World naked bike ride

Ümumdünya Çılpaq Veloyürüş (ing. World Naked Bike Ride (WNBR)) - özündə kütləvi beynəlxalq velosiped yarışı təşkil edir. Yarışda iştirak edən insanlar paltarsız (və ya üzərində geyimin minimal miqdarında), əzələ gücü ilə idarə olunan nəqliyyat vasitələrində hərəkət edirlər (başlıca olaraq Velosiped ilə, lakin rolik və skeytdən də çox istifadə olunur). Yarışın keçirilmə məqsədi - «təmiz, təhlükəsiz və müsbət-bədən dünyasını» insanlara tanış etmək və məlumatlandırmaqdır[1].

Medisonda keçirilən Veloyürüş, Viskonsin (2010-cu il)
Bədənin tam çılpaq olması məcburi deyil, bir sıra iştirakçılar öz intim orqanlarını gizlətmək hüququna tam malikdirlər.

Yarışın dress-kodunu «Nə qədər cəsarətlisən, bir o qədər də çılpaqsan» sloqanı ilə təsvir etmək olar[2]. Tam və ya və qismən çılpaqlıq dəstəklənir, lakin yürüş zamanı bu məcburi sayılmır. Bundan başqa, intim orqanlarını örtmək məcburi deyil - məhz bu seçim azadlığı Ümumdünya Çılpaq Veloyürüşü digər təşkilat növlərinin keçirdiyi fəaliyyətlərindən fərqləndirir.

Yürüşə əyləncəli və maraqlı atmosfer yaratmaq, Kütləvi İnformasiya Vasitələrinin diqqətini cəlb etmək, həmçinin müşahidəçilərin təxəyyülünü həyəcanlandırmaq məqsədilə iştirakçılar arasında ekspressiv üslubda kreativlik dəstəklənir. Məsələn Bodi-art - kostyum, hand-made velosiped, bumboks, horn və sirenalar kimi özünüifadənin ümumi forması sayılır.

Ümumdünya Çılpaq Veloyürüş fərqli təşkilatlatlar tərəfindən 2004-cü ildən keçirilməyə başlamışdı. Almaniyada FKK (Freie Körper Kultur), Siettl şəhərində Fremont riders, İspaniyada isə Ciclonudista təşkilatları yürüşü dəstəkləmişdilər. «Rəssamlar sülh üzrə/Rəssamlar müharibəyə qarşı (AFP/AAW)» qrupunun düzənlədiyi aksiyadan sonra, 2003-cü ildə Konrad Şmidt analoji tədbir düzənləməyi planlaşdırır[3]. Fəal qrup və fərdi şəxslərin birgə işi sayəsində Ümumdünya Çılpaq Veloyürüş sürətlə dünyada yayılmışdır. İlk öncə Çılpaq Veloyürüşün əsas lozunqu bəşəriyyətin neft məhsullarından asılılığına etiraz etməkdən və fərdi insan bədənini bayram etməkdən ibarət idi. 2006-cı ildə istifadə edilən lozunqların sadələşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.

2004-cü ildə Veloyürüş dörd qitəni 10 ölkəni və 28 şəhəri əhatə etmişdir[1]. 2010-cu ildə isə bu yürüş artıq ABŞ-dən Böyük Britaniyaya və şərqdə Macarıstandan Paraqvaya qədər böyük bir ərazini əhatə edərək, 74 şəhərdə və 17 ölkədə keçirilmişdi[1].

Londonda keçirilən Beynəlxalq Veloyürüşün iştirakçıları (2007-ci il)
Saraqosa Çılpaq Veloyürüşün keçirildiyi ilk şəhərlərdən olmuşdu. Şəkildə—2009-cu ildə İspaniyada keçirilən Beynəlxalq yürüşün iştirakçıları.

Məqsəd

redaktə

Yolların birgə istifadəsi

redaktə
 

Tədbirlərin əleyhdarları iddia edirlər ki, bu cür aksiyalar yollarda tıxaca səbəb ola bilər. Bu ifadələrə isə aksiya tərəfdaşları cavab verirlər ki, onlar traffiki dayandırmırlar, onlar özləri traffikin bir hissəsidirlər. Velosiped sürməyi sevən insanların avtomobil ilə sıx yolları keçən zaman aldıqları ağır travma və ölüm hadisələrinin sayını azaltmaq məqsədilə Critical Mass və digər veloaktivist qrupları insanların məlumatlılıq səviyyəsini artırmağa və təhlükəsiz yollardan istifadə etməyi çağırırlar.

Sağlamlıq, səmərəlilik və davamlılıq

redaktə

İştirakçılar hesab edirlər ki, bir çox insanlar anlamırlar ki, velosiped insan sağlamlığı üçün ən əlverişli şəxsi nəqliyyat vasitələrindən biri sayılır. Bunun əvəzində isə onların fikrincə, cəmiyyət standart dəyərlərə - yəni bahalı təhlükəli, yüksək səsli və ətraf-mühiti çirkləndirən nəqliyyat vasitələrinə sahib olmaq arzusuna tabedir. Neftin çox dəyərli xammala çevrilməsindən sonra, o müharibə və iqlim dəyişkiliyinə səbəb olmuşdu.

Ümumdünya Çılpaq Veloyürüşün əsas məqsədləri «Kritik kütlə» adlanan digər təşkilatın lozunq və sloqanlarına çox bənzəyir - məsələn velosiped idmanının insanlar arasında populyarlaşdırılma, yenidən bərpa edilən enerjinin artırılması, ekologiyaya müsbət yanaşma və s. İştirakçılar avtomobilsiz həyatın bir çox faydaları barədə qeyd edilmişdi - yəni havaya atılan dəm qazının səviyyəsinin azaldılması, pulsuz avtodayanacaqların artırılması cəmiyyətə böyük yardım ola bilər.

After-party San-Fransiskoda (solda) və Londonda (sağda)

Metodologiya

redaktə

Bəzi velosiped fəalları Çılpaq Veloyürüş təşkilatçılarını tənqid edərək, ümumilikdə neft asılılığı, velosipedçilərin yollarda bərabər hüquqları və avtomobil mədəniyyəti barədə onların qaldırdıqları etiraz və sualları bayağı adlandırırlar. Təşkilatçılar isə etiraz edərək, "əyləncə" və "ictimai əlaqələr" anlayışlarını qarşılıqlı müstəsna hal hesab edirlər. Yaradıcı müdafiəçilər həvəslənərək, məsələlər barədə düşünməyə başlayırlar. Onlar bildirirlər ki, avtomobillərə ayrılmış yollarda öz velosipedlərini çıxararaq və öz geyimini soyunaraq çılpaqlığın utanclıq hissi yaratmasını rədd etmələri, əslində onu göstərir ki, onların əsl istəyi - hazırkı həyat tərzini ləğv etməkdir.

İctimai çılpaqlığın qanuniliyi

redaktə

Velosiped yarışları zamanı asayişin qorunması yerli qanunlardan və yerli ənənələrdən asılı olaraq dəyişilir. Bəzi hallarda polis keçirilən tədbiri dəstəkləyərək onun həyata keçirilməsinə yardım olur, yol kəsişməsində nəqliyyatın hərəkətinə nəzarət edir, məsələn Londonda (2009-cu ilədək), Braytonda və Portlenddə. Digər hallarda isə, polis daha neytral mövqe tutaraq, sadəcə prosesi nəzarət edir. Bəzən, məsələn Ottava şəhərində[4] , polis yürüş hərəkətini dayandırmağa və ya iştirakçıların heç olmasa geyimdə çıxmasına çalışır.

Həbslər və cərimələr

redaktə

Ümumdünya Çılpaq Veloyürüş keçirilən zaman həbslər nadir hallarda baş verir. 2005-ci ildə Nyu-Hempşir ştatında keçirilən yürış zamanı iki kişi «əxlaqsız soyunma və əyyaşlıqda» ittiham edilərək həbs olunmuşdular. Onlar xuliqanlıq ittihamı ilə razılaşaraq 300 dollar cərimə ödəməyi qərara alırlar; bunun də əksəriyyətini hüquqi müdafiə fondu ödəyir[5]. Daha altı kişi 2005-ci ildə Çikaqoda keçirirlən Veloyürüşdə ictimai ləyaqətsizlik ilə ittiham olunurlar. Bu iş üzrə tezliklə məhkəmə araşdırmaları başlayır, ittiham olunanlar isə cərimə və hətta 3 ay müddətində məhkəmə nəzarəti altında qalacaqları barədə təhdid olunmuşdular. Həmçinin 12 iyun 2010-cu ildə Vaşinqton ştatının Bellinqem şəhərində keçirilən Çılpaq Veloyürüş zamanı Western Washington Universitetinin kampusda çalışan polis işçiləri tərəfindən iki kişi həbs edilmişdi[6].

İstinadlar

redaktə
  1. 1 2 3 Official WNBR global web site Arxivləşdirilib 2012-07-04 at the Wayback Machine circa June 2004
  2. Artists for Peace/Artists Against War, a non-profit group in Vancouver popularized the motto «Bare as you Dare» and «Naked Bicycle people power» during their Naked Bike Rides Arxivləşdirilib 2005-10-31 at the Wayback Machine in 2003 that led up to and became early models for WNBR.
  3. Artists for Peace/Artists Against War’s archived web page Arxivləşdirilib 2021-01-26 at the Wayback Machine is currently hosted by The Work Less Party of British Columbia
  4. http://www.ottawacitizen.com/travel/Ottawa+bike+ride+naked/4932584/story.html Arxivləşdirilib 2011-06-15 at the Wayback Machine «Ottawa bike ride not-so naked»
  5. More information about the case can be found at WNBR North Conway website Arxivləşdirilib 2005-12-18 at the Wayback Machine
  6. see http://www.bellinghamherald.com/2010/06/14/1479718/whatcom-county-jail-report-for.html[ölü keçid]

Ədəbiyyat

redaktə

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə

Video və foto

redaktə

Xəbərlər

redaktə
  • Biking Revolution News Toolbar Arxivləşdirilib 2009-04-22 at the Wayback Machine
  • "London Naked Bike Ride, Bike Riders Strip Naked in Protest London Naked Bike Ride, Bike Riders Strip Naked in Protest". 2012-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-04.
  NODES
todo 2