Vill Dürant (5 noyabr 1885[1][2][…]7 noyabr 1981[1][2][…], Los-Anceles, Kaliforniya) — Amerika yazıçısı, tarixçisi, filosofu.

Vill Dürant
ing. Will Durant
Doğum tarixi 5 noyabr 1885(1885-11-05)[1][2][…]
Vəfat tarixi 7 noyabr 1981(1981-11-07)[1][2][…] (96 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Vestvud qəbiristanlığı[d]
Təhsili
Üzvlüyü
  • Amerika İncəsənət və Ədəbiyyat Akademiyası[d]
Mükafatları Prezidentin "Azadlıq" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Vill Dürant (1885–1981) Massaçusetsdə anadan olmuşdur. Valideynləri onu din xadimi olmaq üçün hazırlayırdılar. Onun müəllimələri rahibələr idilər. Vill dini elə bir həvəslə öyrənirdi ki, heç kəs onun ruhani olacağına şübhə etmirdi. 1900-cü ildə o, müqəddəs Pyotr Akademiyasına daxil oldu. Amma Burada Dürant fəlsəfəyə üstünlük verdi. 1917-ci ildə fəlsəfə doktoru adını almaqdan ötrü ilk kitabını yazdı Bu kitab Fəlsəfə və Sosial Problem adlanırdı. O, elmi dərəcəni aldıqdan sonra Kolumbiya Universitetində dərs verməyə başladı. Birinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq o, nəzakətlə olmuş olsa belə universitetdən uzaqlaşdırıldı. O, dini məktəbdə tarix fəlsəfə, ədəbiyyat, elm, musiqi, və incəsənət üzrə mühazirələr oxudu. Onun dinləyiciləri ondan dərslərin elə keçirilməsini istəyirdilər ki, keçmişin hadisələri aydın bir şəkildə təqdim edilmiş olsun və müasir gözlə qiymətləndirilmiş olsun. Öz dinləyicilərinin istəklərini uğurla gerçəkləşdirən Dürantın bu mühazirələri onu Fəlsəfi hekayətləri və Sivilizasiyanın hekayətlərini yazmaq üçün hazırladı.

Xüsusən Fəlsəfi hekayətlərin taleyi çox uğurlu oldu. O, Dürantı təkcə Amerikada deyil, bütün dünyada məşhurlaşdırdı. Mahatma Qandi, Corc Bernard Şou, Klarens DarrouCahid Sidqi Tarançı onun oxucuları sırasında idilər. Bu kitab dünyanın bir çox dillərinə tərcümə olundu. Çin, çex, Danimarka, Holland , fin, alman, fransız, ivrit, macar, italyan, yapon, norveç, polyak, portuqal, Serb-xorvat, ispan və İsveç oxucularından sonra nəhayət Azərbaycan oxucusu da dünya fəlsəfəsi tarixinin bu nadir incisi ilə bilavasitə olaraq, öz doğma dilində ünsiyyətdə olmaq imkanına malik oldu.

Xarici keçidlər

redaktə
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Rubin J. S. Will Durant // Durant, Will (05 November 1885–07 November 1981), America's foremost popularizers of history and philosophy. (ing.). // American National Biography Online / S. Ware [New York]: Oxford University Press, 2017. ISSN 1470-6229 doi:10.1093/ANB/9780198606697.ARTICLE.1400969
  NODES