Vin Dizel
Vin Dizel (Əsl adı: Mark Sinkler; 18 iyul 1967[1][2][…], Alamida qraflığı, Kaliforniya[3][4]) — amerikalı aktyor və film prodüseri. "Forsaj" film seriyasında canlandırdığı Dominik Toretto personajı ilə məşhurlaşıb.
Vin Dizel | |
---|---|
ing. Vin Diesel | |
Doğum adı | Mark Sinclair |
Doğum tarixi | 18 iyul 1967[1][2][…] (57 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | kino aktyoru, kinorejissor, film prodüseri, ssenarist, səsləndirmə aktyoru[d], teatr aktyoru, kaskadyor, aktyor |
Fəaliyyət illəri | 1990-cı ildən |
Təhsili | |
Boyu | 182 sm |
IMDb | ID0004874 |
vindiesel.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Dizel karyerasına 1990-cı ildə başlasa da, o vaxtlar yetəri qədər tanınma qazanmamışdı. Lakin o, yazıb rejissorluq etdiyi və rol aldığı 1995-ci il "Multi-Facial" və 1998-ci il "Strays" filmi ilə hər şeyi dəyişdi. Bu filmlər kinorejissor Stiven Spilberqin diqqətini çəkdi, o, daha sonra Dizeli 1998-ci ildə lentə alınmış "Sıravi Rayanı xilas etmək" filmində çəkdi. Dizel növbəti il 1999-cu ildə çəkilmiş "The Iron Giant" animasiya filmində dəmir robotu səsləndirdi. Məşhurlaşmağa doğru gedən Dizel, "Forsaj", "XXX" və "The Chronicles of Riddick" film seriyalarında baş rollarda çəkildi.
O, 2005-ci ildə "The Pacifier" filmində dayə rolunda çəkilib. Dizel 2014-cü il Marvel istehsalı "Qalaktika müfafizəçiləri" filmində Qrut personajını səsləndirib.
Dizel 1995-ci ildə One Race Films film istehsalı şirkətini təsis etmişdir. O, bununla yanaşı Racetrack Records musiqi şirkətini və Tigon Studios oyun istehsalı şirkətinin qurucusudur.
Filmoqrafiya
redaktə- 1990 — Awakenings — Sanitar
- 1997 — Strays — Rik, həmçinin prodüser, rejissor, ssenarist
- 1998 — Sıravi Rayanı xilas etmək — Sıravi Adrian Kaparzo
- 1999 — The Iron Giant — Dəmir div
- 2000 — Boiler Room — Chris Varick
- 2000 — The Chronicles of Riddick: Pitch Black — Riçard B. Riddik
- 2001 — Forsaj — Dominik Toretto
- 2002 — Knockaround Guys — Taylor Reese
- 2003 — XXX — Xander Cage
- 2003 — A Man Apart — Sean Vetter
- 2004 — The Chronicles of Riddick — Riçard B. Riddik, həmçinin prodüser
- 2005 — The Pacifier — Şeyn Vulf
- 2006 — Find Me Guilty — Djeki DiNorşio
- 2006 — Forsaj 3: Tokio Drifti — Dominik Toretto, Kameo
- 2008 — Eramızın Babili — Туроп
- 2009 — Forsaj 4 — Dominik Toretto
- 2009 — Los Bandoleros — Dominik Toretto, həmçinin prodüser, rejisor, senarist
- 2011 — Forsaj 5 — Dominik Toretto, həmçinin prodüser
- 2013 — Forsaj 6 — Dominik Toretto
- 2013 — Riddick — Riçard B. Riddik, həmçinin prodüser
- 2014 — Qalaktika mühafizəçiləri — Groot
- 2015 — Forsaj 7 — Dominik Toretto
- 2014 — The Last Witch Hunter — Kaulder
- 2016 — Billy Lynn's Long Halftime Walk — Shroom
- 2017 — XXX: Return of Xander Cage — Xander Cage
- 2017 — Forsaj 8 — Dominik Toretto
- 2017 — Qalaktika mühafizəçiləri 2 — Groot
- 2018 — Qisasçılar: Sonsuzluq savaşı — Groot
- 2018 — Ralph Breaks the Internet — Groot
- 2019 — Qisasçılar: Final — Groot
- 2020 — Bloodshot — Ray Garrison / Bloodshot
- 2021 — Forsaj 9 — Dominik Toretto
- 2022 — Tor: Məhəbbət və İldırım — Groot
- 2023 — Qalaktika mühafizəçiləri 3 — Groot
- 2023 — Forsaj 10 — Dominik Toretto
İstinadlar
redaktə- ↑ 1 2 Gregersen E. Vin Diesel // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 California Birth Index.
- ↑ 1 2 https://briefly.co.za/22000-vin-diesel-family-members-photos-stories.html.
- ↑ 1 2 https://metro.co.uk/2018/05/31/vin-diesel-becomes-actual-doctor-graduates-phd-30-years-dropping-uni-7593189/.