Yapon dələsi (lat. Martes melampus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü.

Yapon dələsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Görünüşü

redaktə

Yapon dələsinin xəzi sarı-qəhvəyidən tünd-qəhvəyi çaları arasında dəyişir. Üzərlərində ağ ləkələrə rast gəlinir. Digər dələlərdən demək olar ki, kəskin fərqlənmirlər. Quyruqları qısa və qalın yumşaq tükə malikdir. Bu canlıların uzunluqları 47–54 sm arasında dəyişir. Quyruqları isə 17–23 santımetrdir. Erkəklər dişilərə nisbətdə çəki baxımından ağır olur. Erkəklər 1,6 kq, dişilər isə 1,0 kq təşkil edir.

Yayılması

redaktə

Yapon dələsi əsasən Yaponiyanın cənub adalarında daha geniş yayılmışdır: Honşu, Şikoku, KyuşuTsuşima. Xəz əldə etmək məqsədi ilə HokkaydoSado adalarlarına da köçürülmüşlər. Əsasən meşə sahələrində yayılsalarda düzən ərazilərdə belə rast gəlmək olar.

Həyat tərzi

redaktə

Yapon dələsinin həyat tərzi zəif öyrənilmişdir. Onlar yaşıllıqlarda yerləşən oyuqlarda və ağaclarda yuva qoyurlar. Çütləşmə dövrü istisna olaraq fərdlər ayrı yaşayır. Qida toplanması əsasən gecə saatları həyata keçirilir. Kiçik məməlilər, quşlar, qurbağalar, xərçəngkimilər, cücülər, giləmeyvələr və tumlarla qidalanır.

Çütləşmə mart-may aylarına təsadüf edir. İyul-avqust ayları 1–5 arası bala verir. 4 aydan sonra balalar artıq müstəqil olur.

Təhlükə

redaktə

Yapon dələlərinə qarşı ov əsasən onların xəz dərilərinə görə aparılır. Hokkaydo və Suşima adalarında bir sıra populyasiyalar qoruma altındadır. Suşimada yayılmış M. m. tsuensis yarımnövünün Ümumdünya təbiəti qoruma təşkilatı tərəfindən nəslinin kəsilmə təhlükəsi qarşısında olması ilə xəbərdarlıq etmişdir.

Yarımnövləri

redaktə
  • Martes melampus melampus (Wagner, 1840)
  • Martes melampus tsuensis (Thomas, 1897)
  • Martes melampus coreensis (Kuroda & Mori, 1923)

İstinadlar

redaktə
  1. Integrated Taxonomic Information System (ing.). 2003.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0

Həmçinin bax

redaktə
  NODES
Idea 2
idea 2