Xrizokolla – (CuAl)2 H2Si2O5 (OH)4 •n H2O — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.

Xrizokolla
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Cu₂₋ₓAlₓ(H₂₋ₓSi₂O₅)(OH)₄ · nH₂O
Strunz təsnifatı VIII/E.11a[1]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya rombik[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xassələri

redaktə

Rəng – zümrüdü-yaşıldan yaşılımtıl-maviyədək, mavi; Mineralın cizgisinin rəngi – yaşılımtıl-ağ; Parıltı – şüşə, mum, qatranı, yağlı, donuq; Şəffaflıq – qeyri-şəffaf, bəzən yarımşəffaf; Sıxlıq – 2,0-2,3; Sərtlik – 2; Kövrəkdir; Sınıqlar – qabıqvarıdan qeyri-hamaradək; Mineral aqreqatları: gel- və opalabənzər kolloidal, böyrək- və salxımvarı əmələgəlmələr, qabıqlar, qaysaqlar, yaxmalar, malaxit, azurit, kalsit və b. üzrə psevdomorfozalar.

Mənşəyi və yayılması

redaktə

Mis filizi yataqlarının oksidləşmə zonasının tipik mineralıdır. Birlikdə rast gəldiyi minerallar: malaxit, azurit, kuprit, sərbəst mis. Mineralın tapıldığı yerlər: Turin mədənləri və Mednorudyanski yatağı (Rusiya); Cezkazqan, Koktas-Cartas, Uspenski (Qazaxıstan); Kornuoll (İngiltərə); Kokimbo əyaləti (Çili) və b. Azər-baycanda Gədəbəy, Dağkəsəmən və Daşkəsən yataqlarının hipergenez zonalarnda qeyd edilir.

Tətbiqi

redaktə

Məmulat daşı kimi praktik əhəmiyyəti vardır.

İstinadlar

redaktə

Mənbə

redaktə
  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004

Xarici keçidlər

redaktə
  NODES