Vikipediya:Vikipediya etibarlı mənbə deyil

Vikipediya etibarlı mənbə deyil. Bəli, bəli, Vikipediya etibarlı mənbə deyil. Digər bir deyişlə, Vikipediya mənbələrin güzgüsüdür. Vikipediya Vikipediyanın hər hansı bir yerindəki istinadlar, məzmunun kopyalanması və ya tərcüməsi üçün etibarlı bir mənbə deyil. İstifadəçilər tərəfindən yaradılan bir mənbə olduğu üçün hər hansı bir vaxtda hər hansı bir başqa istifadəçi tərəfindən dəyişdirilə və müəyyən vaxtlarda hər hansı məlumat vandalizm ehtiva edə, səhifədə iş davam edə və ya sadəcə yanlış ola bilər. Bu məsələdə yaşayan insanların bioqrafiyaları xüsusilə həssasdır, çünki xəbərlərdəki siyasi və ya mədəni baxımdan mübahisəli mövzular birbaşa bura təsir edə bilər. Vikipediyadakı səhv məlumatlar gec və ya tez düzəldilə bilir. Ancaq Vikipediya könüllü bir layihə olduğu üçün hər redaktəni davamlı olaraq izləyə və hər səhifəni davamlı olaraq nəzarətdə saxlaya bilmir. Saatlar, günlər, həftələr, aylar və hətta illər boyunca diqqətdən kənarda qalmış bir çox xəta vardır. Həmçinin bəzi xətaların heç bir zaman düzəldilə bilməməsi də mümkündür. Bir səhvi düzəldən redaktənin sonradan geri qaytarılması da mümkündür. Bu səbəbdən Vikipediya birbaşa etibarlı mənbə olaraq təqdim olunmamalıdır. Bura məqalələr, qeyri-məqalələr və İngiliscə Vikipediyanın onlayn qəzeti "The Signpost"[ing.] və digər dillərdəki vikipediyalar daxildir.

Eyni hal Vikipediyanın qardaş layihələri olan Vikisitat, VikilüğətVikianbar kimi, həmçinin Vikipediyanı əks etdirən və ya mənbə olaraq istifadə edən veb-saytları və öncəlikli və ya tamamən Vikipediya məqalələrindən nəşr olunan kitablar və digər materiallar üçün də keçərlidir; bax: VP:DÖVRAN.

  1. Vikipediya səhifələri tez-tez ilkin mənbələrdən gələn məlumatları yoxlayan etibarlı ikinci dərəcəli mənbələrə istinad edir. Başqa bir Vikipediya səhifəsindəki (mənbə olaraq göstərmək istədiyiniz) məlumatın ilkin və ya ikinci dərəcəli bir mənbəsi varsa, bu ilkin və ikinci dərəcəli mənbəyə istinad edə bilərsiniz, bu halda ziddiyət təşkil edən mənbəni aradan qaldıra bilərsiniz.
  2. Hər vaxt oxuduqlarınıza diqqət edin: o, hər vaxt davamlı dəqiq olmaya bilər.
  3. Nə Vikipediyadakı məqalələr, nə də Vikipediyanı əks etdirən saytlar mənbə kimi istifadə oluna bilməz, çünki bu, dairəvi mənbədir.
  4. Bunun bir istisnası Vikipediyada bir şəxsin özü haqda məqalənin müzakirə edildiyi vaxt öz mənbəsinə ilkin mənbə olaraq və ya Vikipediya haqqındakı bir məqamı dəstəkləmək üçün Vikipediyadan və hər hansısa bir qardaş layihədən məqalə, təlimat, müzakirə, statistik və ya digər məzmuna istinad edilən hallardır (amma bu vəziyyətdə Vikipediyanın roluna və özünə gərəksiz vurğu etməkdən qaçınmaq lazımdır).

Məqalələr sadəcə onları redaktə edən redaktorların (maraq dairələri, qərəzləri, təhsil və keçmişləri) müəyyən bir məsələ və ya məqaləyə verdikləri diqqət qədər yaxşıdır. Orijinal tədqiqatdan qaçmağa çalışdığımız üçün müəyyən bir məqalə (a) ancaq mövcud və kəşf edilən etibarlı mənbələr digər bir mövzu (b) üçün məqaləyə icazə verə bilər. Redaktorların böyük bir hissəsi anonim fəaliyyət göstərdiyindən müqayisə olaraq sadəcə onların töhfə tarixçələrinə və istifadəçi səhifələrinə daxil ola bilmə imkanınız var. Təbii ki, Vikipediya bunların gerçəkliyi ilə bağlı heç bir fikir bildirmir. Bundan əlavə, Vikipediya təbiəti əsasınca əməkdaşlığa bağlıdır və fərdi məqalələr müxtəlif vaxtlarda töhfə verən bir və ya daha çox şəxsin töhfəsi ola bilər. Məqalələrin keyfiyyəti və məzmunu geniş həcmdə və müqayisəsiz olaraq fərqlilik göstərir və həmçinin istinad verilən və/və ya keçid verilən mənbələrin (və bunların yazarlarının, redaktorlarının və yayımçılarının) keyfiyyətinə bağlıdır. Düzəlişlər edildikdən sonra vəziyyət dəyişə bilər.

Bəzən təcrübəsiz redaktorlar istəmədən nəşrin özü əvəzinə bir nəşr haqqındakı Vikipediya məqaləsinə istinad edə bilərlər, belə hallarda istinadı silmək əvəzinə düzəldin. Mənbə kimi Vikipediyaya istinad etmək siyasətlərimizə zidd olsa da, məzmun düzgün atribusiya ilə məqalələr arasında kopyalana bilər.

Həmçinin bax

redaktə
  NODES
os 1