Volt Disney
Bu məqalə Şəxs haqqındadır. Şirkət üçün The Walt Disney Company səhifəsinə baxın. |
Volt Disney (ing. Walt Disney; 5 dekabr 1901[1][2][…], Çikaqo, İllinoys[3][2][…] – 15 dekabr 1966[3][1][…], Berbank, Kaliforniya[3]) — ABŞ cizgiçi, rejissor, rəssam və prodüseri. The Walt Disney Company və Walt Disney Picturesin banisi.
Volt Disney | |
---|---|
ing. Walt Disney | |
Doğum adı | Walter Elias Disney |
Doğum tarixi | 5 dekabr 1901[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 15 dekabr 1966[3][1][…] (65 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Uşağı | 2 |
Fəaliyyəti | kinorejissor, film prodüseri, animasiyaçı, televiziya aparıcısı, səsləndirmə aktyoru[d], yazıçı, prodüser, rəssam, ixtiraçı, ssenarist, kino aktyoru, illüstrasiyaçı[d], karikaturçu, rejissor, aktyor, prodüser |
Fəaliyyət illəri | 1920–noyabr 1966 |
Mükafatları |
|
IMDb | ID0000370 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəVolt Disney 5 dekabr 1901-ci ildə Çikaqoda irland,ingilis və alman əsilli çox kasıb bir ailədə dünyaya göz açmışdır. 1919-cu ildən etibarən Kanzas Siti şəhərində karikatura rəssamı işləmişdir. Daha sonralar Disney reklam kampaniyasına daxil olmuş və burada Y.Ayverksomla birgə işləməyə başlamışdır. Onlar bir yerdə Disneyin məşhur qəhrəmanlarının hazırlanması ilə məşğul olmuş, rəsm karikaturaları çəkərək "Gülməyin qramı" adlı film yaratmışlar. Bu formada ilk reklam çarxları fəaliyyətə başlamışdır. Bundan sonra Volt Disney özünün çox da böyük olmayan "Laf-o qramz" adlı şəxsi kompaniyasını yaratmışdır.
Yaradıcılığı
redaktəVolt Disney rəsmlərdən ibarət nağıl filmləri olan "Göyçək Fatma", "Qırmızı papaq", "Çəkməli pişik" və başqalarını böyük ustaqlıqla yaratdı. 1923-cü ildə Hollivudda hazırlandı. İki hissədən ibarət olan cizgi filmə bənzəyən "Alisa möcüzələr ölkəsində" adlanırdı. Tam hissəsini isə aktyorlar və rəsm çəkənlər tuturdu. Həmçinin "Osvald – xoşbəxt dovşan" kimi yeni bir film də işıq üzü gördü.
Disneyin "Dəlicəsinə təyyarə" adlı filmində yeni personaj olan Mikki Maus siçanı meydana çıxdı. Tamamilə öz xarakterini səsli film olan "Paraxod Villi" cizgilərində əks etdirdi. Bu tipli cizgi film 1928-ci ildə yaradılmışdı. Oradakı personajların hərəkətlərinə uyğun olaraq musiqi və səs-küy yaradılmışdı. 1929-cu ildə "Skeletlərin rəqsi" adlı film çıxdı və arxa fonda Kamil Sen-Sansın musiqisi altında hərəkətlər davam edirdi. Bu filmin əvvəlinə "Məzəli simfoniya" adlı musiqi əlavə edilmişdi.
Qəhrəmanların içərisində ən çox istifadə edilən Mikki Maus, ən şanssız ördək Donald Dak, it Pluto və Disneyin digər həmişə istifadə edilən personajları canlandırılırdı. 1932-ci ildə Disney Mikki Maus personajının yaradılmasına görə "Oskar" mükafatına layiq görüldü. XX əsrin 30-cu illərinin əvvəllərində Disneyin rəssamlıq metodları inkişaf etdi və bu orta amerikanların psixologiyasına güclü təsir edirdi. Xüsusən heyvanlar üzərində yaradılan personajlar daha çox maraq obyektinə çevrilirdi.
Disney amerikan cizgi filmlərini qeydiyyatdan keçirməyə başladı və burada M. Sennetta adlı gülməli ənənələri özündə birləşdirən məktəb açıldı. O, ilk dəfə olaraq cizgi filmlərdə nəzərə çarpan dərəcədə hərəkətə gətirmə proseslərini yerinə yetirdi. Onun rəssamları böyük fantaziyaya malik insanlar idi, buna görə də hərəkətlərin edilməsi üzərində işləyərək ustalıqla hər işin öhdəsindən gəlirdilər. Disneyin üsulu yaradılmış hərəkətlərdə texnologiyadan qismən istifadə idi və buna görə də estetik görünüşə də xüsusi əhəmiyyət verirdi.
1933-cü ildə Disney ilk dəfə olaraq dünyada rəngli cizgi film buraxdı və bu zaman ABŞ-nin işlənmiş "Texnikolor" metodundan istifadə etdi. Xüsusi uğuru isə "Üç donuz balası" adlı filmi ilə oldu və 1933-cü ildə buna görə Oskar mükafatı qazandı. Bu cizgi film ingilis nağıllarının motivləri əsasında yaradılmışdı. İqtisadi böhran nəticəsində şəkillərdə təsəlliverici funksiyalardan istifadə edilir. Bu iş prosesinin qurtarılması və iş güzarlığın individual resepti sayılırdı. 30-cu illərin ortalarında Disney filmləri asta vəziyyətdə Avropa və dünya bazarına çıxmağa başladı, lakin dünyanın çox ölkələrində cizgi filmlərin inkişafı estetik baxımdan inkar edililrdi.
"Ağbəniz və yeddi cırtdan" adlı filmlə Disney ilk dəfə olaraq yarım metrajlı filmə müraciət etdi. 1938-ci ildə Venesiyada keçirilən Beynəlxalq film festivalının mükafatı ilə təltif edildi. Bu işin am yerinə yetirilməsi üçün yeni avadanlıqları özündə birləşdirən studiyo fabrikinə ehtiyav var idi və 1939-cu ildə Byorbank bunu hazırladı. "Ağbəniz" filminin uğurundan sonra onun ardınca 1939-cu ildə "Pinokkio" yaradıldı. 1940-cı ildə ekperimental film sayılan "Fantaziya", 1941-ci ildə "Dambo" və xüsusən 1942-ci ildə maral balası haqqında poetik "Bembi" hazırlandı.
İkinci dünya müharibəsindən sonra Disney studiyası sifariş edilmiş filmlər çəkirdi və o, qısametrajlı filmləri çəkməyə davam edirdi; "Göyçək Fatma" (1950-ci ildə Venesiya Beynəlxalq festivalının mükafatçısı), "Alisa möcüzələr ölkəsində" (1951), "Piter Pen" (1953), "Xanım və avara" (1955), "Yatmış gözəl" (1959), "Yüz bir dalmatin" (1961), "Meri Poppins" (1964-cü ildə əsasən aktyor və cizgilərin köməyi ilə yaradılmışdır) və "Cəngəllik kitabı" (1967-ci ildə Disneyin ölümündən sonra bitirilmişdir). Bütün bunlarla yanaşı digər bir çox filmlər var idi ki, onlar da 30-cu illərin ortalarında təkrar tamaşaçılara göstərilirdi.
50–60-cı illərin sonlarında Disney studiyası yeni sənədli filmlərin çəkilməsinə başlayır. Bunlara "İnsanlar və ölkələr", "Həyatdan macəra" (burada heyvanların həyatına diqqət yetirilirdi) və oyun üçün nəzərdə tutulmuş kommersiya filmləri daxil edilmişdi. Çoxşaxəli filmlər üçün Disney telekanalı yaradılmışdır. Öz işlərinə görə Disney 29 Oskar mükafatı almışdır.
Disneyland
redaktəVolt Disneyin ən böyük hazırladığı fəaliyyətlərdən biri uşaqlar üçün nəzərdə tutulmuş Kaliforniyada yaradılan park Disneyland olmuşdur. Hansı ki, burada atraksion üsullarını özündə birləşdirən və filmində olan personajlar vardır. Həmin obyekt 1955-ci ildən açıq elan edilmişdir.
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Disney, Walter Elias (Walt) // Who's Who in Animated Cartoon (ing.): An International Guide to Film and Television's Award-Winning and Legendary Animators. NY: Hal Leonard LLC, 2006. ISBN 978-1-55783-671-7
- ↑ 1 2 3 4 5 6 Утилов В. А. Дисней Уолт // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1972. Т. 8 : Дебитор — Евкалипт. С. 304.