Yeni Afon
Yeni Afon (abx. Афон Ҿыц; gürc. ახალი ათონი; rus. Новый Афон; yun. Νέος Άθως) — Gürcüstanda, de fakto tanınan Abxaziya Respublikasının Qudauta rayonunda, Qara dənizin sahilində, Suxumi şəhərinin 22 km uzaqlığında yerləşən kiçik şəhər. Şəhər müxtəlif vaxtlarda Nikopol, Anakopiya, Nikopiya, Nikopsis, Psırtsxa, Absara adlarını daşımışdır.
Şəhər | |
Yeni Afon | |
---|---|
abx. Афон Ҿыц | |
43°05′03″ şm. e. 40°49′02″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Region | Abxaziya |
Rayon | Qudauta |
Mer | Feliks Dautiya |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1806 |
İlk məlumat | III əsr |
Əvvəlki adları | Traxeya, Psırtsxa, Anakopiya, Axali-Afoni, Nikopiya, Nikopol, Absara |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 1.513 nəfər (2011) |
Milli tərkibi | abxazlar, ruslar, ermənilər, yunanlar, gürcülər |
Dini tərkibi | xristianlar |
Rəsmi dili | abxaz dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 840 2458xxx |
Poçt indeksi | 6900 |
Nəqliyyat kodu | ABH |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərin yaxınlığında yerləşən Yeni Afon mağarası Gürcüstanın görməli yerlərindəndir.[1]
Tarixi
redaktəQədim və böyük yunan liman şəhəri Anakopiya haqqında ilk məlumatlar III əsrə aiddir. V əsrdə gürcülər İver dağının zirvəsində qala tikmişlər.[2] Şəhər Bizans İmperiyasından asılı olmuş Abxaz knyazlığının və VIII əsrdə arxon II Leonun dövründə Abxaziya Krallığının paytaxtı olmuşdur. Daha sonra paytaxt Kutaisiyə köçürülmüşdür.
1033-cü ildə Anakopiya Demetre tərəfindən Bizans İmperiyasına verilmişdir. Lakin 1072-ci ildə Bizans İmperiyasının Malazgird döyüşündəki məğlubiyyətindən sonra şəhər gürcülərin əlinə keçmişdir.
Coğrafiya
redaktəYeni Afon şəhəri Qara dəniz ilə İver dağlarının arasında yerləşir. Qudautadan 17 km, Suxumidən 22 km, Soçidən 84 km uzaqlıqdadır.
Görməli yerləri
redaktəMonastırlar
redaktə1874-cü ildə Yunanıstanın Afon dağında yerləşən Rossikon monastırından gələn rus rahibləri Qafqaza gəlmiş və yeni yer axtarmağa başlamışlar. Onlar Osmanlı İmperiyasının Rus-Osmanlı müharibəsinə görə rusları Afondan qovacağından qorxurdular. Onlar Psırtsxadakı Rusiya çarı III Aleksandr tərəfindən tikilmiş Yeni Afon monastırını seçmişdirlər.
1924-cü ildə SSRİ dövründə monastır bağlanmışdır. Monastırdan anbar, turist bazası, muzey və xəstəxana kimi istifadə olunmuşdur. 1994-cü ildə yenidən fəaliyyətə başlamışdır.
Yeni Afon monastırının dənizdən mənzərəsi bir çox turistin diqqətini çəkir.[3]
Mağara
redaktəŞəhərin yaxınlığında Yeni Afon mağarası yerləşir.[4] Mağara Gürcüstanın görməli yerlərindən biridir. 1975-ci ildən mağarada metro fəaliyyət göstərir.[5]
Merlər
redaktə# | Ad | Başlama tarixi | Getmə tarixi | Prezident | Qeydlər | ||
Merlər: | |||||||
Vitali Smir | 1995 | [6] | 8 may 2003[7] | Vladislav Ardzinba | |||
Feliks Dautiya | 19 may 2003 | 12 fevral 2005 | |||||
12 fevral 2005 | 29 may 2011 | Serqey Baqapş | |||||
29 may 2011 | Hal-hazırda | Aleksander Ankvab |
Qardaş şəhərlər
redaktəQalereya
redaktəİstinadlar
redaktə- ↑ Abxaziyanın statusu münaqişəlidir. Abxaziya özünü müstəqil hesab edir. Gürcüstan və bir çox ölkə Abxaziyanı de jure olaraq Gürcüstanın tərkib hissəsi hesab edirlər. Abxaziyanın müstəqilliyi ancaq Rusiya, Nikaraqua, Venesuela, Nauru, Vanuatu, Tuvalu tərəfindən, həmçinin de fakto müstəqil olan Cənubi Osetiya, Dnestryanı, Dağlıq Qarabağ və Krayna Serb Respublikası tərəfindən tanınmışdır.
- ↑ Georgia in Antiquity: A History of Colchis and Transcaucasian Iberia, by David Braund, p. 54
- ↑ International Crisis Group, Abkhazia: Deepening Dependence Arxivləşdirilib 2010-04-27 at the Wayback Machine, p. 6
- ↑ "New Athos Cave at showcaves.com". 2008-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-28.
- ↑ "New Athos Cave Railway at metro-novyafon.narod.ru". 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-28.
- ↑ Kazenin, Konstantin. "Первый месяц "окопного" правительства: Абхазия в СМИ 1-18 мая 2003". REGNUM News Agency. 19 May 2003. 29 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 March 2013.
- ↑ Выпуск № 088. Apsnypress (Russian). 8 May 2003. 4 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 April 2011.
- ↑ "Между городами Новый Афон и Сремски-Карловцы подписан Договор о сотрудничестве". Apsnypress. 23 December 2014. 2 April 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 March 2015.