Xirnik, kaki xurması (yap. ; lat. Diospyros kaki), yapon xurması, Çin xurması, Türkiyədə isə[1] Trabzon xurması (türk. Trabzon hurması) və ya cənnət xurması (türk. cennet hurması) - xurma cinsinə aid bitki növü.[2] Meyvəsi yeyilir, şirin və ağızbüzüşdürücüdür. Iki növü yayılmışdır. Yabanı və ya Qafqaz xırniyi, Subtropik xırnik.

Xirnik
Elmi təsnifat
Beynəlxalq elmi adı
Xirnik

The Chinese character for "persimmon"
Çin
Çincə: 柿(子)
Yaponiya
kanci:
Koreya
hanqıl:

Xirnik qədim  tarixə malik relikt bitkilər qrupundandır. Xirnik Yer kürəsinin müxtəlif bölgələrində -Qafqaz, Orta Asiya, Şimali  və Cənubi Amerikada, Afrikada,  Britaniya adalarında və Asiyada geniş yayılmışdır.

Etimologiya

redaktə

Azərbaycan dilindəki xirnik sözü fars mənşəlidir. Ya xırn (dovşan) sözü ilə kiçiltmə bildirən -ək şəkilçisinin birləşməsidir (yəni, balaca dovşan, dovşancık); ya da fars mənşəli xurma sözünün, türk mənşəli ək (əkin et) sözü ilə birləşməsidir.[3]

Müxtəlif dillərində xirniyə həmçinin yapon alması[1]şərq alması deyilir.[4] Mandarin dilində şi kimi oxunurş Yapon dilində isə kancisi kaki kimi oxunur. Bu söz yapon dilindən bir sıra dillərə keçib, o cümlədə malay dilində pisang kaki,[5] portuqal dilində caqui, itaıyan dilində isə cachi sözü var.

Növləri

redaktə

Ebanaceae Vent. fəsilənin 7 cinsi və 290 növü məlumdur, o cümlədən xirnik. Bu cins və növlər əsasən Cənub-Şərqi Asiya, Hindistan, Malay arxipelaqının tropik və subtropik rayonlarında yayılmışdır. MDB ərazisində bir cins – Diospyros L. cinsi geniş yayılmışdır. Bu cinsin yer kürəsində 200-ə qədər növü vardır. Bunların əksəriyyəti həmişəyaşıl bitkilər olmaqla, tropik ölkələrdə yayılmışdır. Cinsin yalnız az bir qismi subtropik bölgədə yayılıb. Bunlardan Şərq xirniyi (D. kaki L.), Qafqaz xirniyi (D. Lotus L.), Virgin xirniyi  (D.virginiona  L.), Çin xirniyi (D. sinensis  L.) və s. göstərmək olar.

Azərbaycan Respublikasında az və ya çox miqdarda bu növlərdən  qeyd edilən dördü - Qafqaz xirniyi, Virgin xirniyi, Şərq xirniyi və Çin xirniyi becərilir. Geniş yayılan və təsərrüfat əhəmiyyətli olanları isə ilk üç növdür. 

Şərq xirniyi  təsərrüfat üçün  yüksək rentabelli  bitkidir. Becərilmə texnologiyası nisbətən asan, xəstəlik və ziyanvericiləri az, böyümə və inkişafı üçün yüksək qulluq tələb etməyən bitki yüksək məhsuldar olduğundan (potensial məhsuldarlığı 90-120 t), təsərrüfatın rentabelli işləməsini təmin edir.[6]

Yayımlaması və becərməsi

redaktə

Xirnik Çində becərilən ən qədim bitkilərdən biridir (artıq təxm. 2000 il ərzində becərilir). Ehtimal ki, Avropaya o, ilk dəfə XVI əsrdə portuqal gəmilərində gətirilmişdi.[7]

Xirnik Albaniya (əsasən Elbasan bölgəsi), Bulqarıstan (Bolqarıstan Frakiyası və Bulqarıstan Qara Dəniz sahili),[8][9] Türkiyə (Qara Dəniz, Hatay, Antalya),[1] ABŞ (Florida və Kaliforniya ştatları)[10] və s. bölgələrdə becərilir.

Təsviri

redaktə

Xirniyin yarpaqları aşağı əyilir. Onun hündürlüyü 25 futa (7 metr 62 sm.) çata bilər.[4]

Çiçəyi

redaktə

Çiçəkləmə dövrü 10-20 gün davam edir. Meyvələri yarpaqları töküldükdən sonra oktyabrın ortalarından başlayaraq dekabra qədər ağacın üstündə yetişir. Meyvələri yumru, boz-sarımtıl və tutqun narıncı rəngdədir. Tam yetişdikdə qaralır. Içərisində 2-5 ədəd yastı çəyirdəkli olur. Çəyirdəksiz formalarına Zaqatala rayonunun bağlarında rast gəlinir, həm də bunlar xırda olur.

Meyvəsi

redaktə
 
Tam və kəsilmiş xirnik meyvəsi

Tərkibində 18% şəkər (qlükoza və fruktoza), zülali, pektinli və aşılayıcı maddə, limon turşusu, karotin (provitamin A) və 3-53 mq% C vitamini vardır. Xırnik təzə və qurudulmuş halda yeyilir. Ondan bəkməz (doşab) bişirilir. Şərbət, cem, jele, likör və kvas da hazırlanır. Yabanı xırniyin ağacları çox möhkəm olduğundan ondan toxuculuq sənayesi üçün məkik hazırlanır. Xalq təbabətində xırnik müxtəlif mədə xəstəliklərində tətbiq edilir. Öz xassələrinə görə həzm pozğunluqlarında pəhrizi məhsul kimi işlədilir.[11]

İstehlakı

redaktə

Xirnik adətən olduğu kimi, pişməmiş yeyilir. Onun yarpaqları isə çay hazırlamaq üçün istifadə etmək olar.[1] Özəlliklə Koreyada bunun üçün xirnik yarpaları may və ya iyun aylarında yığılır.[12] Yaponiyanın Nara prefekturasına aid olan suşi növü skumbriyadan hazırlanır və xirniyin yarpaqına bükülüb, bir neçə gün ərzində fermentasiya olunur.[13]

İstinadlar

redaktə
  1. 1 2 3 4 "Arxivlənmiş surət". 2024-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-08.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. Bəşir Əhmədov. Etimologiya lüğəti
  4. 1 2 https://www.google.lt/books/edition/Encyclopedia_of_Foods/wLf8IpZDh48C?hl=en&gbpv=1&dq=Oriental+persimmon&pg=PA198&printsec=frontcover
  5. "pisang kaki". Kamus Dewan Perdana. 2020. Dewan Bahasa dan Pustaka
  6. Həsənov Z., Əliyev C.- Meyvəçilik BAkı 2011
  7. Debra Morris. "Persimmon!". Martinez Tribune. 2015-11-16. 2019-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-19.
  8. Иванова, Венелина. "Най-вкусна е райска ябълка, узряла на клона". 24 часа (bolqar). 21 November 2010. 28 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 December 2016.
  9. A.I. Yordanov; S.G. Tabakov; V.I. Lichev; G.I. Govedarov. "Testing of newly introduced persimmon cultivars in Bulgaria". Acta Horticulturae. International Society for Horticultural Science (996). 2013: 367–370. doi:10.17660/ActaHortic.2013.996.52. ISSN 2406-6168.
  10. Sarkhosh, Ali; Andersen, Peter C.; Huff, Dustin M. "JAPANESE PERSIMMON CULTIVARS IN FLORIDA1". University of Florida. 10 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 May 2022.
  11. Əhmədov Ə-C.İ., Əliyev N.T. Meyvə və tərəvəzin əmtəəşünaslığı. Ali məktəb tələbələri üçün dərslik. Bakı, ADIU-nin nəşriyyatı, 2009.
  12. "gamnip-cha" 감잎차 [persimmon leaf tea]. Doopedia (koreya). Doosan Corporation. 13 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2017.
  13. MATCHA. "Sushi Wrapped in a Leaf? Try the Persimmon Leaf Sushi in Nara". MATCHA - JAPAN TRAVEL WEB MAGAZINE (ingilis). 30 May 2022. 6 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 January 2024.
  NODES
INTERN 1