Xəzlik heyvandarlıq

Xəzlik heyvandarlıq — heyvandarlığın sahəsi. Xəz dəri almaq üçün qiymətli xəzli vəhşi heyvanların təsərrüfat şəraitində yetişdirilməsi ilə məşğul olur. Əsasən gümüşü qara tülkü, mavi tundr tülküsü, norka, bataqlıq qunduzu, ondatra və b. heyvanlar yetişdirilir. Azərbaycanda yalnız bataqlıq qunduzu (Ağstafa rayonunun Qarayazı sahəsində, Şəmkir, LənkəranŞabran rayonlarında) yetişdirilir.[1]

Dovşan dərisi yükü (1905-ci il)
Dovşan dərisi yükü (1905-ci il)

Xəzli heyvanlar

redaktə
 
Pişik dərisi

Xəzli heyvanlar dəriləri xəz məlumatı kimi edilən vəhşi və qəfəsdə yetişdirilən məməlilər. Yer kürəsində geniş yayılmışdır. Xəzli heyvanlara samur, efidra, pələng, ayı, vaşaq, ondatra, qunduz, sünbülqıran, burunduq, ağ dovşan, tolay, deşman, köstəbək, dəniz pişiyi və s. aid edilir. Azərbaycanda yırtıcılar dəstəsində aid 12 növ (1 növ gəmiricilərə və 1 növ dovşanlara aiddir). Xəzli heyvan ovlanır. Xəzli heyvanın dərisi xəz sənayesi üçün qiymətli xammaldır. Xəz beynəlxalq ticarət əşyasıdır.

İstinadlar

redaktə
  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008. 
  NODES