Zika virusu1947-ci ildə müəyyən edilib. Onun daşıyıcısı "Aedes aegypti" adlı ağcaqanad növləridir.

Təhlükəsi

redaktə

Hamilə qadınlar üçün daha ciddi təhlükə yaratdığı deyilən bu virus, hələ doğulmamış körpənin beynində kiçilmə və fəsadlara, hətta ölümə belə yol aça bilər.[1]

Əlamətləri

redaktə

Əlamətləri sırasına yüksək qızdırma, baş ağrısı, gözlərdə qızarma, qusma, səpmə, əzələ və oynaq ağrıları daxildir.

2016-cı ildə

redaktə

Hazırda dünyanın 21 ölkəsində bu virusun qeydə alındığı bildirilir. Latın Amerikası ölkələrinin hökumətləri virusun yayılmasının qarşısını almaq üçün mübarizəyə başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, virus qərb yarımkürəsində sürətlə yayılacaq.

İstinadlar

redaktə
  1. "Fərizə Əhmədova. "Zika" virusunun Azərbaycana heç bir təhlükəsi yoxdur. 29.01.2016". 2016-01-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-30.
  NODES