Zombi 2 (it. Zombi 2) — 1979-cu ildə Qorxu filmi janrında çəkilən İtalyan filmidir. Filmin bəstəkarlarından biri olan Corcio Kaskio filmin titrlərndə Corcio Tuççi kimi göstərilmişdir. Filmin büdcəsi təxminən 1 milyon ABŞ dollarına yaxındır. Filmin ilk adı "Zombi" olur. 1978-ci ildə ABŞ rejissoru Corc Romero tərəfindən[1] ABŞ və İtaliya studiyalarının ortaq çəkilişi sayəsində "Ölülərin sübhü" (ing. Dawn of the Dead)[2][3] filmi çəkilir. Bu filmin büdcəsinin yarısını ssenaristlərdən biri olan Dario Arcento qoymuşdur. Bu səbəbdən filmin birbaşa satışa çıxarılması nəzarətini öz üzərinə götürmüş və filmin müvəffəqiyyət əldə etməsi üçün "Zombi: Ölülərin sübhü" (ing. Zombie: Dawn of the Dead) adı altında satışa çıxarmışdır.[4] İtalyan rejissoru Lüçio Fulçi satışda həmin filmin çəkəcəyi filmlə qarışdırılmamasından ötrü filmə "Zombi 2" vermişdir.[5] Lakin bir müddət sonra bu film ABŞ-də "Zombi" adı altında satışa çıxarılmışdır.[6]

Zombi 2
it. Zombi 2
"Zombi 2" filminin İtalyan versiyasında afişası
"Zombi 2" filminin İtalyan versiyasında afişası
Janr Qorxu filmi
Rejissor Lüçio Fulçi
Prodüserlər Fabritsio De Ancelis
Uqo Tuççi
Ssenari müəllifləri Eliza Briqanti
Dardano Sakketti
Baş rollarda Tisa Ferrou
Yen Makkallok
Al Kliver
Riçard Conson
Olqa Karlatos
Operator Serco Salvati
Bəstəkarlar Fabio Frizzi
Corco Kaskio
Adrianno Cordanella

Maurizio Carini
İstehsalçı Variety Film Production
İlk baxış tarixi 25 avqust 1979
Müddət 91 dəqiqə
Büdcə 410 milyon İtalyan lirası
Gəlir 614 milyon İtalyan lirası
Ölkə İtaliya İtaliya
Dil İngilis dili
İl 1979
Rəng Rəngli
Çəkiliş yeri Nyu-York
IMDb ID0080057
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmun

redaktə

Nyu-York sahillərinə naməlum səbəbdən boş yaxta daxil olur. Patrullardan biri Harbor yaxtanı araşdırarkən gözlənilmədən polislərdən biri qəribə görkəmli olan kişi tərəfindən öldürürür. Bu zaman digər polislər ona atəş açır və kişi dənizə düşür. Patrullar ölmüş polisi qəbirdə basdırırlar. Bir müddətdən sonra aydın olur ki, bu yaxta həkim Boulza aiddir.

Anna Boulz (Tisa Ferrou) yaxtanın sahibi Boulzun qızı olduğu üçün şübhə altındadır. Anna bilir ki, onun atası tropik adalara araşdırma aparmaq üçün getmişdir. Jurnalist Piter Vest (Yen Makkallok) bu barədə xəbərlərdə məlumat verir. Anna və Piter yaxtada görüşürlər. Bu zaman onlar burada məktub tapırlar. Məktubda yazılır ki, Boulz Matul adasındadır (Sent-Tomas, ABŞ-nin Virciniya adaları) və qəribə xəstəlikdən əziyyət çəkir. Anna və Piter bu işi birlikdə araşdırmağa qərara gəlirlər. Bu məqsədlə onlar yaxta heyətinə Brayan Kurt (Al Kliver) və Syuzen Barret (Auretta Gey) cütlüyünə qoşulurlar ki, tropik adanı tapsınlar.

Matul adası ölülərin dirildiyi lənətlənmiş yerdir. Həkim Devid Menard (Riçard Conson) adada yaşayır və burada gizli aradırmalar aparır. Onun qəzəbli həyat yoldaşı Paola (Olqa Karlatos) onun üzərinə zombi hücum etdikdən sonra adanı tərk etmək istəyir, lakin Menard onu fikrindən daşındırmağa çalışır ki, araşdırmalarına davam etsin.

Anna, Piter, Brayan və Syuzen bura gələn zaman zombilərlə rastlaşırlar. Zombilər heyətlərin çoxunu, o cümlədən həkim Menardı öldürürlər. Bir müddətdən sonra Syuzen zombiyə dönür və virusu Brayana keçirir. Anna və Piter Brayanı sübut kimi götürərək yaxta ilə buranı tərk edirlər. Onlar okeana çatırlar, lakin radioda Nyu-Yorka zombi taun xəstəliyinin yayıldığı xəbərini eşidirlər. Bu zaman zombilərin Nyu-York körpüsündən necə axışdıqları göstərilir.

Maraqlı faktlar

redaktə
  • Film bir çox ölkələrdə qadağan olunmuşdur.
  • Bəzi zombilərdə qrim olmadığından onlar bel tərəfdən çəkilmişdir.
  • Filmin ssenaristi Dardano Saççetti tirdə göstərilməyib.
  • Zombilərin qrimi film heyətinin avtobusunda edilmişdir.

İstinadlar

redaktə
  1. J.C. Maçek III. "The Zombification Family Tree: Legacy of the Living Dead". PopMatters. 2012-06-15. 2017-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-26.
  2. "Filming locations". IMDB. 2012-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-27.
  3. "Dawn of the Dead (1978)". Rotten Tomatoes. 2009-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-26.
  4. Peter Dendle: The Zombie Movie Encyclopedia, S. 7
  5. Paolo Albiero & Giacomo Cacciatore, Arriva il "poète du macabre", ovvero: Zombi 2 (1979), in Il terrorista dei generi. Tutto il cinema di Lucio Fulci, Roma, Un mondo a parte, 2004, pagine 184–193, ISBN 88-900629-6-7
  6. As Chianese & Gordiano Lupi, Filmare la morte. Il cinema horror e thriller di Lucio Fulci, Piombino, Edizioni Il Foglio, 2006, pp. 107–113, ISBN 88-7606-101-0.

Xarici keçidlər

redaktə
  NODES
INTERN 1