Xromit
Xromşpinelidlər (xromitlər); ümumi formula (Mg,Fe)(Cr,Al,Fe)2O4: xromit – FeCr2O4; maqnezioxromit – (Mg, Fe)Cr2O4; alümoxromit – Fe (Cr,Al)2O4; xrompikotit – (Mg, Fe)(Cr,Al)2O4 — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
Xromit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
Fe²⁺Cr₂O₄ |
Strunz təsnifatı | IV/B.01c[1] |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | kubik sinqoniya[2] |
Zolaq rəngi | Qəhvəyi |
Vikianbarda əlaqəli mediafayllar |
Xassələri
redaktəRəng – qaradan qonuru-qarayadək; Mineralın cizgisinin rəngi – qonur; Parıltı – yarımmetal parıltıdan qatranıyadək; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,5-5,1; S – 5,5-7,5. Kövrəkdir; Ayrılma – {111} üzrə tam qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamardan qabıqlıyadək; Başqa xassələr – FeO və Fe2O3 ilə zəngin olan xromşpinelidlər güclü maqnitlik xassəsi ilə səciyyələnir; Morfologiya – kristallar: oktaedrik, nadir hallarda – dodekaedrik; İkiləşmə: {111} üzrə; Mineral aqreqatları: dənəvər, nodullar, püruzlar.
Mənşəyi və yayılması
redaktəUltraəsasi maqmatizmlə sıx əlaqədar maqmatik əmələgəlmələr olub, müxtəlif hiperbazitlərdə rast gəlir. Meteoritlərdə və ay süxurlarında xromşpinelid tapıntıları məlumdur. Kimyəvi dayanıqlı birləşmələr kimi adətən səpintilərdə olur; Qırıntı material kimi qumdaşlarında, dolomitlərdə, mərmərlərdə və s. müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: olivin, serpentin, bronzit, uvarovit, talk, kemmererit, platin, vezuvian və b. Mineralın tapıldığı yerlər: Saranski, Qoloqorski, Alapayev (Rusiya); Kempirsay (Qazaxıstan); Gebeler, Fetxis, Güleman (Türkiyə); Buşveld komleksi (CAR); Moa dairəsi (Kuba) və b. Azərbaycanda Kəlbəcər (Göydərə yatağı, Arkadyev, Nikolayev, Dmitriyev, Qırmızıdağ və b. filiz təzahürləri), Laçın (Kazımbinə, Orta İpək, Comərd, Xəlifəlı və b. filiz təzahürləri) rayonlarında və Kiçik Qafqaz ofiolit qurşağının hiperbazitlərində, əsasən dunitlərdə, nadir hallarda – harsburqitlərdə yayılmışdır. Kəlbəcər rayonunda Qırmızıdağ səpinti xromit filizi təzahürü də yerləşir.
Tətbiqi
redaktəXromun əsas filizidir.
İstinadlar
redaktəMənbə
redaktə- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.