Yan Amos Komenski (28 mart 1592, Nivnise, Cənubi Moraviya15 noyabr 1670, Amsterdam) — çex pedaqoqu, humanist, ictimai xadim, pedaqogika elminin banisi.

YAN KOMENSKİ
Yan Amos Komenski
Doğum tarixi
Doğum yeri Moraviya, Çexiya
Vəfat tarixi 15 noyabr, 1670
Vəfat yeri Amsterdam, Hollandiya
Təhsili
Fəaliyyəti müəllim, pedaqoq, filosof, alim, ilahiyyatçı, dilçi, yazıçı, arxivçi, tarixçi, siyasətçi, Yepiskop
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və fəaliyyəti

redaktə
 
Via Lucis', 1668
  • Yan Komenski 1592-ci il mart ayının 28-də çex qardaşları protestant icması üzvünün ailəsində anadan olub. İbtidai təhsilini həmin icma məktəbində alıb.
  • 1608-1610-cu illərdə latın məktəbində, daha sonra Herborn akademiyasında, Heydelberq universiteti ndə oxuyub. Bu universitetdə "Bütün əşyaların teatrı" adlı özünəməxsus ensiklopediya yaratmağa başlayıb (1614-1627). Eyni vaxtda "Çex dilinin xəzinəsi" adlı çex dili lüğəti üzrə iş aparıb (1612-1656).
  • 1614-cü ildə Komenski — Prşerovda icmanın müəllimi işləyib. 1618-1621-ci ilərdə Fulnekdə yaşayaraq İntibah dövrünün humanistlərinin – T. Kampanellanın, H. Vivesin və b.-əsərlərini öyrənib.
  • 1627-ci ildə Komenski çex dilində didaktikaya həsr olunmuş elmi əsər yazmağa başlayır. Katolik kilsənin təqiblərindən qaçaraq Komenski Polşaya (Leşno şəhərinə) emiqrasiya edir. Burada o, gimnaziyada dərs deyir, öz "Didaktika"sını (çex dilində) bitirir (1632), onu yenidən işləyib latın dilinə tərcümə edir ("Böyük didaktika", 1632), bir neçə dərslik: "Dillərə açıq qapı" (1631), "Astronomiya" (1632), "Fizika" (1633), ailə tərbiyəsi məsələlərinə həsr olunmuş ilk rəhbərlik kitabını yazır — "Analıq məktəbi" (1632).
  • Komenski ciddi şəkildə pansofiya ideyası üzərində (hər kəsi hər şeyə təlim etmə) çalışır.
  • Həmin əsrin 40-cı illərində bir sıra dərslik nəşr edir. 1650-ci ildə Komenski Macarıstana məktəb işini qurmaq üçün dəvət alır. Burada Komenski pansofik məktəb üzərində işlər aparır. Bu məktəbin elmi müddəalarını, tədris planını, cədvəli özünün "Pansofik məktəb" əsərində işləyib hazırlayır (1651).
  • Təhsil prosesini canlandırmaq, uşaqlarda biliyə, elmə olan həvəsi oyatmaq üçün Komenski tədris materialını dramatikləşdirmək metodundan istifadə edir. Birinci olaraq Komenski xüsusi məktəb üçün bir sıra pyes yazır. Bu tədris metodu və tədris pyeslərini o "Dillərə açıq qapı" və "Məktəb-oyun" (1656) kitablarında toplayır. Macarıstanda Komenski ilk şəkilli tədris kitabını, dərsliyi tərtib edir – "Rəsmlərdə əşyalar aləmi" (1658).
  • Amsterdama köçdükdən sonra Komenski hələ 1644-cü ildə başlamış əsaslı əsəri üstündə işini davam etdirir. Bu əsərdə ("Bəşəri əməllərin islah edilməsinə dair ümumi tövsiyə") Komenski insan cəmiyyətinin islahının planını verir. Əsərin ilk iki hissəsi 1662-ci ildə, qalan 5 hissənin əlyazmaları isə XX əsrin 30-cu illərində tapılıb. Tam şəkildə əsər 1966-cı ildə latın dilində Praqada nəşr olunub.
  • Uzun ömrünün yekununu Komenski "Yeganə lazım olan" əsərində toplamışdır (1668).
  • Komenskinin pedaqoji fikirləri əsasında Uşinskinin "Rodnoye slovo" kitabə işlənib.
  • Uşinskinin pedaqoji prinsiplərinin əsasında isə Səfərəli bəy VəlibəyovÇernyayevski tərəfindən "Vətən dili" kitabları tərtibini tapmışdır.

İstinadlar

redaktə

Mənbələr

redaktə
  • http://www.referatix.ru/view/50456/Yan_Amos_Kamenskii.html
  • Избранные педагогические сочинения. Т. 2. Отдельные произведения
  • афоризмы и цитаты Яна Амоса Каменского
  • Красновский А. А., Я. А. Коменский, М., 1953;
  • Материалы науч. сессии АПН РСФСР, посвященной 300-летию опубликования собрания дидактических трудов Я. А. Коменского (13-14 декабря 1957 г.), М., 1959;
  • Альт Р., Прогрессивный характер педагогики Коменского, пер. с нем., М., 1959;
  • Лордкипанидзе Д., Ян Амос Коменский, М., 1970;
  • KvačaIa J., J. A. Comenius. Sein Leben und seine Schriften, B., 1892;
  • Heyberger A.. J. A. Comenius (Komenský). Sa vie et son oeuvre d 'éducation. P., 1928;
  • Novák J., Hendrich J., J. A. Komenský. Jeho život a spisy, Praha, 1932: Young R. F., Comenius in England, Oxf., 1932;
  • Kopecký J., Patočka J., Куrašek J., J. A. Komonský. Nástin života a díla, Praha, 1957;
  • Kurdybacha Ł., Działałnošć Jana Amosa Komenskiego w Polsce, Warsz., 1957;
  • Sesja naukowa w Lesznie w czterechsetna rocznica powstania Gimnazjum_ i w trzechsetna wydania "Opera didactica omnia" J. A. Komeńskiego, red. Kurdybacha, Wrocław — Warsz., 1957;
  • Soupis del J. A. Komenského v ćeskoslovenských knihovnách, archivech a museJich, Praha, 1959;
  • Schaller K., Die Pädagogik des Johann Amos Comenius und die Anfänge des pädagogischen Realismus im 17. Jahrhundert, Hdlb., 1962;
  • "Acta Comeniana", Archiv pro bádání о životé о díle Jana Amose Komenského, t. 25, Praha, 1969;
  • Floss P., J. A. Komenský. Od divadia věcí k dramatu člověka, Ostrava, 1970;
  • Kožik F., Svétlo v temnotách. Bolestný a brdinský život J. A. Komenského, [Praha, 1970];
  • Łibrt С., Bibliografie české historie, t. 5, Praha, 1912, č. 17324-30638;
  • Mehriban Şirzadova. Y.A. Komenskinin "Ana qucağı məktəbi" əsəri və onun əsas ideyalarının Azərbaycanda yayılması. Bakı: Elm və təhsil, 2018.
  NODES
mac 2
os 12