Vikipediya

onlayn ensiklopediya
(Wikipedia səhifəsindən yönləndirilmişdir)

Vikipediya (ing. Wikipedia) — İnternetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan ensiklopediya. Yarandığı dövrdən, yəni 2001-ci ilin əvvəllərindən Vikipediyadakı istifadəçi və məqalə sayı davamlı artır, ensiklopediya hər keçən gün daha çox məşhurluq qazanır. İnternetdə Viki texnologiyası ilə işləyən ən nəhəng layihə Vikipediya (ing. Wikipedia) – azad onlayn ensiklopediyasıdır.

Vikipediya
Loqonun şəkli
URL wikipedia.org
Tipi Onlayn ensiklopediyalar, Vikimedia layihəsi
Dilləri çoxdilli[d]
Proqramlaşdırma dili PHP
Serverin yeri
Sahibi Vikimedia Fondu[4]
Müəllif (lər) Vikipediya cəmiyyəti[d][1], Cimmi Uels[2][3], Larri Senger[2][3]
Redaktor
  • Vikipediya cəmiyyəti[d]
Açılma tarixi 15 yanvar 2001[5]
Alexa reytinqi
  • 13 (18 dekabr 2020)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Layihənin tarixi 1999-cu ildən başlayır. Layihənin baş redaktoru, təşkilatçısı Larri Senger və Bomis kompaniyasının icraçı direktoru, layihəni maliyyələşdirən Cimmi Uels Viki texnologiyası əsasında onlayn ensiklopediya yaratmaq qərarına gələrək onu Nupediya (NuPedia.com) adlandırdılar.

Nupediya virtual ensiklopediyası, 2000-ci ilin mart ayından fəaliyyətə başladı. İngilis dilində yaradılmış bu ensiklopediyanı viki-sayt hesab etmək olmazdı. Onun əsasını alim və mütəxəsislər tərəfindən məqalələrin dəqiq yoxlanması təşkil edirdi. Nupediyada məqalələrin daxil olunması prosesi çox ləng getdiyindən onun bağlanması haqqında qərar qəbul edildi və 2003-cü ilin sentyabr ayında bağlandı. Nupediya ensiklopediyası bağlanarkən orada 25 tamamlanmış, 74 yoxlama prosesində olan məqalə var idi.

Nupediya ensiklopediyası əsasında yaradılmış Vikipediya açıq ensiklopediyası 2001-ci ilin 15 yanvar tarixində İnternetdə fəaliyyət göstərməyə başlayır. Nupediyadan fərqli olaraq Vikipediyada məqalələr könüllü İnternet istifadəçiləri tərəfindən yoxlanılır ki, bu da ensiklopediyanın çox sürətlə zənginləşməsinə səbəb olmuşdur. Ensiklopediyanın adı ingilis texniki termini olan "wiki" (saytın fəaliyyətinin əsasını təşkil edən texnologiya; söz özü havay dilində "tez" deməkdir) və "encyclopedia" (ensiklopediya) sözlərindən yaranıb.

Fəlsəfəsi

redaktə

Vikipediyanın yaradıcıları — Cimmi Uels və Larri Senger tamamilə ayrı fəlsəfəyə əsaslanan, biliklərini paylaşmaq istəyən insanların birgə təşəbbüsü ilə dünyanın ən dolğun İnternet ensiklopediyasını yaratmaq qərarına gəlmişlər. Bu təşəbbüs özünü doğrultmuş və Vikipediya qısa zamanda dünyanın ən məşhur 25 internet saytı sırasına daxil olmuşdur. 2009-cu ildə aparılan araşdırmalara görə, ingilis dilində olan Vikipediya dünyanın ən çox oxunan və internet istifadəçilərinin tez-tez müraciət etdikləri saytlar arasında 1-ci yeri tutmuşdur.

Xüsusiyyətləri

redaktə

Vikipediya qeyri-hökumət təşkilatı olan Vikimedia Fondu tərəfindən yaradılmış Onlayn ensiklopediyadır. Vikipediyanı Britannika kimi digər internet ensiklopediyalardan fərqləndirən əsas cəhət onun açıq olması, yəni istənilən internet istifadəçisinin onu redaktə edə bilməsidir.

Ensiklopediyanın əsas tələbi yazılan məqalələrdə və əlavə edilən məlumatlarda neytral nəzər nöqtəsinin (NPOV — Neutral Point Of View) qorunmasıdır. Yəni burada "…ən gözəl şəhər Bakıdır" kimi şəxsi mülahizələr qeyd edilməməlidir.

Təbii ki, resursun açıq olması eyni zamanda bir sıra problemlər yaradır. Məsələn, Dağlıq Qarabağ münaqişəsi mövzusuna dair Vikipediyanın azərbaycanlı və erməni istifadəçiləri arasında qızğın fikir mübadiləsi gedir, müzakirələr açılır. Bu halda kimin haqlı, kimin haqsız olduğunu yalnız belə müzakirələr və Vikipediya arbitrlarının qərarı müəyyən edə bilər. Məsələn, soydaşımız Təbib Hüseynov Dağlıq Qarabağla əlaqəli belə bir "məhkəməni" udub. Lakin digər mövzularda azərbaycanlı və erməni vikipediyaçılar arasında müzakirələr ingilis, fransız, rus, türk dillərində olan Vikipediyalarda hələ də davam edir.

Məqalələrin yaradılması

redaktə

Vikipediyada məqalələrin yazılması olduqca asandır və HTML səhifələrindən fərqli olaraq xüsusi biliklər tələb etmir. Mündəricatın yaradılması, keçid əlavələri, şəkillərin əlavə edilməsi, şablonlar və digər funksiyalar avtomatlaşdırıldığından məqalələri qısa müddət ərzində asanlıqla yaratmaq mümkündür. Təsadüfi deyil ki, havaylıların dilində wiki (wihiwihi) sözü "tez", "cəld" mənasını verir.

Hər zaman neytral nəzər nöqtəsindən çıxış edərək yazın və yazdığınız məqalələrin mənbəyini göstərin. Bu idarəçilərin və oxucuların sizin məqalənizə olan etimadını artıracaq və mümkün mübahisələrin qarşısını alacaq. Mənbələri xarici keçidlər vasitəsilə "Mənbə", "Xarici keçidlər", "İstinadlar" başlıqlı bölüm(lər)də sadalayın.

Günümüzdə aktual olmayan, lakin bir neçə il sonra ciddi problemlərə səbəb ola biləcək daha bir vacib məqam müəllif hüquqlarıdır. Əgər əlavə etdiyiniz məqalə, şəkil və ya media faylının bir neçə il sonra ensiklopediyadan xaric olunmağını istəmirsinizsə, ən azı müəllifinin adını qeyd edin.

Yeni məqalə yaratmaq üçün xüsusi Kömək:Yeni məqalə yarat səhifəsində başlığı daxil edib, "Məqalə yarat" düyməsini seçin. Seçdiyiniz başlıqlı məqaləni redaktə etmək üçün digər səhifəyə keçəcəksiniz. Burada məqalənin mətnini daxil edib "Səhifəni qeyd et" düyməsini seçməklə onu Vikipediyaya daxil edin.

Vikipediyanın bütün imkanlarını öyrənmək istəyirsinizsə "Ədəbiyyat" bölümündəki ingilis və rus dilində bənzər məqalələrə müraciət edə bilərsiniz.

Biliklərimizi paylaşaraq…

redaktə

İnformasiyanı azad paylaşmaq prinsipi hələ Tim Tim Berners-Li tərəfindən 1989-cu ildə veb texnologiya (World Wide Web) yaradılarkən nəzərdə tutulmuşdur. Məhz bu səbəbdən ilk yaradılan səyyar (browser) həm veb səhifələrini göstərmə, həm də onları redaktə etmə imkanına malik idi. Lakin sonrakı dövrdə internetin daha çox elektron kommersiya istiqamətində inkişaf etməsi veb mediasını ilkin fəlsəfəsindən uzaqlaşdırdı. Tim Berners-Linin özünün də etiraf etdiyi kimi, 2005-ci il ideyasının həyata keçdiyi il kimi yadda qaldı. Belə ki, məhz bu il fikirlərini və biliklərini paylaşmaq arzusunda olan milyonlarla yaradıcı insan bloqlar, vikilər və podkastlar vasitəsilə internetdə tsunami meydana gətirmişdir. Oxuduğunuz bu məqalə də episentri uzaqda olan bu tsunaminin bizə gəlib çatan kiçik bir dalğasıdır.

Proqram təminatı

redaktə

Vikipediyanın yaradılması və idarə olunması üçün proqram mexanizmi kimi CMS MediaWiki sistemi istifadə olunur. CMS istifadəçi ilə veb-sayt arasında qarşılıqlı əlaqə texnologiyasıdır və informasiyanın kollektiv işlənməsi, saxlanması, strukturlaşdırılmasını nəzərdə tutur ("MediaWiki" sözü multimedia və wiki sözlərindən yaranmışdır).

MediaWiki proqramı alman tələbəsi Manqus Manke tərəfindən xüsusi Vikipediya üçün yazılmışdır. Əvvəl Perl dilində yazılmış UseModWiki proqramı istifadə edilirdisə, sonralar proqramın PHP dilində yazılması qərara alınır və MediaWiki adlandırılır.

CMS MediaWiki azad proqramdır və bu proqramdan istifadə edərək İnternet məkanında veb-səhifələr yaradılır. CMS MediaWiki sistemi üçün nəzərdə tutulan proqram təminatları:

Viki texnologiyası ilə yaradılan veb-səhifələrə riyazi düsturların daxil edilməsi üçün serverə LaTeX, DvipsImageMagick proqram paketlərinin daxil edilməsi vacibdir. Nəzərə almaq lazımdır ki, PHP 4.0 proqramı ilə yalnız MediaWiki 1.6.8 sistemini işlətmək mümkündür. VB serverinin daha rahat idarə olunması üçün PHP MyAdmin (MySQL) və ya PHP PgAdmin (Postgres) proqramlarından istifadə edilir.

CMS MediaWiki proqramının əsas təyinatı veb-səhifələrin idarə olunmasıdır. MediaWiki veb-saytlarla yanaşı şəkil və multimedia faylları ilə də işləyir. Proqram böyük serverlər qrupu üçün nəzərdə tutulmuşdur. Həddən artıq çox istifadəçilərilər və böyük viki-saytlarda MediaWiki keşləmə əməliyyatını dəstəkləyir və Squid proksi-serverdən istifadə edir.

Əgər ilk vaxtlar CMS MediaWiki yalnız Vikipediya üçün nəzərdə tutulmuşdursa, sonralar bu sistemdən GNU lisenziyası əsasında Wikimedia Foundation Inc. qeyri-hökumət təşkilatı tərəfindən müxtəlif layihələrin və saytların yaradılmasında istifadə olunmağa başlanır. Wikimedia Foundation Inc. qeyri kommersiya təşkilatı 2003-cü ilin 20 iyun tarixində Cimmi Uels tərəfindən yaradılmışdır. Təşkilatın serverləri ABŞ, Avropa, Cənubi Koreyada yerləşirlər: 300 server Floridada, 26 server Amsterdamda, 23 server Cənubi Koreyada. Serverlər MySQL VBİS tərəfindən idarə olunurlar və metaverilənlər də daxil olmaqla əsas informasiyaları özlərində saxlayırlar. Mətnlər Apache HTTP serverlərdə saxlanılır. Apache serverlər istifadəçilərin sorğuları əsasında VB-dan informasiyanı əldə edir və MediaWiki proqramı vasitəsilə istifadəçilərə göndərirlər. Qeydiyyatdan keçməyən istifadəçilərin sorğuları və eləcə də təkrar sorğular Squid serverlər tərəfindən emal edilir. Onların effektivliyi Apache serverlərinin effektivliyinin 75%-ni təşkil edir.

MediaWiki İnternet üçün nəzərdə tutulmuş digər proqram təminatları kimi səhvlər və təhlükəsizlik problemlərinə malikdir. Odur ki, təhlükəsizlik tam təmin olunmursa və nəzarətdə saxlanılmırsa MediaWiki proqramının yüklənməsi məsləhət görülmür. Bunu nəzərə alaraq Vikipediya serverləri yüksək təhlükəsizlik sistemləri ilə təmin olunmuşlar. ABŞ-nın Florida ştatında yerləşən serverlərin təhlükəsizliyi və işi üçün Wikimedia Foundation Inc. qeyri-hökumət təşkilatı tərəfindən hər il yüz minlərlə dollar vəsait ayrılır. Məsələn, 2005–2006-cı illərdə aparat təminatının təzələnməsi üçün 430 min dollar, hostinqə isə 200 min dollar vəsait xərclənmişdir. Təşkilat bu vəsaiti İnternet istifadəçilərinin könüllü göndərdikləri pullar hesabına əldə edir.

Mənfi cəhətləri

redaktə

Açıq redaktə imkanına malik olma MediaWiki sisteminin əsas üstünlüyü olub, digər layihələrin də yaradılmasında ondan istifadə olunmasına haqq verir. Lakin sistemin imkanları digər mənfi amillərin ortaya çıxmasına şərait yaradır:

  • Veb-səhifələrə müraciətin hər hansı mürəkkəb məhdudiyyət mexanizminin olmaması;
  • MediaWiki əsasında yaradılmış səhifələrdə hədsiz dərəcədə çox hiperistinadların olması və onların da müəyyən hissəsinin tam olmayan və ya ümumiyyətlə mövcud olmayan səhifələrə aid olması;
  • İstifadəçilərə redaktə azadlığı verən layihələrdə müəyyən qarışıqlığın, sistemliliyin pozulma hallarının olması və s.

Ədəbiyyat

redaktə

Mənbə

redaktə
  • Tərxan Paşazadə, "Milli-mənəvi dəyərlərin qorunmasında və təbliğində elektron ensiklopediyanın – Vikipediyanın rolu", "Dövlət və Din" İctimai fikir toplusu, (№ 1 (15)), Bakı – yanvar-fevral 2010, səhifə: 101–108.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə
  NODES
admin 2
INTERN 6