Xalqlar Dostluğu metrostansiyası

Xalqlar Dostluğu metrostansiyasıBakı metrosunda stansiya. Qara Qarayev prospektində yerləşir.

Xalqlar Dostluğu

1-ci xətt
Bakı metrosu
Xəritə
Rayon Nizami
Açılış tarixi 28 aprel 1989
İnşaat tipi Yeraltı
Platformaların sayı 1
Memarları Rasim Əliyev,
A. Abdullayev
Çıxdığı küçələr Qara Qarayev prospekti
Nəqliyyat Bus transport 7A, 11, 12, 30, 35, 36, 40, 44, 49, 50, 51, 57, 60, 62, 64, 70, 81 nömrəli avtobuslar
İş rejimi 06:00—00:00
Qonşu stansiyalar Neftçilər, Əhmədli
 Bu şablona bax İnteraktiv sxemi

Kiçilt
DərnəgülAzadlıqNəsimiAvtovağzalMemar Əcəmi20 YanvarİnşaatçılarElmlər AkademiyasıNizami28 MayCəfər CabbarlıXətaiSahilİçərişəhərGənclikNəriman NərimanovBakmilUlduzKoroğluQara QarayevNeftçilərXalqlar DostluğuƏhmədliHəzi AslanovNəriman Nərimanov adına depo

 Bu şablona bax İnteraktiv sxemi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Bakı Soveti-Əhmədli" yol mənzili sahəsində "Əhmədli" stansiyası ilə eyni gündə açılıb. Sovet hakimiyyəti dövründə açılan son iki stansiyadan biridir. Onun açılışı Sovet hakimiyyətinin tənəzzülə uğradığı dövrün milli zəmində münaqişələrin get-gedə vüsət aldığı bir dövrə təsadüf edir. Sovet və Respublika rəhbərliyi bu yolla dövrün ictimai-siyasi və sosial hadisələrinə reaksiya verərək, sanki artıq geriyə yolu olmayan prosesləri bərpa etmək istəyirdi.

Stansiya orijinal memarlıq üslübü ilə seçilir. Ağ mərmərdən işlənmiş çoxüzlü sütunların ənənəvi memarlıq sənətinə yaxınlığı ilə seçilir. Hər üz digərinə dərin qatda qalan alüminiumlu zolaqla birləşir və bu da sütunları qədd-qamətli edir. Sütunların kapitellərinin açılan gül forması ilə dairəvi ağ tavan elementinə dirənməklə sanki bəyaz səmaya birləşərək əbədiyyət qazanır.

Dairəvi tavan asılqanları bir-birinə nəhəng bəyaz daş tirlərlə birləşib. Tavanda daha da dərin qatda yerləşən dairəvi qızılı halqa içərisinə batırılmış çıraqlar kosmik təsəvvür yaradaraq, bu mənzərəni daha da əzəmətli edir. Hər çıraqlı tavan halqası arasında iki sütun birləşməsi və onları həm də tavanın eni boyunca qoyulmuş daha üç bəyaz tir tamamlayır. Həmin tirlər stansiya yolu divarına qədər davam edir.

Çıraqlı halqaların sütunları qızılgülləri ilə döşəmənin qranit təbəqəsinin bütün kompozisiyasını tamamlayır. İşıqlanma zamanı bu mənzərə bütün parlaqlığı, qızılı-bəyaz effekti ilə genişlik təsiri bağışlayır. Bu işıqlanma stansiya yollarına doğru süd rənginə keçməklə, sanki iki nağıllar dünyasının arzularını birləşdirir.

Üzləmə işlərində tünd qranit və açıq rəngli mərmərdən istifadə olunub. Stansiyanın yol divarlarının mərmər təbəqəsinin üzəri mövzunu tamamlayan qızılı rəngdə bəzək elementləri ilə bəzədilib ki, bu da ümumi mövzunu və rəng çalarlarını tamamlayır.

Plaftormadan vestibülə iki çıxışından birində "ET-5M" tipli iki eskalator var.

Stansiyaya daxil olan qatarlarda bəstəkar Tofiq Quliyevin "Bəxtiyar" filmində səslənən "Əziz dost" mahnısından fraqment səslənir.

Xarici keçidlər

redaktə
  NODES