Yulian (imperator)

Yulian, Flavius Klavdius (lat. Flavius Claudius Iulianus Augustus; 17 noyabr 331[2], Konstantinopol26 iyun 363[3], Mesopotamiya) — Roma imperatoru (361-363), neoplatonçu filosof və Xristianlığın tənqidçisi.

Flavius Klavdius Yulian
Flavius Claudius Iulianus
Roma imperatoru
361 – 363
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm[1]
Dəfn yeri
Fəaliyyəti siyasətçi, filosof
Ailəsi Konstantinlər sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə
 
Ioulianou autokratoros ta sozomena, 1696

Munisipal kuriyaların hüququnu genişləndirmiş, vergiləri azaltmış, dəbdəbəli, cah-cəlallı saray həyatından imtina etmişdi.

Onun hakimiyyətə gəlməsindən öncə Xristianlıq dövlət dininə çevrilmişdir. Bundan sonra bütpərəst sayılan antik inanclar və fəlsəfələr təqiblərə məruz qalmışdır. Yulian isə bu prosesin qarşısını almağa çalışmışdır. O öncə xristian olmuş, ancaq sonra antik inancları qəbul edərək YamblixinEfesli Maksimin öyrəncisi olmuşdur. Buna görə də ona xristian ənənəsində Dinindən Dönmüş Yulian deyirlər.

Öz qısa hakimiyyəti dövründə (m. 361 – 363) Yulian bütün dinlərin bərabərliyini elan etmişdir. Onun əmrinə əsasən xristianlar bütpərəstlərdən ələ keçirtdikləri məbədləri və əmlakı kahinlərə qaytarmalı və məktəblərdə tədris sistemindən uzaqlaşdırılmalı idilər.

Onun məqsədi Xristianlığın təqibi deyil, onunla rəqabət apara bilən islahatlardan keçmiş antik dinin bərpa edilməsi idi. Ancaq, Yulian bu məqsədə çata bilməmişdir. Az sonra o İranla aparılan savaşda döyüşlərin birində öldürülmüşdür. Onun həmin döyüşdə öz xristian döyüşçüləri tərəfindən öldürüldüyü də güman edilir. Yulianın ölümündən sonra Xristianlıq yenidən dövlət dininə çevrilmiş və bu proses artıq geriyə dönməz olmuşdur.[4]

Fəlsəfəsi

redaktə
Antik fəlsəfə
 
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Yulian həm də filosof olmuş, neoplatonizmin Perqama məktəbinin tanınmış nümayəndələrindən biri idi.

Xristianlığın güclənməsi zamanı yaşayan Porfirius, Yamblix, Proklus kimi yeni-platonçular antik dini zəmanəyə uyğunlaşdırmağa çalışırdılar. Onlar təktanrılığı özlərinə məxsus şəkildə təqdim etmiş, mənəvi və əxlaqi məsələlərə toxunmuşdular; bununla belə antik irslə bağlılıqlarını kəsməmiş, mistik fəlsəfələrə və teurgiyalara önəm vermişdilər.

Bir çox Şərq dinlərində günəş tanrılaşdırılırdı. O zaman Romada Mitra adlı İran tanrısının qnostik kultu yayılmış, bu din orduya və Romanın hakim dairələrinə nüfuz etmişdir. Yulian da günəşi tanrı hesab etmiş, onu təbiətin əsası və həyatın mənası kimi dəyərləndirmişdir. Ancaq onu gördüyümüz çıxan və batan günəşlə eyniləşdirmirdi. Yuliana görə gördüyümüz günəş həqiqi tanrı işığının qismən yansımasıdır (əks olunmasıdır). Həmçinin Yuliana görə ümumiyyətlə bizim gördüyümüz dünya həqiqət deyildir. Həqiqətə çatmaq üçün şeylərin həqiqi mahiyyətinə varmaq lazımdır. Mənəvi təkmilləşmə də bundan ibarətdir. Onun bu yanaşması Platonun ideyalar haqqında təliminə uyğun idi. Plotinin emanasiyasına uyğun olaraq Yulianın təlimində bütün tanrılar və mövcud olan varlıq günəş işığından yaranır.[5]

Yulian zamanımıza yalnız bəzi “Xristianlara qarşı” kitabından fraqmentlər gəlib çatmışdır. Bu kitabda o, xristian rəvayətlərində olan məntiqi ziddiyyətləri açıqlayaraq Xristianlığın Tanrıdan gəlmədiyini sübuta yetirmək istəmişdir. Eyni zamanda o, yunan dinində də çoxlu məntiqsizliklərin və nağılların olduğunu etiraf etmişdir. Onun fikrincə yalnız Platon Tanrı, dünya və insan haqqında ən yetkin fikirlər irəli sürmüşdür. Yulian bu əsərdə Platonun fikirlərini Tövratın ayələri ilə müqayisə edərək onların yəhudi rəvayətlərindən daha üstün olduğunu iddia etmişdir.[6]

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Юлиан Отступник (rus.). // Малая советская энциклопедия / под ред. Н. Л. Мещеряков 2 Советская энциклопедия, 1936.
  2. Гревс И. М. Юлиан, Флавий Клавдий (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1904. Т. XLI. С. 333–341.
  3. Юлиан. // Большая энциклопедия / red. S. Yuzhakov СПб.: Editorial Illustration, 1905. C. 20. S. 700.
  4. Юлиан Отступник Arxivləşdirilib 2017-07-19 at the Wayback Machine // М. В. Белкин, О. Плахотская. Словарь «Античные писатели». СПб.: Лань, 1998.
  5. Лосев А. Ф. История античной эстетики Arxivləşdirilib 2022-07-30 at the Wayback Machine. Том VII. М.: Искусство, 1988, s. 454-471.
  6. Ранович А. Б. Первоисточники по истории раннего христианства. Античные критики христианства Arxivləşdirilib 2020-12-02 at the Wayback Machine. М.: Политиздат, 1990, s. 346-392.

Mənbə

redaktə
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 270-272. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.

Ədəbiyyat

redaktə

Xarici bağlantılar

redaktə
  NODES
HOME 1
iOS 1
mac 6
os 22
toniz 5