Vikipediya:Tarixdə bu gün/noyabr 23
- 1919 — Azərbaycan və Ermənistan hökumət rəhbərlərinin Tiflisdəki görüşündə bütün ziddiyyətli məsələlərin sülh konfransında həll edilməsi qərara alındı, Azərbaycan ordusu Zəngəzurdan geri çağırıldı.
- 1929 — Ümumittifaq Kommunist Partiyası Zaqafqaziya ölkə komitəsi kollektivləşməni sürətləndirmək barədə qərar verdi.
- 1980 — İtaliyanın cənubunda baş verən 6,9 ballıq zəlzələ nəticəsində 5000-ə qədər insan həlak oldu, 250 min nəfər evsiz qaldı.
- 1987 — BMT İkinci Dünya müharibəsi canilərinə dair sənədlərin üzərindən məxfilik qrifini götürdü.
- 1996 — Terrorçuların qaçırdığı Efiopiya Hava Yollarına məxsus Boeing-767 təyyarəsinin (şəkildə) Hind okeanına düşməsi nəticəsində təyyarədəki 175 nəfərdən 125-i həlak oldu.
- 2009 — Filippində törədilən və Maqindanao qətliamı adını alan hadisədə 34-ü jurnalist olmaqla, 58 nəfər vəhşicəsinə qətlə yetirildi.
Digər günlər: 22 noyabr – 23 noyabr – 24 noyabr