Xalis mənfəət və ya xalis gəlirvergilər, rüsumlar və büdcəyə digər icbari ödənişlər ödənildikdən sonra müəssisənin balans mənfəətinin onun sərəncamında qalan hissəsi. Xalis mənfəət müəssisənin dövriyyə vəsaitlərinin artırılmasına, fondların və ehtiyatların formalaşmasına, istehsala yenidən investisiya qoyulmasına istifadə olunur.

Xalis mənfəətin həcmi ümumi mənfəətin həcmindən və vergilərin məbləğindən asılıdır. Xalis mənfəətin həcminə əsasən müəssisənin səhmdarlarına dividendlər hesablanır.

Müəyyənləşdirilməsi

redaktə

K.Makkonnell və S.Bryuya görə, xalis mənfəət (iqtisadi mənfəət) müəssisənin ümumi gəlirindən bütün fürsət xərclərinin çıxılmasına bərabərdir .

  NODES
Done 1