək əvvəldən elə olaydı. Yoxsa belə pis sistem dəyil :) Hörmətlə, Gadirmüzakirə 19:42, 28 aprel 2024 (UTC)
phab:T185664 Nemoralis (müzakirə) 19:48, 28 aprel 2024 (UTC)
@Nemoralis Burda göstərilənlər ru-vikidə də var sizcə bizdə tərtib edilə bilər və necə alınar.? Redivy (müzakirə) 20:17, 28 aprel 2024 (UTC)
Bundan sonra niyə istifadə edilə bilməz? Redivy (müzakirə) 20:18, 28 aprel 2024 (UTC)
ümumiyyətlə söhbət bu deyil axı. təklifin bu problem ilə nə əlaqəsi var? yenə əsas mövzu qalıb qıraqda, nəyin söhbəti gedir Atakhanli (müzakirə) 20:34, 28 aprel 2024 (UTC)
Nə həll üsulu təklif eliyirsən? Hamıdan avtopatrullar alınsın, ancaq məqalə patrullayaq? Patrullananlar da yaxşı vəziyyətdə deyil onsuz. — Bikar müzakirə 20:36, 28 aprel 2024 (UTC)
Təklif edirəm ki, köhnə məqalələr üzərində yoxlanılıb işlər bitənə kimi yeni məqalələr yaratmağa müvəqqəti qadağa qoyulsun))) Hörmətlə, Gadirmüzakirə 20:40, 28 aprel 2024 (UTC)
həll üsulu bu istifadəçiləri vikidən uzaqlaşdırmaqdır. bu qədər sadə. Vikipediyaya ziyan vurmaq üçün AMEA-dan maaş, qrant alırlar Atakhanli (müzakirə) 20:46, 28 aprel 2024 (UTC)
(Kimin nə alıb verdiyini bilmirəm, haqlarına da girmiyim.) Əvvəllər normal məqalələr yaradıblar, sonra da keçiblər maşın tərcüməsinə(normal məqalələr olmasaydı avtopatrul olmazdılar da?), məncə psixoloji birşeydi. Ya da hansısa tələblər var (məsələn ayda 500 redaktə) və ya ortada başqa stimul ola bilər. Bu da gəlir çıxır siz deyənə — Bikar müzakirə 20:54, 28 aprel 2024 (UTC)
Eyni zamanda (bununla birlikdə yəqin ki) "məqaləm çox olsun" da ola bilər. Hörmətlə, Gadirmüzakirə 20:56, 28 aprel 2024 (UTC)
@Redivy, hal-hazırda həmin extensionun kodu çox köhnədir və maintaineri (operatoru) yoxdur, yəni kodda hər hansısa bir problem çıxsa bunu həll edəcək biri yoxdur. Nemoralis (müzakirə) 20:48, 28 aprel 2024 (UTC)
Qoşağ da, harada qırıldı-qırıldı) — Bikar müzakirə 20:51, 28 aprel 2024 (UTC)
"Qoşanlar" elə demir amma   Nemoralis (müzakirə) 20:56, 28 aprel 2024 (UTC)
mən də çox görmüşəm. Elə məqalələr var ki, heç başlıqlarına belə əl vurulmayıb. Bu adamlar böyük ehtimalla əməkhaqqı da alırlar AMEA-dan. Hamısının müddətsiz bloklanmağının tərəfdarıyam. Adam dolamaqdır bu. --► Hörmətlə: SolaVirum 21:19, 28 aprel 2024 (UTC)
AMEA-nın marağı nədi burda, onu başa düşə bilmirəm. — Bikar müzakirə 21:25, 28 aprel 2024 (UTC)
@Bikar, bu Nemoralis (müzakirə) 21:30, 28 aprel 2024 (UTC)
@Bikar AMEA bu işlə çoxdan məşğuldur. Ömürlük bloklanan @İrada belə AMEA əməkdaşı idi və deyərdim ki, Azvikinin ilk istifadəçilərindən, fayda verənlərdən olub. Söhbət 2007-2010 kimi quraqlıq olaraq təsvir edə biləcəyim illərdən gedir. AMEA-nın mənə görə problemi odur ki, Vikipediya mövzusu orada sistemləşdirilmiyib. Hər bir institut və təşkilat öz metodu ilə hərəkət edir. MEK, Tenxologiya, Botanika və sairə və ilaxır. Yəni məsələn ola bilər ki, hansısa şöbənin əməkdaşları maşın tərcüməsi ilə məqalə yaradır hansısa yaratmır. Qurunun oduna qətiyyən yaşı bada vermək olmaz. İnzibatçı həmkarlar diqqətli olmalıdır, Baskervill 09:03, 1 may 2024 (UTC)
Salam Sura Shukurlu, ilk öncə vaxt ayırıb geniş araşdırma etdiyiniz üçün təşəkkür edirəm. Ciddi və narahat doğuran bir məsələdir. Həlli isə sadədir mənim fikrimcə və tətbiq etmək üçün geniş müzakirəyə ehtiyac yoxdur. İlk olaraq bu cür məqalə yazanlara qeyd etidiyiniz kimi bildiriş xarakterli məlumat verilməli, bu cür fəaliyyətdən çəkinmələrini və həmin məqalələri düzəltməyə çalışmalarını istəməliyik. Qeyd etdiyiniz kimi cavablamayan və diqqətə almayanlar olduqda isə üçüncü tərəf kimi inzibatçılardan bir neçəsini tag etməlisiniz. Həmin inzibatçı da ilk öncə 7-10 günlük xəbərdarlıq bloku, daha sonra yenidən təkrarlanarsa 2-3 aylıq uzun müddətli blok tətbiq etməlidir. Bu cür fəaliyyəti olanlardan avtopatrul hüququ dərhal alınmalıdır. Bundan əlavə maşın tərcüməsindən istifadə edənlərə qeyd edim ki, bu qaydalara zidd deyil və təbii ki, hər kəs maşən tərcüməsindən istifadə edə bilər. Lakin çox yaxşı formada düzəlişlər edilməli, dil normaları qorunmalı və vikiləşdirilməlidir. Sura Shukurlu, bu mövzuda mən sizə yardımçı olmağa çalışacağam. Bildirişinizi diqqətə almayan istifadəçilər olduqda məni də teq edə bilərsiniz həmin müzakirələrə. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:14, 29 aprel 2024 (UTC)
yoldaşlar, söhbət 1 məqalədən və ya 5 məqalədən getmir. onlarla, hətta bəzi istifadəçilərdə 100-dən artıq belə məqaləsi olan şəxslər var. bunlar zarafat deyil. və bunu edən 2-3 ay təcrübəsi olan istifadəçilər deyil. 5+ il təcrübəsi olan istifadəçilərdir, hansı ki, təcrübəsi il olaraq götürsək mənim təcrübəmdən də çoxdur. və dəfələrlə də KM və müzakirə səhifələrindən müxtəlif istifadəçilər tərəfindən bu yöndə çağırışlar edilib. bu istifadəçilər birmənalı şəkildə vikipediyadan uzaqlaşdırılmalıdır. blok müddətinə minimum 3 aydan başlamağı israrla təklif edirəm. çünki etdiklərinin ən yumşaq forması icmanı dolamaqdır. icmaya hörmətsizlikdir. kimsə kvota dolduracaq deyə icazə verməməliyik ki, bir neçə könüllü istifadəçinin əməyi hesabına bu səviyyəyə gələn viki yerlərə düşsün. onsuz da bu gedişlə axınla aşağı gedirik Atakhanli (müzakirə) 01:58, 30 aprel 2024 (UTC)
@Atakhanli sizdə digər inzibatçl həmkarınız kimi ad çəkməmisiz, Şəxslər adlandırmasından istifadə etmisiz. Mənə çox maraqlıdır ki, icmanın canını bu qədər boğaza yığan, problem yaradan həmkarların (google translate'lə məqalə yaratsalarda texniki olaraq həmkar adlandırmaq olar) bir istifadəçi adı falan yoxdur ? Niyə kimsə demir ki, bax filan yoldaşı deyirəm. Çox qaranlıqdır.. Baskervill 08:56, 1 may 2024 (UTC)
Əgər maşın tərcüməsindən istifadə edənlərin hesabları bəllidirsə adlarının qeyd olunması yaxşı olardı. Daha sonra isə mərhələ ilə @Eldaradonun dediyi ardıcıllıqla hərəkət etmək lazımdır. Kim tərcümə edə bilmirsə, oxunaqlı bir məqalə ortaya qoya bilmirsə fəaliyyəti dayandırılmalıdır. Çünki sıfırdan bir məqaləni yaratmaq daha rahatdır nəinki tərcümə xətası olan məqalələri. Rəcəb Yaxşı (müzakirə) 06:03, 29 aprel 2024 (UTC)

Eldaradonun fikirləri ilə şərikəm.— Nicat49   müzakirə 18:37, 29 aprel 2024 (UTC)

inanıram ki, bu istifadəçilərə xəbərdarlıq etmək və bu qədər məqalə üzərində işləmələrini gözləmək nəticəsiz qalacaq. yaxşı olar ki, bu istifadəçilərin fəaliyyəti dayandırılsın. Sofia (müzakirə) 13:30, 30 aprel 2024 (UTC)
Sofia, Atakhanli eyni mövzuda daha öncə xəbərdarlıq almayan istifadəçiləri 3 aylıq və ya daha uzun müddətli bloklamaq ədalətli addım deyil. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 15:05, 30 aprel 2024 (UTC)
bunlar qaydaları bilmir ki, guya? ələ salıblar icmanı konkret. yeni istifadəçilər olsa hə. 5+ təcrübələri vare. mən onlara xəbərdarlıq yazmağa utanıram Atakhanli (müzakirə) 15:54, 30 aprel 2024 (UTC)
@Atakhanli ilə bu məsələdə tamamilə razıyam. Bir müddət məhdudiyyət gətirilməli, daha sonra eyni fəaliyyət davam edərsə, daha uzun məhdudiyyətlər gətirilməlidir. Yoxsa yerimizdə sayacağıq. Mən dəfələrlə olub ki, belə məqalələr qarşıma çıxıb və oxumuşam, heç nə anlamamışam, çalışmışam düzəldim ki, amma baxmışam ki, mümkün deyil, gərək silib təzədən yazasan. Bir sözlə qarma-qarışıqdır. İndiyə kimi heç bir tədbir görülmədiyi üçün AzViki dolub-daşıb belə məqalələrlə. Neçə-neçə istifadəçilərə bu barədə xəbərdarlıq vermişik, həmkarlarla birgə. Amma davam ediblər yenə. Görünür, effektiv addımlar atmaq lazımdır, gecikmişik, amma daha da gecikmədən edək. Burada başqa maraqlar heç cürə Vikipediyanın inkişafından öndə gələ bilməz. Hörmətlə, Gadirmüzakirə 16:03, 30 aprel 2024 (UTC)
İstənilən halda qayda qaydadır. Xəbərdarlıq edilməlidir öncə. :) eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 04:41, 1 may 2024 (UTC)
Mən bütün yazılanları oxudum. Bir dəfə bu maşın tərcüməsinə görə uyğun olmayan bir ifadə işlətmişdim və 1 aylıq bloklanmışdım. Eyni səhvi bu dəfə təkrar etməyəcəm. Ona sevinirəm ki, həmin şərhimdən sonra 1-2 həmkar gəlib yazmışdı ki, adam olanı deyib də, hər şeyi adı ilə çağırmaq lazımdır ☺️ Məsələ belədir. Bir adam, həmkar 3 səbəbdən maşın tərcüməsinə müraciət edir.
A - Yeni istifadəçidir. Elə bilir ki, elə belə də olmalıdır. Həmin şəxsi bloklamaq qətiyyən doğru deyil. İndi inzibatçı olan yoldaşlar təzə-təzə elə səhvlər ediblər ki, indi özləri görəndə əminəm ki, gülümsünürlər buna. Sadəcə başa salmaq, izah etmək lazımdır ki, belə etmək olmaz.
B - Təcrübəsi olan istifadəçidir. Bir məqaləyə kafayı takıb və onu Azvikidə görmək istəyir. Ha əlləşir, ancaq cümlələri yetinə oturda bilmir. Tərcümə etdiyi dili bilən adamlara müraciət edir, xahiş edir və onlarda bunu "hə, yaxşı" ilə yola verirlər. Özünü saxlaya bilməyib, maşın tərcüməsinə müraciət edir. Nadir də, olsa belə epizodlarda olub. Şəxsən mən inzibatçı olanda görmüşəm. Belə hallarda da mənə görə uzun müddətli yox, qısa müddətli blok və ondan da əvvəl xəbərdarlıq olmalıdır ki, axı bu fəaliyyət sənin imzana yaraşmır.
C - Yuxarıda adı çəkilən mərkəzlərdə və ya X bir şirkətdə işləyən şəxslər. Mənə görə qəlbində viki sevgisi olmayan şəxslər. Yəni, adam səhərisi gün ordan çıxıb, bir banka falan işə düzəlsə bir də üzünü açmaz Vikipediyanın. Şəxsən belə şəxsləri də çox görmüşəm. Yəni illərini bura verən adamın əli gəlməz Azvikini evini yıxmağa. Bir növ heyifi gələr. Onlarınsa gəlmir, çünkü fərqli dalğada olan insanlardı. Bəzən bunu hansısa ödəniş və ya mövqe tutmaq üçün edirsə o zaman vurduğu zərərin miqdarıda artır. Bu şəxslərə də müvafiq xəbərdarlıq edib 3 aylıq bloklamaq lazımdır məncə. Öncədən oxşar mövzuda xəbərdarlıq olubsa birbaşa bloklana da bilər.
Mənə maraqlıdır ki, həmin şəxslər kimlərdir və özlərinin bu barədə mövqeyi varmı ? Yəni bir adam niyə 100 dənə google translate'lə məqalə yaratsın ki ? Özü oxuyanda demir ki, ilahi mən nə edirəm belə ? Lütfən kimsə o şəxslərdən 1-2 nəfəri bura işarələsin ki, icma da onların mövqeyi ilə tanış olsun. Baskervill 09:21, 1 may 2024 (UTC)
Xəbərdarlıq verilənləri və buna rəğmən davam edənləri nəzərdə tutmuşam. Həmçinin ola bilər bir müddət normal məqalə işləyib (yəni maşın tərcüməsi ilə yaradıb sonra üstündə düzəliş edib qaydasına qoyub) sonra bunları düzəltməyən yaxud artıq çox da etina ilə yanaşmayan istifadəçilər də var. Hörmətlə, Gadirmüzakirə 09:58, 3 may 2024 (UTC)

Belə bir yazı hazırladım, hər halda unikal olaraq qayda kimi qəbul etsək faydalı olar. Fikirləriniz maraqlıdır, daha sonra danışıqlara əsasən səsverməyə çıxararıq. Hörmətlə, Gadirmüzakirə 10:12, 5 may 2024 (UTC)

Birinci burdan başlayaq. "Maşın tərcümə" yoxsa "maşın tərcüməsi"? — Bikar müzakirə 10:19, 5 may 2024 (UTC)
Birini yazaq, o birindən də yönləndirmə verək. Hörmətlə, Gadirmüzakirə 10:23, 5 may 2024 (UTC)

AzVikidə olan fayl EnVikidə görünmür

Söhbət bu fayldan gedir Fayl:Böyük simfonik orkestr üçün uvertüra.jpg

Mən başa düşdüyüm qədəri ilə Commonsda deyil deyə digər vikilərdə çıxmır.

Aredoros87 (müzakirə) 20:42, 29 aprel 2024 (UTC)

Bəli, commonsda olmalıdır. Amma azad fayl deyil deyə ora yüklənə bilməz. Kosmik Ozan utora! 23:23, 29 aprel 2024 (UTC)
Lokala yüklənən fayllar sadəcə yükləndiyi vikidə istifadə oluna bilər. Nemoralis (müzakirə) 07:22, 30 aprel 2024 (UTC)

Global renamer

Salamlar. Metada global renamer hüququ üçün müraciət etmişəm. Çox güman ki, inzibatçı olmadığım üçün verilmə şansı az olacaq. VP:ADM kimi səhifələrdə aktivəm. Bu hüquqla yerli istəklərə baxmağı düşünürəm. Daima uyğun olmayan adlarla qeydiyyatdan keçən və olan istifadəçiləri təftiş edir, müraciət etmələri üçün onları müvafiq səhifəyə yönləndirirəm. Düşündüm ki, əsasən yerli sorğular üçün etdiyim müraciətdə yerli icmanın etimad etməsi seçilmə şansını artırar. Bizdə hazırda bu hüquqa sahib sadəcə bir istifadəçi var. Gördüyünüz kimi, 2 həftə öncə səhifəyə yönləndirdiyim istifadəçinin həmin müraciətinə bir xeyli müddət cavabsız qaldıqdan sonra AzVikidən olmayan bu hüququ daşıyan başqa bir istifadəçi tərəfindən baxılıb. Gördüyünüz kimi, lazımdır. Keçən il də namizədlik vermişdim, dəstəklərə də baxmayaraq, inzibatçı olmadığım səbəb kimi təqdim edilmiş və nəticəyə təsir edərək seçilməmişdim. Buradan daxil olaraq iştirak edə bilərsiniz. Dəstəklərinizi gözləyirəm. Diqqətiniz üçün təşəkkürlər!

Müzakirə ən azı 2 həftə açıq olacaq: ən tezi 20:02, 14 may 2024 (UTC vaxtilə) tarixində bitəcək.

Hörmətlə, Gadirmüzakirə 20:09, 30 aprel 2024 (UTC)

  NODES
dada 1
dada 1
design 3
Done 1
News 1
punk 2
Users 6