Xayrpur (ing. Khairpur, urduca: خيرپُور‎; Sind dilində: خیرپور‎, khīr´pūr) Pakistanın Sind əyalətində yerləşən şəhəri və eyni adlı dairənin mərkəzi. Əhalisi — 144 949 nəfər. (2017-cu ilə üzrə).

Xayrpur
خيرپُور
27°32′ şm. e. 68°46′ ş. u.HGYO
Ölkə
Region Sind
Əhalisi
Əhalisi
  • 144.949 nəf. (2017)
Xəritəni göstər/gizlə
Xayrpur xəritədə
Xayrpur
Xayrpur
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafi mövqeyi

redaktə

Bu şəhər Pakistanın cənubi mərkəzi hissəsində, Hind çayından 11 mil aralıda, 18 km cənub istiqamətdə yerləşir. Xayrpur şəhəri Peşəvər, Kəraçi və Sukkurla dəmiryolu xətti ilə bağlıdır. Şəhərin əsası 1783-cü ildə Mir Söhrab Xan tərəfindən qoyulub. O Talpur ailəsinin Xaypur qolunun əsasını qoymuşdur. 1947-ci ildə Pakistanın yaranmasından sonra şəhər sənaye üzrə inkişaf yoluna qədəm qoymuşdur. Şəhərdə parklar, mir sarayı, xəstəxana, kitabxana və stadion mövcuddur.[1]

Bu tarixi şəhərdə 2 arxeoloji düşərgə və 1 tarixi abidə qeydə alınmışdır.[2] Qeydə alınan arxeoloji düşərgələrdən Kot Diji Xayrpurdan 15 mil, 25 km cənubda yerləşir. Bu ərazidə e.ə. 3000 il bundan əvvələ aid mədəniyyətin izlərinə təsadüf edilir. Qazıntılar göstərir ki, ərazidə müxtəlif daş alətlər və gil qablar aşkarlanıb. Bu ərazidə yaşayan xalqın dil əlaqləri qeyri-məlumdur. Bu ərazidən bir qədər aralıda Talpur adlı XIX əsrin əvvəllərinə aid kərpic fort yerləşir.[1]

Bu şəhərdə sufi şairlərin məqbərəsini də qeyd etmək lazımdır.[3] Keçmiş Xayrpur dövləti 1832-ci ildə ingilislər tərəfindən tanınmışdır, bu da Xayrpurun öz siyasi mövcudluğunu 1843-cü ildə Sind tərəfinsən ilhaqına qədər qoruyub saxlamaq imkanı vermişdir. 1955-ci ildə isə Xayrpur dövləti Pakistannın tərkibinə daxil olmuşdur.

İnzibati bölgüsü

redaktə

1998-ci ildə əhali siyahıyalınmasının məlumatları üzrə Xayrpur şəhərini də əhalət edən Xayrpur dairəsində 8 taluk, 76 ittifaq şurası, 11 şəhər, 6800 kənddən ibarətdir və şəhərdə əhalinin ümumi sayı 1546587 nəfərdir. Bu statistik göstəricinin 810448 nəfər kişilərin, 736139 nəfər qadınların payına düşür.

İqtisadiyyatı

redaktə

Xayrpur sənaye şəhəridir. Bu şəhərdə pambıq, ipək və qida məhsullarının istehsalında müəyyən inkişafa nail olunmuşdu. Şəhərdə həmçinin dəridən müxtəlif məhsullar, ipəkdən geyimlər, kibritlər, sabun, ayaqqabı, siqaretlər və xalçalar istehsal edilir.

Demoqrafiya

redaktə

1961-ci il üzrə şəhərdə əhali sayı 34.144 nəfər idi, bu rəqəm ötən 50 il ərzində 4 dəfə artaraq 144.949 nəfərə qədər artmışdır. Bu fərqi aşağıdakı cədvəldən də görmək mümkündürː

Şəhər əhalisi
1961 1972 1981 1998 2010
34 144 48 299 61 447 102 188 144 949

Təhsil

redaktə

Xayrpurda Şah Əbdül Lətif Universiteti mövcuddur. Bu təhsil ocağından başqa Xayrpurda aşağıdakı Kolleclər varː

  • Mehran Universiteti - Mühəndislik və Texnologiya Kolleci,
  • Xayrpur Kənd təsərrüfatı mühəndisliyi və texnologiya Kolleci,
  • Xayrpur İctimai Kolleci,
  • LUMHS (Liaquat Tibb və Sağlamlıq Elmləri Universiteti) Xayrpur Tibbi Kolleci.

İstinadlar

redaktə
  1. 1 2 "Khairpur - Briannica". 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-16.
  2. "Qureshi F. Conserving Pakistan's Built Heritage. A PAkistan National Conservation Strategy Sector Paper. 12. IUCN. The World Conservation Union. Karachi. 1994, p. 26" (PDF). 2019-11-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-16.
  3. Khairpur City - Info, History, Economy, Culture, and Universities - pinterest.com
  NODES