Yohan Dayzenhofer
Yohan Dayzenhofer (30 sentyabr 1943[1][2][…], Zuzamaltheym[d], Bavariya) — alman biokimyaçısı, 1988-ci ildə kimya üzrə Nobel mükafatı laureatı. ABŞ Milli Elmlər Akademiyasının (1997)[3][4] və Leopoldina (2003) üzvü.
Yohan Dayzenhofer | |
---|---|
alm. Johann Deisenhofer | |
Doğum tarixi | 30 sentyabr 1943[1][2][…] (81 yaş) |
Doğum yeri |
|
Elm sahəsi | biokimya |
İş yerləri | |
Təhsili | |
Elmi rəhbəri | Robert Huber |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktəAlmaniyada kiçik Zuzamaltheym şəhərində anadan olub. 1965–1971-ci illərdə Münhen Texniki Universitetində təhsil alıb. 1974-cü ildə Maks Plank Cəmiyyətinin Biokimya İnstitutunda Robert Huberin rəhbərliyi altında dissertasiya işini tamamladı. Yohan Dayzenhofer, Robert Huber və Hartmut Mişel 1988-ci ildə bakterial fotosintetik reaksiya mərkəzinin dəqiq strukturunu əldə edərək Kimya üzrə"Fotosintetik reaksiya mərkəzinin üçölçülü quruluşunu təyin etdiklərinə görə" Nobel Mükafatına layiq dörüldülər. 1988-ci ildə Y. Dayzenhofer Hovard Hyus Tibb İnstitutuna köçdü. Texas Universitetinin Cənub-Qərb Tibb Mərkəzində biofizika kafedrasının professorudur[5]. Avropa Akademiyasının üzvü (1989 il). Amerika Kristalloqrafiya Assosiasiyasının və Elmin İnkişafı üzrə Amerika Assosiasiyasının üzvü, Amerika Biokimya və Molekulyar Biologiya Cəmiyyətinin üzvü , Sigma Hi və s. İnsanlığa Xəbərdarlığı (1992 il)[6] və Üçüncü Humanist Manifesti (2003 il)[7] imzaladı və 2016-cı ildə Greenpeace, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini genetik cəhətdən dəyişdirilmiş orqanizmlərə qarşı mübarizəni dayandırmağa çağıran məktub imzaladı (GMO)[8][9][10].
Mükafatları
redaktə- "Almaniya Federativ Respublikasına xidmətlərinə görə" Böyük Zabit Xaç ordeni (1990 il)
- "Bavariyanın xidmətlərinə görə"ordeni (1992 il) ilə təltif edilmişdir.
- Amerika Fizika Cəmiyyətinin Maks Delbrük Mükafatı (1986 il)[11]
- Kimya üzrə Nobel Mükafatı (1988 il) ("Fotosintetik reaksiya mərkəzinin üçölçülü quruluşunu təyin etdiklərinə görə")
- Otto-Bayer-Preis (1988 il)
- Kentukki polkovniki (1995 il)
- Röntgen-Plaquette (2004 il)
- Druyya Universitetinin (1993 il) fəxri doktoru
- Burdvan Universitetinin (1996 il) fəxri doktoru
- Doğma Zusamaltheym və Dallasın fəxri vətəndaşı[12]
İstinadlar
redaktə- ↑ 1 2 Johann Deisenhofer // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Johann Deisenhofer // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
- ↑ 60 New Members Chosen by Academy Архивная копия от 8 июня 2020 на Wayback Machine, 29 апреля 1997 (англ.)
- ↑ Дайзенхофер, Иоганн на сайте Национальной академии наук США (англ.)
- ↑ Johann Deisenhofer, Ph. D. — Faculty Profile — UT Southwestern. Дата обращения: 24 июня 2014. Архивировано 18 октября 2014 года.
- ↑ Архивированная копия. Дата обращения: 26 августа 2011. Архивировано 26 августа 2011 года.
- ↑ Notable Signers. Humanism and Its Aspirations. American Humanist Association. Дата обращения: 1 октября 2012. Архивировано 5 октября 2012 года.
- ↑ 107 Nobel laureates sign letter blasting Greenpeace over GMOs. Дата обращения: 30 июня 2016. Архивировано 29 июня 2016 года.
- ↑ Laureates Letter Supporting Precision Agriculture (GMOs). Дата обращения: 30 июня 2016. Архивировано 7 июля 2016 года.
- ↑ Список нобелевских лауреатов подписавших письмо. Дата обращения: 30 июня 2016. Архивировано 2 сентября 2017 года.
- ↑ Иоганн Дайзенхофер на официальном сайте Американского физического общества. Дата обращения: 16 мая 2017. Архивировано 17 июня 2017 года.
- ↑ "Arxivlənmiş surət". 2023-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-22.